Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2206/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7693/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh5 XXXqızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1660/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) iddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdehlər Cavabdeh1-yə, Bakı Şəhəri 3 saylı ASAN xidmətin Notariat Kontoruna, Bakı Şəhəri 53 saylı Notariat Ofisinə, Bakı Şəhəri 12 saylı Notariat Ofisinə və Cavabdeh5 XXXqızına qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair iddia tələbləri rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7693/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 24 may 2021-ci il tar ixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri qismən təmin olumuşdur. Sonuncu qətnamədən Cavabdeh5 XXXqızı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti 11 mart 2022-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına 17 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsindən məktub daxil olaraq apellyasiya instansiyası məhkəməsinin 2(103)-7693/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı6 və Cavabdeh1 tərəfindən də kassasiya şikayətləri verildiyi bildirilmiş, şikayətlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğun un yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin məktubunu nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 2(103)-7693/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı6 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinin MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya baxışından çıxarılmalıdır. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxla yır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)7693/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh5 XXXqızının verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 11 mart 2022 -ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-2206/2022 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7693/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı6 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinin MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2206/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-2206/2022
05.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver