Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2199/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı iş üzrə QƏRARİ İş № 2(102)-2199/2023 (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X36 (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-245/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 15 ma y 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ermənistan SSR, Oktenberyan rayonu, Baxçalar kənd sovetliyi tərəfindən 18 iyul 1958-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 1925-ci ildə Ermənistan SSR, Oktenberyan rayonu, Baxçalar kəndində doğulmuş X28 ilə 1930-cu ildə Ermənistan SSR, Oktenberyan rayonu, Baxçalar kəndində doğulmuş X23 arasında bağlanmış nikah 18 iyun 1958-ci il tarixdə qeydiyyata alınmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada İsmayılova soyadları verilmişdir.
2. X28 ilə X13 birgə nikahlarından 4 övladları olmuşdur; X19, X26 (hazırki iddiaçının atası-vəfat edib), X27 (cavabdehin əri-vəfat edib) və X20.
3. X28 30 iyun 1994-cü il tarixdə Bey ləqan rayonunun 1-ci Şahsevən kəndində ölmüşdür.
4. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadast İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 2ində yerləşən iki otaqdan ibarət yaşayış evi bütövlüklə X7 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
5. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadast İdarəsi tərəfindən 10 dekabr 2004-cü il tarixdə verilmiş 1249 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna əsasən, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən evin bütövlükdə sahibi X14r. Evin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.metr, f aktiki 1256,6 kv.metrdir. Ev 1969-cu ildə inşa edilmişdir.
6. X23 13 mart 2007-ci il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində ölmüşdür.
7. X3 ilə alıcı Cavabdeh arasında 14 mart 2018-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiq olunmuş AN-İ № ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı Beyləqan TİB tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş 1249 qeydə alma nömrəsi ilə 7/1 nömrəli kitabın 45-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə 92,5 kv.metr sahədən ibarət 2 otaqlı fərdi yaşayış evini 5.300 manata sataraq alıcının mülkiyyətinə vermişdir.
8. İddiaçı X7 cavabdehlər X24 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “mirası n qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1625/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin olunaraq, iddiaçı X7 13 mart 2007-ci il tarixdə ölmüş mərhum anası X17 məxsus miras əmlakları qəbul etməsi faktı müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 20 noyabr 2018-ci il tarixdə verilmiş **********84 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hüququn qeydə alınma sına əsas Beyləqan Rayon Məhkəməsinin 2(020)-1625/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsi olmuşdur.
10. X3 ilə alıcı Cavabdeh arasında 27 dekabr 2018-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiq olunmuş AN-İ № ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 06 dekabr 2018-ci il tarixdə verilmiş ********** reyestr, **********84 qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 0,12 ha torpaq sahəsini 2.300 manata sataraq alıcının mülkiyyətinə vermişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında d aşınmaz əmlakın Dövlət reyestrindən 29 yanvar 2019-cu il tarixdə verilmiş **********50-10301 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 92,5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh tam pay üzrə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X41 23 iyul 2022-ci il tarixli məlumatına əsasən, 05 yanvar 1965-ci il təvəllüdlü, Beyləqan rayonu, Şahsevən kəndində qeydiyyatda olan X20 arxiv məlumatına əsasən 11 aprel 2019-13 may 2019-cu il tarixdə xəstəxanada gündüz stasionarı şöbəsində “şizofreniya paranoid forma, fasiləsiz gedişl i, paranoid qüsur halı” diaqnozu ilə ambulator müalicədə olub. Məktuba əlavə olunan Tibbi Sosial Ekspert Komissiyasına göndərişdə xəstəliyinin başlanma tarixi kimi 23 noyabr 1990-cı il qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı Cavabdeh qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 1932-ci ildə Ermənistan SSRdə doğulmuş, 13 mart 2007-ci il tarixdə ünvan 2ində vəfat etmiş X17 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 yanvar 2019-cu il tarixli əqdin və Azərbaycan Respublikası ƏN Sabirabad regional “Asan Xidmət” Mərkəzinin notariusunun 4Ə-1139 saylı 27 dekabr 2018-ci il t arixli alqı-satqı müqaviləsi əsasında reyestrdən çıxarış verilməsinə dair əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Sonradan iddiaçı tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək mərhum X4na məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair 8 saylı “Səyyar-Asan Xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli 4Ə-42 nömrə ilə qeyd edilmiş əqdin, yəni alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş X7 nümayəndəsi Nümayəndə ilə cavabdeh arasında bağlanmış 4Ə-1139 nömrə ilə qeyd edilmiş 27 dekabr 2018-ci il tarixli əqdin, yəni alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında mərhum X17 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 yanvar 2019-cu il tarixli əqdin, yəni Dövlət reyestrindən RX1475277 seriyalı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1989-cu il tarixdə ünvan 2ində doğulmuş və hal-hazırda ünvan 2ində qeydiyyatdadır. X10 20 noyabr 2003cü il tarixdə ünvan 2ində vəfat etmişdir. X11 1925-ci ildə Ermənistan SSR-nin Oktemberyan rayonu, Baxçalar kəndində doğulmuş, 30 iyun 1994-cü il tarixdə ölmüşdür. X4 1932-ci il tarixdə Ermənistan SSR-də doğulmuş, 26 oktyabr 1976-cı il tarixdən ünvan 2ində qeydiyyata al ınmış, 13 mart 2007-ci ildə ünvan 2ində ölmüşdür. X11 ilə nənəsi X15 nikahı 18 iyun 1958-ci il tarixdə 3 nömrə ilə Ermənistan SSR-nin Oktemberyan rayonu, Baxçalar kənd sovetliyində qeydiyyata alınmışdır. Onların birgə nikahlarından 4 övladları olmuşdur; X19 20 iyun 1952-ci il tarixdə Jdanov (indiki Beyləqan) rayonu, Əhmədli kəndində doğulmuşdur, oğlu, yəni onun X10 (20 noyabr 2003-cü ildə vəfat edib), digər oğlu, yəni onun X12 (vəfat edib) və qızı, yəni onun bibisi X20. X33 doğulduğu gündən əqli cəhətdən qüsurludur və doğulduğu gündən ünvan 2ində yerləşən X4na məxsus fərdi yaşayış evində yaşamışdır. X12 Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh xx xxxxx 1958-ci il tarixdə Xaçmaz rayonu, Yalama stansiyasında doğulmuş, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. X34 13 mart 2007-c i il tarixdə ünvan 2ində vəfat etdikdən sonra, X12nun arvadı Cavabdeh nənəsinə məxsus Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Füzuli rayon notariat ofisinə müraciət edərək, 07 oktyabr 2017-ci il tarixdə psixi cəhətdən xəstə olan X8 adından vərəsə kimi vərəsəlik işinin açılmasına nail olmuşdur. Füzuli rayonu notariat ofisində 07 oktyabr 2017-ci il tarixdə miras qoyan X17 məxsus ünvan 2ində fərdi yaşayış evini və həyətyanı torpaq sahəsi olan miras əmlakın vərəsə kimi X8 adına rəsmiləşdirilməsi ilə bağlı 78 nömrəli vərəsəlik işi açılmasına baxmayaraq, sonuncuya vərəsəlik şəhadətnaməsi təqdim edilməmişdir. Bundan sonra Cavabdeh həmin fərdi yaşayış evinin ələ keçirilməsi üçün psixi xəstə bibisi X7 anlaqsızlığından istifadə edərək bibisinin adına rəsmiləşdirərək başqa adama satmağa hazırlaşır. Sonradan müəyyən etmişdir ki, 27 dekabr 2018-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad regional “Asan Xidmət” Mərkəzinin notariusunda 4Ə-1139 saylı müqavilə imzalanmasına və 29 yanvar 2019-cu il tarixdə öz adına ünvan 2i ünvanında fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasına nail olmuşdur. Ona görə də, hər iki əqd etibarsız hesab edilməli və ondan doğan bütün hüquqi nəticələr ləğv olunmalıdır. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda, iradə ifadəsi etibarsızdır.
16. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddiaçının “əqdlərin etibarsız hesab edilm əsi” tələbinə dair məhkəmədə iddia qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin dəlilləri əsassız hesab edilməli və iddia rədd olunmalıdır. İş üzrə təqdim olunmuş təsdiq edici sənədlərdən biri olan Beyləqan rayon X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən 10 dekabr 2004-cü il tarixdə 1249 qeydəalma nömrəsi ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən ümumi sahəsi 92,5 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X7 adına rəsmiləşdirmişdir. Hansı ki, o zaman qanun üzrə vərəsəlikdə pay hüququ olan digər vərəsələr və o cümlədən mübahisəli mülkin sahibi olmuş X22 da sağ olmu ş və qeyd olunan fərdi yaşayış evinin Dürdanə Əliyevanın adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Uzun illər anası ilə birlikdə mübahisəli mülkdə yaşayan və ona qulluq edən Dürdanə Əliyeva anasının ölümündən sonra da ev təsərrüfatını və həyətyanı torpaq sahəsini faktiki olaraq idarə etmiş və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun əldə edilməsi məqsədi ilə anası X18 məxsus mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə Beyləqan Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin 2(020)-1625/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. İstər mirasqoyan X17 məxsus fərdi yaşayış evinə, istərsə də, sonradan həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun X7 adına tanınması həmin mülki hüquq münasibətlərini tənzimləyən müvafiq hüq uq normalarının tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı cavabdeh ilə X20 arasında 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüquqa malik olmamış və iddia tələbini hüquqi əsası olmayan formal mühazirələrlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsinə istinad edərək tərəflər arasında bağlanmış əqd üzrə əqdi bağlayan fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi nəticəsində hüquqlarının və qanunla qorunan mənafelərinin pozulduğunu əsaslandırmağa çalışmışdır. Lakin əslində bağlanmış əqdlərin iddiaçının hüquqlarının pozulması ilə nəticələnmiş hansı hüquq və vəzifələrinə dair məsələni həll etməsi təsdiqini tapmayan əsassız dəlillərdən ibarətdir. Halbuki, iddiaçı qanun üzrə vərəsəlikdə mirasdan pay almaq hüququna malik olan şəxs kimi tanınmamış və bununla bağlı uzun illərdən bəri vərəsəliklə bağlı hüquqa dair mübahisə olmamışdır. Digər tərəfdən, tərəflər arasında bağlanmış 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq sərbəst iradə ifadəsinə əsaslanmaqla imzalanmış və müqaviləni təsdiq edən notariat orqanı tərəfindən satıcı qismində müqaviləni imzalayan X7 şəxsiyyəti müəyyən edilərək, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. ünvan 2ində yer ləşən və X17 məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 10 dekabr 2004-cü il tarixdən Dürdanə Əliyevanın xüsusi mülkiyyətində olmasına baxmayaraq, iddiaçı həmin fərdi yaşayış evinin anlaqsız vəziyyətdə olan X33nın adına rəsmiləşdirilməsini hazırkı iş üzrə cavabdeh tərəfindən həyata keçirilmiş qanunsuz əməl kimi təqdim etmişdir. Əslində isə sözügedən mübahisəli mülkün sahibi olmuş X13 və digər vərəsələrin sağlığında həmin fərdi yaşayış evinin Dürdanə Əliyevanın adına rəsmiləşdirilməsinə ümumi razılıq verilmişdir. Beləliklə, X20 ilə cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixli alqı-satqı müqavilələri forma və məzmun baxımından Mülki Məcəllənin 389.1, 390.1, 390.2 və 390.3-cü maddələrinin tələblərinə uyğun şəkildə tərtib edilmiş və tərəflərin azad iradə ifa dəsinə əsasən notariat orqanı tərəfindən təsdiq edilmişdir. Alqı-satqı müqavilələrinin bağlanması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi şərtlərində müqavilə üzrə satıcı qismində təmsil olunan X2 fərdi yaşayış evində ömürlük yaşamaq imkanı cavabdehin razılığına əsasən təmin edilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından bir müddət (beş-altı ay) sonra Dürdanə Əliyevanın səhhətində psixi qüsurların əmələ gəlməsi müşahidə olunmuş və 11 aprel 2019-cu il tarixdə keçirilmiş tibbi müayinənin nəticələrindən asılı olaraq müalicə olunmuşdur.
18. Beyləqan Rayon Məhkəməsinin 2(020)-942/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin olunaraq, mərhum X17 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi barədə daşınmaz ə mlakın alqı-satqı müqaviləsinə dair 8 saylı “Səyyar - Asan Xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş X20 ilə cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli 4Ə-42 nömrə ilə qeyd edilmiş əqd, yəni alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad “Asan Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş X7 nümayəndəsi Nümayəndə ilə cavabdeh arasında bağlanmış 4Ə-1139 nömrə ilə qeyd edilmiş 27 dekabr 2018-ci il tarixli əqd, yəni alqı-satqı müqaviləsi və həmin müqavilələr əsasında mərhum X17 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 yanvar 2019-cu il tarixli əqd, yəni Dövlət reyestrindən RX1475277 seriyalı çıxarışın etibarsız hesab edilməsi qət edilmiş dir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ev əvvəllər iddiaçının nənəsi mərhum Şüdə İsmayılovanın adına olmuş, Şüdənin birinci növbə vərəsəsi olan oğlu, yəni iddiaçının atası Nadir Şüdədən əvvəl ölmüşdür. Həmin vaxt və eləcə də, Şüdə İsmayılova 2007-ci ildə öldüyü vaxt iddiaçı və onun qardaşı yetkinlik yaşına çatmamışlar. İddiaçı həmin vaxt mübahisəli evdə yaşamış, lakin yetkinlik yaşına çatmadığına görə qanun üzrə vərəsə kimi çıxış edə bilməmişdir. Lakin o, həmin evdə qeydiyyatda olmuşdur. Qanunun tələblərinə görə də, onun atası miras qoyan nənəsindən əvvəl öldüyünə görə iddiaçının həmin mirasdan atasına çatan pay bərabərində payı olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, X20 iddiaçının bibisi, iş üzrə cavabdeh isə iddiaçının ə misi arvadıdır. Yəni iddiaçının bibisi Dürdanə ilə iş üzrə cavabdeh iddiaçının X34nın başqa vərəsələrinin olmasını bilmişlər. Çünki, iddiaçının atası, sonra isə nənəsi öldüyü vaxt iddiaçı azyaşlı olmuş və həmin evdə yaşamışdır. Hətta həmin evdə qeydiyyatda olmaqla ailə qurana kimi həmin evdə yaşamağa davam etmiş və bundan sonra da, həmin evə gedib gəlmişdir. Cavabdeh bütün bunları bildiyi halda, həmin evin iddiaçının bibisi ilə alqı-satqı qaydasında mülkiyyətinə keçirilməsinə nail olmuşdur. İddiaçı bibisi Dürdanənin anadangəlmə psixi xəstə olduğunu, heç bir əqd bağlamaq iqtidarında olmadığını göstərmiş, cavabdehin onun anlaqsızlığından istifadə edərək evi onun adına rəsmiləşdirməklə ələ keçirməsini bildirmişdir. Mülki iş materiallarında Dürdanə Əliyevanın fəaliyyət qabiliyyətsiz elan olunm ası ilə bağlı məhkəmə qərarı olmasa da, daxil olmuş sənədlərdə onun “şizofreniya paranoid forma, fasiləsiz gedişli, paranoid qüsur halı” diaqnozu ilə xəstə olduğu müəyyən edilmişdir.
20. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.3, 337.4, 1159.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 53, 77.1, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətn aməsinin ləğv edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işi mahiyyəti üzrə araşdıran birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş rəsmi sənədlərlə müəyyən edilmiş halları hüquqi cəhətdən düzgün qiymətləndirməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan 10 dekabr 2004-cü il tarixdə X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilərək təsdiq olunmuş fərdi yaşayış evinin Texniki pasportu və eyni tarixdə X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən hazırlanmış 1249 nömrəli inventar işi əsasında reyestr kitabının 45-ci səhifəsində 7/1 nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2ində yerləşən mübahisəli fərdi yaşayış ev i bütövlükdə X7 adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. İddiaçının mərhum nənəsi X1 onunla bir yerdə yaşayan ailə üzvü X7 adına mübahisəli fərdi yaşayış evinin ilkin sənədlər əsasında özəlləşdirilməsi onu deməyə əsas verir ki, mübahisəli fərdi yaşayış evi miras qoyan X13 öldüyü məqamadək onun əmlak hüquqlarının və vəzifələrinin toplusuna daxil olmamışdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi mübahisəli fərdi yaşayış evi 2004-cü ildə X7 adına bütövlükdə mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınanadək mərhum X13 mülkiyyətində olmamış və miras qoyanın adına dövlət reyestrində qeydə alınmamışdır. Məlum olduğu kimi miras qoyanın qanun üzrə və ya vəsiyyət üzrə vərəsələri miras əmlakdan o vaxt pay almaq hüququna malik olur ki, miras əmlak mülkiyyət hüququ ilə m iras qoyana məxsus olmuş olsun. Hazırki iş üzrə iddiaçının “əqdlərin etibarsız hesab edilməsi” tələbinin qanun üzrə vərəsəlikdən pay almaq hüququ ilə bağlı olduğu nəzərə alınsa, o halda mübahisəli fərdi yaşayış evinin miras qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olmasi təsdiq edilməli və miras qoyanın adına Dövlət reyestrindən çıxarış olmalı idi. Lakin, ünvan 2ində yerləşən ümumi sahəsi 92,5 kv.metr, yaşayış sahəsi 31,5 kv.metr, yardımçı sahəsi 61 kv.metrdən ibarət olan 2 otaqlı fərdi yaşayış evi 2007-ci ildə vəfat etmiş mərhum X13 ölümündən 3 il əvvəl, yəni 2004-cü ildə mirasqoyanın adına rəsmiləşdirilmədən birbaşa ilkin sənədlər əsasında digər ailə üzvü X7 adına özəlləşdirilmişdir. Qeyd olunan təsdiqedici və hüquq müəyyənedici sənədlərin məhkəmənin iş materiallarında olmasına baxmayar aq, birinci instansiya məhkəməsi X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli 4Ə-42 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edərkən nədənsə bunu nəzərə almamış, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İş materiallarına əlavə edilmiş sənədlər əsasən məlum olur ki, mübahisəli yaşayış evinə hələ 2004-cü ildə mülkiyyət hüququ əldə etmiş X20 anası X13 ölümündən sonra da, mülkiyyətində olan evlə yanaşı həyətyanı torpaq sahəsini də faktiki olaraq idarə etmiş, həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi məqsədi ilə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair Beyləqan Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmənin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş və həyətyanı torpaq sahəsinə aid olan hissədə daşınmaz əmlakın miras qoyan X17 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 24 oktyabr 2017-ci il tarixdə qeydə alınmış RX №1149216 seriyalı Çıxarış verilmişdir. Mübahisə predmeti üzrə iddiaçı həqiqəti əks etdirməyən əsassız dəlillər irəli sürərək iş üzrə cavabdehin Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən və mirasqoyan X17 məxsus olan fərdi yaşayış evini ələ keçirmək məqsədi ilə mirasqoyanın ölümündən sonra psixi xəstə Əliyeva Dürdanənin adına rəsmiləşdirdiyini və sonra alqı-satqı qaydasında öz adına keçirdiyini, bununla da miras qoyanın nəvəsi olaraq onun qanun üzrə vərəsə kimi mirasdan pay a lmaq hüququnun cavabdeh tərəfindən pozulduğunu bildirmişdir. Halbuki, mübahisəli fərdi yaşayış evi X6 ikən ilkin olaraq Əliyeva Dürdanənin adına 2004-cü ildə özəlləşdirilmiş və 2007-ci ildə vəfat etmiş X13 öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının dairəsinə aid edilməmişdir. Ona görə də, ünvan 2ində yerləşən mübahisəli fərdi yaşayış evinə aid hissədə X20 ilə Cavabdeh arasında 14 mart 2018-ci il tarixli 4Ə-42 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsini etibarsız hesab etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. İddia tələbi ilə bağlı məhkəmə araşdırmasının digər məqamı ondan ibarətdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1625/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən X7 mirasın həyətyanı torpaq sahəsinə aid hissədə qəbul edilməsi faktı müəyyən edi lmişdir. Mübahisəli mülkün həyətyanı torpaq sahəsinə aid olan hissədə miras qoyana məxsus olması faktının müəyyən olunması ilə miras əmlaka vərəsəlik açılan zaman İddiaçı doğulub boya-başa çatdığı və birinci Şahsevən kəndində yerləşən mübahisəli yaşayış evində qeydiyyatda olduğunu iddia etməklə əslində 2018-ci ildə mübahisəli mülkün həyətyanı torpaq sahəsinin miras qoyana məxsus olması faktının müəyyən olunması barədə açılmış vərəsəlikdən ona çatası miras payın qanunla müəyyən edilmiş müddət ərzində üzrsüz səbəbdən qəbul etmədiyini təsdiq etmiş olur. Beləliklə, iddia tələbi ilə bağlı işi mahiyyəti üzrə araşdıran Beyləqan Rayon Məhkəməsi tərəfindən X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin, həmçinin 29 yanvar 2019-cu il tarixli Dövlət reyestrindən RX ******* seriyalı Çıxarışın etibarsız hesab edilməsi barədə 20 sentyabr 2022-ci il tarixli qətnamə Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməlidir.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-245/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Cahid İmanov), cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-942/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.
24. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evinin və 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhum X4na məxsus olduğunu, nənəsinin 13 mart 2007-ci ildə ölümü ilə mirasa açıldığını, həmin əmlakların cavabdeh tərəfindən psixi cəhətdən xəstə olan bibisinin adına rəsmiləşdirilərək sonradan alqı-satqı qaydasında öz mülkiyyətinə keçirildiyini bildirərək, bibisi X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakların alğı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında cavabdehin adına daşınmaz əmlakın reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsini xahiş edir. Göründüyü kimi iddiaçı atasının nənəsindən qabaq ölməsi və nənəsind ən atasına çatası paydan miras almaq hüququnun olduğunu bəyan edərək, nənəsindən miras qalan əmlaklar kimi yuxarıda qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi barəsində cavabdehlə bibibsi arasında bağlanmış daşınmaz əmlakların alqı-satqı müqavilələrinin etibarsızlığı məsələsini qoymuşdur.
25. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi bibisi X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən iki otaqdan ibarət yaşayış evi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadast İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş q eydiyyat vəsiqəsinə əsasən bütövlüklə X3nın mülkuiyyətində olmuşdur (1249 nömrəli inventar işi 45-ci səhifə). İddiaçının X4 isə 13 mart 2007-ci ildə ölmüş və öldüyü məqamadək onun mülkiyyətində belə bir əmlakı olmamışdır. Odur ki, qeyd olunan əmlak X13 miras aktivinə daxil olmadığından, iddiaçının həmin əsasla əmlakın özgəninkiləşdirilməsi barədə əqdi mübahisələndirməyə subyektiv hüququ yoxdur.
26. İddiaçının etibarsız hesab olunmasını tələb etdiyi bibisi X20 ilə Cavabdeh arasında bağlanmış digər 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mirasqoyan X17 məxsus olmasını təsdiq edən hər hansı bir sübutun iş materiallarınd a olmamasına rəğmən, üzrərində X3nın hüquqlarının dövlət qeydiyyatına alınmasının əsasını Beyləqan Rayon Məhkəməsinin 2(020)-1625/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsi təşkil etmişdir. Həmin qətnamə ilə X7 mərhum anası X9 miras qalmış əmlakları qəbul etməsi faktı müəyyən edilmişdir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş 1249 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna əsasən Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən evin bütövlükdə sahibi X20 olmuş, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.metr, faktiki 1256,6 kv.metr təşkil etmişdir, ev 1969-cu ildə inşa edilmişdir.
27. Mövcud durumda iddiaçının 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsini mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olduğu qəbul olunsa belə, iddiaçı tərəfindən qeyd olunan qətnamə və qətnamə əsasında torpaq sahəsi üzərində bibisi X7 qeydə alınmış hüquqları mübahisələndirilmədən, həmin hüquq üzrə reallaşdırılan əqdi mübahisələndirməsi nəticə verə bilməz.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir və tətbiq etmişdir.
29. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 139-1.1.3, 140, 144.1, 178.1, 324.1, 389.1, 389.2, 425.1, 560.1, 646.1, 646.2, 1151.1, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004cü il tarixli qərarına, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384.0.2, 385.1, 392, 393, 405-ci maddə lərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının X4na məxsus Füzuli rayonu notariat ofisində miras qoyduğu ünvan 2ində fərdi yaşayış evini və həyətyanı torpaq sahəsi olan miras əmlakın vərəsə kimi X8 adına rəsmiləşdirilməsi ilə bağlı 78 nömrəli vərəsəlik işi açılmasına baxmayaraq, sonuncuya vərəsəlik şəhadətnaməsi təqdim edilməmişdir. Bundan sonra cavab deh həmin fərdi yaşayış evinin ələ keçirilməsi üçün iddiaçının psixi xəstə bibisi X7 anlaqsızlığından istifadə edərək bibisinin adına rəsmiləşdirərək başqa adama satmağa hazırlaşır. Sonradan müəyyən olunmuşdur ki, 27 dekabr 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad regional “Asan Xidmət” Mərkəzinin notariusunda 4Ə-1139 saylı müqavilə imzalanmasına və 29 yanvar 2019-cu il tarixdə öz adına ünvan 2i ünvanında fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasına nail olmuşdur. Məhkəmə iş üzrə təqdim olunmuş təsdiq edici sənədlərdən biri olan Beyləqan rayon X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən 10 dekabr 2004-cü il tarixdə 1249 qeydəalma nömrəsi ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən ümumi sahəsi 92,5 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X7 adına rəsmiləşdirildiyini bildirmişdir. Hansı ki, o zaman qanun üzrə vərəsəlikdə pay hüququ olan digər vərəsələr və o cümlədən mübahisəli mülkin sahibi olmuş X22 da sağ olmuş və qeyd olunan fərdi yaşayış evinin Dürdanə Əliyevanın adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Lakin qeyd olunmalıdır ki, mübahisəli ev əvvəllər iddiaçının nənəsi mərhum Şüdə İsmayılovanın adına olmuş, Şüdənin birinci növbə vərəsəsi olan oğlu, yəni iddiaçının atası Nadir Şüdədən əvvəl ölmüşdür. Həmin vaxt və eləcə də, Şüdə İsmayılova 2007-ci ildə öldüyü vaxt iddiaçı və onun qardaşı yetkinlik yaşına çatmamışlar. İddiaçı həmin vaxt mübahisəli evdə yaşamış, lakin ye tkinlik yaşına çatmadığına görə qanun üzrə vərəsə kimi çıxış edə bilməmişdir. Lakin o, həmin evdə qeydiyyatda olmuşdur. Qanunun tələblərinə görə də, onun atası miras qoyan nənəsindən əvvəl öldüyünə görə iddiaçının həmin mirasdan atasına çatan pay bərabərində payı olmuşdur. Cavabdeh bütün bunları bildiyi halda, həmin evin iddiaçının bibisi ilə alqı-satqı qaydasında mülkiyyətinə keçirilməsinə nail olmuşdur. İddiaçı əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində iddiaçılar İddiaçı və X25 cavabdeh X16 qarşı miras əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair 2(020)-783/2023 nömrəli mülki iş mövcuddur. Belə ki, Beyləqan rayon Məhkəməsində həmin mübahisə üzrə xx.xx.2023-cü il tarixdə, saat 12:00-a məhkəmə iclası təyin edilmişdir. Odur ki, Beyləqan Rayon Məhkəmə sində ərizəçi İddiaçı və X25 cavabdeh X16 qarşı miras əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair 2(020)783/2023 nömrəli mülki işə baxılıb yekun qərar qəbul edilənədək iş üzrə icraat dayandırılmalıdır. Çünki, mübahisə predmeti olan torpaq və fərdi yaşayış evi ilə bağlı miras əmlakın ərizəçi tərəfindən faktiki qəbul edilməsi məsələsi həll olunmayınca bu mülki işlə bağlı obyektiv qərar qəbul edilməsi qanunvericiliyin imkanı xaricindədir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazla eyni məzmund a əsaslandırılmış, qeyd olunmuşdur ki, ünvan 2ində yerləşən və X17 məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 10 dekabr 2004-cü il tarixdən Dürdanə Əliyevanın xüsusi mülkiyyətində olmasına baxmayaraq, iddiaçı həmin fərdi yaşayış evinin anlaqsız vəziyyətdə olan X33nın adına rəsmiləşdirilməsini hazırkı iş üzrə cavabdeh tərəfindən həyata keçirilmiş qanunsuz əməl kimi təqdim etmişdir. Əslində isə sözügedən mübahisəli mülkün sahibi olmuş X13 və digər vərəsələrin sağlığında həmin fərdi yaşayış evinin Dürdanə Əliyevanın adına rəsmiləşdirilməsinə ümumi razılıq verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1625/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin olunaraq, iddiaçı X7 13 mart 2007-ci il tarixdə ölmüş mərhum anası X17 məxsus miras əmlakları qəbul etməsi fakt ı müəyyən edilmişdir. Mübahisəli mülkün həyətyanı torpaq sahəsinə aid olan hissədə mirasqoyana məxsus olması faktının müəyyən olunması ilə miras əmlaka vərəsəlik açılan zaman İddiaçı doğulub boya başa çatdığı və 1-ci Şahsevən kəndində yerləşən mübahisəli yaşayış evində qeydiyyatda olduğunu iddia etməklə əslində 2018-ci ildə mübahisəli mülkün həyətyanı torpaq sahəsinin miras qoyana məxsus olması faktının müəyyən olunması barədə açılmış vərəsəlikdən ona çatası miras payın qanunla müəyyən edilmiş müddət ərzində üzürsüz səbəbdən qəbul etmədiyini təsdiq etmiş olur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 6.1.1. Mülki qanunvericiliyin prins iplərindən biri mülki hüquq subyektlərinin bərabərliyidir.
35. Maddə 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatıdır.
36. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hal lar istisna olmaqla, həqiqi hesab edilir.
37. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
38. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mü mkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
39. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
40. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
41. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
42. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
44. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
45. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
46. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarı
47. Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmas ından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
60. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi bibisi X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən iki otaqdan ibarət yaşayış evi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadast İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən bütövlüklə X3nın mülkuiyyətində olmuşdur (1249 nömrəli inventar işi 45-ci səhifə). İddiaçının X4 isə 13 mart 2007-ci ildə ölmüş və öldüyü məqamadək onun mülkiyyətində belə bir əmlakı olmamışdır. Odur ki, qeyd olunan əmlak X13 miras aktivinə daxil olmadığından, iddiaçının həmin əsasla əmlakın özgəninkiləşdirilməsi barədə əqdi mübahisələndirməyə subyektiv hüququ yoxdu r.
61. Eyni zamanda iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi bibisi X20 ilə Cavabdeh arasında bağlanmış digər 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi ilə özgəninkiləşdirilmiş Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mirasqoyan X17 məxsus olmasını təsdiq edən hər hansı bir sübutun iş materiallarında olmamasına rəğmən, üzrərində X3nın hüquqlarının dövlət qeydiyyatına alınmasının əsasını Beyləqan Rayon Məhkəməsinin 2(020)-1625/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsi təşkil etmişdir. Həmin qətnamə ilə X7 mərhum anası X9 miras qalmış əmlakları qəbul etməsi faktı müəyyən edilmişdir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitek tura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş 1249 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna əsasən Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən evin bütövlükdə sahibi X20 olmuş, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.metr, faktiki 1256,6 kv.metr təşkil etmişdir, ev 1969-cu ildə inşa edilmişdir.
62. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mövcud durumda iddiaçının 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsini mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olduğu qəbul olunsa belə, iddiaçı tərəfindən qeyd olunan qətnamə və qətnamə əsasında torpaq sahəsi üzərində bibisi X7 qeydə alınmış hüquqları müba hisələndirilmədən, həmin hüquq üzrə reallaşdırılan əqdi mübahisələndirməsi nəticə verə bilməz. Odur ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir və tətbiq etmişdir.
63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
64. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
65. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimo vun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
66. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığ ını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
67. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun t ələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
70. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-245/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.