Məhkəmə qərarları › İş №2(102)-2217/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2217/2022

04.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2217/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 X7 Səhmdar Cəmiyyətinə və Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyətinə (yeni adı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2217/22 Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü, dövlət rüsumu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 X7 Səhmdar Cəmiyyətinə və Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyətinə (yeni adı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti) qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-555/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh1nə, Cavabdeh2 X7 Səhmdar Cəmiyyətinə və Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyətinə (yeni adı "xxxx" MMC, bundan sonra – MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcra Şöbəsinin 27.07.2018-ci il tarixli sifarişi əsasında, MMC tərəfindən tərtib edilmiş 07.11.2018-ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolun və 07 noyabr 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-atqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)255/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilmişdir. MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-555/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzə çi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 361.1, 361.3, 363.4, 364, 366-ci maddələrinin tələblərinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarının 117-ci səhifəsində olan dövlət rüsumunun ödənilməsi barədə 20 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, MMC tərəfindən “Paşa Bank” vasitəsi ilə 15 manat dövlət rüsumu ödənilmiş, ödənişin təyinatı apellyasiya məhkəməsidir. Göründüyü kimi, MMC tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun təyinatı apellyasiya şikayətinin verilməsi üçün olsa da, ödənişin təyinatının Sumqayıt Apellyasiya Məhkəməsi olması konkret deyildir. Belə olan halda ödənilmiş 15 ma nat dövlət rüsumu hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Bununla yanaşı, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi MMC-nin apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən MPM-in 364cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün həmin məhkəməyə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən qərardadından MMC kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri MMC (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını, işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, rüsum Sumqayıt Apellyasiya Məhkəməsinə ödənilmişdir, lakin elektron ödəniş sistemi onu avtomatik olaraq Apellyasiya Məhkəməsi kimi göstərmişdir və bu, sistemdən asılı olan bir haldır. Digər apellyasiya məhkəmələri üçün rüsum ödənilməsi də eyni qaydada həyata keçirilir və buna müdaxilə edilməsi mümkün deyildir. Odur ki, bu hal texniki xarakter daşımaqla MMC-nin iradəsindən asılı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz d axil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində MMC apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 364.1). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qəraradadının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, kassatorun ödəniş qəbzində istinad olunmuş “142214” büdcə təsnifat kodu apellyasiya və kassasiya şikayətləri üçün müəyyən edilmiş vahid koddur. Bu baxımdan rüsumun məhz hansı məhkəməyə şikayət verilməsi üçün ödənildiyi ödənişin təyinatı hissəsində müvafiq məhkəmənin adının konkret göstərilməsi ilə mümkündür. Əks halda rüsumun məhz şikayətin verildiyi məhkəməyə ödənildiyini müəyyən etmək mümkün olmadığı üçün həmin qəbz müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ödənilən dövlət rüsumu hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dö vlət rüsumu kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-555/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ İş № 2 (102)-1423/2022 26 aprel 2022-ci il Abşeron rayonu, H.Z.Tağıyev küç, döngə 2, ev 1 X1 Bakı şəhəri, Yasamal ray, Z.Xəlilov küç, 523-cü məh, ev 2/11 Bakı şəhər 17 saylı Vəkil Bürosu Vəkil X4 Bakı şəhəri, Yasamal ray, B.Məmmədov küç, ev 45 X5 Bakı şəhəri, B.Səfəroğlu küçəsi, ev 120, mənzil 1 Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil X6 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(102)-1423/2022 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti- vərəq.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar