Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2202/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2202/21 (Açar sözlər: Əmlakın miras əmlak hesab olunması ilə bağlı mübahisə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçıların vəkili X6, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alqısatqı müqavilələrinin, vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın, nəqliyyat vasitəs inə dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras paylarının müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5053/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 doğma qardaşlardır. Onlar atalarından qalmış miras əmlakla bağlı atalarının arvadı (analıqları) ilə mübahisə açmışlar. Miras kütləsinə bir neçə əmlak daxil olmuşdur. Həmin əmlaklara miras paylarının müəyyən edilməsinə dair mübahisə qismən başa çatmışdır. Hazırkı icraatda artıq digər vərəsə Cavabdeh1 tərəfindən satılmış “Nissan Navara” markalı ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı avtomobilə dair mübahisəyə baxılır. Mübahisə avtomobil üzərində iddiaçıların miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh1 tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarına dair mübahisədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 21 saylı Notariat kontoru, Bakı şəhəri 9 saylı Notariat kontoru, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh6, Cavabdeh7, X4, Cavabdeh8 və Cavabdeh10nə qarşı Bakı şəhəri Nər imanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzil barəsində ünvan 5vabdeh1 verilən 07 dekabr 2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Cavabdeh1 verilən çıxarışın etibarsız hesab edilməsi, “Nissan Navara” markalı ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı avtomobil barəsində Cavabdeh1 ilə Cavabdeh6 arasında olan 28.09.2017ci il tarixli, Cavabdeh6 ilə Cavabdeh7 arasında olan 10.10.2017-ci il tarixli, Cavabdeh7 ilə X4 arasındakı 28.07.2018-ci il tarixli, X4 ilə Cavabdeh8 arasında olan 17.01.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Cavabdeh8 verilən AD414756 saylı şəhadətnaməsinin etibarsız hesab edilməsi, “Nissan Navara” markalı ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E200” markalı ** BG *** (** CP ***) dövlət qeydiyyat nişanlı və Cavabdeh1 (ərarvadın birgə mülkiyyəti olan) avtomobillərdən məhrum atası X5 ər kimi ½ payına münasibətdə İddiaçı1 çatan 1/6 payın, İddiaçı2 çatan 1/6 payın (miras əmlakın) müəyyən olunması, ünvan 1 ünvanında yerləşən və sağlığında X5 adına olan 97 saylı mənzildən mərhum atası X5 ¾ payına münasibətdə İddiaçı1 çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın, İddiaçı2 çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın müəyyən olunması, həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı2 13.07.2017-ci il tarixdə Naxçıvan şə hər 1 saylı dövlət notariat kontorunda, İddiaçı1 isə 08.07.2017-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda ərizə yazaraq (imza təsdiqi), 31.05.2017-ci il tarixdə vəfat etmiş mərhum ataları X3 miras qalmış əmlaklardan (Bakı şəhərində mənzil və s.) onlara çatan payları notarial qaydada qəbul etdiklərini bildirmişlər. Həmin ərizələrin müvafiq qaydada qeydiyyata alınması məqsədi ilə (17.08.2017-ci il tarixli ərizəyə qoşaraq) Bakı səhəri 21 saylı notariat kontoruna göndərmişlər. Bildirirlər ki, atalarından qalan miras əmlaklar əvvəllər atalarının adına olan, sonradan atalarının həyat yoldaşı olmuş Cavabdeh1 adına alqı-satqı müqaviləsi ilə qeydiyyata alınmış “Nissan Navara" markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avto mobillər, həmçinin mərhumun öz adına olan ünvan 3 ünvanındakı evdən ibarətdir. Atalarının onlardan və həyat yoldaşı olmuş Cavabdeh1dan başqa heç bir vərəsəsi yoxdur. Lakin bütün bunlara baxmayaraq Cavabdeh1 atalarından miras qalmış əmlaklardan onlara çatan payların müəyyən edilməsinə maneə yaradır və onlara mirasdan pay verməklə bağlı heç bir fikri yoxdur. Ona görə də əvvəl notariusa, sonra isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. «Nissan Navara» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh1 adına olan (ərarvadın birgə mülkiyyəti olan) avtomobillərdən mərhum X5 ər kimi 1/2 payına münasibətdə Cavabdeh1 ümumi daşınar əmlaklarda (avtomobillərdə) 4/6 paya malikdir (3/6-nə arvadın mülkiyyəti kimi, 1/6-nə isə vərəsə qismində). Onlara isə avtomaşınlardan yerdə qalan paylar, yəni hər birinə 1/6 pay çatmalıdır. ünvan 4 ünvanındakı evin bir hissəsi (1/2) atalarını Cavabdeh1 ilə olan nikahından əvvəl əldə olunduğuna görə sonuncunun həmin hissədə arvad kimi birgə mülkiyyət payı yoxdur. Digər 1/2 hissədə (yəni konkret olaraq mənzilin 1/4) ər-arvad kimi birgə mülkiyyətçi olduğundan buna müvafiq olaraq mənzilin 3/4 münasibətdə onlara və Cavabdeh1 vərəsəlik şəhadətnaməsi verilməlidir (başqa sözlə desələr 2/4 atalarının nikahdan əvvəlki əmlakı kimi, 2/4 isə ər kimi onun mülkiyyəti olduğundan).
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(005)146/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Quliyev) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzil barəs ində ünvan 5vabdeh Cavabdeh1 verilmiş 07.12.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı1 ¼ hissədə və İddiaçı2 ¼ hissədə miras pay hüquqlarının müəyyən edilməsi, həmin əmlaka dair iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 paylarına münasib yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh1 tərəfindən sözügedən mübah isəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1159, 1243, 1255-ci, Ailə Məcəlləsinin 32-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- A.Hüseyn (sərlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instans iyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya insiyasiyasında İ icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 03 fevral 2020-ci il tarixli 2(102)621/20 saylı qərarı ilə (sədrlik edən hakimlər S.Hacıyev, Q.Əsgərov və E.Vəliyeva) həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, “Nissan Navara” markalı, **-BA-*** (85CM-985) dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququnun tanınması və tanınmış paya mütənasib olaraq özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin tutulması hissəsində ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
9. Kassasiya instansiyası Məhkəməsinin mövqeyi belə olmuşdur ki, məhkəmələr qeyd olunan avtomobilə aid hissədə mübahisən i həll edərkən əmlakın miras kütləsinə daxil olub-olmamasını aydınlaşdırmamışlar. Beləki, həmin avtomaşını hələ sağlığında keçmiş ər arvadına satmışdır. Avtomaşının alınmasına sərf edilən vəsaitini kimə məxsus olması, vəsaitin ümumi gəlir olub-olmaması və digər zəruri hallar aydınlaşdırılmamışdır. Hansıki həmin hallar əmlakın miras kütləsi olub-olmamasına aydınlıq gətirmiş olardı. Apellyasiya instansiyası məhkəməsində İİ icraat
10. Bakı Apelyasiya Məhkəməsi MK-nın 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Məhərrəmova (sərlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə - yəni, ““Nissan Navara” markalı, **-BA-*** (**CM-*** ) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh1 tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34, 37-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Avtomaşını ər-arvadın birgə vəsaiti hesabına əldə edilməsini iddiaçı tərəf sübut etməlidir ki, iddiaçılar bu halı sübuta yetirə bilməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçıların vəkili X9 məhkəmə iclasında izahat verərək, kassasia şikayətinə etiraz edərək, təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında izahat verərək, kassasia şikayətini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazım i qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvad ın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2).
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarına müvafiq olaraq, nikah müddətində yalnız ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, «Nissan Navara» markalı 50CC492 dövlət qeydiyyat nişanlı avtomobil 10.12.2012-ci il tarixdə Həsrət Körpüsü kiçik müəssisəsinin 487769 saylı hesab-arayışı əsasında ünvan 6 ünvanında qeydiyyatda olmuş mərhum X5 adına qeydiyyata alınmış, 23.04.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 6 ünvanında qeydiyyatd a olan Cavabdeh1 adına qeydiyyata alınmış, 23.04.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Zeynəddin kənd sakini Cavabdeh6 adına qeydiyyata alınaraq **-BF-*** dövlət qeydiyyat nişanı verilmiş, 10.10.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh7 adına qeydiyyata alınaraq **-BG-*** dövlət qeydiyyat nişanı verilmiş, 28.07.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 8 ünvanında qeydiyyatda olan X2 adına qeydiyyata alınaraq 75-BA668 dövlət qeydiyyat nişanı verilmiş, 17.01.2019cu il tarixdə isə alqı-satqı müqaviləsi əsasında ünvan 9 ünvanında qeydiyyatda olan Cavabdeh8 adına qeydiyyata alınmışdır.
27. «Nissan Navara» markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili mərhum X1 arvadı Cavabdeh1 adına alqı-satqı əsasında keçirmişdir. Apellyasiya Məhkəməsinin qənaətinə görə, ağlabatan mühakimə əsasında Cavabdeh1 həmin avtomobili öz vəsaiti hesabına alması inandırıcı deyil və həmin əqd avtomaşının qeydiyyatı ilə bağlı olmuşdur. Belə ki, Cavabdeh1 nikahdan əvvəl və ya sonra hər hansı bir yerdə işlədiyi, əlavə gəlirinin olduğu apellyasiya baxışı zamanı müəyyən edilməmiş, həmçinin iş materiallarına bu barədə heç bir sübut əlavə olunmamışdır.
28. Cavabdeh “Nissan Navara” markalı avtomobilə aid hissədə iddiaya etiraz kimi irəli sürdüyü halları sübut edə bilməmiş, həmin avtomaşını məhz özünün ayrıca vəsaiti hesabına almasını təsdiq edən dəlillər gətirə bilməmişdir.
29. Məhkəmə kollegiyası Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallarla açıq-aşkar təsdiq olunur ki, həmin avtomaşın da tərəflərin (ər-arvadın) birgə əmlakı olmuş, onların ümumi vəsaiti hesabına əldə edilmişdir. Miras açıldıqdan sonra Cavabdeh1 avtomaşını müxtəlif şəxslərə satmaqla özgəninkiləşdirmişdir. Əmlakın miras kütləsi hesab olunmaması üçün şərtlər qanunla müəyyən edilmişdir ki, həmin şərtlər hazırkı halda mövcud deyil.
30. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5053/2020 nöm rəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.