Məhkəmə qərarları › İş №2(102)-2197/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2197/2024

23.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2197/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin h alları 1. 2010-cu ildə X4 ilə Cavabdeh faktiki nikah münasibətinə girmiş və onların faktiki nikah münasibətindən 05 iyul 2014-cü il tarixdə X5 adlı övladları doğulmuşdur. 2. 10 yanvar 2015-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin, 3 otaqlı, ümumi sahəsi 72,85 kv.metr olan 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X1 adına qeydə alınmışdır. 3. 2016-cı ildən X4 ilə Cavabdeh arasında faktiki ər-arvad münasibətləri pozulmuş və onlar ayrılmışlar.

4. Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)818/2017 saylı qətnaməsi ilə X1 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası təmin edilərək Cavabdeh Bakı şəhəri, Qaradağ rayon u, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. 5. 9 aprel 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, X4 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilini bacısı İddiaçı bağışlamışdır. 6. 12 aprel 2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 03 saylı evin 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

7. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(002)818/2017 saylı qətnaməsi ilə X1 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası rədd edilm işdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(002)53/2018 saylı qətnaməsi ilə Cavabdeh X2 qarşı “mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, mənzildən payların müəyyən olunması, mənzilə dair İddiaçı adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, mənzildən qeydiyyatdan çıxarılma” barədə iddiası rədd edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)-3318/2018 saylı qərardadı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir.

10. Bakı Şəhər i Qaradağ Rayon Məhkəməsinin 1 may 2019-cu il tarixli, 2(002)898/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə pulu tələbinə dair” iddiası rədd edilmişdir.

11. Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)127/2020 saylı qətnaməsi ilə Cavabdeh X2 qarşı “mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 5 iyul 2014-cü il tarixdə doğuluş azyaşlı övladı X5 ilə birlikdə ona məxsus olan Bakı şə həri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 saylı evin 26-cı mənzilinə görə 20.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin azyaşlı övladı ilə birlikdə həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil üzərində mülkiyyət hüququ olmasına baxmayaraq həmin mənzildə cavabdeh öz azyaşlı övladı ilə birlikdə yaşayır və mülkiyyətçi kimi öz mənzilindən heç bir formada istifadə edə bilmir.

14. Birinci instansiya məhkəməsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-nə sorğu verilmiş və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün mübahisəl i mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti 75000 – 80000 manat təşkil edir.

15. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 2(002)-2668/2023 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilərək, cavabdehin və övladı 05 iyul 2014-cü il tarixdə doğulmuş X3 iddiaçının mülkiyyətində olan Bakı Şəhəri, Qaradağ Rayonu, Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26-cı mənzilindən istifadə hüquqlarına 20.000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin və övladının həmin mənzildən çıxırılması və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi öz hüq uqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələrinin tələbləri təşkil edir.

17. Bundan başqa cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Bu səbəbdən də iddia təmin edilməlidir.

18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 158.1.2, 158.4, 228.2 və 228.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya məbləği cavabdehin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun mənzillə təmin edilməsi üçün yetərli deyildir. Bundan başqa, məhkəmə tərəfindən kompensasiya məbləğinin hesablanması üçün əsas hesab edilən mənzilin kirayə dəyəri bazar qiymətinə uyğun şəkildə müəyyən edilməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsi ilə (hakimlər – Akif İsgə ndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 2(002)-2668/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Ona görə də iddiaçı, cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüqu qi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına gətirib çıxarır.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

24. Apellyatorun kompensasiya məbləğinin hesablanması üçün əsas hesab etdiyi mənzilin kirayə dəyərinin baza r qiymətinə uyğun şəkildə müəyyən edilməməsi barədə dəlillinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-nə sorğu verilmiş və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün mübahisəli mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti isə 75.000-80.000 manat təşkil edir.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazid ə oxşar şəraitli mənzillərin aylıq kirayə haqları həmin yaşayış sahəsinin yerindən (yol infrastrukturuna yaxınlığı, yaxınlıqda dükan, bazar, məktəb, bağça, xəstəxana və bu tip sosial, təhsil, səhiyyə və iaşə obyektlərinin yerləşməsi, binanın mərtəbəsi, günçıxan yaxud günbatan tərəfə baxması, mənzərə görünüşlərini izləməyə imkan verib verməməsi), təmirindən və şəraitindən (yeni tikilidə yerləşib yerləşməməsi, otaqların genişliyi, otaqların planlaşdırılması, yaşayış sahəsinin hər bir yerindən rahat istifadə etmək imkanının olub-olmaması və s.) asılı olaraq 250-450 manat arasında dəyişir.

26. Cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 450 manat kirayə haqqı ödəməsi şərti ilə yaşamalı olmasını nəzərə aldıqda, riyazi hesablamaya görə bu dövr ərzi ndə ödənilməli kirayə haqqının ümumi məbləği 16.200 manat təşkil edir. Birinci instansiya məhkəməsi kompensasiya məbləğini göstərilən qaydada müəyyən etsə də, iddiaçı tərəfindən bundan artıq məbləğdə kompensasiya təklif olunduğunu və işin digər hallarını qiymətləndirərək təklif olunan 20.000 manat kompensasiya məbləğinin daha qənaətbəxş olduğu qənaətinə gəlmişdir.

27. Cavabdeh tərəfindən bunun əksini, yəni kompensasiya məbləğinin 20.000 manat deyil, 50.000 manat təşkil etməli olmasını sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi mənzildən istifadə hüququna görə iddiaçı tərəfindən cavabdehə ödəniləcək kompensasiya məbləğini 20.000 manat məbləğdə müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi öz h üquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 153.4, 157.2, 157.4, 228.1, 228.2 və 228.5-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin mənzildən istifadə hüququ müvafiq məhkəmə qətnaməsinə əsasən tanınmışdır. Cavabdeh 2014-cü ildən hazırkı vaxtadək fasiləsiz olaraq azyaşlı övladı ilə birlikdə həmin mənzildə yaşayır. Həmin mənzil cavabdehin yeganə yaşayış sahəsidir. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği cavabdehə azyaşlı övladı ilə birlikdə əvvəlki yaşayış sahəsinə uyğun mənzillə təmin edilməsi üçün yetərli deyil. Məhkəmə tərəfindən kompensasiya məbləği bazar qiymətinə uyğun şəkildə müəyyən edilməlidir. Bu zaman məhkəmə tərəfindən müqayisəli təhlil metodundan istifadə olunmaqla həmin ərazidə yerləşən mənzillərin bazar qiymətləri dəqiq müəyyən edilməli idi. Cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün yetərli məbləğ 50.000 manat müəyyən edilməli idi, lakin işə baxan məhkəmələr iddiaçı tərəfindən cavabdehə ödəniləcək kompensasiyanın məbləğini 20.000 manatdan 50.000 manatadək artırmaqdan əsassız olaraq imtina etmişlər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr ə şyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

37. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir.

38. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edi lməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı 39. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

48. Maddə

420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmənin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi, tərəflər arasında yaranmış hazırkı mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

52. Əvvəla, işin mübahisə olunmayan hallarına görə 2010-cu ildə iddiaçının qar daşı Rəhim Piriyev cavabdehlə faktiki nikah münasibətinə girib və onların faktiki ər-arvad münasibətindən 5 iyul 2014-cü il tarixdə Əli adlı övladları doğulub. 15 yanvar 2015-ci il tarixdə mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Rəhim Piriyevin adına qeydə alınıb və həmin vaxtdan mənzildə fasiləsiz və etirazsız olaraq Rəhim Piriyev, cavabdeh və onların azyaşlı övladı Əli yaşayıblar. 2016-ci ildə onların faktiki ər-arvad münasibətləri pozulduqdan sonra Rəhim Piriyev mənzili 9 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı Gülxar Orucovaya bağışlayıb və həmin müqaviləyə əsasən mənzil 12 aprel 2017-ci il tarixdə mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb.

53. Bundan sonra tərəflər arasında mənzillə bağlı çoxsaylı məhkəmə mübahisələri olub və son nəticədə mənzilin iddiaçının mülkiyyətində, cavabdehin isə mənzildə istifadə hüququnun olduğu müəyyən edilib.

54. Hazırda iddiaçı, mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı cavabdehlə aralarında hər hansı razılaşmanın olmadığını göstərib, onun bu hüququna bazar qiymətinə uyğun olaraq 20.000 manat kompensasiya ödənilməklə xitam verilməsini, habelə cavabdehin azyaşlı övladı ilə birlikdə həmin mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini iddia edir.

55. Cavabdeh isə ona təklif olunan 20.000 manat kompensasiya məbləğinin iddiaçının hesabına ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini, onun mənzildən istifadə hüququna xitam verilməsinə yalnız bazar qiy mətinə uyğun 50.000 manat kompensasiya ödənildiyi halda razı olduğunu göstərib, iddiaya etiraz edir.

56. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

57. Digər tərəfdən, qüvvədə olan qanunvericiliyə görə eyni mənzildə ailə üzvləri və onlara bərabər tutulan şəxslər yaşadıqları halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

58. İlk növbədə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır.

59. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilib.

60. Həmçinin, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səl ahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

61. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllə ilə tənzimlənir.

62. Eyni zaman da, nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

63. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.

64. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.

65. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci madd əsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

66. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007ci il tarixli Qərarında da ifadə olunub.

67. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, hazırkı iddia tələbinin düzgün həlli üçün ilk növbədə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının ona təklif etdiyi 20.000 kompensasiya məbləğinin bazar qiymətinə uyğun olub-olmadığı və cavabdehin azyaşlı övladı ilə birlikdə həmin kompensasiya hesabına davamlı surətdə və müəyyə n müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verib-vermədiyi tam, hərtərəfli və obyektiv araşdırılmalıdır.

68. Digər tərəfdən işin hallarına görə mübahisəli 26 saylı mənzil 3 otaqlı, ümumi sahəsi 72,85 kv.metr olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 saylı evdə yerləşir və "xxxx" MMC-nin qiymətləndirmə hesabına görə, sözügedən mənzilin vizual orta bazar qiyməti 75.000-80.000 manat; eyni ərazidə, eyni şəraitli mənzilin orta aylıq kirayə haqqı 200-300 manat təşkil edir.

69. Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə cavabdehin izahatından görünür ki, o azyaşlı övladı ilə birlikdə 2014-cü ildən hal-hazıradək fasiləsiz və etirazsız olaraq mübahisəli mənzildə yaşayır və onun istifad əsində digər yaşayış sahəsi yoxdur. İddiaçı tərəfindən ona təklif olunan 20.000 manat kompensasiya məbləği isə özündə bazar qiymətini əks etdirmir.

70. Əvvəla, Qiymətləndiricinin hesabatında sözügedən mənzilə qiymət vizual (latın sözü olub- gözlə görünən deməkdir) qoyulub.

71. Digər tərəfdən, mübahisəli mənzilə 75.000-80.000 manat qiymət qoyulsa da və eyni ərazidə, eyni şəraitli mənzilin orta aylıq kirayə haqqı 200-300 manat müəyyən olunsa da, hesabatda bu barədə hər hansı təhlil aparılmayıb və qiymətləndirmə dəyərləri yoxdur.

72. Bundan başqa Sahil qəsəbəsində yerləşən 3 otaqlı mənzildən istifadə hüququna xitam verilməsinə görə iddiaçı tərəfindən cavabdehə 20.000 manat kompensasiyanın təklif olunması da, sonunucunun etirazının əsası kimi istinad etdiyi halların açıq-aşkar əsassız olmaması nəticəsinə gəlməyə əsas verir.

73. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, cavabdehin 20.000 manat kompensasiya məbləğinin ona azyaşlı övladı ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsinə dair apellyasiya şikayətinin dəlili üzrə lazımi araşdırma aparmadan, başqa sözlə cavabdehə ödəniləcək kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməməklə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub.

74. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən də mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir.

75. Həmçinin mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə mənzildən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Eləcə də mövcud qanunvericilikdə mənzildən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub.

76. Bu baxımdan kassasiya instansiyas ı məhkəməsi hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, iddiaçı tərəfindən cavabdehə təklif edilən 20.000 manat kompensasiya məbləğinin yetərli olubolmadığını araşdırmalı və bundan sonra iddianın əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir.

77. Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

78. Yu xarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsi ləğv edilsin, mülki yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar