Məhkəmə qərarları › İş №2(102)-2198/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2198/2023

20.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2198/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, X18 və İddiaçı3 qızının cavabdehlər Cavabdeh3 qızına, Bakı şəhəri 28 saylı Notariat Ofisinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, X18 və İddiaçı3 qızının cavabdehlər Cavabdeh3 qızına, Bakı şəhəri 28 saylı Notariat Ofisinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notar iat ofisinə qarşı “əqdlərin etibarsız hesab edilməsi, vərəsəlik hüquqlarının tanınması, payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-433/2023 nömrəli, 6 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər X11 İcraiyyə Komitəsinin Bakı şəhər X2 Bürosu tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 nömrəli evin 1/5 hissəsi X4, X25, X19 və X12, 1/5 hissəsi X13, 1/5 hissəsi X7, 1/5 hissəsi X30 və 1/5 hissəsi X39 mülkiyyətindədir.

2. Həmin mülkiyyətçilərdən X15 iddiaçıların anasıdır.

3. Mülkiyyətçilərdən X52 iddiaçıların atasının bibisidir və 1946-cı ildə vəfat etmişdir.

4. Digər mülkiyyətçi X17 iddiaçıların əmisidir və 1943-cü ildə vəfat etmişdir.

5. Mülkiyyətçi X20 1955-ci ildə vəfat etmişdir.

6. Sonrakı mülkiyyətçi X40 1956-cı ildə vəfat etmişdir.

7. İddiaçıların qardaşı X21 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.

8. İddiaçı3 qızı xx.xx.2020-ci il tarixdə notariat qaydada təsdiq edilmiş, reyestr nömrəsi 1735, 1736, 1737, 1738, 1739, 1740 olan ərizələrində müvafiq olaraq bildirmişdir ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X3, xx.xx.2016-cı il tarixdə vəfat etmiş qardaşı X8, 1946-cı il tarixdə vəfat etmiş X36, 1943-cü il tarixdə vəfat etmiş əmisi X5, xx.xx.1955ci il tarixdə vəfat etmiş nə nəsi X9 və xx.xx.1956-cı il tarixdə vəfat etmiş bibisi X1 miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

9. Həmçinin İddiaçı1 xx.xx.2020-ci il tarixdə notariat qaydada təsdiq edilmiş, reyestr nömrəsi 1760, 1762, 1763, 1764, 1765, 1766 olan ərizələrində müvafiq olaraq bildirmişdir ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X3, xx.xx.2016-cı il tarixdə vəfat etmiş qardaşı X8, 1946-cı il tarixdə vəfat etmiş X36, 1943-cü il tarixdə vəfat etmiş əmisi X5, xx.xx.1955-ci il tarixdə vəfat etmiş nənəsi X9 və xx.xx.1956-cı il tarixdə vəfat etmiş bibisi X1 miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

10. Eyni zamanda xx.xx.2020-ci il tarixdə notariat qaydada təsdiq edilmiş, reyestr nömrəsi 14428, 14429, 14431, 14432, 14433 olan ərizələrində müvafiq olaraq bildirmişdir ki, 1943-cü il tarixdə vəfat etmiş X5, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X3, xx.xx.1956-cı il tarixdə vəfat etmiş X1, 1946-cı il tarixdə vəfat etmiş X36, xx.xx.1955-ci il tarixdə vəfat etmiş X9 qalan miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1018/2020 saylı qətnaməsi ilə X22 xx.xx.2016-cı il tarixdə ölmüş doğma qardaşı X21, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi YYY X47, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi X23, 1943-cü il tarixdə ölmüş əmisi X17 və 1946-ci il tarixdə ölmüş atasının bibisi X52 ilə qohumluq əlaqəsində olması faktı, habelə X8 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X10 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X5 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, YYY X27 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X36 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın X41 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir.

12. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bak ı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1018/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X28 ərizə baxılmamış saxlanılmışdır.

13. X37 xx.xx.2020-ci ildə vəfat etmişdir.

14. X41 xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun vərəsəsi – arvadı Cavabdeh3 qızıdır.

15. İddiaçı1, İddiaçı3 qızı və X18 Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət edərək, miras paydan imtina barədə ərizələrinin ləğv olunması üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisi iddiaçılara xx.xx.2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən mirasdan imtina barədə ərizə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Bununla bağlı müvafiq məhkəməyə müraciət etmələri tövsiyə olunur. Həmçinin ver ilən vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəmə qətnaməsi əsasında verilmişdir.

16. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 115 kv.m. ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X19 1/20 hissəsi (xx.xx.1979-cu il tarixdən), X28 19/20 hissəsi (xx.xx.2021-ci il tarixdən) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçılar İddiaçı1, X18 və İddiaçı3 qızı cavabdehlər X31, Cavabdeh3 qızına və Bakı şəhəri 28 saylı Notariat və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 8ci Kiçik Qala küçəsində yerləşən 21 saylı evə vərəsəlik hüquqlarına dair İdd iaçı1 tərəfindən yazılmış və 28 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək 8İ1760, 8İ-1762, 8İ-1763, 8İ1764, 8İ-1765, 8İ-1766 reyestr nömrələri ilə qeydə alınmış ərizələrin, İddiaçı3 tərəfindən yazılmış və həmin Notariat Ofisində rəsmiləşdirilərək 8İ-1735, 8İ-1736, 8İ-1737, 8İ-1738, 8İ-1739, 8İ-1740 reyestr nömrələri ilə qeydə alınmış ərizələrin, iddiaçı X.Mehdiyeva tərəfindən yazılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində rəsmiləşdirilərək 8İ-14428, 8İ-14429, 8İ-1737, 8İ14430, 8İ-14431, 8İ-14432, 8İ14433 reyestr nömrələri ilə qeydə alınmış ərizələrin etibarsız hesab edilməsi, iddiaçıların yuxarıda qeyd edilən fərdi yaşayış evinə vərəsəlik hüquqlarının tanınması, miras əmlak olan həmin ev üzərində hər vərəsənin 1/5 nisbətdə paylarının müəyyən edilməsinə dair qət namə çıxarılmasını xahiş etmişlər.

18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən fərdi yaşayış evi iddiaçıların anası X6 mülkiyyətində olmuşdur. Bu hal xx.xx.1979-cu il tarixdə Bakı Şəhər X11 İcraiyyə Komitəsinin Bakı şəhər X2 Bürosu tərəfindən verilmiş 5337 saylı “Daşınmaz əmlaka dair çıxarışda” öz əksini tapır. Həmin “Çıxarışda” iddiaçıların, onların mərhum qardaşları X24 və qardaşları olan cavabdeh X41 və hər birinin ailə üzvlərinin adları qeyd edilmişdir. Onların hər biri doğulan vaxtdan həmin evdə yaşamışlar. Onların nənəsi (atanın anası) X20 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Onun iki oğlu və bir qızı var idi: iddiaçıların atası X14, iddiaçıların əmisi X17 və bibiləri YYY olmuşdur. Onların əmisi X17 1943-cü ildə Vorkuta şəhərində ölmüşdür. O evlənməmişdir və onun uşaqları olmamışdır. İddiaçıların atası X14 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Onların bibisi YYY 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. O, cavan yaşında ölmüşdür, evlənməmişdir və onun uşaqları olmamışdır. Bibiləri YYY X47 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Onun övladları olmamışdır. İddiaçıların qardaşı X21 xx.xx.2016-cı il tarixdə ölmüşdür. O, evlənməmişdir və onun uşaqları olmamışdır. ünvan ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, X17,X16, X21, X20, X39 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 28/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə notarius tərəfindən baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddətin ötürüldüyü məlum olmuş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İddiaçılar əlavə olaraq qeyd edirlər ki, bundan sonra cavabdeh LLL evə dair vərəsəlik hüquqlarının qeydə alınmasını həyata keçirmək üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və vərəsəlik hüquqlarının tanınmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olan zaman LLL onların da qeyd edilən əmlak üzərində vərəsəlik hüquqlarının olduğunu bilmişdir. LLLnin miras əmlakı uzun illərdən sonra rəsmiləşdirməsinin əsas məqsədi, həmin əmlaka alıcının olması və əmlakı satmaq niyyəti olmuşdur. Bu səbəbdən də rəsmiləşdirmə işlərini apararkən onlara müraciət edib, vərəsəlik hüquqlarından imtina etmələrini xahiş etmiş və bildirmişdir ki, əmlakın bir neçə şəxsin mülkiyyətinə verilməsi sonradan alğı-satqının rəsmiləşdirilməsində əlavə problem və xərc yaradır. X32rı inandırmışdır ki, onlar formal olaraq vərəsəlik hüquqlarından imtina etsələr də, faktiki heç bir hüquqlarından imtina etmirlər və əmlak satılandan sonra öz paylarına uyğun vəsaiti alacaqlar. Bundan sonra onlar hazırki iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə yollanaraq mübahisə predmetini təşkil edən notarial ərizə vermişlər. LLL isə bilərəkdən evə dair heç bir rəsmiləşdirmə aparmamaqla onların hazırki iddiasına maneə olmağa çalışır.

19. Daha sonra iddiaçılar “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək bildirmişlər ki, qardaşları olan cavabdeh LLL xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və onun yeganə varisi hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh3dir. Cavabdeh3 mərhum əri LLLnin miras əmlakını faktiki idarə etdiyindən sonuncunun öhdəlikləri üçün də iddiaçılar qarşısında məsuliyyət daşıyır. İndi isə Cavabdeh3 bilərəkdən mərhum əri LLL tərəfindən verilən vədlərdən yayınaraq, onların miras hüquqlarını pozmaq niyyətindədir. Göstərilənlərə əsasən iddiaçılar hesab edirlər ki, LLL tərəfindən verilən vədlər yerinə yetirilmədiyi üçün onların razılıq ərizələri məhkəmə qaydasında etibarsız hesab edilməli və iddiaçıların vərəsəlik hüquqları tanınmalıdır. Miras əmlak olan ev üzərində hər vərəsənin payları müəyyən edilərkən həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların daha bir qardaşları, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X24 vərəsəsi (övladı) mövcuddur – X46. Buna görə də, miras ev üzərində hər vərəsənin 1/5 nis bətdə paylarının müəyyən edilməlidir.

20. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2 avqust 2022-ci il tarixli 2(009)-775/2022 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilməmişdir.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıların qohumlarından qalan miras əmlakın qəbulundan digər vərəsə olan mərhum qardaşları LLLnin xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onların həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizələr hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır.

22. İddiaçılar miras əmlakdan imtina etmələrinin əsası kimi qardaşı tərəfindən həmin əmlak üzərində vərəsəlik hüququ rəsmiləşdirdikdən sonra onun satılması və satıldıqdan sonra əldə olunan pulun vərəsələr arasında bölünməsinə dair qardaşının onlara verdiyi vəd ilə əlaqələndirmiş, lakin qardaşının ölümündən sonra həyat yoldaşı Cavabdeh3 buna maneçilik törətməsi səbəbindən hazırki tələblə məhkəməyə müraciət etmələrini bildirmişlər.

23. Məhkəmə iddiaçıların bu dəlillərini əsassız hesab edir, belə ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh3 də miras əmlakın satılmasına iradə ifadəsinin olması və vərəsələrə satıldıqdan sonra satışdan əldə olunan pul vəsaitinin çox hissəsini (təxminən 3/5 hissə) verəcəyini qeyd etmişdir.

24. Bu hal miras əmlakdan imtinaya dair ərizələrin tərtibi zamanı onların aldadılması və bu səbəbdən etibarsız hesab edilməsini təkzib edən hal kimi nəzərə alınmalıdır.

25. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçılar tərəfindən imtina ərizələr in etibarsız hesab edilməsi ilə əlaqədar məhkəmədə tələb irəli sürmək üçün məhkəməyə müraciət etmə müddəti (bir il) ötürülmüş, eyni zamanda mirasın qəbulundan imtina edilməsi barədə iki ay müddət keçdikdən sonra mübahisə açmışdır.

26. Məhkəmə hesab edir ki, iddiaçıların miras əmlakdan digər vərəsənin xeyrinə yazdığı imtina ərizəsinin etibarsız hesab edilməsi ilə əlaqədar gətirdiyi dəlillər, eyni zamanda həmin ərizələrin aldatma yolu ilə və iradələrinə zidd tərtib edilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından, miras əmlakdan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

27. Buna görə də həmin ərizələrin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas mövcud deyil.

28. Bundan başqa, iddiaçıların birtərəfli əqd olan miras əmlakdan imtinaya dair ərizələrinin 2020-ci ilin iyun ayında tərtib edilməsinə baxmayaraq, hazırki tələblə məhkəməyə Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir il müddət keçdikdən sonra müraciət etmişlər. Bununla da onlar kəsici müddəti ötürmüşlər.

29. Məhkəmə iddiaçıların birtərəfli əqd olan miras əmlakdan imtinaya dair ərizələrinin 2020-ci ilin iyun ayında tərtib edilməsi, hazırki tələblə məhkəməyə müraciətin bir il müddət keçdikdən sonra verildiyini nəzərə alaraq hesab edir ki, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilməməlidir.

30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 389.1, 390.1, 324.1, 324.3, 337.1, 339.2, 339.3, 1268, 354.1, 354.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat

31. İddiaçılar apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

32. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-433/2023 nömrəli, 6 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır.

34. Məhkəmə iddiaçıların istinad etdiyi halları və maddi hüquq normasının tələblərini nəzərə alaraq qeyd etmişdir ki, onların göstərdiyi əsaslarla razılıq ərizələrinin etibarsız hesab edilməsi üçün iddiaçılar sübut etməlidirlər ki, onlar LLLnin onları aldatması və onlara təsir etməsi nəticəsində ərizələri vermişlər. Çünki MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr 14.2 və 77.1). Lakin sübut etmə yükü üzərinə düşən iddiaçılar bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişlər.

35. Məhkəmə bildirmişdir ki, işə baxmış rayon məhkəməsi mübahisələndirilən əqdlər üzr ə iddiaçılar tərəfindən bir illik müddətin ötürülməsi qənaətinə gəlməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçılar birtərəfli əqd olan miras əmlakdan imtinaya dair ərizələri 2020ci ilin iyun ayında tərtib etmələrinə baxmayaraq, hazırki tələblə məhkəməyə bir illik müddəti ötürməklə, yəni xx.xx.202022-ci il tarixdə müraciət etmişlər.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxış ına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini nəzərə alsaq deyə bilərik ki, məhkəmənin iddia müddətinin keçməsi barədə dedikləri əsassızdır və qanunsuzdur. Hətta “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında da oxşar mövqedən çıxış edilmişdir. Məhkəmə düzgün qənaətə gəlməmiş, düzgün hallara istinad etməmiş və nəticədə mülki qanunvericiliyin 354 və 377-ci maddələrində nəzərdə tutulan normaları aşkar surətdə pozmuşdur.

39. LLLnin iddiaçıları aldatması və notarial əqdlərin də məhz bu aldatma ilə iddiaçılardan alınması işin mübahisəsiz halıdır. İddiaçıların aldadılmasını Cavabdeh3 də dolayısı ilə də olsa etiraf etmişdir. Çünki iddia ərizəsində də qeyd edildiyi kimi LLL miras əmlakdan əldə edilən gəliri 5 yerə böləcəyi tam təsdiqini tapmış, mübahisə və ya aldatma isə məhz bu mərhələdən sonra başlamışdır. Burada ən diqqət çəkən məqam miras gəlirlərinin məhz 5 hissəyə bölünməsində gözə çarpır. Sual yaranır, niyə məhz LLL 5 yerə bölünməni bildirmiş, lakin bu 5 paydan ikisini özünə götürəcəyini bildirmişdir?! Təbii ki, LLL də iddiaçılarla birlikdə nəzərə alınarsa, vərəsələrin dairəsi 5 nəfərdən ibarətdir. Buradan isə o nəticəyə gəlmək olur ki, iddiaçılara vəd verilməsində əsas niyyət əmlakı əldə etmək olmuş, sonradan gəlirlərin bərabər bölünməyəcəyi Asif Nəsirli tərəfindən yəqin edilsə də, bu hal iddiaçılardan gizlədilmişdir. Yəni iddiaçılar aldadılmışdır. Məhkəmə kollegiyası araşdırma aparan zaman Cavabdeh3 verilən suallarla tam bu hal üzə çıxarılsa da hakim ümumiyyətlə məhkəmə zalında aydın olan bu hala diqqət yetirməmişdir.

40. Məhkəmənin iddia müddəti ilə bağlı mövqeyi də səhvdir. Çünki, iddiaçılar LLL tərəfindən aldadıldıqlarını 2020-ci il tarixdə bilə bilməzdilər. İddiaçılara bu hal yalnız LLLnin ölümündən sonra məlum olmuşdur. İş materialları və cavabdehin izahatları isə aldadılma faktını tam təsdiq etdiyi halda formal mülahizələrlə müddətin hesablanması prosessual pozuntu hesab edilməlidir.

41. Cavabdehin iddianı etirafı iddiaçını sübutetmə yükündən azad edir. Cavabdeh3 məhkəmə iclasları boyunca bildirdiyi "Asif ölməmişdən əvvəl mülkün sat ılmasından əldə edilən pulun 5 hissəyə bölünməsini və həmin 5 paydan ikisini götürüb 3 payı isə Gülnarəyə verməyi dedi!" ifadələri cavabdehin iddianı etirafı hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla b unu gözləsin.

44. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

45. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstər ə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

46. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

47. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

48. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

49. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləc ə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

52. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

53. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

54. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

55. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

56. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

57. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddiaçıların iddiadan imtina etməsi əsası ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

59. Belə ki, iddiaçıların nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına müraciət edərək, tərəflərin mübahisə üzrə razılığa nail olub barışıq sazişi bağlanması və iddia ərizəsinin baxılmamış saxlanması barədə notariat qaydada təsdiqlənmiş ərizələrin təqdim olunması üçün 10 gün vaxta ehtiyac olduğunu bildirmiş və işə baxılması müddətini uzadılmasını xahiş etmişdir. 60. 13.06.2023-cü il tarixdə iddiaçılar ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmiş və mediator tərəfindən təsdiqlənmiş barışıq sazişini ərizəyə əlavə etmişlər.

61. İddiaçıların nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, tərəflər mübahisəni məhkəmədən kənar yolla mediasiya qaydasında həll etdiklərinə görə iddiadan imtina etdiklərini bildirmiş və iddiadan imtina ərizəsinin qəbul edilməklə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarmasını xahiş etmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya icraatında iddia ərizəsinin qaytarılması (MPM-nin 259.0.11-ci maddəsi) əsası ilə baxılmamış saxlanması qaydası müəyyən edil məmişdir. Kassasiya instansiyasında icraat zamanı yalnız MPM-nin 259.0.1259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddia ərizəsinin baxılmamış saxlanmasına yol verilir. Lakin iddiaçının iddiadan imtina etməsinə əsasən iş üzrə icraata xitam verilməsi mümkündür.

63. Belə ki, iddiadan imtina etmək iddiaçının əsas prosessual hüquqlarından biridir və mülki prosesin dispozitivlik prinsipindən irəli gəlir. İddiadan imtina ciddi prosessual nəticələr törətdiyinə görə, iddiadan imtina edilməsinin ifadə formasına (şifahi və ya yazılı), imtinanın qəbul edilməsi qaydalarına dair bir sıra tələblər müəyyən olunmuşdur. Bu baxımdan iddiadan imtina bilavasitə iddiaçının iradəsini ifadə etməlidir. İddiadan imtina iddiaçının birtərəfli, prosessual mahiyyətli sərəncamverici iradəsidir və yaz ılı formada ifadə edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdikdə bilavasitə işə baxan məhkəməyə yazılı ərizə verməklə və ya məhkəməyə notariat qaydada təsdiq edilmiş yazılı ərizə göndərməklə iddiadan imtina edə bilər. İddiaçının iddiadan imtina etməsi dedikdə - onun cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür.

64. Qanunverici iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi əsaslarını da müəyyən edib. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa, həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə iddiadan imtinanı qəbul etməkdən imtina etməlidir. Qeyd olunan hərəkətlərin qanuna zidd olması iki mənada başa düşülməlidir: birincisi, müvafiq pros essual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi; ikincisi, həmin hərəkətin mahiyyətinin qanuna zidd olması.

65. Bu baxımdan iddiaçıların cavabdehə qarşı iddia tələblərindən imtina etməsi prosessual qanunvericiliyin tələblərinə zidd deyil. İddiaçıların iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiadan imtinanın qəbul edilməsini istisna edən hallar müəyyən olunmur. Buna görə də iddiaçının iddiadan imtina etməsi qəbul edilməlidir.

66. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, nümayəndə vasitəsi ilə iddiadan imtina etməyə yol verilir. Lakin bu halda nümayəndəyə verilmiş etibarnamədə iddiadan imtina etmə səlahiyyəti xüsusi göstərilməlidir (MPM-nin 74.2-ci maddəsi).

67. İş materiallarından görünür ki, iddiaçıların nümayəndə V əkil ayrı-ayrılıqda verdikləri etibarnamələrdə iddiadan imtina etmə səlahiyyəti xüsusi göstərilib. Etibarnamələr xx.xx.2025-ci ilədək qüvvədədir. Yəni iddiaçıların nümayəndəsi iddiadan imtina etməyə səlahiyyətlidir.

68. İddiadan imtina etmənin qəbul olunması, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinə səbəb olur.

69. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

70. Məhkəmə kollegiya sı xatırladır ki, MPM-nin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

71. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 419-cu maddəsini rəhbər tutaraq, Qərara aldı: İddiaçıların iddiadan imtina etməsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-433/2023 nömrəli, 6 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddiaçıların iddiadan imtina etmələri əsasına görə iş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar