Məhkəmə qərarları › İş №2(102)-2196/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2196/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2196/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə ilk Cavabdeh İddiaçı qarşı “əmlakın naturada bölünməsi, açıq hərracda satılması və əldə edilmiş vəsaitin bölünməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə olan istifadə hüququnun kompensasiya ödənilməklə itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, Cavabdeh və onun vəki li X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6707/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5139/2017 nömrəli iş üzrə qəbul etdiyi 01 avqust 2017-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli qətnaməsi iddiaçı Cavabdeh X5 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilərək, Cavabdeh X küçəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 9 mart 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5139/2017 nömrəli iş üzrə qəbul etdiyi 01 avqust 2017-ci il tarixli qərarı ilə X8 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-613/2017 nömrəli iş üzrə qəbul etdiyi 06 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam yenilməsi və evdən çıxarılma tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. X8 ilə İddiaçı arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli 5 saylı Bakı “Asan xidmət” mərk əzində notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, ünvan 1 ünvanda 46.3 kv.m. üzərində yerləşən fərdi yaşayış evi iddiaçıya bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, X küçəsi, ev 471G xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 07.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 365 nömrəli reyestr kitabının 34140 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2018 nömrəli iş üzrə qəbul etdiyi 11 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddi açı Cavabdeh qarşı “yaşayış sahəsindən cavabdehin və əşyalarının çıxarılma tələbinə dair” iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-306/2018 nömrəli iş üzrə qəbul etdiyi 06 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiasının qismən təmin olunması, X8 ilə İddiaçı arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanda 46.3 kv.m. üzərində yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-229/2019 nömrəli iş üzrə qəbul etdiyi 26 fevral 2019-cu il t arixli qətnaməsindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-306/2018 nömrəli iş üzrə qəbul etdiyi 06 iyun 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(056)306/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5062/2019 nömrəli iş üzrə qəbul etdiyi 15 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 26 fevral 2019cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apelly asiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3047/2019 nömrəli iş üzrə qəbul etdiyi 24 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh oğlunun cavabdehlər X6, X11 və X5, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi və 10 saylı Notariat ofisinə qarşı “26.02.2016-cı il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonra dan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat kompensasiya ödənilməklə onun X saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.03.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh onun qardaşı X5 qarşı “evə köçürülmə” barədə ilk iddiası təmin edilmiş, sonradan qardaşının Cavabdeh qarşı qaldırdığı “kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi də təmin olunmamışdır. Həmin ərəfədə qardaşı Sahib Əliyev xəstə olduğu üçün xüsusi mülkiyyətində olan fərdi yaşayış evini ona bağışlamış, bundan sonr a mülkiyyətçi olaraq özü Cavabdeh “yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması” barədə iddia qaldırmış, lakin iddia tələbi Suraxanı Rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayətinin icraatı Cavabdeh Sabirabad Rayon Məhkəməsində “fərdi yaşayış evinin bağışlamasının ləğv edilməsi” barədə iddia verməsi səbəbi ilə 03.04.2018-ci il tarixli qərardadla dayandırılmış, Şirvan Apellyasiya Məhkəməsinin 26.02.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh həmin tələbi təmin olunmamış, lakin onun sözügedən fərdi yaşayış evindən istifadə hüququnun olduğu müəyyən edilmişdir. Məhz bu əsasla Bakı Apellyasiya Məhkəməsi dayandırılmış icraat üzrə onun apellyasiya şikayətinin təmin edilməməsi haqqında 05.11.2019-cu il tarixdə qətn amə çıxarmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yaşayış sahəsindən Cavabdeh istifadə hüququ olduğundan bu hüquqa bazar qiymətinə uyğun kompensasiya verilməklə xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, Cavabdeh nə qardaşının, nə də onun ailə üzvü olmayıb, Kifayətin evə köçürülməsi yalnız evin mülkiyyətçisinin olmaması ilə bağlı idisə, hazırda ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, X saylı evin naturada bölünməsi, evin naturada bölünməsi mümkün olmazsa onun qiymətləndirilərək açıq hərracda satılması və əldə ediləcək vəsaitin İddiaçıyla aralarında ½ hissədə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, Sahib Əliyevlə 16 yanvar 2000-ci il tarixdə faktiki n ikaha daxil olub ailə həyatı qurmuş, övladları olmamış, X1 və X7 aldıqları X küçəsi, ev 471 ünvanda yerləşən 0,022 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edib 2004-cü ilin oktyabr ayından həmin evdə bir yerdə yaşayıb ümumi təsərrüfat aparmışlar. Sahib Əliyev 01 dekabr 2015ci il tarixdə onu həmin evdən qovmuş, buna görə də evə məhkəmə qaydasında məcburi köçürülməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 29 mart 2016-cı il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, Sahib Əliyevin apellyasiya və kassasiya şikayəti isə təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsi icra olunmuşdur və hazırda mübahisəsi gedən evdə yaşayır. Sonradan, xəbəri olmadan ev İddiaçı adına keçirilmiş, X2 ona qarşı "kompensasiya ödənilməklə yaşayış sahəsindən ist ifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbi də Suraxanı Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. X17 birlikdə torpaq sahəsi almasalar idi, orada fərdi yaşayış evi inşa edə bilməzdilər. Həmin torpaq sahəsində onların fərdi yaşayış evi inşa etmələri və həmin evdə yaşamaları qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunur. İddiaçı təklif etdiyi kompensasiya məbləği azdır, kompensasiya olaraq ən azı 15 000 manat pulun verilməsi daha ədalətli olar. Evin satış qiyməti hazırda 45 000 manatdır, o isə həmin məbləğdən yalnız 15 000 manat istəyir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən 12.06.2020-ci il tarixdə verilmiş 108 saylı “ekspert rəyi”ndən görünür ki, X saylı bir mərtəbəli, ümumi sah əsi 46,3 kv.m olan, 3 otaqlı fərdi yaşayış evi ilə eyni şəraitli, həmin ərazidə 1 (bir) otaqlı orta təmirli yaşayış sahəsinin kirayə haqqı 150-180 manat arası təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Təranə Mahmudova) 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və hazırki iş üzrə cavabdehin həmin mənzilə istifadə hüququ vardır. Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən təklif olunan 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya məbləği Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Cavabdehin iddiaçının yaşayış sahəsi ndən çıxarılması və yaşayış sahəsinin boşaldılması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı ailə münasibətlərinin aradan qalxması və mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehin həmin evdə qalması iddianın əsaslı olması qənaətinə gəlməyə əsas verir. Belə ki, mülki qanunvericilik mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları qanunvericiliklə tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Cavabdeh qarşılıqlı iddia tələbini hansı hüquqa istinadən irəli sürməsini əsaslandırmamışdır. Halbuki, əmlakın naturada bölünməsi və ya açıq hərracda satılması tələbini mülki qanunvericiliyə əsasən əmlakın ümumi paylı əmlakın mülkiyyətçilərindən biri və ya bir neçəsi irəli sürə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli evə və ya onun bir hissəsinə hər hansı formada mülkiyyət hüququ ilə sahib olmadan, hazırkı iddianı vermək üçün müvafiq subyektiv hüquqa malik deyil. Buna görə də, qarşılıqlı iddia təmin oluna bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 158.1, 158.4, 152.1, 157.2, 220.2, 220.4, 220.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elnur Həsənov sədrl ik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 2(103)-6707/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1385/2020 saylı iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh sözügedən evdən istifadə hüququ mövcuddur və İddiaçı məhz bu hüquqa kompensasiya verilməklə xitam verilməsini istəməkdədir. Məhkəmə kollegiyası ilkin iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən iddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən 12.06.2020-ci il tarixdə verilmiş rəydən görünür ki, X saylı bir mərtəbəli, ümumi sahəsi 46,3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ilə eyni şəraitli, həmin ərazidə 1 (bir) otaqlı orta təmirli yaşayış sahəsinin kirayə haqqı 150-180 manat arası təşkil edir. Başqa sözlə, ilkin iddiaçının təklif etdiyi kompensasiya ilə Cavabdeh təqribən 3-4 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, kompensasiyanın məbləği evin dəyəri nə zərə alınmaqla müəyyənləşdirilmədiyinə görə, evin qiymətinin 45 000 manat olduğu və bu məbləğin 1/3 hissəsinin ona verilməli olduğu barədə Cavabdeh bildirdikləri də əsassızdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh evdən çıxarılmasının qarşılıqlı əvəzi kimi təklif olunan kompensasiya məbləğinin onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə hazırda yaşadığı evə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edilmişdir ki, cavabdeh X saylı fərdi yaşayış evinin mülkiyyətçisi (paylı mülkiyyətçisi) olmadığından müvafiq iddianı irəli sürmək üçün subyektiv hüquq sahibi deyildir və məhkəmə tamamilə haqlı olaraq onun tələbini əsassız hesab etmişdir. Cavabdeh ka ssasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6707/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində cavabdeh X8 ilə rəsmi nikahı olmasa da, 16.0.2000-ci ildən faktiki nikahda yaşadığını, mübahisəli evin torpaq sahəsini ev tikmək üçün birlikdə aldıqlarının və birgə ev inşa etdiklərini, bu faktın qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyini, təklif edilən kompensasiyanın çox az olduğunu göstərmiş, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüqu q normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası Azərbaycan Respubli kası MPM-in 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquq una malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərba ycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. M addə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəmə si müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə verilmiş kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barə də məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin kompensasiya məbləğinin az olması barədə dəlillərini əsassız hesab edir, belə ki, həmin dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşa maq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən iddiaçının (mülkiyyətçinin) maddi və əmlak vəziyyətini, ona məxsus və yaşadığı mənzilin şəraitini və dəyərini (real bazar qiymətini), eyni şəraitli mənzillərdə aylıq kirayə haqqının mümkün hədlərini nəzərə almışdır. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmı ş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-6707/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar