Məhkəmə qərarları › İş №2(102)-2215/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2215/2022

16.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2215/2022 16.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-402/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs Quliyev Anar Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin, etibarnamələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.05.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunub ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 7-də yerləşən 15 nömrəli mənzil atası X2 adına keçirilməsi, “Hyundai Tucson” markalı, 90-GS119 dövlət nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə 08.03.2018- ci il tarixli həmin avtomobilin X1 verilməsi barədə 17.05.2018-ci il tarixli, həmin avtomobilin Quliyev Anar Arif oğluna verilməsi barədə 17.05.2018-ci il tarixli etibarnamələr, avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız sayılıb ləğv edilməsi, avtomobil X2 adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1711/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(103)-402/2021 nömrəli qətnaməsi ilə (hakimlər İ.Şirinov, T.Səmədov, A.Tanrı verdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1711/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi miras qayan X3 məxsus avtomobilə dair hissədə qismən ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilərək, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin 17.05.2018-ci il tarixdə Quliyev Anar Arif oğlu tərəfindən Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. AR Ali Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Əhmədov-sədrlik edən və məruzəçi, İ.Şəfiyev, İ.Xələfov, iş № 2(102)-4727/2021) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103) -402/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-402/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs Quliyev Anar Arif oğlu kassasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(103)-402/2021 nömrəli qərardadı ilə (hakimlər İ.Şirinov, T.Səmədov, A.Tanrıverdiyev) Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(103)-402/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən 20.05.2019-cu il tarixdə Vək il1 məhkəmə aktından şikayət vermək səlahiyyəti verilsə də etibarnamənin müddəti 20.05.2020-ci il tarixdə bitmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(103)-402/2021 nömrəli qərardadı ilə (hakimlər İ.Şirinov, T.Səmədov, A.Tanrıverdiyev) Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(103)-402/2021 nömrəli qətnaməsindən üçüncü şəxs Quliyev Anar Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında kassasiya şikayətini imzalayan Vəkil1 üçüncü şəxs Quliyev Anar Arif oğlu tərəfindən verilmiş etibarnamə aşkar edilməmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qey ri-mümkün hesab edilməlidir. İş materiallarından (mülki iş, səhifə 74) görünür ki, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(103)-402/2021 nömrəli qətnaməsinin surətini 12 aprel 2021-ci il tarixdə apellyasiya məhkəməsinin qətnaməsinin tərəflərə göndərilməsi barədə məktuba imza etməklə rəsmi qaydada almışdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti “Elektron məhkəmə” sistemində yaranmış elektron kabinet vasitəsi ilə 14 yanvar 2022-ci il tarixdə verilmiş və imzalanmışdır. MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 408. 1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti vermək üçün müəyyən olunmuş prosessual müddət ötürülmüş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Həmçinin iş materiallarından görünür ki, digər kassasiya şikayətini verən üçüncü şəxs Quliyev Anar Arif oğlu həmin iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Beləki, şəxsin 3-cü şəxs kimi prosessə cəlb edilməsini prosessual qanunvericilik nizama salır. Qanunvericilik mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin prosesə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə 1-ci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Göründüyü kimi hər iki halda üçüncü şəxsin prosesə cəlb edilməsi məhkəmə qətnamə çıxarana qədər mümkündür. Ona görə Quliyev Anar Arif oğlunun üçüncü şəxs qismində işə cəlb edilməsi qanunsuz və əsassızdır. Quliyev Anar Arif oğlunun üçüncü şəxs qismində işə cəlb edilməsi qanunsuz və əsassız olduğundan onun vermiş olduğu kassasiya şikayəti də səlahiyyəti olmayan (hüququ olmayan) şəxs tərəfindən verilmiş kassasiya şikayəti kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 403.1. maddəsinə əsasən Apelyasiya instansiyası Məhkəməsinin qətnamələrindən tərəflər, 3-cü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Quliyev Anar Arif oğlunun hüq uqi statusu yuxarıda qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulan şəxslərin heç biri deyil. Ona görə o, qətnamədən kassasiya şikayəti verməyə haqlı deyil. Quliyev Anar Arif oğlunun şikayəti Azərbaycan Respublikası MPM-nin 403.2-cu maddəsinə uyğun həll edilə bilər. Həmin normaya görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Azərbaycan Respublikası MPM-nin 408.1.1. maddəsinə əsasən kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verilmişdirsə şikayət geri qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətlərinin mümkünlüyü üçün əsaslar mövcud ol madığından, onların icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidirlər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 404-1, 407.1, 408.1.4-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-402/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs Quliyev Anar Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar