Məhkəmə qərarları › İş №2(102)-2192/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2192/2020

23.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2192/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X4 və cavabdehin vəkili və nümayəndəsi İbrahimov Rəfail Rza oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2020ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq cavabdeh “xxxx” MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, XXX ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin İddiaçı Əlhüseyn qızına təhvil verilməsi vəzifəsinin qoyulması, “xxxx” MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, XXX ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4cü mərtəbəsindəki, ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair Cavabdeh2 adlı şəxslə və Cavabdeh3 adlı şəxslə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair xx xxxx 2016-cı il tarixli, 107 saylı müqavilənin etibarsız hesab olunması,“xxxx” MTK-dan 30 manat dövlət rüsumuna görə pulun cavabdehdən tutulub İddiaçı Əlhüseyn qızına verilməsi qət edilmişdir. (hakim C.İ.Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən, məruzəçi), A.Abbasov və T.Məmmədov, 2(105)-3069/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)3229/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 apelyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, cavabdeh “xxxx” MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, XXX ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin İddiaçı Əlhüseyn qızına təhvil verilməsi vəzifəsinin qoyulması, “xxxx” MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, XXX ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair Cavabdeh2 adlı şəxslə və Cavabdeh3 adlı şəxslə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair xx xxxx 2016-cı il tarixli, 107 saylı müqavilənin etibarsız hesab olunması, iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MTKdan tutulub cavabdeh İddiaçı Əlhüseyn qızına verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Əlhüseyn qızı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, cavabdehin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri,XXX ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin ona təhvil verilməsi, cavabdehin 18 saylı mənzilə dair Cavabdeh2 ilə bağladığı xx xxxxx 2016-cı il tarixli, 18 saylı müqavilənin etibarsız hesab edilməsi, 21-ci mənzilə dair Cavabdeh3 ilə bağladığı xx.xx.2016-cı il tarixli, 107 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Əlhüseyn qızı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə onun arasında bağlanan xx xxxxxx 2006-cı il tarixli müqavilələrə əsasən, mübahisəli 21 sayl ı və 18 saylı mənzillərin ona satılması razılaşdırılmışdır. Müqavilə üzrə müəyyən edilən mənzillərin dəyəri tam olaraq onun tərəfindən ödənilsə də cavabdeh mənzilləri ona təhvil verməmişdir. Öhdəliyi yerinə yetirməməklə yanaşı, həmin mənzillərə dair Cavabdeh2 və Cavabdeh3la müqavilə bağlamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri:

1. Məhkəmə iclası barədə lazımi qaydada xəbərdar olunmadan, işə onun iştirakı olmadan baxılmaqla MPM-nin 9-cu maddəsinin tələbləri pozulmuşdur;

2. Məhkəmə işdə olan sübutlara obyektiv qiymət verməmişdir;

3. Maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Kassatorun 1-ci dəlili ilə bağlı: Cavabdeh məhkəmənin vaxtı və yeri barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlmə diyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Beləki, işdə olan məhkəmə bildirişlərindən görünür ki, cavabdehə dəfələrlə yaşadığı yer üzrə (Bakı şəhəri, XXX) məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh özü kassasiya şikayətində və digər ərizələrində də onun yaşayış yerinin həmin ünvan olduğunu təsdiq etmişdir. Cavabdehə xx xxxx 2019-cu il tarixdə və xx xxxx 2019-cu il tarixdə həmin ünvana iki dəfə məhkəmə bildirişləri göndərilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə hakim köməkçisi həmin ünvanda yaşayaş Cavabdeh2 anası XXX ilə (2-ci cild, iş vərəqə 110, ***-***-**-** nömrə ilə) telefon vasitəsi ilə danışaraq məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermişdir. Qarşı tərəf bu barədə cavabdehə məlumat verəcəyini vəd etmişdir. Lakin, cavabdeh məhkəməyə əvvəlcədən heç bir məlumat vermə dən yenə də məhkəmə iclasına gəlməmişdir. Ona görə işə baxan məhkəmə haqlı olaraq MPM-nin 376.2. maddəsinə istinad etməklə işə cavabdehin iştirakı olmadan baxmışdır. Odur ki, cavabdehin 1-ci dəlili əsaslı hesab oluna bilməz. Kassatorun 2-ci dəlili ilə bağlı: Cavabdeh hesab edir ki, məhkəmə işdə olan sübutlara ona görə obyektiv qiymət verməmişdir ki, MPM-nin 8, 9.1, 14.1, 81 və 88-ci maddələrinin tələblərinə əməl etməmiş, yəni qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilmədiyi halda sübyektiv mülahizələrə əsaslanmış, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, mövcud sübutlara isə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir. Belə ki; -iş üzrə cavabdehin iş m ateriallarında olan, habelə məhkəmə iclasında iştirak edən nümayəndəsinin etirazlarında əks olumuş “iddiaçı tərəfindən ödənilmiş pulun geri qaytarılması” barədə dəlillərinə yalnız iddiaçı tərəfin şahid qismində dəvət etdiyi şəxsi dindirməklə birtərfəli qaydada qiymət vermiş; -həmin hal üzrə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində hazırki mübahisə ilə bağlı olmayan cinayət işi üzrə həbsdə olan sabiq direktor X2 işə cəlb etməmiş; -X3 həbs edilənədək mənzillə bağlı İddiaçı Əlhüseyn qızının hansı səbəbdən tələb irəli sürmədiyinə qiymət verməmiş; -İddiaçı Əlhüseyn qızının mübahisəyə qədər ötən 12 il, yəni 2006-cı ildən 2018-ci ilədək olan dövr ərzində mənzillə bağlı tələb irəli sürmədiyinə qiymət verməmiş; -mübahisəli mənzillə bağlı müqavilələr “ xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış olduğu halda həmin cəmiyyətin hüquqi varisinin birdən-birə hansı səbəblərdən “xxxx” MTK olduğunu araşdırmamış; -“xxxx” MMC ilə bağlanmış müqavilələrdə mübahisəli mənzillərin yerləşdiyi binanın 12 mərtəbəli, “xxxx” MTK ilə bağlanan müqvilələrdə isə 15 mərtəbəli göstərilməsinin səbəbləri ilə bağlı araşdırma aparmamış; -İddiaçı Əlhüseyn qızının ödədiyi pullar barəsində kassa mədaxil qəbzinin olubolmadığını araşdırmamış və yalnız maliyyə arayışına əsaslanaraq iddia tələbini təmin etmişdir. Kassatorun 2-ci dəlili də keçərli deyil. Əvvəla “xxxx” MMC ilə İddiaçı Əlhüseyn qızı arasında xx xxxxxx 2006-cı il tarixli müqavilə bağlanmış və xx xxxxxx 2009-cu il tarixli maliyyə arayışlarına əsasən hər iki mənzilə görə müəyyən edilmiş pay haqqı tam olar aq “xxxx” MMC-yə ödənilmişdir. Həmin müqavilə və mənzilə dair ödənişlər olduğu təqdirdə kooperativdə yerləşən müqavilənin surətinin üzərində birtərəfli qaydada pulun geri qaytarılması barədə qeyd yazılması müqavilənin ləğvi anlamına gəlməyə əsas vermir. Ona görə işə baxan Apelyasiya Məhkəməsi haqlı olaraq həmin müqavilənin qüvvədə olması qənaətinə gəlmişdir. Müqavilənin ləğvinin mülki qanunvericiliklə müəyyən edilmiş qaydaları var. Bu, ya tərəflərin qarşılıqlı razılığı ilə, və yaxud, məhkəmə qaydasında həl edilə bilər. Mənzilə dair İddiaçı Əlhüseyn qızı ilə bağlanmış müqavilənin qüvvədə olması cavabdehin digər dəlilərini qüvvədən salır. Yəni, cavabdehin mənzilə görə kooperativə pul ödəməsi, kooperativin sədri X1 bu halla bağlı hansı ifadə verəcəyi, iddiaçının iddia tələbi ilə məhkəməyə gec müraciət etməsinin səbəbləri, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisinin hansı səbəblərdən “xxxx” MTK olmasının aydınlaşdırılması, inşa edilmiş binanın mərtəbəsinin dəyişməsi və.s hallar hazırkı halda mübahisənin həllində əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya Məhkəməsi haqlı olaraq işdə olan sübutlara qeyd olunan prosessual normanın tələbləri baxımından qiymət vermişdir. Kassatorun 3-cü dəlili ilə bağlı: Maddi hüquq normaları Apellyasiya Məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Beləki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsini n İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məc əlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İddiaçı mübahisəli mənzillərə mülkiyyət hüquqları əldə etdikdən sonra həmin mənzillərin digər şəxslərə satılması qanunsuz və əsassız olmuşdur. Apellyasiya Məhkəməsi əqdləri etibarsız hesab edərkən MM-nin 337.5. maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq qeyd edilir ki, əvvəla, cavabdeh dəfələrlə məhkəmə iclaslarına çağırılsa da, məhkəmə iclasına gəlmədiyindən hə min məsələ ilə bağlı əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq mümkün olmamışdır. İkincisi, cavabdehin kassasiya şikayətində qeyd etdiyi kimi o, müqavilədə qeyd olunanlardan başqa digər ödənişlər də etmişdir(materialların bahalanması ilə əlaqədar 2016-cı ildə 10.300 manat). Əgər söhbət əqd üzrə alınanların qaytarılmasından gedirsə, mənzilə görə bütün ödənişlərin qaytarılması ehtiva olunur və həmin halların araşdırılmasına zərurət yaranır. Cavabdehin özünün iştirakı olmadan həmin halları məhkəmə müəyyən edə bilməzdi. Bundan başqa, həmin halın həll edilməməsi cavabdehin ödədiklərini geri qaytarmağı tələb etmək hüququnu məhdudlaşdırmır. Nəticə: Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar