Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2224/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli 2(107)2481/2019 nömrəli qətnaməsindən Cavabdeh3 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-ın direktoru X7 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Cavabdeh3 ilə 27 mart 2018-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi və 27 mart 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) 09 aprel 2019-cu il tarixli, 2(033)-298/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh3 arasında 27.03.2018-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi və 27.03.2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov- sədrlik edən və məruzəçi, Mahir Əsədli və İnşallah Quliyev) 07 noyabr 2019-cu il tarixli 2(107)-2481/2019 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş ape llyasiya şikayətləri təmin edilməyərək iş üzrə Zaqatala Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(033)-298/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi hazırkı qətnaməsi ilə maddi və prosessual normalarını pozub, onları düzgün tətbiq etməyib və bu pozuntu yanlış qətnamənin çıxarılmasına səbəb olmuşdur. Belə ki, İddiaçı cavabdehlərə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 27.03.2018-ci tarixli müqavil ənin ləğvi və 27.03.218-ci il tarixli maliyyə arayışını etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-298/2019 saylı, 09.04.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı-nın iddia tələbi tam şəkildə təmin edilmişdir. Həmin iddia tələbinə Zaqatala rayon məhkəməsində baxıla bilməz idi. Belə ki, İddiaçı ilə cavabdehlər arasında bağlanmış 27.03.2018-ci il tarixli “Tikinti haqqında fərdi müqavilənin” 8-ci bəndinə əsasən gələcəkdə baş verə biləcək mübahisələrin həlli üçün aidiyyəti inzibati-iqtisadi məhkəməyə müraciət etmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26 və 40-cı maddələrini rəhbər tutaraq hazırkı iddia ərizəsinin baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkə məsinə göndərilməsini Zaqatala Rayon Məhkəməsindən xahiş etsə də, məhkəmə heç bir əsas olmadan müraciətinə münasibətini rəsmi olaraq bildirməmiş və nəticə etibarı ilə məhkəmə aidiyyəti pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsində məhkəmə araşdırılması zamanı məlum oldu ki İddiaçı-nın ümumiyyətlə bu cürə tikinti işlərini həyata keçirmək üçün hüququ olmamışdır. İddiaçının məhkəmədə iştirak edən nümayəndəsi məhkəməyə İddiaçı-nə müvafiq dövlət qurumları tərəfindən hündürmərtəbəli binaları tikmək üçün verilmiş icazə sənədlərini məhkəməyə təqdim edə bilməmişdir, həmçinin məhkəmədə şahid qismində dindirilən İddiaçı-nın keçmiş mühasibi özü də etiraf etmişdir ki, ümumiyyətlə mənzillərin satışı ilə əlaqədar mənzil alıcılarına heç vaxt mədaxil qəbzləri verilməmişdir. Eyni zamanda o da məlum olmuşdur ki, İddiaçı bu kimi mədaxil qəbzlərini verməməklə küllü miqdarda vergidən yayınmış, gəlirlərini gizlətmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İş üzrə tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilə r. Məhkəmələr tərəfindən istinad oluna işin materiallarından görünür ki, 27 mart 2018-ci il tarixli İddiaçı-ın Çoxmənzilli yaşayış binasının Tikinti haqqında müqaviləsi»nə əsasən sifarişçi Cavabdeh3 sifariş etmiş, İddiaçı 1 nömrəli yaşayış binasında 1-ci blokda 1-ci mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 105 kv.m-dir. Müqavilənin qiyməti 57750 manatdır. İşdə olan 27 mart 2018-ci il tarixli payçılıq vəziyyəti barədə İddiaçı-ın maliyyə arayışından görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında 27 mart 2018-ci il tarixdə müqavilə imzalanmış və payçı İddiaçı-ya üzv olmuşdur. Payçı ünvani almışdır. Payçı mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. İşdə olan İddiaçı-ın 28 dekabr 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında 27 mart 2018-ci il tarixdə bağlanmış müqaviləsinin qeydiyyatı İddiaçı-ın müqavilələrin uçotu jurnalında yoxdur. Həmçinin iş materiallarında olan İddiaçı-ın 28 dekabr 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında 27 mart 2018-ci il tarixdə bağlanmış müqavilədə 105 kv.m-ə görə hesablanmış 57750 manat kassaya ödənilməmişdir. İddiaçı-ın direktoru X4 tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, İddiaçı 1 nömrəli yaşayış binasında 1-ci blokda 1-ci mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilinə dair 27 mart 2018-ci il tarixdə müqavilə bağlanmasına və həmin tarixli maliyyə arayışı verilməsinə baxmayaraq mənzilin dəyəri ödənilməmişdir. Həmçinin də iddiaçı icraçı direktor olaraq 01.03.2018-ci il tarixdən 01.04.2018-ci il tarixədək öz hesabına məzuniyyətdə olmuşdur. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Zaqatala şəhəri ərazisində İddiaçı fəaliyyət göstərmişdir ki, onun da direktoru X7 olmuşdur. O, tikinti işlərində onunla bərabər vəsait qoymaqla işləməyə Cavabdeh2 cəlb etmişdir. Aralarında tikinti aparılması ilə bağlı rəsmi müqavilə bağlanmasa da, tikintinin iç işlərini Cavabdeh2 aparmışdır. Onların arasında olan razılaşmaya əsasən Cavabdeh2 gördüyü işlərin əvəzində heç bir əlavə pul ödənişi etmədən özünün və üç nəfər tanışının, o cümlədən Cavabdeh3 adına mənzilin alqı-satqısı ilə bağlı müqavilələr bağlamış və həmin mənzillərin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı əldə etmişdir. Həmin sənədləri əldə etdikdən sonra xlə Əkbərin aralarında olan şifahi razılaşma pozulmuş və xhazırki i ddia ilə məhkəməyə müraciət etmişdir. X7 ilə Cavabdeh3 arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamış, sonuncu tərəfindən alqı-satqı ilə bağlı mənzilin dəyəri olan pul ödənişi edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109.2.1, 385.1, 358.2, 421.1, 421.2, 421.3, 442, 405.1, 405.2, 407.1, 407.2, Mənzil Məcəlləsinin 112.1, 113.1-ci maddələrinə, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarının 1.4-cü maddəsinə istinad edərək bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kol legiyasının 04.04.2016-cı il tarixli 9-09 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən kassa mədaxil orderi ciddi hesabat blankı hesab olunduğundan və cavabdehlər mənzilin dəyərini ödənilməsi barədə kassa mədaxil orderi təqdim etmədiklərindən, mənzilin dəyərinin ödənilməsini təsdiq etmək üçün mübahisələndirilən müqavilə və maliyyə arayışının heç bir hüquqi qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı müqavilə və maliyyə arayışını şəxsən alıcıya təqdim etməmiş, vəzifəsinin icrası həvalə olunmuş şəxsə vermiş və mədaxil orderi alındıqdan sonra qeydiyyata alınması və bundan sonra müqavilə və maliyyə arayışının alıcıya təqdim edilməsi barədə göstəriş vermişdir. Beləliklə səlahiyyətli şəxs əslində müqavilə və maliyyə arayışının birbaşa verilməsinə razılıq verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin nəticələrindən həmçinin görünür ki, müqavilə və maliyyə arayışı ünvanlandığı tarixdə yəni 27.03.2018-ci il tarixdə icraçı direktor öz hesabına məzuniyyətdə olmuşdur. İşdə olan əmrdən görünür ki, 01.03.2018-ci il tarixdən 01.04.2018-ci il tarixədək icraçı direktor öz hesabına məzuniyyətdə olmuşdur. Belə olduğu təqdirdə isə, onun 27.03.2018-ci ildə