Məhkəmə qərarları › İş №2(102)-2194/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2194/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2194/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, 3-cü şəxslər “xxxx” ASC-yə və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2194/21 (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Bakı şəhəri, 27 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil Azər oğlunun iştirakı ilə, Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3957/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər «xxxx» MMC-nə və Bakı şəhəri Cavabdeh2nə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC tərəfindən 03.06.2019-cu il tarixdə keçirilən hərracın və hərracın yekunları barədə 38/01 nömrəli, 03.06.2019cu il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Azər oğlu iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC tərəfindən 03.06.2019-cu il tarixdə keçirilən hərracın və hərracın yekunları barədə 38/01 nömrəli, 03.06.2019cu il tarixli protokolun etibarsız hesab edilməsi, E saylı bağ evinə dair 17.07.2019-cu il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, E saylı bağ evi onun xüsusi mülkiyyətində olmuşdur. Onunla “xxxx" ASC arasında bağlanmış kredi t müqaviləsinin təminatı olaraq qeyd olunan bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xxx il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 124881,04 ABŞ dolları əsas borc, 28367,33 ABŞ dolları faiz və 3000 ABŞ dolları məbləğində cərimə, cəmi 156248,37 ABŞ dollarının və məhkəmə xərclərinə görə 30 manatın ondan tutularaq iddiaçı «xxxx" ASC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanın ona məxsus olan E saylı bağ evinə yönəldilərək, həmin evin açıq hərracdan satılması, bağ evinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddia tələbi E saylı bağ evinin boşaldılması hissəsində rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2920/2017 saylı, xxx il tarixli qətnaməsi qismən - təmin edilməyən (E saylı bağ evinin boşaldılması) hissəsində - ləğv edilmiş və həmin hissədə iddianın təmin edilməsi, E saylı bağ evi satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Bundan sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 09.04.2018-ci il tarixli qətnaməsindən kasasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxx il tarixli, 2(102)-6272/2018 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməmişdir. Bundan sonra isə ona məxsus əmlak barədə hərrac Bakı şəhəri Sabunçu rayon İcra və Probasiva şö bəsinin göstərişi ilə cavabdeh “xxxx" MMC tərəfindən təşkil edilmişdir. Lakin hərracların təşkili və keçirilməsi barədə bildirişlərin heç biri ona təqdim edilməmiş, nəticə etibarı ilə o, məlumatlı olmamışdır. O, bu barədə məlumatı hərrac protokolu İcra şöbəsinə təqdim edildikdən sonra məlumat əldə etmiş və nəticə etibarı ilə bundan sonra məlumatlı olmuşdur. Məhz bundan sonra cavabdehə rəsmi qaydada müraciət etdikdən sonar sənədlərin surətlərini əldə etmiş və məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3775/2019 saylı, xxx il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus daşınmaz əmlakı n hərracın təşkilatçısı olan «xxxx» MMC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilmişdir. Göründüyü kimi, iddiaçının hərra cın keçirilməsindən xəbəri olmuş, ona bu barədə müvafiq bildirişlər ünvanlanmış, lakin iddiaçı hərracda iştirak etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmadığından, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar sübutlarla öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsin in 415.1, 415.2, 225.2, 225.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələri və F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 2(103)-3957/2020 saylı, xxx il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3775/2019 saylı, xxx il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin işin müəyyən edilən hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Belə ki, hərracın təşkilatçısı olan “xxxx” MMC “İpoteka haqqında” Azərbaycan Respubl ikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Göründüyü kimi, hərracların keçirilməsi barədə tərəflərin məlumatı olmuşdur. İş materiallarından göründüyü kimi, hərracların təşkili və keçirilməsi barədə bildirişlər hərrac təşkilatçısı tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir (“qapı bağlıdır”, “ünvanda nə qeydiyyat, nə də yaşamır”, “ev satılıb” qeyd edilmişdir) və həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. « Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və iddiaçı özü də ən azı mənzilinin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş hərraclar barədə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiymətləri, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar təfsilatı ilə qeyd edilmişdir. İpoteka saxlayanın ipoteka predmetini alması üçün hər hansı hərrac keçirilməsinə və bunun üçün elan dərc etməyə və maraqlı şəxslərə bildiriş göndərməyə lüzum yoxdur. Hazırki işdə təkrar hərrac 10.05.2019-cu ildə keçirilmiş və hərrac baş tutmamışdır. 03.06.2019-cu il tarixdə isə mənzil “xxxx” ASC tərəfindən alınmışdır. Cavabdehlər tərəfindən hərracda müəyyən edilmiş qiymətlə bağlı tələblər pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olmuş əmlaka dair hərracın keçirilməsi və ipoteka saxlayana satılması ilə bağlı pozuntulara yol verilmədiyindən, 03.06.2019-cu il tarixli 38/01 nömrəli “Hərracların yekunları barədə” Protokolun etibarsız hesab edilməsi üçün əsasların olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “çıxarışın ləğv edilməsi” hissəsində iddianı da, hərracın yekunları barədə 03.06.2019-cu il tarixli 38/01 nömrəli protokol qanuni və əsaslı sayıldığından, təmin etməməkdə haqlı olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil Azər oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hə rracın yekunları barədə 100 nömrəli, 25.08.2017-ci il tarixli Protokol etibarsızdır. Çünki yekunda həmin protokolun tərtibi ilə nəticələnən hərrac prosedura qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməmişdir. Belə ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə ona rəsmi bildiriş göndərilməmiş, vu barədə ona hər hansı məlumat verilməmişdir. Bununlda da o, hərrac barədə qabaqcadan məlumatlandırılmaq və hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Onun razılığı və məlumatı olmadan xüsusi mülkiyyətində olan əmlak ondan qeyri-qanuni şəkildə alınmışdır. İş üzrə cavabdeh “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə əməl etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər “xxxx” MMC-nin, Bakı şəhəri Cavabdeh2, 3-cü şəxslər “xxxx” ASC-nin və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil Azər oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 4 15.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.

5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə

416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 42.1. hərracın təşkilatçısı hərracın keçirilməsinə da ir kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədi yyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k asasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzr ə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, hərracın keçirilməsinin və nəticələrinin etibarsızlığına dəlalət edəcək hər hansı hal mövcud deyildir. Belə ki, hərrac keçirilərkən hazırki iddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə bildiriş iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, hərracın keçirilmə vaxtı və yeri barədə bildiriş ünvan 2 ünvanın hazırki cavabdehin qeydiyyatda olduğu ünvan olması onun tərəfindən məhkəməyə iddia ilə müraciət etmək üçün dövlət rüsumunun ödənilməsi barədə qəbzlə (səh 17) və vəkilinə verilmiş etibarnamə ilə (səh 76) öz təsdiqini tapır. Ona görə kasasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3957/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar