Məhkəmə qərarları › İş №2(102)-2212/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2212/2022

10.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2212/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qasım oğlu və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qasım oğlu və Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.12.2021-ci il tarixli, 2(105)-3488/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri,Corat qəsəbəsində yerləşən 26 saylı evin üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınmış və 237 nömrəli, 27.09.1990-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.

2. X12 29.05.2007-ci ildə vəfat etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363 saylı qiyabi qətnaməsi ilə Cavabdeh1 X7 məxsus olmuş, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 26 saylı evin miras kimi onun tərəfindən qəbul edilməsi və vərəsəliyin rəs miləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddətinin bərpası barədə tələbi təmin olunmuşdur.

4. X4 vərəsələri mirasdan payların müəyyən edilməsi üçün Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət etmiş və 2v-201-202 saylı vərəsəlik işi acımışdır. 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə, Sumqayıt şəhəri,Corat qəsəbəsində yerləşən 26 saylı evdən birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlak kimi 29.05.2007-ci ildə vəfat etmiş X4 və sağ qalmış arvadı Cavabdeh1 payları bərabər (1/2 hissə) müəyyən olunmuşdur. Eyni zamanda X2 miras qalmış Sumqayıt şəhəri,Corat qəsəbəsində yerləşən 26 saylı evin ½ hissəsindən bərabər pay almaları barədə onun vərəsələri Cavabdeh1, X13, Cavabdeh3 26.11.2015 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik işi 20 may 2015-ci il tarixdə başlanıb, 26 noyabr 2015-ci il tarixdə qurtarmışdır. 5. bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363 saylı qiyabi qətnaməsindən maraqlı şəxs qismində İddiaçı tərəfindən verilmiş şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2016-ci il tarixli, 2(060)-8316/2016 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(060)-8316/2016 saylı qərardadı ilə Cavabdeh1 iddia ərizəsi baxılmamış saxlanmışdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar İddiaçı və X10 cavabdehlər X12 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “qərarın etibarsız sayılması, çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi və payların müəyyən edilməsi” tələbinə dair ilkin iddia və Cavabdeh1 cavabdehlə İddiaçı və qeyrilərinə qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair qarşılıqlı iddiası üzrə iş olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(060)1216/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər XDS İK-nin 27 sentyabr 1990-cı il tarixli, 15.517.3 saylı qərarının 31-ci bəndi “vətəndaş X4 istifadəsindədir” hissəsi etibarsız hesab edilib, X8 adına ünvan 1 ünvana dair DTİ və MH İdarəsi tərəfindən verilmiş 237 nömrəli, 27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia tam təmin edilməmışdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2020-c i il tarixli, 2(105)2685/2020 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı və X10 X7 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qərarın qismən etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmiş, İddiaçı və X14 mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2020-ci il tarixli, 2(105)2685/2020 saylı qətnaməsi ilə Sumqayıt Əəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(060)1216/2018 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xüsusi notariusu Ə.İ.Bünyatov tərəfindən təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamələr əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qasım oğlu və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırıımışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin miras əmlak kimi Cavabdeh1 tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa edilmişdir. Onun ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2016-cı il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnərək iş mahiyyəti üzrə məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərardadına əsasən iş üzrə hüquqa dair mübahisə olduğu üçün ərizəçi Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra o, Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər X12 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər XDS İK-nin 27.0 9.1990-cı il tarixli, 15.517.3. saylı qərarının 31-ci bəndinin «vətəndaş X4 istifadəsindədir» hissəsi etibarsız hesab edilmiş və X4 adına ünvan 1 ünvana dair DTİ və MHQİ tərəfindən verilmiş 237 nömrəli, 27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Həmin qətnamənin icrası zamanı məlum olmuşdur ki, cavabdehlər vərəsəliyi qəbul etmə müddətinin bərpa edilməsi barədə olan ləğv edilmiş qiyabi qətnaməyə əsasən notariat kontorunda vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında mübahisəli evə dair çıxarış almışlar. O, bu əsaslarla DƏDRX-nə müraciət edərək, ləğv olunmuş qiyabi qətnamə əsasında alınmış çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin DƏDRX-nin cavab məktubunda bildirilmişdir ki, çıxarış qiyabi qətnaməyə əsasən deyil, notariat kontoru tərəfindən veri lmiş vərəsəlik haqqında şəhadətnamələr əsasında verilmişdir və ona görə də çıxarış ləğv edilə bilməz. Bundan sonra o, 1 saylı notariat ofisinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini nəzərə alaraq bunun əsasında verilmiş vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsini xahiş etmiş, notariat ofisi tərəfindən ona cavab verilmişdir ki, qiyabi qətnamə ləğv edilib, ərizə baxılmamış saxlansa da, notariat ofisi tərəfindən verilmiş şəhadətnamələrin ləğv edilməsi barədə qətnamə qəbul edilmədiyi üçün şəhadətnamələr birtərəfli qaydada notariat ofisi tərəfindən ləğv edilə bilməz və buna görə də məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Cavabdehlərin adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr mübahisəli Corat qəsəbəsi, ev 26 ünvana dair miras qoyan X4 adına olan qeydiyyat vəs iqəsinə və Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qiyabi qətnaməsinə əsasən verilmişdir. X4 adına olan qeydiyyat vəsiqəsi Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qiyabi qətnaməsi isə məhkəmənin 04 may 2016-cı il tarixli qərardadı ilə ləğv edilmişdir. Belə olan təqdirdə cavabdehlərin adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr də ləğv edilməlidir.

11. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbi ilə razı olmadığını bildirərək göstərmişdir ki, iddiaçının mübahisəli Corat qəsəbəsi, ev 26-ya dair heç bir hüquqları yoxdur. Belə ki, Sumqayıt Apellyasiya məhkəməsinin 09.10.2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı və X10 X7 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qərarın qismən etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmiş, İddiaçı və X14 mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. Lakin iddiaçı mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmədiyinə görə hazırki iddia tələbi əsassızdır.

12. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qasım oğlu və Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilib, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında Cavabdeh1 4/6 hissə, X5 1/6 hissə və Cavabdeh3 1/6 hissə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ********** qeydiyyat nömrəli, 07.12.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X3 (1910-cu ildə Corat qəsəbəsində anadan olub, oktyabr 1987-ci ildə vəfat edib) iki nəfər a ilə zvü ilə birgə, həyat yoldaşı X11 (12 noyabr 1965-ci ildə vəfat edib), qızı Kərimova (Seyidova) Elmira Sübhan qızı (1949-cu ildə anadan olub və 02 dekabr 2010-cu ildə vəfat edib) ilə vəfatına qədər Corat qəsəbəsi, ev 26 ünvanda yaşamışlar. X15 həyat yoldaşı X17 və 5 uşağı ilə birgə vəfatına qədər həmin ünvanda yaşamışlar. Hal-hazırda Corat qəsəbəsi, ev 26-da X6 övladı İddiaçı 4 nəfər ailə üzvü ilə birgə yaşayır. X18 26 iyun 1970-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X9r. X17 24.12.2002-ci ildə ölmüşdür. Sumqayıt şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) veri lən mülkiyyət hüququ haqqında şəhadətnamələr Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsi əsasında verilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələr Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsi əsasında verildiyindən və həmin qiyabi qətnamə ləğv edildiyinə görə qeyd edilən şəhadətnamələr etibarsız hesab edilməli və həmin şəhadətnamələr əsasında verilmiş çıxarış ləğv edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1246, 1273, 1262, 1263-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.12.2021-ci il tarixli, 2(105)3488/2021 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 sa ylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi cavabdehin X20 oğlu ilə nikahda olduğu 1990-cı ildə əldə edildiyindən, həmin fərdi yaşayış evi ər-arvadın ümumi (birgə) mülkiyyəti sayılaraq e vin artıq ½ hissəsi üzərində cavabdehin mülkiyyət hüququ bərqərar olmuşdur. Həmin mülkiyyət hüququ nə vərəsəlik, nə də mübahisələndirilən məhkəmə aktları əsasında deyil, məhz sözügedən dövrdə qüvvədə olmuş ailə və nikah qanunvericiliyi normaları əsasında yaranmışdır ki, fərdi yaşayış evinin ½ hissəsinə yaranmış bu hüquq mübahisə predmeti ola bilməz. Məhkəmə isə qeyd olunan halları nəzərə almamış, birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətində bununla göstərilənlərə ümumiyyətlə münasibət bildirməyərək hər hansı hüquqi qiymət verməmişdir. Bununla da, məhkəmə ər-arvadın ümumi mülkiyyət hüququna dair məsələdə aşkar səhvə yol verərək, sözügedən fərdi yaşayış evinin ½ hissəsi üzərində artıq formalaşmış mülkiyyət hüququnu görməzdən gəlmişdir. Həmçinin məhkəmə Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb etməmiş, ümumiyyətlə həmin inzibati orqan işə cəlb olunmamış, iddiaçının iddia tələbinə subyektiv hüququ olmadığı halda buna əhəmiyyət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 114

5. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. [ 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı da şınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Sumqayıt şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il ta rixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələr, Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsi əsasında verilmişdir. Lakin həmin qiyabi qətnamə ləğv edilmiş və Cavabdeh1 iddia ərizəsi baxılmamışdır.

32. Göründüyü kimi, mübahisələndirilən şəhadətnamələrin verilməsinin əsasında durmuş məhkəmə qətnaməsi ləğv olunmuşdur və məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.12.2021-ci il tarixli, 2(105)3488/2021 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar