Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2196/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 16 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, X6 ilə X8 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 19 saylı fərdi evinə dair tərəflərin razılığı ilə yazılı şəkildə alqı-satqı müqaviləsi bağlanmışdır. 26 aprel 2021-ci il tarixli, 026 nömrəli yerli (bələdiyyə) vergilərin ödəyici olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsində yerləşən fərdi yaşayış və torpaq sahəsinin vergi ödəyicisidir. Nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə İddiaçı 21.02.2012-ci il rəsmi nikaha daxil olmuşlar. 05 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 17 fe vral 2021-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş kəskin işemik” xəstəliyindən Bakı şəhərində ölmüşdür. AKX-0273054/02-2021 nömrəli, 01 fevral 2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski ünvanında yerləşən fərdi yaşayışı evinin qazla təmin edilməsi ilə bağlı qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. 43825593 nömrəli, 29 yanvar 2021-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, ünvan 1 ünvanına dair "xxxx" ASC ilə İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılmasına dair müqavilə bağlanılmışdı r. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi evdə köçürülməyi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bağırova X4 Seyran Şirvan oğlu ilə (Cavabdeh1 oğlu) 21.02.2012-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, həmin vaxtdan 2021-ci ilin fevral ayınadək yəni, həyat yoldaşının ölümünədək birgə yaşamışlar. İlk vaxtlar onunla birlikdə ünvan 3 ünvanında yaşamamışlar. Əri ilə birgə yaşadıqları dövrdə bir neçə daşınar və daşınmaz əmlak əldə et mişlər. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsində 6 sot torpağın içərisində ayrı-ayrılıqda tikilmiş 2 evləri olmuş, həmin evin birində yoldaşı ilə birgə yaşamışlar. Digər evi isə yoldaşı sex kimi istifadə etmişdir. 2020-ci ilin axırlarına doğru yoldaşı ilə birgə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evi satmağı qərara almış, həmin evi satdıqdan sonra 16 noyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini almışlar. 04 dekabr 2020-ci il tarixində əri X6 yeni evlərində, yəni ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da, əri Seyran Nüsrətovla birlikdə orada yaşamağa başlamışlar. Yaşamaq üçün lazım olan əşyaları və ərinin iş ləvazimatlarınıda ora köçürmüşlər. Həmçinin, evin müəyyən dərəcədə təmirə ehtiyacı olduğu üçün evi təmir etdirmə yə başlamışlar. Lakin, 06 yanvar 2021-ci il tarixdə həyat yoldaşı X1 yaranmış problem ilə əlaqədar olaraq (sümük yeyilməsi xəstəliyi) Avrasiya klinikasına yerləşdirilmişdir. Orda məlum olmuşdur ki, yoldaşının ürəyində problemlər var və buna görə də, o, Bakı Sağlamlıq klinikasına köçürülmüşdür. 10 gün orada müalicə olunsa da, sonradan yoldaşı müalicədən imtina etmiş, 17 yanvar 2021-ci il tarixdə komaya düşmüşdür. Bir ay komada qalmış, daha sonra onda vərəm xəstəliyi aşkar olunduğu üçün Vərəm xəstəxanasına köçürülmüşdür. 17 fevral 2021-ci il tarixdə həyat yoldaşı X6 “ürəyin dəqiqləşdirilməmiş kəskin işemik” xəstəliyi səbəbi ilə vəfat etmişdir. X11 özü dəfn etdirmiş, yas mərasimini özü təşkil etmiş, qəbr üstünü də, o düzəltdirmişdir. Həyat yoldaşının yas mərasimi başa çatdırdıqdan sonra 2021- ci ilin aprel ayının əvvəllərində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3Q ünvanındakı fərdi yaşayış evinə normal şəraitdə yaşamaq ücün yeni əşyalar yerləşdirmiş və orada yaşamağa davam etmişdir. 17 iyul 2021-ci il tarixdə işdən evə gəldiyi zaman evin giriş qapısının açarlarının dəyişdirildiyini görmüş və evə daxil ola bilməmişdir. Ona məlum olmuşdur ki, ərinin atası Cavabdeh1, onun oğlu Cavabdeh2, yoldaşı Cavabdeh3 ilə birlikdə onun icazəsi olmadan, gizli şəkildə evin giriş qapısını hansısa vasitə ilə açaraq evə daxil olmuş və onun icazəsi olmadan evinin giriş qapısının açarlarını dəyişdirmişlər. Bundan sonra o, bununla bağlı polisə şikayət etmişdir. Hesab edir ki, cavabdehlər kənar şəxslərdir və onun ailə üzvləri deyillər. Onun icazəsi olmadan evinə daxil olduqlarına görə məsuliyyət daşıyırlar. Çünki, o, evinə təzə əşyalar yerləşdirmiş, evinin və həmin əşyaların salamatlığı üçün cavabdehlər məsuliyyət daşıyırlar. Polis idarəsində ona məsəllənin həlli üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsindəki yerləşən evdə onlarla birlikdə yaşasa da, ünvan 5 saylı evdə onlarla birlikdə yaşamamışdır. Həmçinin Cavabdeh3 da, heç vaxt onunla birgə yaşamamış, onlarla birlikdə qeyd olunan evə köçməmişdir. Hər ikisi əsassız olaraq, eyni zamanda, Cavabdeh1 oğlunun, yəni, onun əri X2isi olmasından istifadə edərək İnzibati məhkəmədə iddia qaldıraraq onun icazəsi olmadan ora qeydiyyata düşmüşdür. Hal-hazırda qapı bağlı olduğu üçün nələrin baş verməsindən məlumatı yoxdur. Cavabdehlər onu evinə buraxmırlar. Həmçinin evdəki əşyaların ın salamat olub-olmamasından narahatdır. O, böyük zəhmətlə əldə etdiyi və əri ilə birgə yaşadığı evə köçməlidir. Cavabdehlərin ona qarşı maneəçiliyi aradan qaldırılmalı, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh3 evdən çıxarılmalıdır. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 3Q saylı fərdi evi X6 16 noyabr 2020-ci il tarixli evlərin alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Bakıxanov Bələdiyyəsinin verdiyi Yerli (Bələdiyyə) vergilərin Ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 026 saylı, 26.04.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsində yerləşən fərdi yaşayış və torpaq sahəsinin vergi ödəyicisidir. (YVÖK-18011xxxxxxx). “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında Bakı şəhəri, Bakıxanov qəsəbə si, S.Şuşinski-0020-0003-ə dair 01.02.2021-ci il tarixli qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Yenə həmin ünvana dair "xxxx" ASC ilə İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılmasına dair müqavilə bağlanılmışdır. Həmçinin "xxxx" ASC ilə də İddiaçı arasında müqavilə bağlanılmışdır. Yaşayış yeri üzrə qeydiyyata dair arayışdan görünür ki, əri X6 ünvan 5 ünvanında qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası DİN-nin 21.10.2000-ci ildə verdiyi 024992 saylı vəsiqədən də görünür ki, X6 müharibə veteranıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, iş № 2(008)-5326/2021) iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 2 ünvanında yerləşən fədi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının köçmək isdədiyi və cavabdehər Cavabdeh2 və Cavabdeh3 çıxarılmasını tələb edilən yaşayış evi özbaşına tikilidir və həmin ünvana dair hər hansı bir hüquq müəyyənedici sənədlər mövcüd deyildir. Məhkəmə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3 “Q” saylı evə köçürülməsi ilə əlaqədar qeyd etmişdir ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı 2020-ci il noyabr ayından 2021-ci ilin iyul ayının 17-i tarixinədək ünvan 7 ünvanındakı fərdi yaşayış evində yaşamışdır. Həmin ünvanda yaşamasına dair aktiv hərəkətlər edərək yaşadığı dövr ərzində sözügedən ünvanla bağlı vergi ödəyicisi kimi uçota alınmış və qazın alqı-satqısına dair m üqavilə bağlamışdır. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı həmin dövrlər ərzində ünvan 7 ünvanında yaşaması cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı uzun müddət yaşadığı mübahisəli evə köçürülməlidir. Məhkəmə iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli evdən çıxarılmasına dair hissəsi barədə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı və tərəflərin də vermiş olduğu izahatlardan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3 “Q” saylı evə dair hər hansı hüquqmüəyyənedici sənədin olması müəyyən edilmədi. Belə ki, cavabdehlərin həmin evdən qanunsuz olaraq istifadə etməsinə dair hər hansı mötəbər, təkzibolunmaz sübutunu təqdim edə bilmədi. Belə olan halda məhkəmə hesa b edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3 “Q” saylı evdən çıxarılması barədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə bir daha qeyd etməyi zəruri sayır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması mənasına gəlmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilməsi hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-11225/2021) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi evə köçürülməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş köhnə Mənzil Məcəlləsinə istinad etməsi ilə bağlı məhkəmə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin araşdırılan halları ilə iddiaçı M.Z.Bağırovanın Cavabdeh1 oğlu Seyran Nüsrətovla 2012-ci ildə nikaha daxil olduğu, mübahisəli fərdi tikiliyə isə 2020-ci ildə köçdüyü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin ba xılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, tərəflər arasındakı hazırkı fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 01.10.2009-cu il tarixdən sonra əmələ gəlmişdir, ona görə də bu mübahisənin həlli zamanı 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad edilməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən qanunsuz olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırkı mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, İddiaçı özbaşına inşa edilmiş fərdi yaşayış evindən sərbəst surətdə istifadə etməsinə cavabdehlərin maneə yaratması qanunsuz olmuşdur, iddiaç ı cavabdehlərlə bərabər surətdə mübahisəli evdən istifadə etmək hüququ əldə etmişdir və mübahisəli evə köcürülməsi tələbi qanunidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021ci il tarixli 2(103)-11225/2021 nömrəli İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi evə köçürülməsinə dair qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2(103)-11225/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş, qətnamənin tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şə hərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak ed ən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2196/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2196/2022
05.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver