Məhkəmə qərarları › İş №2(102)-2203/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2203/2022

12.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2203/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2203/22 (Açar sözlər: işə bərpa barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)4675/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları m üəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia qaldıraraq, onunla bağlanmış 01 iyun 2013-cü il tarixli, 177/5 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin 28 avqust 2020-ci il tarixli, 177/075/Ç saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə cavabdehdə əvvəlki iş yerinə “İqamətgahlara xidmətlər üzrə menecer” vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.M.Hacıyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış 01 iyun 2013-cü il tarixli, 177/5 saylı əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə “İqamətgahlara xidmətlər üzrə menecer” vəzifəsinə işə qəbul edilib. Əmək müqaviləsinə əlavə edilmiş “İşin təsviri” sənədinə əsasən, iddiaçının həyata keçirməli olduğu vəzifə öhdəlikləri cavabdeh olduğu sahəni müstəqil gəlir mərkəzi kimi uğurla idarə etdiyinə əmin olmaq, bütün xərclərə nəzarət etmək və onlara nəzarət etmək üçün müvafiq tədbirləri tövsiyə etmək, şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etmək və sair göstərilib. İşəgötürənin 28 avqust 2020-ci il tarixli, 177/075/Ç saylı əmrinə əsasən, iddiaçı ilə bağlanılmış 01 iyun 2013-cü il tarixli, 177/5 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilib və əmrin verilməsinə əsası kimi 28 avqust 2020-ci il tarixli audit rəyi, cavabdeh tərəfindən tərtib edilmiş 20 iyun 2020-ci il tarixli, 0069 saylı akt və 9 müxtəlif müştəriyə aid olan məlumat, icarə müqavilələri, invoys və digər ödəniş qəbzləri göstərilib. Habelə, Elmar Mustafayevlə cavabdeh arasında bağlanmış 01 mart 2017-ci il tarixli xidməti müqaviləyə əsasən, Elmar Mustafayev cavabdehə məxsus daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi ilə bağlı müştərilərin tapılması xidmətini həyata keçirməli, cavabdeh isə əvəzində ona müqavilədə şərtləşdirilmiş muzdu ödəməyi öhdəsinə götürüb. “X1” MMC-nin 26 avqust 2020-ci ildən 28 avqust 2020-ci il tarixədək cavabdehdə aparılmış “Audit yoxlaması haqqında” 28 avqust 2020-ci il tarixli rəyə əsasən, audit yoxlamasına təqdim edilmiş müqavilələrin, Elmar Mustafayevlə bağlı xidmət müqavilənin, həmçinin bunlarla əlaqədar sənədlərin araşdırılması nəticəsində qeyd olunan müqavilələrin icraçı Elmar Mustafayevin xidməti ilə əlaqədar olmadığı müəyyən edilib. Belə ki, icarəçi olan müqavilə tərəfləri ilə rəsmi e-mail yazışmalarında 9 ilkin müqavilə üzrə icarəyə götürənlərin Elmar Mustafayevlə və digər üçüncü şəxs vasitəsilə icarə müqaviləsi bağlamaları halı öz təsdiqini tapmır və həmin icarə müqavilələrinin bilavasitə cavabdehin özünə müraciət etməklə bağlandığı öz təsdiqini tapır. Nəticə etibarilə, qeyd olunan müqavilələr əsasında xidmət haqqı qismində tələb olunan və ödənilən 53.844 manat Elmar Mustafayevlə cavabdeh arasında mövcud olmuş xidməti müqavilədən kənar (yəni faktiki xidmət mövcud olmadığı halda) ödənilib və cavabdehə qeyd olunan 53.844 manat, onun köçürülməsi i lə bağlı bank xidməti və faiz məbləğləri ilə birgə ziyan dəyib. Göründüyü kimi iddiaçının əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə cavabdehdə əmək intizamının normal ahənginin pozulması və nəticədə cavabdehin hüquqlarına və qanunla qorunan mənafeyinə ziyan dəyməsi mülki iş materialları ilə istisna edilmir. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 71-ci maddəsinin 2-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icr aat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 71-ci maddəsinin 2-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası m əhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraa tı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 70-ci maddəsinin “ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, e tinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin c) və e) bəndlərinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi və sair hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ka ssasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış 01 iyun 2013-cü il tarixli, 177/5 saylı əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə “İqamətgahlara xidmətlər üzrə menecer” vəzifəsinə işə qəbul edilib. Əmək müqaviləsinə əlavə edilmiş “İşin təsviri” sənədinə əsasən, iddiaçının həyata keçirməli olduğu vəzifə öhdəlikləri cavabdeh olduğu sahəni müstəqil gəlir mərkəzi kimi uğurla idarə etdiyinə əmin olmaq, bütün xərclərə nəzarət etmək və onlara nəzarət etmək üçün müvafiq tədbirləri tövsiyə etmək, şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etmək və sair göstərilib. İşəgötürənin 28 avqust 2020-ci il tarixli, 177/075/Ç saylı əmrinə əsasən, iddiaçı ilə bağlanılmış 01 iyun 2013-cü il tarixli, 177/5 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilib və əmrin verilməsinə əsası kimi 28 avqust 2020-ci il tarixli audit rəyi, cavabdeh tərəfindən tərtib edilmiş 20 iyun 2020-ci il tarixli, 0069 saylı akt və 9 müxtəlif müştəriyə aid olan məlumat, icarə müqavilələri, invoys və digər ödəniş qəbzləri göstərilib. Habelə, Elmar Mustafayevlə cavabdeh arasında bağlanmış 01 mart 2017-ci il tarixli xidməti müqaviləyə əsa sən, Elmar Mustafayev cavabdehə məxsus daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi ilə bağlı müştərilərin tapılması xidmətini həyata keçirməli, cavabdeh isə əvəzində ona müqavilədə şərtləşdirilmiş muzdu ödəməyi öhdəsinə götürüb. “X1” MMC-nin 26 avqust 2020-ci ildən 28 avqust 2020-ci il tarixədək cavabdehdə aparılmış “Audit yoxlaması haqqında” 28 avqust 2020-ci il tarixli rəyə əsasən, audit yoxlamasına təqdim edilmiş müqavilələrin, Elmar Mustafayevlə bağlı xidmət müqavilənin, həmçinin bunlarla əlaqədar sənədlərin araşdırılması nəticəsində qeyd olunan müqavilələrin icraçı Elmar Mustafayevin xidməti ilə əlaqədar olmadığı müəyyən edilib. Belə ki, icarəçi olan müqavilə tərəfləri ilə rəsmi e-mail yazışmalarında 9 ilkin müqavilə üzrə icarəyə götürənlərin Elmar Mustafayevlə və digər üçüncü şəxs vasitəsilə icarə müqaviləsi bağlamaları halı öz təsdiqini tapmır və həmin icarə müqavilələrinin bilavasitə cavabdehin özünə müraciət etməklə bağlandığı öz təsdiqini tapır. Nəticə etibarilə, qeyd olunan müqavilələr əsasında xidmət haqqı qismində tələb oluan və ödənilən 53.844 manat Elmar Mustafayevlə cavabdeh arasında mövcud olmuş xidməti müqavilədən kənar (yəni faktiki xidmət mövcud olmadığı halda) ödənilib və cavabdehə qeyd olunan 53.844 manat, onun köçürülməsi ilə bağlı bank xidməti və faiz məbləğləri ilə birgə ziyan dəyib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötür ən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin c) və e) bəndlərinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi və sair hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna, habelə vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə cavabdehin hüququna və qanunla qorunan mənafeyinə ziyan dəyməsi mülki iş materialları ilə, o cümlədən işə əla və edilmiş 28 avqust 2020-ci il tarixli audit rəyi, cavabdeh tərəfindən tərtib edilmiş 20 iyun 2020-ci il tarixli aktla və 9 müxtəlif müştəriyə aid olan məlumatlarla, icarə müqavilələri, invoys və digər ödəniş qəbzləri ilə təsdiq edildiyindən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehin müraciətinə əsasən istintaq orqanının 11 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının hərəkətlərində Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan “mənimsəmə” cinayətinin əlamətlərinin aşkar edilməməsinə görə toplanmış 453-C-20 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsinə mane ola bilməz. Belə ki, əvvəla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasını Əmək Məcəlləsinin 72-ci maddəsinin f) bəndi deyil, həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndi təşkil edir. Yəni, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əmələ yol verməsi əsasına görə deyil, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticədə cavabdehin hüququna və qanunla qorunan mənafeyinə ziyan dəyməsi əsasına görə xitam verilib. Bu baxımdan kassasiya instansiyası məh kəməsi hesab edir ki, iddiaçının kassasiya şikayətində cinayət işinin rədd edilməsi haqqında sözügedən qərara istinad edərək cavabdehin hüququna və qanunla qorunan mənafeyinə hər hansı formada zərər vurmamasına dair dəlili əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsinə xitam verilməsi əsaslarını sadalayır və əmək müqaviləsi yalnız Əmək Məcəlləsində nəzərdə tutulan əsaslardan biri ilə xitam verilə bilər (Əmək Məcəlləsinin 68-ci maddəsi). Bu əsaslardan biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi). Digər tərəfdən, işə əlavə edilmiş müqavilələr, qai mələr, invoyslar və digər sənədlərlə müəyyən olunur ki, xidmət haqqı adı ilə Elmar Mustafayevə ödənişlərin edilməsinə yol açmış sənədlər əsasən iddiaçı tərəfindən imzalanıb. Belə ki, Elmar Mustafayev müxtəlif dövrlərdə ödənilməsi nəzərdə tutulan hesabları bilavasitə iddiaçı vasitəsilə cavabdehə təqdim edib, cavabdeh isə iddiaçının öz öhdəliklərini vicdanla və düzgün yerinə yetirdiyinə inanaraq sözügedən hesablar üzrə ödənişləri Elmar Mustafayevin hesabına köçürüb. Lakin, sonradan cavabdehdə aparılmış audit yoxlaması zamını müəyyən edilib ki, iddiaçı öz əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, yəni Elmar Mustafayev tərəfindən təqdim edilmiş hesabların doğruluğunu yoxlamayıb, əksinə cavabdehi bu hesabların doğruluğuna inandırıb. Bundan başqa, işdən görünür ki, ümumiyyətlə bir ne çə icarəçi Elmar Mustafayevin xidmətində istifadə etmədikləri halda, sonuncu həmin icarəçilərin guya onun tərəfindən tapılmasına dair iddiaçı vasitəsilə cavabdehə həqiqətə uyğun olmayan hesablar təqdim edib, sonuncu isə iddiaçının təqdim etdiyi həmin hesablara inanıb, etibar edərək Elmar Mustafayevin hesabına müvafiq ödənişlər edib. Halbuki, əmək müqaviləsinə əlavə edilmiş “İşin təsviri” sənədinə əsasən, cavabdeh olduğu sahəni müstəqil gəlir mərkəzi kimi uğurla idarə etmək; bütün xərclərə nəzarət etmək; onlara nəzarət etmək üçün müvafiq tədbirləri tövsiyə etmək; şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etmək və sair kimi vəzifələri yerinə yetirmək əmək müqaviləsi üzrə bilavasitə iddiaçının əmək funksiyasına aid edilmişdir. Göründüyü kimi iddiaçı, özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə cavabdehin hüququna və qanunla qorunan mənafeyinə ziyan dəyib və işdə, bunun əksini təsdiq edən başqa sübut yoxdur və iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsas ını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Daha sonra kassator, kassasiya şikayətində qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktların hazırki mülki iş üçün predyusial əhəmiyyət daşıdığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Belə ki, əvvəla iddiaçı həmin mülki iş üzrə ümumiyyətlə tərəf olmayıb və sözügedən qətnamə ilə İlkin Yaqubovun cavabdehə qarşı iddiası qismən təmin edilərək, işəgötürənin 28 avqust 2020-ci il tarixli, 686/076 Ç saylı əmri ləğv edilib və məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə İlkin Yaqubovun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi qət edilib. Göründüyü kimi sözügedən qətnamə ilə müəyyən edilmiş faktların hazırki mülki iş üzrə iddiaçıya heç bir aidiyyəti yoxdur. Bu səbəbdən də həmin faktlar hazırki iş üçün predyusual əhəmiyyət daşıya bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tər əfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında ifadə olunub. Həmin Qərarda göstərilir ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün predyusial əhəmiyyətə malik olmasını göstərir. Predyusiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərin nəticəsidir. Predyusi ya instutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Predyusiallığı tənzim edən normalar sübutetmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosessi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verərkən düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinə əsasən qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasl ar yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-4675/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar