Məhkəmə qərarları › İş №2(102)-2219/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2219/2024

28.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2219/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, vərəsəlik hüququndan məhrum etmə, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(105)-166/2024 nömrəli qətn aməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X3 və Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızı 25 yanvar 1992-ci il tarixdə nikaha daxil olmuşlar.

2. X3 20 oktyabr 2004-cü tarixdə ölmüşdür.

3. X1 mülkiyyətində Xaçmaz şəhərində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi olmuşdur. 4. 22 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 20 oktyabr 2004-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Xaçmaz Ərazi İdarəsi tərəfindən 16 fevral 2023-cü il tarixdə X2 verilmiş **********95 reyestr nömrəli, *** ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri, ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarətdir.

5. İddiaçı X1 qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 16 fevral 2023-cü il tarixdə X1 adına verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarət əmlaka 20 fevral 2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızının qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə mərhum qardaşı X3 25 yanvar 1992-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından övladları olmamışdır. Bir müddət birgə yaşadıqdan sonra Hacıbaba Xəlilov xəstələnmiş və cavabdeh heç kimə məlumat vermədən, xəstəni tərk edib, çıxıb getmişdir. Son vaxtlara qədər cavabdehin harada olmasından məlumatı olmamışdır. X3 cavabdehin getməsindən təxminən 5 il sonra 20 oktyabr 2004-cü ildə vəfat etmişdir. Ondan miras olaraq ünvan 1 ünvanında 400 kv.m torpaq sahəsi qalmışdır. İddiaçı miras qalmış həmin torpaq sahəsini hasara alaraq orada tikinti işləri aparmağa başlamış, bununla mirası qəbul etmişdir. Mirası adına rəsmiləşdirmək üçün müraciət edərkən məlum olmuşdur ki, cavabdehə artıq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Vəkil sorğusu ilə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət edilmiş və 27 fevral 2023-cü il tarixli, X-244 saylı cavabla müvafiq sənədlər əldə edilmişdir. Məlum olmuşdur ki, cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X1 adına verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarət əmlaka 20 fevral 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, cavabdeh iddiaçının mərhum qardaş ını atıb getdiyinə və təxminən 5 il ərzində qardaşı xəstə vəziyyətdə tək yaşadığı üçün ona yalnız iddiaçı baxdığına görə cavabdeh vərəsəlik hüququndan məhrum edilməlidir.

8. Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(074)-493/2023 nömrəli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi sübut olunmamışdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1137, 1139, 1151.1, 1159.1.1, 1164-cü, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin təm in olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(105)-166/2024 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və F.Ə.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(074)-493/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı iddiasını və apellyasiya şikayətini Mülki Məcəllənin 1164-cü maddəsi ilə əsaslandırmışdır. Belə ki, həmin maddənin məzmununa görə, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam veril diyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

14. Cavabdeh Xaçmaz şəhərində yerləşən 400 kv.m torpaq sahəsini onun tərəfindən hasara alınaraq orada tikinti işlərin aparmasına, orada daş hasar, sanitar qovşağı, hamam inşa etməsinə və yaşayış evinin tikintisi üçün fundamentin qoyulmasına, bununla da qardaşından miras qalan torpaq sahəsini faktiki qəbul edilməsinə istinad etmişdir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair Qərarına istinad edən məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin vərəsə liklə bağlı müddəalarına görə əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İddiaçı ikinci növbə vərəsə olaraq birinci növbə vərəsənin mərhumun arvadını mirasdan məhrum edilməsini xahiş edərək, miras əmlaka iddia edir.

16. Lakin, apellyasiya icraatı zamanı 05 fevral 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı cavabdehin vəkilinin və nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, Cavabdeh qardaşının ölümündən 2 il əvvəl evi tərk etmişdir. Bununla da, iddiaçı öz iddiasında göstərdiyi 5 il cavabdehin qardaşından ayrı yaşaması ilə bağlı dəlilinə zidd izahat vermişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1160, 1164-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 21 7.3, 217.4, 384.0.1 və 385-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(105)-166/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 1.3, 3-cü, Mülki Məcəllənin 1164-cü, Mülki Prosessual Məcəllənin 386-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh ailə dəyərlərinə məhəl qoymamış, xəstələndikdən sonra təxminən iki ilə yaxın qardaşı ilə bir yerdə qalsa da, sonra onu köməksiz və xəstə vəziyy ətdə qoyaraq özünə məxsus əmlaklarını götürərək çıxıb-getmişdir. Mərhum qardaşı X3 cavabdehin onun tərk edib getməsindən təxminən 5 il sonra 20 oktyabr 2004-cü ildə sirroz xəstəliyindən vəfat etmişdir. İddiaçı qardaşından miras əmlakı qəbul edib, ondan istifadə etmişdir. Cavabdehin təxminən 24-25 il ərzində iddiaçı ilə heç bir əlaqəsi olmamış, özü üçün öz həyatını yaşamış, xəstə qardaşını atıb getməsindən sonra ümumiyyətlə onunla maraqlanmamışdır. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh qardaşını tərk edib gedəndən təxminən beş il ərzində miras qoyan tək yaşamış və xəstəlikdən vəfat etmişdir. Məhkəmənin qətnamədə göstərdiyi guya cavabdehin iddiaçının qardaşının ölümündən 2 il əvvəl evi tərk etməsi barədə yazılanlar səhvdir. Göstərmişdir ki, qardaşı xəstələnən vaxtdan cavabdeh 2 il onunla yaşamış, çıxıb getdikdən təxminən 5 il sonra qardaşı vəfat etmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi fa ktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardı r. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüqu qlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələrdilər. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 11 64-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sü butlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün o lmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, hazırki mübahisə mirasqoyanın ikinci növbəli vərəsəsi – qardaşı olan iddiaçı birinci növbəli vərəsənin – mirasqoyanın arvadının vərəsəlik hüququndan mərhum edilməsi ilə bağlıdır. İddiaçı, cavabdehin miras açıldığı tarixdən 5 il ərzində miras qoyanla yaşamamasını və onların ailə münasibətlərinin bu müddətdə faktiki xitam verildiyini iddia etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri sübutetmə ilə bağlıdır. Kassator iddiasının qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1164-cü maddəsinin dispozisiya şərtlərinin məhkəmə qaydasında sübut olunmasını göstərməklə, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

30. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

31. Hazırki işdə isə, iddiaçı tələbinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edil məmişdir. Əksinə, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, həmin məhkəmənin 05 fevral 2024-cü il tarixli iclasında verilən suallara cavab olaraq iddiaçı özü cavabdehin mirasqoyanı sonuncunun ölümündən 2 il əvvəl tərk etməsini göstərmişdir. Hazırda iddiaçı bu halı inkar etsə də, məhkəmə iclas protokoluna prosessual qanunvericiliklə müəyyən olunan qaydada qeydlər verməmişdir.

32. Beləliklə, Mülki Məcəllənin 1164-cü maddəsinin dispozisiya şərtlərinin hazırki işdə mövcud olmaması iddiaçının öz izahatı ilə təsdiq olunmuşdur.

33. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün t ətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(105)-166/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar