Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2199/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2199/21 (Açar sözlər: silinmiş limitin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı1 vəkili X2 və İddiaçı2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)3448/2020 saylı qətnaməsindən İddiaçı1 kasasiya şikayəti üzrə işə 04 may 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, İddiaçı1 hesabında olan və cavabdeh tərəfindən silinmiş 24.90 manat, İddiaçı2 hesabında olan və cavabdeh tərəfindən silinmiş 1.107,70 manat limitin bərpa edilməsi və onların hər biri üçün cavabdehdən mənəvi ziyana görə 5.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçılar Ağdam rayon undan məcburi köçkündürlər və Bakı şəhərində məskunlaşmışlar. Hazırda İddiaçı1 hesabında olan və cavabdeh tərəfindən silinmiş 24.90 manat, İddiaçı2 isə hesabında olan və cavabdeh tərəfindən silinmiş 1.107,70 manat limitin bərpa edilməsini və onların hər biri üçün cavabdehdən mənəvi ziyana görə 5.000 manat pulun tutulub onlara verilməsini iddia edirlər. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanına və ona 14 fevral 2017-ci il tarixdə edilmiş dəyişikliklərə, habelə Nazirlər Kabinetinin 17 fevral 2017-ci il tarixli, 55 saylı Qərarına əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində fak tiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin elektrik enerjisi haqları üzrə adambaşına 150 kvt saat, qazla təmin olunmayan sıx məskunlaşma yerlərində yaşayanlar üçün isə 300 kvt saat limitin müəyyən edilərək mərkəzləşdirilmiş qaydada ödənilməsi nəzərdə tutulub. Qeyd olunan normativ-hüquqi aktların heç birində müəyyən edilmiş limitin istifadə olunmamış hissəsinin növbəti aya və ya ilə keçirilməsinə dair hər hansı göstəriş yoxdur. Eyni zamanda istehlakçının enerjidən istifadəsi nəticəsində hesablanan məbləğ limitdən az olduqda, limitin qalığının növbəti aya keçməsi nəzərdə tutulmayıb. Ona görə də iddiaçıların tələb etdiyi məbləğin hesaba bərpa edilməsi mümkün deyil. Yalnız, istehlak olunmuş aylıq kommunal sərfin müvafiq təchizat şirkətlərinə ödənilməsi təmin edilir. Ona görə də iddiaçılar tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilmədikləri üçün iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 23-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı1 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın ona münasibətdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı1 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəmə sinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 vəkili Emil Həsənov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı1, cavabdeh “xxxx” ASC və üçüncü şəxs Azərbaycan Respublikası Məcbur i Köçkünlər və Qaçqınların İşlər üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2017-ci il tarixli 55 saylı Qərarı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında ol an birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblər ini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, hazırda İddiaçı1 hesabında olan və cavabdeh tərəfindən silinmiş 24.90 manat, İddiaçı2 isə hesabında olan və cavabdeh tərəfindən silinmiş 1.107,70 manat limitin bərpa edilməsini və onların hər biri üçün cavabdehdən mənəvi ziyana görə 5.000 manat pulun tutulub onlara ödənilməsini iddia edirlə r. İşdən görünür ki, iddiaçılar Ağdam rayonundan məcburi köçkün düşməklə Bakı şəhərində məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı2 ünvanlanmış 03 aprel 2018-ci il tarixli məktuba əsasən, “xxxx” ASC tərəfindən Komitəyə təqdim edilmiş elektrik enerjisi istehlakçısı olan məcburi köçkünlərin adlı siyahısında iddiaçıların ailə üzvləri ilə birlikdə adları “ünvan 1 ünvanda 2010, 2011, 2012-cı illərdə 7 nəfər, ünvan 2 ünvanda 2013-cü ildə 7 nəfər, 2014, 2015-ci illərdə 8 nəfər, 2016-cı ildə 7 nəfər qeyd olunub və bu saya görə adambaşına ayda 150 kvt saat norma hesabı ilə həmin illər üzrə Komitə tərəfindən mərkəzləşmiş qaydada “xxxx” ASC vəsait ödənilib. İşə əlavə edilmiş Çıxarışlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s ev 19, mənzil 83 və Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB y/s ev 129, mənzil 119 tam mülkiyyət hüququ üzrə iddiaçıların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddianı İddiaçı1 münasibətdə rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, əvvəllər qüvvədə olmuş (Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı Qərarı ilə ləğv edilmiş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli, 15 saylı Qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və mə cburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 3-cü bəndinə görə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və s. xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, işğal olunmuş hər bir rayon (şəhər) üzrə ayrı-ayrılıqda, bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğ hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə görə, Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Həmin Qaydaların 6-cı bəndinə görə, kommunal xidmət təşk ilatları elektrik enerjisi (adambaşına ayda 50 kvt.s nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirirlər. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanına və ona 14 fevral 2017-ci il tarixdə edilmiş dəyişikliklərə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2017-ci il tarixli, 55 saylı Qərarına əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin elektrik enerjisi haqları üzrə adambaşına 150 kvt saat, qazla təmin olunmayan sıx məskunlaşma yerlərində yaşayanlar üçün isə 300 kvt saat limitin müəyyən edilərək mərkəzləşdirilmiş qaydada ödənilməsi nəzərdə tutulur. Qeyd edilən normativ-hüquqi aktların heç birində müəyyən edilmiş limitin istifadə olunmamış hissəsinin növbəti aya və ya ilə keçirilməsinə dair hər hansı göstəriş yoxdur. Göründüyü kimi, istehlakçının enerjidən istifadəsi nəticəsində hesablanan məbləğ limitdən az olduqda, limitin qalığı növbəti aya keçirilməsi nəzərdə tutulmamışdır. Ona görə də İddiaçı1 tələb etdiyi məbləğin hesaba bərpası mümkün deyil. Yalnız, istehlak olunmuş aylıq kommunal sərfin müvafiq təchizat şirkətlərinə ödənilməsi təmin edilir. İddiaçı1 tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, İddiaçı1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələb lərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-3448/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2199/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2199/2021
04.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver