Məhkəmə qərarları › İş №2(102)-2198/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2198/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2198/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Ağdaş Rayon Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzrə mübahisələr, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş Rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edil məsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyriyaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-357/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 32,9 kv metr olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. 2. ünvan 1 küçəsində yerləşən 25 kv metr qeyri-yaşayış sahəsində torpaq sahəsinin 0,00329 ha hissəsi İddiaçı mülkiyyətinə verilmiş, da şınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

3. Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 25 kv metr mülkü Cavabdeh satmışdır. Qeyri-yaşayış sahəsi Cavabdeh tam mülkiyyətinə verilmiş, xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

4. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-1050/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Əmlakın (mağazanın) məcburi boşaldılması) tələbinə dair iddiası təmin edilməmişdir.

5. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)77/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan - ma ğazadan məcburi çıxardılması tələbinə dair iddiası təmin edilməmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6585/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı iş üzrə 1 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)361/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv metr mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmi n mağazadan çıxarılması hissəsində ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə qismən təmin edilməsi, cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv metr mağazadan istifadə etdiyinə görə aylıq 200 manat olmaqla ümumilikdə 29 ay üçün 5800 manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv metr qeyri-yaşayış sahəsindən məcburi çıxardılması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4233/2022 saylı qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)-361/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişd irilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisi) qarşı Ağdaş rayon dövlət notariat ofisində 28 mart 2018-ci il tarixdə bağlanmış Daşınmaz əmlakın Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin müqavilə üzrə alıcı hazırkı işdə Cavabdeh tərəfindən ona ödənilən 15000 manat pulun ona geri qaytarılması və Cavabdeh satılan 32,9 kv metr torpaq sahəsində yerləşən 25 kv metr qeyri-yaşayış sahəsinin (mağazanın) onun mülkiyyətinə geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddiaçı tələbini işin yuxarıda qeyd edilən halları ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, aralarında olan razılaş maya əsasən cavabdeh əvvəlcə torpağın üstündə olan mülkü, yəni 25 kv metr qeyri-yaşayış sahəsini (mağaza) almış, torpaq sahəsi iddiaçının adına tam rəsmiləşdikdən sonra isə qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsini də satın alaraq öz adına keçirməli idi. Lakin cavabdeh onun mülkiyyətində olan 32,9 kv metr torpağın üzərində yerləşən və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə öz adına keçirdiyi 25 kv metr qeyri-yaşayış sahəsinin (mağaza) yerləşdiyi 32,9 kv metr olan torpaq sahəsini almaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Cavabdeh daha əvvəl ona söz verərək torpağı alacağını bildirsə də, daha sonra onu aldatdığını, məhkəmədə iddialarını geri götürməsi üçün, yeni iddia ərizəsi verməməsi üçün onu yola verdiyinin şahidi olmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Əvvəl torpaq onun adına qeydə alınmadığından məhkəmələrdə qaldırdığı iddiaları nəticəsiz qalmış, iddialarının uğursuz olacağından ehtiyat edərək iddia ərizələrini geri götürmüş, lakin torpaq sahəsi özünün adına xx.xx.2023-cü ildə qeydə alındıqdan sonra da cavabdeh mağazanın altındakı torpaq sahəsini almaqdan imtina etmişdir. Onun mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi olan mağazanın həmin torpaq sahəsində yerləşməsidir. Bu səbəbdən mülkiyyət hüquqlarından istifadə edə bilmək və əmlakında sahiblik etmək üçün məhkəməyə müraciət etmişdir. Cavabdehə də məlumdur ki, mağaza onun mülkiyyətində olduğu halda o, həmin torpaq sahəsindən istifadə edə bilməyəcəyək. Bu səbəbdən də torpağı almaqdan imtina etməkdədir, lakin bu qanuni və doğru deyil, torpağın sənədləşmə işləri ilə əlaqədar onun adına gec qeydə alındığından o, əvvəlcə adına Əmlak Komitəsi tərəfindən qeydə alınan mağazanı cavabdehə satmış və şərtləri bu olub ki, cavabdeh mağazanı aldıqdan sonra torpağın sənədləri onun adına keçdikdə torpağı da ondan alacaq. Lakin o, bundan imtina etməkdədir və özü qanunun tələbinə müvafiq olaraq dəyərini ödəməklə almadığı tikilinin altındakı torpaq sahəsindən qanunsuz əsas olmadan istifadə edir.

11. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçı X1 alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsini tələb etdiyi mağazanı alqı -satqısına dair aralarında 28 mart 2018-ci ildə notarial qaydada təsdiq olunmaqla bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia qaldırmışdır. İddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçıdan həmin sözügedən mağazını və qeyri-yaşayış sahəsini 60000 manata almış, həmin puldan 50000 maanat iddiaçıya ödəmişdir, Alqı-satqı müqaviləsi bağlanan zaman həmin obyektin sənədləri olmadığından adına rəsmiləşdirilməsi mümkün olmamışdır. X3 həmin qeyriyaşayış sahəsini adına rəsmiləşdirdiyi üçün alqı-satqı müqaviləsi əsasında həmin qeyriyaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair Çıxarış almışdır. Bir müddətdən sonra iddiaçı X1 ona qarşı sözügedən mağazadan məcburi çıxarılmağına dair iddia ilə məhkəməyə müraciət etmiş və onun ünvan 1 ünvanda yerləşən mağazadan çıxarılmağını tələb etm işdir. O, həmin qeyri-yaşayış sahəsini almaq üçün ödəniş edərək adına rəsmiləşdirdiyindən iddiaçının iddiası tam əsassızdır. Ona görə də, iddianın təmin edilməməsini xahiş edir.

12. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 6 noyabr 2023-cü il tаrixli, e-2(014)-1407/2023 saylı qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia rədd edilmişdir.

13. Məhkəmə iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı əqdin etibarsızlığını tələb etsə də, əqdi etibarsız hesab etmək üçün heç bir hüquqi əsas mövcud deyil. Cavabdehin onun mülkiyyətində olan başqa torpaq sahəsini almaması isə əvvəlki əqdin etibarsızlığının əsası ola bilməz. Bundan başqa, iddiaçı əqdi mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti də buraxmışdır.

14. Birinci instansiy a məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 157.2, 337.1, 337.4 və 354.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda olmuşdur.

16. Şəki Apel lyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-357/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Hüseynov (məruzəçi), Günay Cavadova və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin məzmunu tərəflərin iradəsinə və alqı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olmuş, müqavilə bağlanan zaman tərəflərin arasında heç bir mübahisə olmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində cavabdehin gələcəkdə torpaq sahəsini satın alması barədə öhdəli yi yoxdur. İddiaçının bəyan etməsinə baxmayaraq, o, cavabdehin sonradan torpaq sahəsini alacağı barədə öhdəlik götürməsinə dair digər sübutu işə baxan məhkəmələrə təqdim etməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün hər hansı bir hüquqi əsas olmuş olsaydı belə, iddiaçı müqaviləni mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti də ötürmüş olardı.

19. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6, 152.1, 337.1, 337.4, 567, 646.1 və 646.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv e dilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsinə düzgün hüquqi qiymət verməmiş, işə baxılan zaman qeyd edilən faktiki halları hərtərəfli və tam araşdırmadan apellyasiya şikayətini təmin etməməklə və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla cavabdehin mənafeyini müdafiə etmiş, iddiaçının isə mülkiyyət hüququnu pozmuşdur.

22. Məhkəmə kollegiyası qətnamə qəbul edərkən Mülki Məcəllənin 339.3-cü maddəsinin tələblərini pozmuşdur.

23. İşin faktiki halları və birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz, əsassız və ədalətli olmaması barədə apellyasiya şikayəti apellyasiya instansiya məhkəmə sində demək olar ki, nəzərə alınmamış, apellyasiya şikayəti və orada göstərilən hallar işə baxan məhkəmə kollegiyası tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılmamış, qətnamə qəbul edərkən iddiaçıya münasibətdə qərəzli olaraq birtərəfli mövqe tutmuş, dolayısı ilə cavabdeh tərəfin və üçüncü şəxsin mövqeyini müdafiə etmiş, bununla da normanın qeyd edilən tələbini pozmuşdur.

24. Apellyasiya instanasiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə qarşılıqlı razılaşma üzrə ilkin olaraq sahəsi 25 kv metr olan obyektin satılması, pulun bir hissəsinin alınması, pulun qalan hissəsinin isə iddiaçı tərəfindən obyektin yerləşdiyi torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilən zaman veriləcəyini təsdiq edən kifayət qədər sübutlar təqdim edilsə də, həmin sübutları araşdırmamış, onlardan ist ifadə etməmiş, alqı-satqı rəsmiləşdirilən zaman yuxarıda qeyd edilən aldadılma faktının və qanun pozuntularının üstündən sükutla keçmiş, yalnız obyektin və yerləşdiyi torpaq sahəsini sonradan tam mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınmasına və adına verilmiş çıxarışdan istifadə etməklə normanın tələbini pozmuşdur.

25. Göründüyü kimi cavabdeh tərəfindən işin faktiki halları, yəni alqı-satqı zamanı üçüncü şəxsin yanında iddiaçı tərəfindən yalnız qeyri-yaşayış sahəsi mülkiyyətində olduğuna görə cavabdeh tərəfindən ona razılaşdıqları məbləğin bir hissəsinin, qalan hissəsinin isə obyektin yerləşdiyi torpaq sahəsi cavabdehin adına rəsmiləşdirildikdən sonra cavabdeh tərəfindən iddiaçıya veriləcəyi, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman üçüncü şəxs tərəfindən satıcı kimi idd iaçının hüquq və vəzifələrini düzgün izah etməməsi, satılmış obyektin iddiaçının mülkiyyətində ola-ola birbaşa cavabdehin adına qeydə alınması, lakin torpaq sahəsi cavabdehin adına rəsmiləşdrildikdən sonra cavabdeh həmin qalıq məbləği iddiaçıya verməyərək onu aldatması barədə məhkəməyə rəsmi məlumat verildiyi halda, işə baxan apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində təqdim olunmuş sübutları çox səthi araşdırmış, tərəflərin təqdim etdiyi sübutları əlaqəli şəkildə şərh etməmiş, apellyasiya şikayətində qeyd edilən hallar üzrə obyektin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olduğuna və daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə əqd mövcud olmadığına görə həmin obyekt və yerləşdiyi torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyya ta alınması mümkün olmadığı halda, bunun mümkün olmasını qətnaməsində əsaslandırmamış və aydın şəkildə izah etməmiş nəticədə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, göstərmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-357/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Ma ddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zə rurət görmür.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxar ıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-357/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar