Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2202/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüsen qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Abşeron rayon 2-ci Dövlət notariat kontoruna qarşı “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi”, Cavabdeh2 və Cavabdeh3 X6ma, Cavabdeh1 qarşı vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, miras əmlak da payların müəyyən edilməsi, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə iddiasına, Cavabdeh1 X6ma, Cavabdeh2 qızma, İddiaçı qızma, Cavabdeh3 qızna və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2008-ci il tarixli 2(105)-888/2008 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı DNK-da 2002-ci ilin yanvar ayında 2v-01,2v-03 və 2v-03 reyestrlərlə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum atasından miras qalmış əmlakın ¼ payının ona ayrılaraq vərəsəlik hüququ barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 da X5, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən X2 adına verilmiş xx xxxxxx 2002-ci il tarixli mülkiyyət hüququ və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 4 saylı evin 34 saylı mənzilinə bütövlükdə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eynİ zamanda Cavabdeh2 və Tahirova X3 Maisə İslam qızına və Cavabdeh1 qar şı (Abşeron rayon 2-ci Dövlət notariat kontoru maraqlı şəxs olmaqla) iddia verərək, X4 verilmiş xx xxxxxx 2002-ci il tarixli mülkiyyət hüququ və vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 verilmiş xx xxxxxx 2002-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, miras əmlak olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 4 saylı evin 34 saylı mənzilinə qanun üzrə bərabər pay hüquqlu vərəsə kimi paylarının müəyyənləşdirilərək 1/5 hissəsinə Cavabdeh3 və dugər 1/5 hissəsinə Cavabdeh2 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının DƏDRX-in Abşeron Ərazi idarəsində qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin Məhkəməsinin 2(012)-226/2008 saylı, xx xxxxx 2008-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Abşeron rayon 2-ci Dövlət notariat kontoruna qarşı vərəsəlik şəhadətnamələrin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi barədə Cavabdeh2 qıznın və Cavabdeh3 qıznın X4, Cavabdeh1 qızna, Abşeron rayon 2-ci Dövlət notariat kontoryna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnamələrin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə mülki işlər bir icraatda birləşdirilmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbinin həcmini artıraraq, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən X2 adına verilmiş xx xxxxxx 2002-ci il tarixli mülkiyyət hüququ və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etib arsız hesab edilməsi, atasından qalmış bütün miras əmlaka, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 4 saylı evin 34 saylı mənzilinə, “Kapitalbank”ın (keçmiş BUSB) Abşeron filialında 6509 saylı hesabda olan 235663,16 manatın faizi ilə birlikdə, DP-000730 nömrəli hesabda olan ******* manat pul vəsaitinə və “VAZ-2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə bütövlükdə onun mülkiyyət hüququnun tanınması, avtomobilin satışından əldə edilmiş 825 ABŞ dolları məbləğində pulun icra vaxtı manata olan məzənnəsi ilə X1 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh3 iddia tələblərinin həcmini artırmış, ataları X7 qalmış miras əmlaklarla əlaqədar cavabdehlərə verilmiş qanun üzrə vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətna mələrin, eləcə də Abşeron rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən cavabdehlərə verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması, bu barədə dövlət reyestrində aparılmış qeydlərin çıxarılması, miras əmlak kütləsini müəyyənləşdirərək, qanun üzrə vərəsəlik hüququ əsasında paylarının və mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-226/2008 saylı, xx xxx 2008-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası, Cavabdeh2 və Cavabdeh3 iddiası qismən təmin edilmiş, Abşeron rayonu 2-ci Dövlət Notariat Kontorunda xx xxxxxx 2002-ci il tarixdə 2v-01, 2v-03 və 2v-03 reyestrde qeyd edilmiş mülkiyyət hüququ və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız edilməsi, X2 payı ¾, Cavabdeh1 payının isə ¼ olmaqla Abşe ron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 4 saylı evin 34 saylı mənzilinə dair 3487 saylı reyestrlə qeyd edilmiş qeydiyyat və buna dair verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi, Cavabdeh2 və Cavabdeh3 iddiasının qalan hissədə rədd edilməsi, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməsi, X7 miras qalmış bütün əmlaka, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 4 saylı evin 34 saylı mənzilinə, Kapitalbankın (keçmiş BUSB) Abşeron filialında 6509 saylı hesabda olan 235.663 manat 16 qəpik faizi ilə birlikdə DP000730 №-li hesabda olan 2.000.000 manat pul vəsaitinə və “VAZ-21061” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə bütövlükdə Cavabdeh1 mülkiyyət hüququnun tanınması, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsul zadə küçəsi, 4 saylı evin 34 saylı mənzilinin Cavabdeh1 mülkiyyətinə qeydə alınmasının Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinə həvalə edilməsi, X7miras qalmış Kapitalbankın (keçmiş BUSB) Abşeron filialında 6509 saylı hesabında olan 235.663 manat 16 qəpik faizi ilə birlikdə DP-000730 №-li hesabda olan 2.000.000 manat pul vəsaiti üzrə hesabın Cavabdeh1 adına dəyişdirilməsi, “VAZ-21061” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsait hesabına 825 (səkkiz yüz iyirmi beş) ABŞ dolları məbləğində pulun, icra vaxtı manata olan məzənnə ilə X1 alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. (hakim Əşir Səmədov) Qətnamədən Cavabdeh3, Cavabdeh2 və İddiaçı apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məh kəməsinin 2(105)-888/2008 saylı, xx xxxxxxx 2008-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-226/2008 saylı iş üzrə xx xxx 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Nazim Nəsibov (sədrlik edən və məruzəçi) Yusif Cavadov, Həmid Həmidov) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2008-ci il tarixli qətnaməsinin ilk iddia üzrə İddiaçı iddiasının təmin olunmamış hissəsində ləğv, ilkin iddianın həmin hissədə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi qətnamədə maddi və prosessual hüquq normalarını pozmuşdu r. İddiaçı iddiasının təmin olunmayan hissəsini məhkəmələr təmin etməyərkən, onun miras əmlakı qəbul etməməsinə istinad etmişlər. Məhkəmlər İddiaçı mirası faktiki qəbul qəbul etməsini, atasının vəfatından sonra digər vərəsələr kimi miras əmlakdan mülkiyyətçi kimi istifadə etməsini nəzərə almayıblar. Miras əmlakın bərabər bölünəcəyi barədə əvvəlcədən bütün vərəsələr arasında razılıq əldə olduğundan İddiaçı başqa formada hərəkət etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iş üzrə tərəf olan digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişd ir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı (kassator) İddiaçı kassasiya şikayətitəmin edilməməli,kassatora münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız İddiaçı şikayəti verdiyi üçün qətnamə də kassatorun şikayəti üzr ə kassatora münasibətdə yoxlanır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən apelyantİddiaçı mirası qəbul etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı iddiasının təmin olunmayan hissəsində dəyişdirilmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 1146, 1243.2 və 1246-cı (həmin maddənin 2005-ci il noyabr ayının 1-dək qüvvədə olan redaksiyası) maddələri əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq İddiaçı iddiası və apelyasiya şikayəti üzrə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı iddia tələbi vərəsəlik hüququnun müdafiəsi ilə bağlı olub, 2001-ci ildə vəfat etmiş atasından qalan əmlaka miras payının müəyyən edilməsi b arədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, İddiaçı atası Hüseyn Sadıqov xx xxxx 2001-ci ildə vəfat etmiş, sonuncunun qanun üzrə 5 nəfər, o cümlədən İddiaçı da daxil olmaqla bərabər pay hüquqlu vərəsəsi qalmışdır. İddiaçı 1986-cı ildə ailə qurub ər evinə köçmüş, ərinin döyüş bölgəsində xidmət etməsi bağlı 1993-1998-ci illərdə mübahisəli mənzildə yaşamışdır. İddiaçı vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat orqanına xx xxxxxx 2008-ci ildə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi İddiaçı miras açıldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində mirası hər hansı formada qəbul etməsini iş materiallarına əsasən müəyyən etməmişdir. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hüquq münasibətlərinin yarandığı zaman, yəni 2001-ci ildə mirasın açıldığı vaxt Mülki Məcəllənin tətbiq edilən 1246-cı (2005-ci il noyabr ayının 1-dək qüvvədə olan redaksiyası) maddəsinə görə miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etm əməsi halına uyğun olaraq, mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi İddiaçı təqdim etdiyi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, hər hansı şəxsin qanun üzrə vərəsə olması miras açıldıqdan sonra həmin şəxsin özü-özlüyündə mirasa mülkiyyət hüququnun əldə edilməsinin əsas şərti deyil. Vərəsəlik hüququ özü passiv bir hüquqdur, onun reallaşması, yəni miras əmlaka hüquq əldə etmək üçün vərəsə mirasın qəbulu ilə bağlı aktiv hərərkətl ər etməlidir. Mülki Məcəllənin 1255-ci maddəsi də yalnız qəbul edilmiş mirasın onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılmasını təsbit etmişdir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə miras bütün hallarda (vərəsəliyindən növündən asılı olmayaraq, istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) qəbul edilməlidir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 1243.2-ci və 1246-cı maddələri də mirasın konkret müddətdə qəbulunun iki formasını müəyyən etmişdir: mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verilməsi və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla, mirasın qəbul edilməsinin şəksiz nümayiş etdirilməsi. Müəyyən edilmiş müddət ərzində vərəsənin bu iki formanın hər hansı birindən istifadə etməməsi, başqa sözlə mirası qəbul etməməsi, onu mirasdan pay almaq hüququndan məhrum edir. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora münasibətdə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı (kassator) İddiaçı kassasiya şikayətitəmin edilməməli, kassatora münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı (kassator) İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2008-ci il tarixli, 2(105)-888/2008 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2202/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2202/2020
08.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver