Məhkəmə qərarları › İş №2(102)-2188/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2188/2020

24.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2188/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı, vəkili Məmmədov Asəf Sahib oğlunun, Cavabdeh1 x1 qızının nümayəndəsi və vəkili X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli 2(105)2507/2019 nömrəli qərardadından Cavabdeh1 x1 qızı və vəkili Vəkil qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Reh man oğlu cavabdehlər Cavabdeh1 x1 qızına, Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 x1 qızı ilə Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 x1 qızı və Cavabdeh2 İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, hərrac protokolunun etibarsızlığı, onun əsasında İddiaçı verilən çıxarışın, İddiaçı ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsinin, ona əsasən X4 adına olan çıxarışın etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqların bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılı qlı iddiaçı tələbini dəqiqləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən İddiaçı və X4 adına verilmiş çıxarışların ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh1 x1 qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Şəfiyeva) 2(012)-100/2019 nömrəli, 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 x1 qızı ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbinin təmin edilməsi, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 x1 qızı və Cavabdeh2 tərəfindən boşaldılıb ona təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Lətifə Məmmədova- sədrlik edən və məruzəçi, Səyyad Qafari, Fuad Məmmədov) 07 avqust 2019-cu il tarixli, 2(10 5)-2507/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Lətifə Məmmədova-sədrlik edən və məruzəçi, Fuad Məmmədov, Məhəmmədəli Rzayev) 18 dekabr 2019-cu il tarixli 2(105)-2507/2019 saylı qərardadı ilə müddətin bərpa edilməsi barədə Cavabdeh1 x1 qızının ərizəsi təmin edilməyərək ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 x1 qızı və MəcidovaNəsibə Bəbir qızının Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2507/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh1 x1 qızı və vək ili Vəkil qızı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli 2(015)-2507/2019 nömrəli qərardadının ləğv edilməsi və tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsi cavabdehlərə 22 avqust 2019-cu il tarixdə göndərilmiş, poçt göndərişini bacısı Mahirə Məcidova onun adından 31.08.2019-cu il tarixdə imzalayaraq qəbul etmiş, kasasiya şikayəti və dövlət tərəfindən vəkil ilə təmin edilməyi barədə ərizələri 25.10.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə poçt vasitəsi ilə göndərmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 a vqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməyi barədə cavabdehlər tərəfindən verilmiş ərizəyə 18.11.2019-cu il tarixdə baxılmış, qərardadla cavabdehin ərizəsi təmin edilməyərək, ünvanına poçt göndərişi ilə 28.11.2019-cu il tarixdə göndərilmiş, cavabdeh qərardad gələn gün vəkilə müraciət edərək, onunla müqavilə bağlamış, orderi əlavə edərək poçt vasitəsi ilə 28.11.2019-cu il tarixdə məhkəməyə göndərmiş, 11.12.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsindən cavabdehə zəng edilərək, müddəti ötürdüyünü, müddətin bərpası ilə bağlı ərizə verməsi bildirilmiş, cavabdeh 12.12.2019-cu il tarixdə müddətin bərpası ilə bağlı ərizəni Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasına yaxınlaşaraq dəftərxanaya təqdim etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməyərək kassasiya şikayəti əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, tərəflərin kassasiya şikayəti verə bilməsi üçün qanunvericilikdə müəyyən edilmiş son müddət 31.10.2019-cu il tarixdir. Cavabdeh kassasiya şikayətini və dövlətin hesabına vəkil ilə təmin edilməyi barədə ərizəni 6 gün əvvəldən yəni, 25.10.2019-cu il tarixdə göndərərək, müddəti ötürməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh1 x1 qızının nümayəndəsi və eyni zamanda vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və vəkili Məmmədov Asəf Sahib oğlu kassasiya şikayətinə etiraz edərə k təmin edilməməsini xahiş etmişdirlər. Digər prosess iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, 25.10.2019-cu il tarixdə dövlət hesabına vəkil təyin edilməsi üçün müvafiq ərizə vermiş, onun ərizəs inə 18.11.2019-cu il tarixdə baxılmış, üzürlü səbəblərdən həmin məhkəmə iclasında iştirak edə bilməmiş, ərizənin təmin edilməməsi barədə 18.11.2019-cu il tarixli qərardadı aldıqdan dərhal sonra borc alaraq, vəkillə müqavilə bağlamış və bir gün sonra kassasiya şikayətini rabitə orqanına təhvil vermişdir. Savadsız olduğundan və maddi imkansızlıqdan dövlət hesabına vəkil təyin edilməsi üçün ərizə vermişdi. Apelyasiya məhkəməsi müddətin bərpası barədə ərizəni təmin edilməməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi cavabdeh tərəfindən 31.08.2019-cu il tarixdə alınmış, kassasiya şikayəti verilməsi üçün son müddət 31.10.2019-cu il tarix olmuşdur. Cavabdehin kassasiya şikayəti isə 28.11.2019-cu il tarixdə rabitə orqanına təhvil verilməklə, müddəti ötürmüşdür. Şəxsin sav adsız olması isə müddətin ötürülməsi üçün üzürlü hal hesa edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnı z elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, digər şikayətlərdən fərqli olaraq kassasiya şikayətinin tərtib edi lməsi üçün qanunvericilikdə daha ciddi prosedurlar müəyyən edilmiş, kassasiya şikayətinin yalnız vəkil tərəfindən tərtib edilməsi, şikayətdə maddi və prossesual hüquq normalarının pozuntusunun nədən ibarət olmasının göstərilməsi qanunvericilikdə vacib şərt kimi müəyyən edilmişdir. Belə olan halda, kassasiya şikayəti vermək istəyən şəxsin peşəkar hüquqi yardıma ehtiyacı yaranır. Hazırki işdə cavabdeh kassasiya şikayəti verilməsi üçün müddətin bitməsinə 6 gün qalmış 25.10.2019-cu il tarixdə ona dövlət hesabına vəkil təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizəyə məhkəmə tərəfindən 18.11.2019-cu il tarixdə baxılmış, həmin məhkəmə iclasında cavabdeh iştirak etməmiş və ərizəsinin təmin edilməməsi barədə yalnız həmin qərardadı aldıqdan sonra məlumat almışdır. Belə olan h alda, şəxsin ərizə verdiyi gündən həmin ərizənin nəticəsini gözləmiş və ərizəsinin təmin edilməməsi barədə qərardadı aldıqdan (iş materiallarında həmin qərardadın cavabdeh tərəfindən nə vaxt alınması barədə sübut yoxdur) qısa müddət sonra, 27.11.2019-cu il tarixdə vəkillə müqavilə bağlayaraq 28.11.2019-cu il tarixdə poçt vasitəsilə kassasiya şikayətini Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmiş, həmçinin 12.12.2019-cu il tarixdə müddətin bərpasına dair ərizə vermişdir. Apellyasiya məhkəməsi isə müddətin bərpası barədə ərizəyə baxarkən işin bu hallarına ümumiyyətlə diqqət yetirməmiş, 25.10.2019-cu il tarixdən vəkil təyini barədə ərizənin təmin edilməməsi barədə qərardad alınan günədək olan dövrün şəxsin iradəsindən asılı olmayan səbəblərdən keçdiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiya məhkəməsi öz qərardadı ilə Cavabdeh1 x1 qızı tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində verilmiş dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilmədikdə dərhal öz hesabına vəkillə müqavilə bağlayaraq yenidən verilmiş kassasiya şikayətini müddət buraxılmaqla verilmiş hesab etməklə, şəxsin keyfiyyətli hüquqi yardım almaq barədə konstitusion hüququnu və məhkəməyə müraciət hüququnu pozmuşdur. Halbuki məhkəməyə müraciət hüququ məhkəmə müdafiə hüququnun tərkib hissəsi olmaqla yanaşı, bu və ya digər məhkəmə instansiyasına münasibətdə nəinki formal, həm də real olmalıdır. Ədalət mühakiməsinin maraqları tələb etdikdə, aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardım almaq hüququ öz mövqeyini müdafiə etmək hüququna alternativ olmayan müstəqil h üquqdur. Hər hansı bir iş üzrə müəyyən peşə bilikləri tələb edən hüquqi problemlər qaldırıldıqda, dövlət nəinki keyfiyyətli hüquqi yardım almaq barədə konstitusion hüququnu, həmçinin belə hüququ real şəraitdə aztəminatlı şəxslərə də təmin etməlidir. Aydındır ki, qanunla müəyyən edilmiş müddət buraxılmadan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsi üçün müraciət etmiş şəxsin ərizəsi təmin edilmədikdən sonra həmin hüquqi yardımın real olaraq göstərilməsi və müvafiq qaydada vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətinin məhkəməyə təqdim edilməsi üçün müəyyən vaxt tələb olunur. Həmin vaxtın ağlabatan olub-olmaması, müddətin uzanmasının tərəfin iradəsindən asılı olub-olmaması araşdırılmadan və gəlinən nəticə əsaslandırılmadan müddətin ötürülməsinin üzürsüz h esab edilməsi düzgün deyildir. Məhkəmə kollegiyası işin hallarını və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarının göstərişlərini və Mülki Prosessual Məcəllənin 133-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilən halların cavabdehin iradəsindən asılı olmayan, özü tərəfindən qeyd edilən halların dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə məhdudiyyət yaradan hallar kimi qiymətləndirilməli olub-olmaması apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilərək, ərizəyə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 x1 qızının kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli 2(105)-2507/2019 nömrəli qərardadı ləğv edilsin və müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar