Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-22/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən X24 və X25) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbulu, mirasdan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-404/23 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə ma hiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları qeyd etmişlər:
2. İddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur. Onun atası X5, anası isə X6. X11 xalasıdır. Sonuncu xx.xx.2021-ci ildə vəfat etmişdir; 3. 23.05.2022-ci il tarixli etibarnaməyə əsasən İddiaçı X12 ölümündən sonra harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ünvan 1 ünvanında qeydiyyatda olan mənzili bütün əmlakına bütün səbəblərə görə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı iş aparmağı X21 həvalə etmişdir;
4. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı Notariat Ofisinə müraciət etsə də, xx.xx.2022-ci il tarixli, 918 saylı məktubda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən imtina cavabı verilmişdir. Həmin məktubdan görünür ki, iddiaçının adından miras əmlakın qəbulu ilə bağlı müraciəti Nikolay Popkov xx.xx.2022-ci il tarixində etmişdir;
5. Notariat Ofisinin Kazimi Nadejdaya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda ona xx.xx.2021-ci ildə vəfat etmiş mərhum xalası X26 ilə qohumluq münasibətini təsdiq edən sənədlərin olmaması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir;
6. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Kazimi Nadejda xx.xx.1937-ci il təvəllüdlü X15 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X22 xx.xx.2018-ci il tarixli arxiv çıxarışında Şamaxı rayon Cuxuryurd kənd ZDS İcraiyyə Komitəsinin 1951-1953-cü illərin Kirovka kəndinin təsərrüfatbaşına kitablarında X26 mərhum anası X16 təsərrüfatında 1937-ci ild ə anadan olması qeyd edilmişdir. Çıxarışda ailə üzvləri kimi Anna Popkova, atası X29 və anası X27 göstərilmişdir;
7. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X22 xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən Şamaxı RİH-nin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954-1956-cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Kirovka kənd sakini şəxsi hesab №-442 olan X14 təsərrüfatında ailə tərkibi aşağıdakı kimi göstərilmişdir: oğlu X19, qızı X23, X20; 8. 28.09.2022-ci il tarixli, 1488 saylı məktuba əsasən, xx.xx.2021-ci ildə vəfat etmiş X26 ilə X9 bacı olması faktı Dövlət X22 verdiyi xx.xx.2022-ci il tarixli, nömrəli arxiv çıxarışına və SSR Daxili İşlər Nazirliyinin X7 Vəziyyət Aktları şöbəsinin verdiyi ******* əli doğum haqqında şəhadətnaməyə, İddiaçı isə Su mqayıt ZAQS şöbəsinin verdiyi İİİ JQ 448828 əli doğum haqqında şəhadətnaməyə əsasən X3 olması müəyyən edilmişdir;
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022ci il tarixli məktubuna əsasən X26 tərəfindən Bakı şəhəri 10 saylı dövlət notariat ofisində 30 iyun 1988-ci il tarixdə K-8-1650 reyestr nömrəli vəsiyyətnaməni Sumqayıt şəhəri 2 saylı dövlət notariat ofisində 05 iyun 1995-ci il tarixdə 2B-2/149 reyestr nömrəli yeni vəsiyyətnamə qoyaraq qismən dəyişdirmişdir və sonuncu vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır;
10. Notariat ofisinə ünvanlanmış Nadejda İvanovnanın **********201 saylı ərizəsinə əsasən, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.202 1-ci ildə vəfat etmiş xalası X17 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir;
11. Notariat ofisinə ünvanlanmış O.Uzdenvanın **********432 saylı ərizəsinə əsasən, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X17 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir;
12. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəm əsinə müraciət edərək onun X4mış mirasın qəbulunun gecikdirməyinin səbəbini üzrlü sayaraq miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X26 xx.xx.2021-ci ildə vəfat etmişdir. Xalasından ünvan 2 ünvanda yerləşən 44 saylı mənzil miras qalmışdır. Bununla əlaqədar iddiaçı həmin əmlaka qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası iddiaçının mirasın qəbulu müddətinin ötürməyilə əsaslandırılmışdır. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbdən gecikdirmişdir. Belə ki, o, 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Sumqayıt Şəhər 3 saylı notariat ofisinin notariusu iddiaçıya birinci növbə vərəsə olmadığından yalnız mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu üçün müraciət edə biləcəyini bildirmişdir. İddiaçı da bu səbəbdən 13 iyun 2022-ci il tarixdən sonra mirasın qəbulu ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh notariusu tərəfindən iddiaçıya imtina məktubu təqdim edilmişdir.
15. İşə məhkəmədə baxılarkən X25 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.
16. Birinci instansiya məhkəməsində üçüncü şəxs X18 vəkili və nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X34 Nadejda İvanovanın xalasıdır. Üçüncü şəxs da Anna Popkovanın v ərəsədir. Kazimi Nadejda həmçinin Anna Popkova üzərində qəyyum təyin edilib və miras əmlak olan mənzildə yaşayır. Anna Popkovaya ölən günədək Kazimi Nadejda baxıb, onun qulluğunda durub. O, mirasın qəbulu üçün Cavabdehnə vaxtında müraciət etmiş, lakin ona Anna Popkova ilə qohumluq münasibətləri təsdiq olunmadığından ona imtina cavabı verilmişdir. Qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunub. İddiaçı mirasın qəbulu müddətini üzrlü səbəbdən buraxması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməyib. İddiaçı notarius tərəfindən ona 6 aydan sonra müraciət etməsinin tövsiyə olunduğunu bildirsə də, bunu sübut edə bilmir. İddiaçı tərəf bildirir ki, 1-ci kateqoriya qohum olmadığı üçün onlara 6 ay vaxt verilib. Bununla bağlı üçüncü şəxs də notariusa müraciət edib, qəbul edibl ər. Ona 6 ay sonra gəlməyi deyilməyib. Notarius imtinanı iddiaçıya rəsmi qaydada verməyib. İddiaçı əlində ölüm haqqında şəhadətnamə olmadığı üçün heç notariusa müraciət belə edə bilməzdi. İddiaçı Nadejdanın mirasın qəbulu ilə bağlı 1 saylı notariat ofisinə müraciət etdiyini eşitmiş və o da notariusa müraciət etmişdir. Çünki, notariusun ona belə bir tövsiyə etməsi mümkün deyildir. Üçüncü şəxs Nikolay Popkov iş üzrə marağı olan şəxsdir. Bu səbəbdən iddiaçı onu öz mövqeyini təsdiq etmək üçün üçüncü şəxs kimi cəlb etmişdir.
17. Cavabdehin nümayəndəsi və digər üçüncü şəxs birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.
18. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(060)-4954/2022 nömrəli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia təmin edilmiş, X17 miras qalmış ün van 2, 44 saylı mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək uzadılması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Anna Popkovanın ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət bitdiyi vaxtdan cəmi 11 gün sonra notariat orqanına müraciət etmişdir. Belə ki, o həmin 6 aylıq müddət bitdikdən uzun müddət sonra notariusa müraciət etmiş olsaydı, bu onun bildirdiklərinin həqiqiliyinə şübhə ilə yanaşmaq üçün əsas olardı. Lakin hazırkı vəziyyətdə iddiaçının bildirdiklərinin həqiqiliyini şübhə altına almaq üçün hər hansı əsas yoxdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Anna Popkovanın iddiaçıdan və üçüncü şəxs Nikolay Pop kovdan başqa qohumu yoxdur. Yəni ondan qalan miras əmlak yalnız həmin şəxslər tərəfindən qəbul edilə bilər. Nikolay Popkov isə miras əmlakla bağlı hər hansı iddiasının olmadığını bilmişdir. Belə olan halda məhkəmə iddiaçının miras əmlakın qəbul edilməsi üçün buraxdığı müddətin uzadılmasına hər hansı maneə görmür. Üçüncü şəxs K.X28 vərəsəsi olduğunu iddia etsə də onun iddiaçı ilə qohumluğu faktı hələ ki, hüquqi cəhətdən öz təsdiqini tapmadığından, onun mirasın qəbulu müddətinin uzadılmasına etirazı əsassız hesab edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1133.2, 1134.1, 1243.1, 1243.2, 1246, 1248.1-ci maddələrinə və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası M ülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Üçüncü şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Qətnamə maddi hüquq normlarının pozulması ilə nəticələnmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddə t müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçının xalası X26 xx.xx.2021-ci ildə vəfat etmişdir. Xalasından miras qalmış ünvan 2 ünvanda yerləşən 44 saylı mənzilə qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıya vərərsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası iddiaçının mirasın qəbulu müddətinin ötürməyilə əsaslandırılmışdır. İddiaçı mirasın qəbul edilməsi üç ün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbdən gecikdirmişdir. Belə ki, o, 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Sumqayıt Şəhər 3 saylı notariat ofisinin notariusu iddiaçıya birinci növbə vərəsə olmadığından yalnız mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu üçün müraciət edə biləcəyini bildirmişdir. İddiaçı da bu səbəbdən 13 iyun 2022-ci il tarixdən sonra mirasın qəbulu ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh notariusu tərəfindən iddiaçıya imtina məktubu təqdim edilmişdir. İddia tələbində qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə digər üçüncü şəxs X24 iddiaçı ilə eyni mövqedə olan şəxsdir və məhz bu səbəbdən o iddianın təmin edilməsinə etiraz etmir. Ona görə də onun ifadəsi mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmənin onunla Anna Papkovanın qohumluq əlaqələrinin hüquqi cəhətdən təsdiq olunmaması barədə mövqeyi ilə bağlı qeyd edir ki, həmin faktı digər üçüncü şəxs X24 məhkəmədə təsdiq etmişdir. Ona görə də məhz o, üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Yəni bu işin mübahisəsiz halıdır ki, o, mərhum Anna Popkovanın vərəsəsidir. Ona görə də onun mirasın qəbulu müddətinin uzadılmasına etirazı tamamilə qanuni və əsaslıdır.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-404/2023 nömrəli mülki iş üzrə 09 mart 2023- cü il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və L.E.Rəhimli) apellyasiya şikayəti təmin edilmiş, bir inci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44 X15 xüsusi mülkiyyətindədir. X26 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçının (etibarnamə üzrə nümayəndəsi X24) Cavabdehnə ünvanlanmış 24 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X17 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikror ayon (köhnə), ev 2/13A, mənzil 44- dən ibarət olan miras əmlakı qəbul etmişdir. Notariat Ofisinin iddiaçıya ünvanlanmış 24 iyun 2022-ci il tarixli 918 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 miras qalmış 23 iyul 2019-cu il tarixdə vəfat etmiş X2 üzrə çatası paya: Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13, mənzil 44-ə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı X1 Moskva şəhər notariusunun verdiyi 23 may 2022-ci il tarixli, 77/2003-n/77-2022-1-578 nömrəli etibarnaməyə əsasən nümayəndəsi X24 tərəfindən xx.xx.32022-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciəti daxil olmuşdur. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mirasın qəbulu müddətini ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən ona qanun üzə vərəsəlik hüququ haqqında şəadətnamənin verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarından isə görünür ki, X26 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı isə 24 iyun 2022-ci il tarixdə vərəsəliyin qəbulu ilə əlaqədar notariat orqanına müraciət etmişdir. Yəni qanunla müəyyən edilmiş müddəti ötürməklə notariat orqanına müraciət etmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının 2022-ci ilin fevral ayında notariat orqanına müraciət etməsi, lakin notariat orqanı tərəfindən 6 ay müddətdən sonra müraciət etməsi və buna görə də qanunla müəyyən edilmiş m üddəti ötürmədiyinə dair dəlilini əsassız saymışdır. Belə ki, iddiaçı buna dair hər hansı bir rəsmi sənəd təqdim etməmişdir.
26. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, lakin üzrlü səbəbdən ötürüldüyünü, eləcə də iddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilmədiyini qeyd etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə iddianın təmin olunmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmamış və hesab etmişdir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şika yətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İş üzrə üçüncü şəxs X24 həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmlərində verdiyi izahatında İddiaçı 2022-ciilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etməsini, notarius tərəfindən ona qanun üzrə birinci növbə vərəsə olmaması səbəbindən mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddət bitdikdən sonra müraciət etməsini bildirildiyini, Oksananın da bu səbəbdən 6 aylıq müddət bitdikdən sonra notariat ofisinə müraciət etdiyini təsdiq etmişdir. yuxarıda sadalanan hallarına obyek tiv qiymət verərək qətnamədə göstərmişdir ki, iddiaçı Anna Popkovanın ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət bitdiyi vaxtdan cəmi 11 gün sonra notariat orqanına müraciət etmişdir. Belə ki, o həmin 6 aylıq bitdikdən uzun müddət sonra notariusa müraciət etmiş olsaydı, bu onun bildirdiklərinin həqiqiliyinə şübhə ilə yanaşmaq üçün əsas olardı. Lakin, hazırkı vəziyyətdə iddiaçının bildirdiklərinin həqiqiliyini şübhə altına almaq üçün hər hansı əsas yoxdur. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Anna Popkovanın iddiaçıdan və üçüncü şəxs Nikolay Popkovdan başqa qohumu yoxdur. Yəni, ondan qalan miras əmlak yalnız həmin şəxslər tərəfindən qəbul edilə bilər. Nikolay Popkov isə miras əmlakla bağlı hər hansı iddiasının olmadığını bilmiş dir. Belə olan halda məhkəmə iddiaçınınmiras əmlakın qəbul edilməsi üçün buraxdığı müddətin uzadılmasına hər hansı maneə görmür. Üçüncü şəxs Kazimi X28 vərəsəsi olduğunu iddia etsə də, onun iddiaçı ilə qohumluğu faktı hüquqi cəhətdən öz təsdiqini tapmadığından, məhkəmə onun mirasın qəbulu müddətinin uzadılmasına etirazını əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi isə qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası iddiaçının 2022-ci ilin fevral ayında notariat orqanına müraciət etməsi, lakin notariat orqanı tərəfindən 6 ay müddətdən sonra müraciət etməsi və buna görə də qanunla müəyyən edilmiş müddəti ötürmədiyinə dair dəlilini əsassız sayır. Belə ki, iddiaçı buna dair hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaç ının nümayəndəsi (vəkili) iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, lakin üzrlü səbəbdən ötürüldüyünü, eləcə də iddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilmədiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razı deyildir. Belə ki, yuxarıda da qeyd edildiyikimi iddiaçı 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Sumqayıt Şəhər 3 saylı notariat ofisinin notariusu iddiaçıya qanun üzrə birinci növbə vərəsə olmadığından yalnız mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu üçün müraciət edə biləcəyini bildirmişdir. Həmin vaxt notarius iddiaçıdan hər hansı bir sənəd tələb etməmişdir. İddiaçının 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etməsi iş üzrə üçüncü şəxs qismində izahatı alınmış X24 tərəfindən təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilmədiyi ilə bağlı göstərilənlərlə əlaqədar isə qeyd etmək istəyir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əml akın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən maddi hüquq normasının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətn amə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
34. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
35. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
37. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
38. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
39. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
40. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
41. Maddə 1256. Vərəsə vərə səliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılı qlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Apellyasiiya instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, X26 xx.xx.2021-ci ildə vəfat etmiş, iddiaçı isə 24 iyun 2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddəti ötürməklə notariat orqanına müraciət etmiş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir (§ 24, 27).
50. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət veri lməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şə kildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında r əsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.”
52. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxla nılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlar ının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu h üquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış ola n, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir....miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsi nə uyğun olaraq həyata keçirilməldir.... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.”. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
53. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma da yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-404/23 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edild