Məhkəmə qərarları › İş №2(102)-4514/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4514/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4514/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X5, Cavabdeh3 və onun nümayəndəsi və vəkili X4 iştirakı, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1856/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 oktyabr 2018-ci i l tarxili qətnaməsi ilə İddiaçı MMC-nincavabdehlər Azərbaycan Respublikası DİN BDYPİ-nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı MMC-yə məxsus “Toyota Hilux” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı MMC-nin adından çıxarılaraq 19.09.2014cü il və 27.12.2014-cü il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobilin İddiaçı MMC-yə qaytarılması və həmin avtomobili qanunsuz yollarla özgəninkiləşdirən müvafiq şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılması barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov- sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şika yəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 oktyabr 2018-ci il tarxili qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı MMCcavabdehlər Azərbaycan Respublikası DİN BDYPİ-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus “Toyota Hilux” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı MMC-nin adından çıxarılaraq, 19.09.2014-cü il və 27.12.2014-cü il tarixlərdə özgəninkiləşdirilməsi barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobilin İddiaçı MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını və həmin avtomobili qanunsuz yollarla özgəninkiləşdirən müvafiq şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələ bi onunla əsaslandırılmışdır ki, “Toyota Hilux” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2008-ci ildən İddiaçı mülkiyyətindədir. Qeyd edilən avtomobilin idarə edilməsi üçün İddiaçı MMC tərəfindən 2014-cü ilə kimi, Cavabdeh4 adına yol vərəqələri verilib. İddiaçı MMC 31 yanvar 2014-cü il tarixli, 14A01 saylı əmri ilə «Toyota Hilux» markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün verilən bütün yol vərəqələri etibarsız hesab edilib və bu barədə Cavabdeh4 məlumat verilərək, avtomobilin şirkətə qaytarılması tələb edilib. Lakin Cavabdeh4 qeyd edilən nəqliyyat vasitəsini şirkətə qaytarmaqdan imtina etdiyi üçün İddiaçı MMC tərəfindən 04.08.2014-cü il tarixdə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət edilərək, avtomobilin s axta sənəd əsasında idarə edildiyi üçün axtarışa verilərək şirkətə qaytarılmasına köməklik göstərilməsi xahiş etmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məlumat verilmişdir ki, qeyd edilən nəqliyyat vasitəsi saxlanılaraq, “Siqnal” İdarəsinin 10 saylı mühafizə olunan duracağına yerləşdirilmiş, daha sonra Cavabdeh4 təhvil verilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi X1da olduğu halda və Cavabdeh4 verilmiş yol vərəqələrinin 31 yanvar 2014-cü il tarixdən etibarsız olduğuna dair Baş Dövlət Yol Polisi İdarəsi məlumatlandırıldığı halda, nəqliyyat vasitəsi əsassız olaraq Cavabdeh4 verilmişdir. Nəqliyyat vasitəsinin saxta sənədlərdən istifadə etməklə talanması faktı üzrə cinayət işinin başlanmasına və müvafiq şəxslərin məsuliyyətə cəlb edilməsinə dair ərizə ilə Yas amal rayon Prokurorluğuna müraciət edilmişdir. Daha sonra ona bildirmişlər ki, nəqliyyat vasitəsi "İddiaçı" MMC-nin adından çıxarılaraq, 27.12.2014-cü il tarixdə Cavabdeh3 adına **-TE-*** dövlət qeydiyyat nişanları təhkim edilməklə rəsmiləşdirilmişdir. İddiaçı MMC-nin məlumatı olmadan avtomobil 19.09.2014-cü il tarixdə Cavabdeh2 satılmış, 27.12.2014-cü il tarixdə isə X2 adına rəsmiləşdirilmişdir.İddiaçı MMC-yə məxsus «Toyota Hilux” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz yollarla İddiaçı MMC-nin adından çıxarılaraq özgəninkiləşdirilməsi etibarsız hesab edilməli və İddiaçı MMC-yə qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verə rək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan subutları tam, hərtərfli və obyektiv araşdırmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X9 və digər Cavabdeh3 nümayəndəsi və vəkili X6 məhkəmənin ünvanına ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı yazılı etiraz ərizələri göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X9, digər Cavabdeh3 və onun nümayəndəsi və vəkili X6 ayrı-ayrılıqda kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-nin nüçayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə həin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istina d etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olan, İddiaçı 23.05.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və qanuni təmsilçisi qismində X7 göstərilmişdir. 20.08.2008-ci il tarixdə verilmiş AB seriyalı 263566 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Hilux” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı MMC 31 yanvar 2014-cü il tarixdə «Toyota Hilux» markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün verilən bütün yol vərəqələrinin etibarsız hesab edilməsi barədə 14A01 saylı əmr vermişdir. İddiaçı MMC tərəfindən 04.08.2014-cü il tarixdə ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilərək, İddiaçı MMC-nin 31 yanvar 2014-cü il tarixli, 14A01 saylı əmri ilə “Toyota Hilux” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün verilən bütün yol vərəqələrinin etibarsız hesab edilməsi ilə bağlı məlumat verilərək, avtomobilin saxta sənəd əsasında idarə edildiyi üçün avtomobilin axtarışa verilərək, şirkət ə qaytarılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin 06.09.2014-cü il tarixli məktubunda İddiaçı MMC-yə bildirilmişdir ki, 05.09.2014-cü il tarixdə qeyd edilən nəqliyyat vasitəsi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin 10 saylı mühafizə olunan duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı 21.01.2015-ci il tarixli məktubda avtomobilin 10 saylı duracaqdan sənədi olmayan şəxsə, qanun pozuntusuna yol verərək buraxıldığını qeyd edərək, avtomobilin geri alınmasında köməklik göstərilməsi xahiş olunmuşdur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "İddiaçı" MMC-nin direktoru D.Məmmədova ünvanlanmış 15 fevral 2018 -ci il tarixli məktubda “Toyota Hilux” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "İddiaçı" MMC-nin adından çıxarılaraq, 27.12.2014-cü il tarixdə Yevlax rayonu, Yəldili kənd sakini Cavabdeh3 adına **-TE-*** dövlət qeydiyyat nişanları təhkim edilməklə rəsmiləşdirildiyi bildirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin 06.04.2014-cü il tarixli məktubundan görünür ki, “Toyota Hilux” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş saxlama müddəti keçdiyindən həmin sənədlər müvafiq qaydada məhv edilmişlər. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə mə lumatların kompüter çıxarışından görünür ki, İddiaçı MMC-yə məxsus “Toyota Hilux” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.09.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 və avtomobilə 90TE759 dövlət qeydiyyat nişanı verilmişdir. Sonradan həmin avtomobil 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılaraq həmin tarixdə sonuncunun adına qeydiyyat şəhadətnaməsi verilmişdir. 27.12.2014-cü il tarixdə verilmiş AC seriyalı 372471 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Hilux”” markalı, 90TE759 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 mülkiyyətindədir. 12 oktyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, mübahisəli avtomobilin alqı-satqısı X1un qarda şı Cavabdeh4 verdiyi etibarnamə əsasında həyata keçirildiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin əlamətləri aşkar olunmadığından cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin 02.11.2018-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı MMC-nin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İddiaçı MMC məhkəməyə müracitə edərək qeyd edilən avtomobilin 19.09.2014-cü il tarixli və 27.12.2014-cü il tarixli alqı-satqı müqavilələrini mübahisləndirir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş, apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Toyota Hilux” markalı, **-TE-*** dövlət qeyd iyyat nişanlı avtomobil 19.09.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmış, sonradan bir neçə dəfə etibarnamə əsasında digər şəxslərə verilmiş və sonuncu dəfə 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 mülkiyyətinə keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. İddiaçı həmin avtomobilin satılmasına mülkiyyətçinin iradəsi olmamasına istinad edərək müqavilələrin etibarsızlığını tələb edir. Lakin iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əvvəla, rəsmi sorğuya verilən cavabda qeyd olunur ki, avtomaşının Cavabdeh2 satılması ilə bağlı sənədlər məhv edilmişdir. Bundan başqa, cavabdeh israr edir ki, avtomaşın həmişə onun ailəsinin sahibliyində olmuş və onun adına etibarnamə olmuşdur. Avtomaşını məhz həmin etibarnamə əsasında Rövşənə satmışdır. Avtomaşına dair Cavabdeh4 adına etibarnamə olması istisna deyil. Beləki, iddiaçı iddia ərizəsində ətraflı şərh etməkdən yayınsa da (sanki yad bir cavabdehə qarşı iddia irəli sürüb), məhkəmə baxışının sonunda Cavabdeh4 izahat verdikdən sonra məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh4 doğma qardaşdırlar. Onlar İddiaçı MMC-ni təsis etmiş və birlikdə avtomobillərin icarəsi ilə məşğul olmuşlar. Mübahisəli avtomaşını cavabdeh idarə etmişdir. Sonradan qardaşlar arasında münasibət pozulmuş və onlar MMC-yə məxsus olan əmlaklarını öz aralarında bölünməsini həyata keçirmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birgə fəaliyyətdən doğan iki qardaş arasındakı mübahisə zəminində yaranmış mübahisəni həll etmək üçün artıq bir neçə nəfərə satılmış avtomaşın a dair müqavilələri etibarsız hesab etməyə heç bir lüzum yoxdur. Onlar, aralarındakı qarşılıqlı tələbi başqalarına zərər vurmadan bir-birinə qarşı yönləntməklə həll edə bilərlər. “Toyota Hilux” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısı zamanı Azərbaycan Respublikası DİN Dövlət Yol Polis İdarəsinin iştirakı həmin müqavilələrin həqiqiliyi prezumpsiyasına dəlalət edir. İddiaçı MMC-nin 31.01.2014-cü il tarixli əmri ilə həmin avtomobilə dair verilmiş yol vərəqələrinin etibarsız hesab edilməsi və bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilməsinə istinad etsə də, bu hal alqı-satqının qanuni həyata keçirilməsinə mane olmur. Çünki iddiaçı alqı-satqının əsası kimi çıxış edən etibarnamələrin deyil, yol vərəqələrinin ləğvi ilə bağlı əmr vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 və Cavabdeh3 vicdanlı əldə edən şəxslər olduğundan onlara qarşı alqı-satqı müqavilələrinin etibarsızlığı tələbinin irəli sürülməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Normanın məzmunundan aydın olur ki, əşyanın alqı-satqısı barədə əqd (2-ci əqd) bağlanarkən əşyanın mülkiyyətçisi olmuş şəxsin (satıcının) mülkiyyət hüququnun yaranmasına əsas olmuş əvvəlki əqdin (1-ci əqdin) sonradan etibarsız hesab edilməsi vicdanlılıqla bağlı vəziyyəti dəyişmir. Belə ki, 2-ci əqd bağlanarkən sat ıcının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Bu isə o deməkdir ki, əqd bağlanan zaman dövlət onun mülkiyyət hüququnu tanıyırdı (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun, maddə 2.1). Əgər 2-ci əqd bağlanarkən satıcının mülkiyyət hüququnu dövlət tanıyırdısa, həmin zaman heç kəsin (alıcının, notariusun və s.) satıcının mülkiyyət hüququnu tanımamaq səlahiyyəti olmayıb. Buna görə də alıcı vicdanlı əldə edən olduğu üçün onun mülkiyyət hüququ saxlanılır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər formal mülahizlər olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegi yası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prose ssual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1856/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar