Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-222/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Ağali oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2023-cü il tarixli, 2(106)-984/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı xx xxxxxx 1933-cü il tarixdə Astara rayonu, Əsxənəkəran kəndində anadan olmaqla, Astara rayonu, Vaqo kəndində yaşayır.
2. Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən, Ağayev X2 rayonu, Lələkəpeştə kəndində yaşayır, ona məxsus olan ev 1964-cü ildə tikilmişdir, ev 1-mərtəbəli, 1-otaqlı, ümumi sahəsi 25,3 kv.metr, köməkçi sahəsi 9,3 kv.metr, yaşayış sahəsi 16,0 kv.metrdən ibarətdir. Teleyeva Balanisa Nəvuz qızı və Cavabdeh Ağali oğlu həmin evdə daimi pasport qeydiyyatındadırlar.
3. Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən ve rilmiş arayışdan görünür ki, Nümayəndəliyin ərazisində 1 otaqlı evin kirayə haqqı 40 manat təşkil edir.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən, Astara rayonu, Lələkəpeştə kəndində, 0,32 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 25.3 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
5. Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ağayev X5 rayonu, Vaqo kəndində qeydiyyatdadır.
6. Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Cavabdeh Ağali oğlu müsbət xarakteriza edilmişdir.
7. Astara Rayo n Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” barədə iddiası təmin edilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsinə əsas isə Astara Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə dair 15 yanvar 2020-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 3.000 manat kompensasiya ödənilməklə mülkiyyətində olan Astara rayonu, Lələkəpeştə kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, arvadı Teleyeva Balanisa Nəvuz qızı ilə birlikdə Astara rayonu, Lələkəpeştə (Vaqo) kəndində mülkiyyət hüququ ilə ona məxsus olan 1964-cü ildə tikilmiş 1-mərtəbəli, ümumi sahəsi 25.5 kv.metrdən ibarət olan 1 otaqlı evdə yaşayırlar. Həmin evdə həmçinin xx xxxxxxxx 1980-ci il tarixdə doğulmuş oğlu, yəni cavabdeh daimi pasport qeydiyyatındadır. Cavabdeh onunla və digər ailə üzvləri ilə yola getmir daimi dava-dalaş salır. Bu əməllərinə görə o, Astara R ayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə məhkum edilmişdir. Həmçinin cavabdeh, Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Bu səbəbdən də onların bir yerdə yaşamaları mümkün deyil. Hazırkı iddia tələbi ilə bundan əvvəl də məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsinə əsas isə Astara Rayon Məhkəməsinin 25 aprel 2022-ci il ta rixli qətnaməsi ilə mülkiyyətində olan fərdi yaşayış evinə dair 15 yanvar 2020-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi olmuşdur. Bundan sonra, qeyd olunan fərdi yaşayış evinin onun mülkiyyətində olmasını təsdiq edən 18 noyabr 2022-ci il tarixli Çıxarış almışdır. Cavabdehin həmin evdə yaşaması onun mülkiyyət hüququnu pozur. Mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi kənddə 1 otaqlı evin aylıq kirayə haqqı təxminən 30-40 manat təşkil edir. Qeyd edilən fərdi yaşayış evi köhnə və yararsız vəziyyətdədir. Cavabdehə 3 illik kirayə haqqı həcmində 3.000 manat kompensasiya ödəməyə razıdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
11. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı 18 noyabr 2022-ci il olan Çıx arışa əsasən sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, onun və ailə üzvlərinin başqa yerdə yaşamalarına imkanları yoxdur. İddiaçı olan atasını digər qardaşı X3 aldadaraq həmin evi ələ keçirtmək istəyir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
12. Astara Rayon Məhkəməsinin 06 aprel 2023-ci il tarixli, 2(018)-98/2023 saylı qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia təmin edilərək, cavabdehə iddiaçı tərəfindən mülkiyyətində olan Astara rayonu, Lələkəpeştə (Vaqo) kəndində, 0,32 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 25,3 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna görə 3.000 manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.
13. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, arvadı Teleyeva Balanisa Nəvuz qızı ilə birlikdə Astara rayonu, Lələkəpeştə (Vaqo) kəndində mülkiyyət hüququ ilə ona məxsus olan, 1964-cü ildə tikilmiş, 1 mərtəbəli, ümumi sahəsi 25.5 kv.metr olan 1 otaqlı evdə yaşayır. 18 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən, həmin ev tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Həmin evdə həmçinin iddiaçının xx xxxxxxxx 1980-ci il tarixdə doğulmuş oğlu - cavabdeh daimi pasport qeydiyyatındadır və sonuncunun iddia edilən evdə istifadə hüququ vardır.
14. Məhkəmə, qeyd etmişdir ki, hazırda iddiaçı cavabdehə 3.000 manat kompensasiya ödəməklə onun evdən istifadə hüququna xitam verilməsini iddia edir və cavabdehə kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi barədə hazırkı tələbi evin mülkiyyətçisi olan iddiaçı qaldırıb.
15. Məhkəmə, işə əlavə edilmiş sübut ları araşdırıb qeyd etmişdir ki, cavabdeh, iddiaçı və digər ailə üzvləri ilə yola getmir, daim evdə dava-dalaş salır. Bu əməllərinə görə cavabdeh, Astara Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə məhkum edilmişdir. Həmçinin, Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarına əsasən cavabdeh, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də tərəflərin bir yerdə yaşamaları mümkün deyil və cavabdehin həmin evdə istifadə hüququnun olması iddiaçının mülkiyyət hüququnu pozur. Bundan başqa, mübahisəli evin yerləşdiyi kənddə 1 otaqlı evin aylıq kirayə haqqı təxminən 40-50 manat təşkil edir. Qeyd edilən ev köhnə və yararsız vəziyyətdədir.
16. Göstərilənlərə əsasən, məhkəmə qe yd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 3.000 manat kompensasiya məbləği ədalətli olmaqla, ona 3 il müddət ərzində davamlı surətdə əvvəlki evdə ona xas olan şəraitdə yaşamasına imkan verir.
17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1., 158.1.2., 228.1. və 228.2.-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2., 77.1., 80 və 119.1.-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, o, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olduğundan, onun da mülkiyyət hüququ qorunmalıdır. Bundan başqa, onun ailə üzvlərinin qeyd olunan evdən başqa yaşamağa digər yaşayış yerləri yoxdur və təklif olunan kompensasiya ona başqa yerdə müəyyən müddətdə yaşamağı imkan vermir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla yanaşı, qanunsuz və əsassız olmuşdur.
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2023-cü il tarixli, 2(106)-984/2023 saylı qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və C.F.İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(018)-98/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd olunmuşdur.
21. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl etməsini yoxlayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi nəzərdən qanuni və əsaslı sayıla bilmə z. Belə ki, cavabdehin evdən istifadə hüququna xitam verilərkən, iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği, ona müəyyən müddətdə davamlı surətdə əvvəlki evdə ona xas olan şəraitdə yaşamasını imkan vermir. Odur ki, gəlinən nəticə ləğv edilərək, iddia tələbinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla yenidən hüquqi qiymət verilməlidir.
22. Məhkəmə kollegiyası, qeyd etmişdir ki, hazırkı işdə iddiaçı mülkiyyətçi olaraq cavabdehlə birgə yaşamanın mümkün olmaması səbəbindən ona kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsini tələb edir. İddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir.
23. Məhkəmə kollegiyası, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb qeyd etmişdir ki, mülkiyyət və istifadə hüququ qanun la qorunan hüquqlardır. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi ona sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.
24. Məhkəmə kollegiyası, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, mülki iş materiallarından və tərəflərin apellyasiya icraatı zamanı verdikləri izahatlardan müəyyən olunur ki, mübahisəli ev iddiaçının mülkiyyətində olmaqla, 1964-cü ildə tikilib, 1 mərtəbəli, 1 otaqlı olmaqla, ümumi sahəsi 25.5 kv.metrdir və tərəflərin həmin evdə birgə yaşaması mümkün deyil. Cavabdeh, təklif edilən kompensasiya məbləği mübahisələndirərək həmin məbləğin kifayət etmədiyini və təklif olunan 3.000 manat məbləği ilə razılaşmadığını bildirmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi haqlı olaraq evin dəyərinin müəyyən etməklə yanaşı, həmin ərazidə evlərin kirayə haqlarını da (40-50 manat) müəyyən etmişdir. İddiaçı, 3.000 manat kompensasiya verməyə imkanının çatdığını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Bir inci instansiya məhkəməsi də iddiaçının təklif etdiyi 3.000 manat məbləğdə kompensasiyanı təmin etmişdir. Cavabdeh həmin məbləğlə razılaşmayaraq, iddianın təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddətdə eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ö dənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün ilk növbədə yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); kompensasiya ödənilə n şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti (oğlu, arvadı, gəlini, kənar şəxs); kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət; yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi);
26. Məhkəmə kollegiyası, ilk öncə qeyd etməyi zəruri hesab etmişdir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonr a həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsini arzuladığı fərdi yaşayış evi mülkiyyətindədir. Cavabdeh mübahisəli fərdi yaşayış evində istifadə hüququna malikdir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi üçün 3.000 manat kompensasiya təklif edir və bunun yetərli olmasını Astara rayonu, Lələkəpeştə (Vaqo) kəndində mənzil kirayə haqqının 40-50 manat olması ilə əsaslandırır.
27. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd e tmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi üçün 3.000 manat kompensasiya təklif etsə də, təklif olunan kompensasiyanın məbləğinin mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasının qeyri-mümkün olduğunu nəzərə almamışdır. Belə ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatdan müəyyən olunur ki, onun ailə üzvləri ilə birlikdə daimi yaşayış yerləri yoxdur və hazırda təklif olunan kompensasiya məbləği real qiyməti əks etdirmir.
28. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin 3.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi qənaətinə gələrkən, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddəti; yaşayış evinin sahəsini, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmini, kommunal şəraiti; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləğini; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanlarını aydınlaşdırmamış, yalnız mülkiyyətçinin mülk iyyət hüququnun müdafiəsi əsası ilə iddia tələbini təmin etmişdir. Halbuki, mülkiyyətçinin istifadə hüququ olan şəxslərin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi qənaətinə gəlinməsi təkcə mülkiyyət hüququnun müdafiəsi ilə deyil, yuxarıda göstərilən və istifadə hüququna xitam verilməsi tələbi üçün əsas olan meyarların müqayisəli tədqiq etməklə dəyərləndirmə aparılmalı, yalnız bundan sonra iddia tələbinin əsaslı olub-olmaması müəyyən olunmalı idi. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bütün bu halları müəyyən etməmiş və qəbul etdiyi qətnamənin ləğvi üçün kifayət qədər əsas yaratmışdır.
29. Məhkəmə kollegiyası, iddiaçının iddia tələbi və cavabdehin iddia tələbinə etirazını (apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla) nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən və kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi üçün əsas olan meyarların kompensasiyanın məbləğinə təsirini, kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmamasını müəyyən etmədən iddia tələbini təmin etməkdə haqlı olmamış və iş üzrə qanuni və əsaslı nəticəyə gəlməmişdir.
30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 26-cı maddəsinin İ hissəsinə, 29 və 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1. və 228.2.-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 372.1. və 372.7.-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlillər i
31. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassator şikayətini onunla əsaslandırmışdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı, bu hüququndan istifadə edərək müxtəli f sübutları məhkəməyə təqdim etmişdir. İşin faktiki hallarından görünür ki, ödəniləcək kompensasiyanın miqdarı kifayət qədərdir. Həmin məbləğlə cavabdeh ona məxsus 0,08 hektar torpaq sahəsinin üzərində mülkiyyətində olan 1964-cü ildə inşa edilmiş, 1 otaqlı fərdi yaşayış evindən qat-qat yaxşı ev tikdirə bilər. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə onun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz göndərərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət to xunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etm əyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
40. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həm in şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir.
49. Əvvəla, işin mübahisə olunmay an hallarına görə, cavabdeh iddiaçının oğludur və Astara rayonu, Lələkəpeştə kəndində, mülkiyyətdə olan 0.32 ha həyətyanı torpaq sahəsində yerləşən, 1964-cü ildə tikilmiş, 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 25.3 kv.metr, yaşayış sahəsi 16.0 kv.metr, köməkçi sahəsi 9.3 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə iddiaçının adına, evin yerləşdiyi 0,32 ha həyətyanı torpaq sahəsi isə hər birinin payı ¼ hissədə olmaqla mülkiyyət hüququ üzrə tərəflərin, o cümlədən X1 və Teleyeva Balanisa Nəvuz qızının adlarını qeydə alınıb və bu barədə Reyestr Xidməti tərəfindən onların adlarına 18 noyabr 2022-ci il tarixli Çıxarış verilib.
50. İşin mübahisə olunmayan digər halları isə ondan ibarətdir ki, iddiaçının mübahisəli evdə mülkiyyət, cavabdehin isə istif adə hüquqları vardır və tərəflərin 1 otaqlı, ümumi sahəsi 25.3 kv.metr olan həmin evdə bir ailədə yaşamaları artıq qeyri mümkündür və yerli icra hakimiyyəti orqanının arayışına görə, Astara rayonu, Lələkəpeştə (Vaqo) kəndində mənzil kirayə haqqı 40-50 manat civarındadır.
51. Tərəflərin mübahisəli evdə birgə yaşamalarının qeyri-mümkünlüyü cavabdehin Astara Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə təqsirli sayılaraq məhkum edilməsi, habelə Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq tənbeh edilməsi ilə də təsdiq olunur.
52. Hazırda iddiaçı, 3.000 manat kompensasiya ödənilməklə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsini iddia edir.
53. Cavabdeh isə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçı ilə yanaşı onunda paylı mülkiyyətində olduğunu, onun və ailə üzvlərinin həmin evdən başqa digər yaşayış sahələrinin olmadığını, iddiaçı tərəfindən ona təklif edilən 3.000 manat kompensasiya məbləğinin yetərli olmamaqla, iddiaçının hesabına ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini göstərib, iddiaya etiraz edir.
54. Göründüyü kimi, iddiaçının “evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” barədə hazırkı tələbi yalnız Cavabdeh Ağali oğluna qarşı yönəlib və mübahisə həyətyanı torpaq sahəsi ilə bağlı deyil, fərdi yaşayış evi ilə bağlıdır. İddiaçı, fərdi yaş ayış evindən istifadə hüququna görə cavabdehə 3.000 manat kompensasiya ödəməyə razıdır və həyətyanı torpaq sahəsində cavabdehin özünə ayrıca fərdi yaşayış evi inşa etməsinə etiraz etmir. Bu hal kassasiya şikayətinin dəlilləri ilə də istisna olunmur.
55. Birinci instansiya məhkəməsi, iddiaçının cavabdehə təklif etdiyi 3.000 manat kompensasiya məbləğini yetərli hesab edərək, iddianı təmin etməklə sonuncunun evdən istifadə hüququna xitam verib.
56. Apellyasiya instansiyası məhkəməsi isə həmin məbləğlə razılaşmayıb, iddiaçının təklif etdiyi 3.000 manat kompensasiya məbləğinin cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini əsas tutub iddianı rədd etsə də, tam hüquqlu məhkəmə kimi özü bazar qiym ətinə uyğun olaraq yetərli kompensasiya məbləğini müəyyən etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub.
57. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
58. Əvvəla, Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
59. Digər tərəfdən, qüvvədə olan qanunvericiliyə görə, eyni evdə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) evə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
60. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır.
61. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilib.
62. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
63. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiy yət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllədə tənzimlənir.
64. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
65. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.
66. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsind ən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
67. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa y erdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
68. Yuxarıdakıları nəzərə alaraq, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə mübahisəli evdən istifadə hüququna xitam verilməsi iddiasına dair mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından Konstitusiyanın 13, 29-cu, habelə Mülki Məcəllənin 228.2-ci maddələrinin tələblərinə uyğun deyil.
69. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanıl masına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub.
70. Ona görə kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, iddianın düzgün həlli və hüquqi müəyyənlik prinsipinin təmin olunması üçün, ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir.
71. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmən alı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.
72. Hazırkı işdə, apellyasiya instansiyası məhkəməsi, mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehin istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 3.000 manat kompensasiya məbləğinin yetərli olmadığını, həmin məbləğ müəyyən edilərkən birinci instansiya məhkəməsi tərəfindən işin konkret xüsusiyyətlərinin, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarların və sair halların nəzərə alınmadığını əsas tutub iddianı rədd edərkən, tam hüquqlu məhkəmə kimi özü yetərli kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməməklə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozub və Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiqi ilə bağlı artıq formalaşmış vahid məhkəmə təcrübəsini nəzərə almayıb.
73. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir və mülkiyyətçi istifadə hüququna xitam verilmə si haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini ümumiyyətlə göstərməyə borclu deyildir.
74. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməyə borcludurlar.
75. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında da ifadə olunub.
76. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci ma ddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Belə iddia tələblərində kompensasiyanın məbləği tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
77. Digər tərəfdən, Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edir. Yəni, həm mülkiyyətçi, həm də işə baxan məhkəmələr apellyasiya icraatı mərhələsində də kompensasiyanın məbləğini müəyyən edə, artıra bilərlər. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi kompensasiyanın məbləği ilə razılaşmadıqda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanı n məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.
78. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 3.000 manat kompensasiya məbləğini yetərli hesab etmədiyi halda, özü bazar qiymətinə uyğun yetərli hesab etdiyi məbləği müəyyən etməməklə, habelə həmin məbləği evin mülkiyyətçisi olan iddiaçı ilə razılaşdırmamaqla, əslində hazırkı mübahisənin uzun müddət məhkəmə baxışının predmetinə çevrilməsinə süni şərait yaradıb və hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olan qətnamə qəbul edib.
79. Ümumiyyətlə, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub.
80. Kassasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, sadalanan normaların mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ yalnız mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti işə baxan məhkəmələrə verilib.
81. Bu baxımdan kassasiya in stansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, iddiaçı tərəfindən cavabdehə təklif edilən 3.000 manat kompensasiya məbləğini yetərli hesab etmədiyi halda, tərəflərin mübahisəli 1 otaqlı, ümumi sahəsi 25.3 kv.metr olan evdə birgə yaşamasının qeyri-mümkünlüyünü, cavabdehin iddiaçıya qarşı cinayət, inzibati xəta törətməklə onların münaqişəli ailə olmalarını və sair halları nəzərə alıb, yetərli kompensasiya məbləğini müəyyən etməli və mülkiyyətçi kimi iddiaçının həmin məbləğlə razılaşıb-razılaşmadığını ayd ınlaşdırmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verməlidir.
82. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmaqla qətnamə qəbul edib və qətnamə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarlarında ifadə olunan hüquqi mövqeyinə ziddir.
83. Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblər ini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2023-cü il tarixli, 2(106)-984/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.