Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2211/2022 05.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı əqdinin etibarlı hesab edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 arasında Quba Regional “Asan Xidmət” mərkəzində notariat kontorunda bağlanmış 06 yanvar 2018-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edilmiş, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edi lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 13 fevral 2020-il tarixli, 2(027)-381/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(105)-1868/2020 nömrəli qətnaməsi ilə (hakimlər T.Məmmədov, Ş.Abasov, S.Qafari) cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 13 fevral 2020-il tarixli, 2(027)-381/2020 saylı qətnaməsi ləğv edilib, iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(105)-1868/2020 nömrəli qərardadı ilə (hakimlər T.Məmmədov, Ş.Abasov, S.Qafari) Sumqayıt Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(105)-1868/2020 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə İddi açı ərizəsi təmin edilməyərək, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. İş materiallarından (mülki iş, səhifə 39) görünür ki, İddiaçı qərardadın surətini 07 fevral 2022-ci il tarixdə apellyasiya məhkəməsinin qərardadının tərəflərə göndərilməsi barədə məktuba imza etməklə rəsmi qaydada almışdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti “Elektron məhkəmə” sistemində yaranmış elektron kabinet vasitəsi ilə 18 fevral 2022-ci il tarixdə verilmiş və imzalanmışdır. MPM-nin 405.0.2-ci mad dəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün müəyyən olunmuş prosessual müddət ötürülmüş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməs inə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1, 408.1.4cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1868/2020 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2211/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-2211/2022
05.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver