Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2190/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisi, Mingəçevir Regional “Asan xidmət” Mərkəzi Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X31 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh6nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2190/2024 (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, bağışlama müqavilələrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cav abdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisinə, Mingəçevir Regional “Asan xidmət” Mərkəzi Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X31 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh6nə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş daşınmaz əmlaka mülkiyyət hüququ haqqında çıxarışın ləğvi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mi ngəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil X4 tam payda mülkiyyəti olmuşdur. Bənövşə Şirinovanın mərhum X13 ilə nikahlarından 9 övladı olmuşdur.
2. X11 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir.
3. Cavabdeh3 2012-ci ildə notariat orqanına müraciət edərək Bənövşə Şirinovanın tək vərəsəsi kimi onun adına banklarda olan pul məbləğlərinə miras əmlak kimi sahib olmuşdur.
4. Cavabdeh3 2021-ci il tarixdə təkrarən notariat orqanına müraciət edərək mərhum Bənövşə Şirinovanın yeganə vərəsəsi olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzili öz mülkiyyəti kimi rəsmiləşdirmişdir. Bundan sonra həmin əmlak Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh4 bağışlanılmış, Cavabdeh4 da əmlakı xx.xx.2022-ci il tarixdə oğlu Cavabdeh7 bağışlamışdır. İş üzrə qə bul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisi, Mingəçevir Regional “Asan xidmət” Mərkəzi Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X31 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh6nə qarşı (bundan sonra cavabdeh, ad, soyadı və ya hüquqi şəxsin qısa adı) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və onun əsasında Cavabdeh3 verilmiş çıxarışın, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsinin və onun əsasında alınmış çıxarışın, Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Yevlax 17 saylı Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, iddiaçının anası Bənövşə Şirinova xx.xx.2001-ci ildə vəfat etmişdir. Ailədə doqquz övlad olmuşlar. İddiaçı, Şirinov Məhəmməd, Şirinov Elşən, Şirinov Fərrux, Cavabdeh3, Şirinova Lətafət, X6 xx.xx.2023-cü il tarxidə vəfat etmişdir. Bacısının yas mərasi mində iştirak etmək üçün Mingəçevir şəhərində olarkən iddiaçıya məlum oldu ki, bacısı Cavabdeh3 anası X12 rayon qeydiyyat şöbəsindən ikinci ölüm aktı qeydi alaraq onun ölümündən sonra miras qalmış daşınmaz əmlakı və pul vəsaitlərini tək vərəsə kimi yalan məlumat verərək saxta vərəsəlik şəhadətnaməsi almış və həmin miras əmlakı qanunsuz olaraq ələ keçirib digər şəxslərə bağışlama müqaviləsi adı ilə vermişdir. Belə ki, atası Qədimalı Şirinov 1993-cü ildə vəfat etmiş, 1997-ci ildə anası X17 şəhəri 20 yanvar küçəsi ev 6, mənzil 27-də yerləşən 3 otaqlı mənzili alğı-satqı müqaviləsi ilə alaraq öz adına dövlət qeydiyyatına almışdır. Anasının ölümündən sonra həmin daşınmaz əmlak miras əmlak kimi qalmış, mirasın qəbulu ilə əlaqədar vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddətdə notariat o rqanlarına müraciət etməmişlər. Lakin bacısı Cavabdeh3 xx.xx.2012-ci ildə Bakı şəhər 9 saylı notariat kontoruna ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum Bənövşə Şirinovanın ondan başqa digər vərəsələri yoxdur, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin sənədləşdirilməsində köməklik etməsini, əgər mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. Cavabdeh3 eyni zamanda Bakı şəhəri 175 saylı MİS-dən arayış alaraq anasının son vaxtlar onunla birlikdə yaşadığını və yeganə vərəsə olduğunu təsdiq etmişdir. Bakı şəhər 9 saylı Notariat kontoru xx.xx.2012-ci il tarixdə AR MM-nin 1159-cu maddəsinə əsasən guya xx.xx.2022-ci ildə vəfat etmiş Bənövşə Şirinovanın yeganə vərəsəsi kimi Bakı şəhər F.X.Xoyski küçəsi ev 110, mənzil 157-də qeydiyyatda olan qızı Cavabdeh3 yegan ə vərəsə kimi tanıyaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. “X10” AQİS-dan verilmiş çıxarışlardan görünür ki, Bənövşə Şirinovanın ölümü barədə 2 akt qeydi vardır. 1ci qeyd Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixdə və Bakı şəhər Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamələrdir. Cavabdeh X18 şəhər 20 yanvar küçəsi ev 6, mənzil 27-də yerləşən 3 otaqlı mənzili Bakı şəhəri 9 saylı Notrariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-393 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bənövşə Şirinovanın vərəsəsi Cavabdeh3 vərəsəlik olunmuşdur. Bundan sonra Cavabdeh3 yenə Bakı şəhər 9 saylı Notariat ofisinin xüsusi notr ariusu tərfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 saylı bağışlama müqaviləsinin əsasən X3 bağışlamışdır. Sonradan Mingəçevir şəhər Xüsusi Notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-2154 saylı müqaviləyə əsasən Cavabdeh4 qeyd olunan mənzili oğlu Cavabdeh7 Savanşir oğluna bağışlamışdır və onun tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Yevlax 17 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır.
7. Birinci instansiya məhkəməsində iddiaçı izahatında bildirmişdir ki, mərhum anası övladı Elşən ailə həyatı qurduqdan sonra hazırda mübahisəli olan evi ona vermək istəmiş, lakin xəstə olması səbəbindən bunu edə bilmədən vəfat etmişdir. Evin Elşənə verilməsi analarının niyyəti olduğundan digər övladları n heç biri vərəslik işinin açılması üçün müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı Kifayətin yas mərasimində iştirak edən zaman qohumların Lətafətlə olan söhbətlərindən onun analarına məxsus evdə yaşadığını və evi yaxşı təmir elədiyini eşitmiş, Lətafət ona evi öz adlarına rəsmiləşdirdiklərini bildirmişdir. Bundan dərhal sonra o, vəkillə müqavilə bağlayaraq bu işi araşdırmasını xahiş etmişdir. Bundan sonra həmin evin saxta sənədlər təqdim edilməklə, saxta yollarla Mətanət tərəfindən ələ keçirildiyini, qohumlarının deməsinə görə evi pulla Lətafətə satdığını, lakin vergidən yayınmaq üçün bağışlama müqaviləsi bağladıqlarını, Mətanətin anasının adına olan pulları 2012-ci ildə tək vərəsə kimi ələ keçirdiyini öyrənmişdir. Mətanət məhkəmə iclasında bu puldan ona verdiyini bi ldirsə də, dedikləri həqiqəti əks etdirmir, pul məbləğindən ona heç nə verilməmişdir.
8. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili X33 iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı bildirir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xəbəri olmamışdır. Bu haqda onlara yalnız 2023-cü ilin mart ayında məlum olmuşdur. Halbuki, hələ 2012-ci ildə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən iddiaçının xəbəri olmuşdur. Məlumdur ki, həmin şəhadətnaməyə əsasən miras qoyanları Bənövşə Şirinovanın adına olan bank hesablarındakı pul vəsaitlərindən digər vərəsələr kimi, iddiaçının da xəbəri olmuşdur. Çünki həmin pul vəsaiti Cavabdeh3 tərəfin dən əldə edildikdən sonra digər vərəsələrlə yanaşı, İddiaçı da bir hissəsi verilmişdir. Beləliklə, iddiaçının nəinki mirasın açılmasından xəbəri olmuş, hətta analarından miras qalmış əmlakı üzrə hələ 2012-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən də məlumatı olmuşdur. Beləliklə, açıq-aşkar bəlli olur ki, iddiaçının iddia müddətinin üzürlü səbəbdən ötürməsi faktı həqiqi deyildir və yalnız bu yolla buraxdığı iddia müddətinin üzürlü səbəbdən buraxdığını məhkəməyə təqdim etmək istəyir. Digər tərəfdən isə, iddiçının mirasın açıldığı vaxt haqqında məlumatı olmuşdur. Buna baxmayaraq mirasın qəbulu ilə bağlı notariat kontoruna (ofisinə) ərizə ilə müraciət etməmiş və mirası faktiki olaraq qəbul da etməmişdir. Miras qoyanın 2001-ci ildə vəfat etdiyi nəzərə alınsa, ü mumilikdə iddia verilənədək 22 il vaxt keçmişdir. Digər tərəfdən isə, 2012-ci ildə verilmiş qanun üzrə vərəslik hüququ haqqında şəhdətnamənin verilməsindən 11 il vaxt keçmişdir. Göründüyü kimi, iddia tələbi ümumiyyətlə əsassızdır və digər tərəfdən Məcəllədə nəzərdə tutulmuş iddia müddəti üzürlü səbəb olmadan ötürülmüşdür.
9. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Eynar Əliyev izahatlarında bildirmişlər ki, iddiaçının anası 2001-ci il tarixdə vəfat etdiyindən və onun bundan məlumatlı olmasına baxmayaraq vərəsəlik işinin açılması üçün heç bir müraciəti olmadığından susmuş vərəsə hesab edilir və bu səbəbdən də əmlak Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Həmçinin 2012-ci il tarixdə mərhumun adına ol an pul vəsaitləri vərəsələr arasında bölündüyündən iddiaçı həmin tarixdən vərəslik şəhadətnaməsinin verilməsindən məlumatlı olmuşdur.
10. Birinci instansiya məhkəməsində əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, onun evi ələ keçirmək niyyəti olmamışdır. Cavabdeh4 maddi cəhətdən çətinlik çəkdiyindən evi onun adına rəsmiləşdirmək istəmiş, lakin o, həmin ev üzrə qeydiyyatda olmadığından evi ilk olaraq öz adına keçirmiş və bundan sonra Cavabdeh4 bağışlamışdır.
11. Birinci instansiya məhkəməsində şahid X7 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında Cavabdeh4 3 övladı və əri Cavanşir ilə yaşayır. O, onların qonşusudur. Bənövşə Şirinova 2001-ci ildə vəfat etmişdir. ünvan 1 ünvanına baş sağlığı verməyə Lətafətin yanına getmişdir. Mənzil əsaslı təmir olunub. İd diaçı həmin ünvanda görməmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-2735/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimAytən Novruzova) iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixli, 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Cavabdeh3 verilmiş çıxarış, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1278 nömrəli bağışlama müqaviləsi və onun əsasında alınmış çıxarış, Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya ai d edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil Bənövşə Şirinovanın tam payda mülkiyyəti olmuşdur. Bənövşə Şirinovanın mərhum Qədimalı Şirinov ilə nikahından 9 övladı olmuşdur: oğlu xx.xx.1972-ci il təvəllüdlü X19; oğlu xx.xx.1967-ci il təvəllüdlü X14; qızı xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh3; qızı xx.xx.1963-cü il təvəllüdlü X15 (ölüb); qızı xx.xx.1956-cı il təvəllüdlü X16; qızı xx.xx.1957-ci il təvəllüdlü X6 (ölüb); qızı xx.xx.1959-cu il təvəllüdlü X8; qızı xx.xx.1961-ci il təvəllüdlü X9; qızı xx.xx.1954-cü il təvəllüdlü İddiaçı. Bənövşə Şirinova öldükdən sonra Cavabdeh3 2012-ci ildə notariat orqanına müraciət edərək Bənövşə Şirinovanın tək vərəsəsi kimi onun adına banklarda olan pul məbləğlərin ə miras əmlak kimi sahib olmuşdur. Daha sonra 2021-ci il tarixdə notariat orqanına müraciət edərək mərhumun yeganə vərəsəsi olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil öz mülkiyyəti kimi rəsmiləşdirmişdir. Bundan sonra həmin əmlak Cavabdeh3 tərəfindən Cavabdeh4 bağışlanılmış, o, da əmlakı oğlu Cavabdeh7 bağışlamışdır.
14. Birinci instansiya məhkəməsi iddia tələbini vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində qeyd etmişdir ki, Cavabdeh3 ilə yanaşı Bənövşə Şirinovanın digər övladları da Bənövşə Şirinovanın əmlakından bərabər paylarda miras almalı idilər. Lakin Cavabdeh3 notariat orqanına etdiyi müraciətində özünün yeganə vərəsə olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzilin adına rəsmi ləşdirilməsinə nail olmuşdur. Halbuki Cavabdeh3 özünün yeganə vərəsə olmadığını, digər qardaş və bacıları, yəni Bənövşə Şirinovanın digər övladlarının olduğunu və onların da həmin əmlaka vərəsə olmaq hüquqları olduğunu əlbəttə ki bildirdi. Onun yeganə vərəsə hesab edilməsi və miras əmlaka tam payda hüququnun olmasına dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad olunan normalarının birmənalı pozuntusudur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Lakin Cavabdeh3 hərəkətlərini vicdanla həyata keçirməmişdir. Eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda miras qoyanın vərəsələrinin dairəsinin müəyyən edilmiş olduğu qeyd olunur. Halbuki miras qoyanın Cavabdeh3 başqa övladlarının da olduğu və onlarında vərəsə olduqları müəyyən edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 1273-1-ci maddəsi ilə müəyyən ol unmuş qayda tətbiq edilə bilməz.
16. Cavabdeh3 adına sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən mərhumun (miras qoyanın) başqa övladlarının olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh3 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamələrin verilməsindən xəbər tutandan sonra iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1318-ci maddəsinə görə, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir; “Notariat haqqında” Qanunun 59-cu maddəsinə görə isə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə m iras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 55-ci maddəsinə görə də, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
17. Məhkəmə qeyd etmişdir ki, notariat orqanı öz vəzifəsini yerinə yetirməmiş, Cavabdeh3 isə digər vərəsələrin olmasını gizləyərək mirası qəbul etmək üçün digər vərəsələrin hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu səbəblə də Cavabdeh3 adına verilmiş yuxarıda göstərilən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, 1) Mülki Məcəl lənin 1273-1-ci maddəsi 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə bu Məcəlləyə əlavə edilmişdir; 2) Bənövşə Şirinova 2005-ci ildən əvvəl vəfat etmiş və miras 2005-ci ildən əvvəl açılmışdır; 3) 1273-1-ci maddəsində nəzərdə tutulmuş normanın geriyə qüvvəsi barədə qanunla birbaşa nəzərdə tutulmuş və ya geri qüvvəsi olmasına əsas verən hal mövcud deyil.
19. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlərin vəkili məhkəmə iclasında 2012-ci il tarixdə mərhumdan miras qalmış pul vəsai tlərinin mərhumun övladları arasında bölüşdürüldüyünü bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında olan sübutlardan mərhumun adına banklarda olan pul vəsaitlərinin yeganə vərəsə olan Cavabdeh3 tam payda mülkiyyətinə keçdiyi məlum olur. Cavabdeh tərəf onu da nəzərə almamışdır ki, iddiaçı 2012-ci il tarixli şəhadətnamənin deyil, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Vərəsəliklə bağlı iş materiallarından yalnız Cavabdeh3 qanun üzrə vərəsə kimi əmlaka tam payda xüsusi mülkiyyət hüququnun tanınması və mərhumun digər övladlarının vərəsələrin dairəsinə daxil edilməməsi nəzərə alınaraq, onların vərəsəlik işindən məlumatlı olmamaları ağlabatandır.
20. Məhkəmə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələblərini ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 347.2.3-cü maddəsi əsas götürülməklə təmin edilməlidir. Belə ki, tərəfin bağışlama müqaviləsi bağlanan zaman əsas götürdükləri hal, əmlakın bağışlayan tərəfin qanuni mülkiyyətində olması üçün əsaslar mövcud deyil. Belə ki, əmlakın Cavabdeh3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına əsas verən şəhadətnamə qanuni əsaslarla əldə edilməmişdir. Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun əsasında alınmış çıxarış ləğv edilməlidir. Belə ki, hədiyyə alan tərəf - Cavabdeh4 hədiy yə aldığı əmlakın mərhum anasının əmlakı olduğunu və anasının övladlarının onun əmlakından bərabər paylarda miras almaq hüququ olduğundan məlumatlı olmuşdur. Bununla belə, hədiyyə verən və hədiyyə alan analarından miras qalası əmlak barədə bağışlama müqaviləsi imzalamışlar.
21. Eyni zamanda Cavabdeh4 bu əmlakı övladı Cavabdeh7 bağışlamışdır.
22. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsaslanaraq qeyd etmişdir ki, mərhum X34 Məmmədovun nənəsi, ona bağışlanmış əmlak da nənəsindən miras qalmış əmlak olmuşdur. Xala və dayılarının nənəsinin vəfatı vaxtında sağ olmasına və miras əmlakdan paylar almaq hüquqlarının olduğuna dair məlumatlı olmasına baxmayaraq maddi vəziyyətinin zənginləşməsi üçün qeyd olunan əmlakı anasından hədiyyə olaraq almışdır. Məhkəmə bunun vicdanlılıq prinsipini ödəyən hal olmadığı qənaətinə gələrək Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında alınmış çıxarışın ləğv edilməsini ədalətli hesab etmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 7.1, 39.1, 324, 337.1, 337.3, 337.4, 347.2.1, 347.2.2, 347.2.3, 1133.1, 1134.1, 1145, 1159.1, 1243.2, 1243.3, 1318-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanı lmasına dair” 13 iyul 2009-cu il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. Qətnamədən cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı Notariat Ofisinin notariusu Nümayəndə2 nümayəndəsi və vəkili X33 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
25. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı Notariat Ofisinin notariusu Nümayəndə2 nümayəndəsi və vəkili Eynar Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Mülki Məcəllədə vərəsəlik işinin açılmasından məlumatlı olmasından, yox ümumiyyətlə vərəsə miras qoyanın ölümü haqqında bildiyi və bilməli olduğu vaxtdan ən geci 6 ay müddətində mirasın qəbulu haqqında ərizə ilə müraciət etməli və ya onu faktiki qəbul etməlidir. Amma iddiaçı bunun heç birini etməmişdir. İddiaçı mirasın açıldığı gündən 22 il keçdikdən sonra miras əmlakı olmuş mənzilə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. Halbuki, o, bütün digər vərəsələr kimi onların analarının (nənənin) ölümündən xəbərdar və məlumatlı idi. Lakin buna baxmayaraq vərəsəlik hüququnun həyata keçirilməsi üçün üzrlü səbəb olmadan vax tında həyata keçirməmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının miras əmlakın nə faktiki qəbulu, nə də ki, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməsi faktı müəyyən olunmamışdır. Əksinə, müəyyən olunmuşdur ki, (iş üzrə dindirilmiş şahidin ifadəsi və MKİS-in arayışı və Cavabdeh3 izahatı) miras əmlakı olan mənzil hələ miras qoyanın vəfatından öncə, eləcə də vəfatından sonra bu günə kimi fasiləsiz olaraq Cavabdeh4 (ailəsi ilə birgə) tərəfindən istifadə olunması, həmin mənzildə yaşaması, onun idarə etməsi və eləcə də orada əsaslı təmir elətdirməsi faktları müəyyən olunmuşdur. Burada da qeyd etmək lazımdı ki, iddiaçı anasının vəfatından məlumatlı olmuş və qanunda müəyyənləşdirilmiş müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Bundan başqa hələ 2012-ci ildə aparılmış vərəsəl ik işindən də məlumatı olmuşdur. İddiaçı mirasın açılmasından (yəni, miras qoyanın vəfatından) məlumatlı ola-ola mirasın qəbulu üçün hər hansı bir addım atmamışdır. Əksinə, faktiki olaraq məlumatlı olduğu halda, özünü susmuş vərəsə kimi aparmışdır. İddia müddətinin ümumi müddəti 10 ildir. Bu müddətdən isə azı 2 dəfə artıq olan müddət keçmişdir. Burada qeyd etmək lazımdır ki, bu müddət üzrlü səbəb olmadan iddiaçı tərəfindən buraxılmışdır. Baxmayaraq ki, məhkəmə icraatı zamanı, iddia müddətinin tətbiqi haqqında tərəflərindən ərizə verilsə də, işə baxan Məhkəmə bunu nəzərə almamış və nəzərə almamasının səbəbini (izahını) qətnamədə ətraflı olaraq verməmişdir. İddiaçı iddianın əsaslı olmasına dair hər hansı bir sübut təqdim etməmiş, digər cavabdehlər tərəfindən məhkəməyə təqdim etdiyi şahidin i fadəsi, işdə olan digər sübutların təqdim olunmasına baxmayaraq, eləcə də işin faktiki halları işə baxan məhkəmə nəzərə almamış və onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir.
26. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, X18 şəhəri, 20 yanvar küçəsi, 4 saylı evin, 27 saylı mənzilinin mülkiyyətçisi olmuşdur. Bənövşə Şirinova 18 iyun 2001-ci il tariхdə ölmüşdür. Bənövşə Şirinovanın ölməsi ilə göstərilən mənzilə dair miras açılmışdır. Bənövşə Şirinovanın vərəsələrindən olan hazırkı iş üzrə iddiaçı mirasın qəbuluna dair notariat ofisinə müraciət etməməmiş, həmçinin miras əmlakını faktiki qəbul etməmişdir. Cavabdeh3 xx.xx.2012-ci il tariхdə Bənövşə Şirinovanın adına Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesa bda olan pul məbləğlərinə dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bununla da Cavabdeh3 mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materialarından, iddia ərizəsinin məzmunundan iddiaçının və onun nümayəndəsinin izahatlarından və işin digər hallarından aşkar surətdə göründüyü kimi, miras 18 iyun 2001ci il tariхdə açılmış, İddiaçı mirasın qəbuluna dair notariat ofisinə ərizə verməmiş, həmçinin miras əmlakını faktiki idarə etməyə başlamamışdır. Bununla da mirası qəbul etməmişdir. Mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Cavabdehlər (onların nümayəndələri) iddiaçının iddia müddətinin ötürməsinə əsaslanmaqla iş üzrə iddia müddətinin tətbiqinə dair ərizə vermiş, lakin məhkəmə t ərəfindən həmin ərizəyə münasibət bildirilməmişdir. İş materiallarında olan çoxsayli sübutlarla təsdiq olunur ki, cavabdehlərdən X8 2000-ci ildən miras qoyan Bənövşə Şirinovanın hələ sağlığında və onun ölümündən sonra miras əmlakı olan ünvan 1 ünvanda yaşaması, şahid ifadəsi, MKİS tərəfindən verilən arayışla, tərəflərin izahatları ilə və işin digər materialları ilə sübuta yetirilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi – qızı Cavabdeh3dır. Şəhadətnamə verilən miras əmlak Bənövşə Şirinovanın adına Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğindən faizləri və kompensasiyaları ilə birlikdə ibarətdir. Göründüyü kimi, Ca vabdeh3 xx.xx.2012-ci il tariхdə Bənövşə Şirinovanın adına olmuş Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh3 xx.xx.2012-ci il tariхdə Bənövşə Şirinovanın adına olmuş Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair öz adına alıdğı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunililiyi isə İddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin şəhadətnamə məhkəmə baхışının predmeti olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh3 xx.xx.2012-ci il tariхdə Bənövşə Şirinovanın adına Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığından hesab edilir ki, Cavabdeh3 mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yəni, miras əmlakı kütləsinə daхil olan ünvan 1 ünvan olan mirası da qəbul etmişdir. Odur ki, Cavabdeh3 qəbul etdiyi miraslardan Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair mirası qəbul etməsinə dair şəhadətnamə olduğu halda və qanuna əsasən Cavabdeh3 mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etdiyi halda, mirasın bir hissəsi olan ünvan 1 ünvan dair xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıхarışın etibarsız hesab edilməsinə d air məhkəmənin gəldiyi nəticə aşkar surətdə qanunsuz və əsassızdır. Digər tərəfdən şərh olunduğu kimi, hətta İddiaçı mirasın qəbulu müddətini ötürməsini məhkəməyə göndərilən və aydın şəkildə şərh edilən ərizədə etiraf etmişdir. Odur ki, işin bu cür halında Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən qanunla mirası qəbul etməsinə yol verilməyən iddiaçının ünvan 1 ünvan dair xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıхarışın etibarsız hesab edilməsinə dair iddia tələbi və həmin iddia tələbinin təmin edilməsinə dair məhkəmə qətnaməsi əsasssızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh3 Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair miras ı qəbul etməsinə dair şəhadətnamə aldığı halda və qanuna əsasən Cavabdeh3 mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etməsi, həmçinin iddiaçının Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən mirasın qəbul edilməsinə yol verilməməsi nəzərə alınmamışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1056/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Fuad Abdıyev) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli, 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadət namənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi, Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh7 adına verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə bağışlama müqavilələrinin etibarsız hesab edilməsi hissəsidə iddia tələbini təmin edərkən, Mülki Məcəllənin 347.2.3-cü maddəsinə istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh3 tərəfindən xx.xx.2012-ci il tarixdə Bakı şəhərinin notariusuna təqdim olunmuş yazılı ərizədən aydın olur ki, Mətanət X1 mərhum Bənövşə Şirinovanın əri olduğunu, nikah haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnaməni itirdiyini bildirərək Bənövşə Şirinovanın ondan başqa vərəsələri olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsində kömək edilməsini xahiş etmiş və bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildir mişdir. Göründüyü kimi Cavabdeh3 ilə yanaşı miras qoyan Bənövşə Şirinovanın digər övladları da Bənövşə Şirinovanın əmlakından bərabər paylarda miras almalı idilər. Lakin Cavabdeh3 notariat orqanına etdiyi müraciətində özünün yeganə vərəsə olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzilin adına rəsmiləşdirilməsinə nail olmuşdur.
30. Halbuki Cavabdeh3 özünün yeganə vərəsə olmadığını, digər qardaş və bacıları, yəni Bənövşə Şirinovanın digər övladlarının olduğunu və onların da həmin əmlaka vərəsə olmaq hüquqları olduğunu bilirdi.
31. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda miras qoyanın vər əsələrinin dairəsinin müəyyən edilmiş olduğu qeyd olunur. Halbuki miras qoyanın Cavabdeh3 başqa övladlarının da olduğu və onlarında vərəsə olduqları müəyyən edilməmişdir. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasda n imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşd irilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
33. Göründüyü kimi, iddiaçı vərəsə olaraq mirasdan imtina etməmiş, bununla bağlı mötəbər sübutlar mövcud deyildir. Buna görə də, iddiaçı mirası qəbul etmiş vərəsə hesab edilir. Mirasın bölüşdürülməsi ilə bağlı isə Cavabdeh3 tərəfindən Mülki Məcəllənin 1301-ci maddəsinin tələblərinə əməl edilməmiş, bununla bağlı sübutlar təqdim olunmamışdır.
34. Məhkəmə kollegiyası buna görə də apellyasiya şikayətinin 2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında mirasın bir hissəsini qəbul etdiyi üçün, hazırkı iddianın rədd olunması ilə bağlı dəlilini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab etmişdir.
35. Göründüyü ki mi Cavabdeh3 adına sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən mərhumun (miras qoyanın) başqa övladlarının olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan, sadəcə Cavabdeh3 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamələrin verilməsindən xəbər tutandan sonra iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, notariat orqanı qanunla üzərinə qoyulmuş vəzifələrini yerinə yetirmədiyindən, Mətanət Şininova isə Mülki Məcəllənin 5.3-cü maddəsi ilə mülki hüquq münasibətləri subyektlərinin öz hüquq və vəzifələrinin vicdanla həyata keçirməyə borclu olması barədə normanın tələblərini pozaraq digər vərəsələrin ol masını gizləyərək mirası qəbul etmək üçün digər vərəsələrin hüquqlarının pozulmasına şərait yaratmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçının istinad etdiyi halların məhz şəhadətnamə verilməmişdən əvvəl mövcud olduğunu qeyd edir. Belə ki, o, vərəsələrin sayı, cavabdehin digər vərəsələri gizlətmələrinə istinad edir. Amma, vərəsəlik şəhadətnaməsinin ləğvi, belə anlama gəlməyə əsas verir ki, həmin şəhadətnamə verilərkən qanunun tələblərinə riayət edilmiş, lakin sonradan ortaya çıxan hallar həmin şəhadətnamənin ləğv olunmasını şərtləndirir. İddiaçının öz tələbində istinad etdiyi hallar ikinci hala aid deyil. Eyni zamanda qeyd olunmalıdır ki, şəhadətnamənin etibarsız hesab olunması ilə ləğv olunması fərqli hüquqi nəticələrə səbəb olur. Etibarsız hes ab olunma halında şəhadətnamələr bağlandığı andan etibarsız hesab olunmaqla, onun bütün hüquqi nəticələri etibarsız hesab olunur, lakin, ləğv olunanda, həmin vaxtdan sonra öhdəliklərə xitam verilir, iddiaçının əldə etmək istədiyi nəticə-əmlakın əvvəlki vəziyyətə gətirilməsi və yenidən mirasın bölüşdürülməsi, şəhadətnamələrin etibarsız hesab olunmasından sonra baş verən hallardır və eyni zamanda məhz onun hüquqi nəticəsi olaraq çıxarış da ləğv oluna bilər.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli, 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmaqla, onun əsasında Cavabdeh3 verilmiş çıxarış ləğv olunmalıdır.
39. Məhkəmə kollegiyası bağışlama müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbin i əsaslı hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
40. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; - əqdin subyektiv tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
41. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən və onun əsasında verilmiş çıxarış ləğv edildiyindən o, mübahisələndirilən mənzili bağışlamaq üçün mülkiyyətçi kimi hüquqları (subyektiv tərkibinə görə) olmadığından, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq e dilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1278 nömrəli Cavabdeh3 tərəfindən Cavabdeh4 adına verilmiş bağışlama müqaviləsi əhəmiyyətsiz əqd olmalqa etibarsız hesab edilməli və onun əsasında Cavabdeh4 adına verilmiş çıxarış ləğv edilməlidir.
43. Məhkəmə kollegiyası belə olan halda hesab etmişdir ki, eyni əsaslarla Cavabdeh4 etibarsız hesab edilmiş əqd üzrə əldə etdiyi mübahisələndirilən mənzil üzərində heç bir hüququ olmadığından (subyektiv tərkibə görə) Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-2154 saylı Cavabdeh4 tərəfindən Cavabdeh7 adına verilmiş bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında Cavabdeh7 adına verilmiş çıxarış ləğv edilməlidir.
44. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh tərəf məhkəm ə iclasında 2012-ci il tarixdə mərhumdan miras qalmış pul vəsaitlərinin mərhumun övladları arasında bölüşdürüldüyünü bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında olan sübutlardan mərhumun adına banklarda olan pul vəsaitlərinin yeganə vərəsə olan Cavabdeh3 tam payda mülkiyyətinə keçdiyi məlum olur. Cavabdeh tərəf onu da nəzərə almamışdır ki, iddiaçı 2012-ci il tarixli şəhadətnamənin deyil, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş və bu tələbi irəli sürməkdə haqlı olmuşdur. Vərəsəliklə bağlı iş materiallarından yalnız Cavabdeh3 qanun üzrə vərəsə kimi əmlaka tam payda xüsusi mülkiyyət hüququnun tanınması və mərhumun digər övladlarının vərəsələrin dairəsinə daxi l edilməməsi nəzərə alınaraq, onların vərəsəlik işindən məlumatlı olmamaları müəyyən olunur.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin Mülki Məcəllənin 1246 və 1273-1 maddələrinə istinad etməsini əsassız hesab edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ndə təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin iddia müddətinin tətbiqi ilə bağlı dəlillərini əsassız hesab etmişdir.
47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbində bağışlama müqavilələrinin ləğvini tələb etsə də, iddianın mahiyyətindən göründüyü kimi, o, həmin müqavilələrin etibarsızlığını tələb edir. Həmçinin iddiaçı bununla bağlı apellyasiya mərhələsində ərizə vermişdir.
48. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 5.3, 152.1, 39.1, 324, 337.1, 337.4, 390.1, 1133.1, 1134.1, 1145, 1146, 1159.1, 1243.2, 1243.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 217.4, 384.0.2 və 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
49. Qətnamədən Cavabdeh3 (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 və Cavabdeh7 vicdanlı əldə edən şəxs olmalarını və onların mübahisəli mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlarının həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını nəzərə almamış, bununla da bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsinə dair səhv nəticəyə gəlmişdir. Cavabdeh4, istərsə də Cavabdeh7 mənzil üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərdirlər. İşə baxmış apellyasiya instansiyası məhkəməsi buna baxmayaraq qeyd olunan xüsusata əhəmiyyət verməmiş, bununla iş üzrə qanuni və əsaslı olmayan məhkəmə aktı qəbul etmişdir. Həmçinin Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzilin mülkiyyətçisi Bənövşə Şirinovanın 9 övladı olmuş və miras açılan zaman övladlarından 7 nəfəri sağ olmuşdur. Belə olan halda həmin mənzil üzərində qanun üzrə vərəsəliklə iddiaçıya çatası pay mənzilin 1/7 hissəsini təşkil edir. Bununla da Cavabdeh3 ehtimal olunan qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyanın həcmi həmin mənzilin 1/7 hissəsinə, yəni iddiaçının qanun üzrə vərəsəlik zamanı ona çatası pay həcmində müə yyən olunur. İddiaçı miras qalmış mənzilin qanun üzrə vərəsəlik zamanı ona çatası pay haqqı olaraq mənzilin 1/7 hissəsinin dəyərinin ona ödənilməsi tələbinə dair Cavabdeh3 qarşı iddia qaldırmaqla, məhrum olduğu pay haqqının dəyərinin ödənilməsini tələb etməlidir. İddiaçının həmin mənzil üzərində qanun üzrə vərəsəliklə ona çatası 1/7 hissədə pay haqqından məhrum olması əsası ilə mənzili vicdanlı əldə edənlərlə bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsi qanunauyğun deyildir. Həmçinin qeyd olunan bağışlama müqavilələri bağlanan zaman onun etibarsızlığına əsas olan və qanunla müəyyənləşdirilmiş hansı şərtlərin pozulması apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmamış və həmin müqavilələrin Mülki Məcəllənin 14-cü fəslində müəyyən edilmiş hansı etibarsız əqd o lması müəyyənləşdirilməmişdir. Buna baxmayaraq işə baxmış apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları və xüsusatları nəzərə almamış, bununla da Mülki Məcəllənin 337-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmiş və qeyd olunan maddi hüquq normasının mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində iddia tələbinin təmin edilməsinə dair qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bağışlama müqavilələrinin ləğv edilməsi tələbini irəli sürmüşdür. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmüş, apellyasiya in stansiya məhkəməsi isə həmin ərizəni icraata qəbul edərək məhkəmə aktı qəbul etmişdir. Göründüyü kimi iddiaçı apellyasiya məhkəməsinə iddianın dəyişdirilməsi ərizəsi verərək iddia tələbinin hüquqi əsasını deyil, iddianın əsasını və predmetini dəyişmişdir. Bununla da işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 372.3-cü maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmadığından, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulması və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Tətbiq edilən hüquq: A zərbaycan Respublikasının Mülki Məcəlləsi.
51. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
52. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
53. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
54. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
55. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyən ləşdirilməlidir.
56. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
57. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
58. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
59. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
60. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
61. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
62. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
63. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
64. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
65. Maddə 1159.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
66. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
67. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir k i, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
68. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı.
69. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat of isində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmaya n vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
70. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olm adığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
73. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən e dilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
81. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
87. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
89. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
90. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.