müqavilə bağlamaq səlahiyyəti olmadığından mübahisələndirilən müqavilə səlahiyyətli şəxs tərəfindən səlahiyyəti olmadığı vaxt imzalandığından ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə göstərilən nəticələrinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tər əflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə İddiaçı nizamnaməsinin 07 dekabr 2017-ci il tarixdə Azərbaycan Vergilər Nazirliyinin 13 saylı ərazi Vergilər idarəsi tərəfindən təsdiq olunmasına və həmin tarixdə şəhadətnaməylə “VÖEN **********” birlikdə dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq sözügedən MTK-ya Zaqatala şəhəri İ.Şamil küçəsində tikinti işləri aparılmasına icazə sənədlərinin olub olmamasını a ydınlaşdırmamışdır. Belə ki, iddiaçının tələbindən görünür ki, 2018-ci ilin fevral ayında MTK-nın tikinti aparılması lisenziya olmadığı üçün AR İqtisadiyyat Nazirliyi tərəfindən tikintiyə icazə verilən başqa şirkətlərə biznes danışıqlar aparılırdı və müqavilənin layihəsi hazırlanırdı. Bundan əlavə, iddiaçı tərəf iddianı onunla əsaslandırmışdır ki, 2018-ci ilin fevral ayında iş üzrə cavabdeh Həsənov X5 Elit Park MTK-ya gələrək sonuncu tərəfindən inşa edilən binadan iki nəfərin mənzil almaq istəyinin olmasının, mart ayı ərzində dəyərini tam olaraq ödəməklə alqı-satqı müqaviləsinin bağlanacağını bildirmişdir. İddiaçının icraçı direktoru 01.03.2018-ci il tarixli 05 saylı əmri əsasında məzuniyyətə çıxdığından vəzifəsini müvəqqəti icra edən x2ə kompüterdə çap olunmuş vətəndaş Cavabdeh3 aid ola n özü tərəfindən əvvəlcədən imzalanmış müqavilə və maliyyə arayışını verir ki, Cavabdeh3 tərəfindən mənzilin dəyəri kassaya ödənilərək mədaxil orderi təqdim olunduqdan sonra müqavilənin müvafiq kitaba qeydiyyata salınmasını və qeydiyyatdan keçmiş maliyyə arayışı ilə birlikdə Cavabdeh3 şəxsən təqdim edilməsini həvalə etmişdir. Lakin icraçı direktor ödənişsiz məzuniyyətdə olduğu vaxt satış müdiri x1müqavilə və maliyyə arayışını tanış olmaq üçün vasitəçi Cavabdeh2 təqdim edir. Sonuncu isə müqavilə və maliyyə arayışını götürüb gedir və mart ayının axırlarında müqavilə və maliyyə arayışının bir nüsxəsini ofisə qoyaraq çıxıb gedir. Hansı ki, mənzilin dəyəri ödənilmir. İddiaçı bundan sonra dəfələrlə Cavabdeh2 (vasitəçi) müraciət etsə də, lakin müqavilə və maliyyə arayışının ikinci nüsxəsinin ləğv olunması üçün MTKnın kargüzarlığına qaytarmır. İddiaçı məcburiyyət qarşısında qalaraq hazırki tələb ilə məhkəməyə müraciət edir. Cavabdeh2 izahatında İddiaçı-nın direktoru X7 ilə 2018-ci ilin əvvəllərində tanış olduğunu, sonuncunun təklifi ilə onunla birlikdə Zaqatala şəhərində mənzil tikintisi işinə başladığını, 24 ədəd tikiləcək mənzilin 12 ədədinin ona verilməsi barədə razılığa gəlindiyini, heç bir rəsmiləşmə aparılmadığına baxmayaraq öz vəsaiti hesabına tikinti işlərinə başladığını, gördüyü işlərin müqabilində ilkin olaraq ona 4 nəfər şəxsin, o cümlədən özünün, Müşviqin, Mirvarinin və hazırki iş üzrə cavabdeh olan Ülvinin adına mənzillərin alqı-satqısı ilə bağlı müqavilələr bağlanıldığını və hər bir mənzillə bağlı mənzilin dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verildiyin i, həmin şəxslərdən heç birinin mənzil almadığını və bununla bağlı pul ödəmədiyini, həmin şəxslərin onun tanışları olduğu üçün onların adına müqavilələr bağlanıldığını, Ülvi adlı şəxsin ümumiyyətlə bu işlərdən xəbəri olmadığını, heç vaxt mənzil almaq üçün Zaqatala şəhərinə gəlmədiyini, tikintinin ilkin işləri görüldükdən sonra xlə rəsmi müqavilə bağlamaq istəməsinə baxmayaraq sonuncunun bundan imtina etdiyini, ona görə də, o da tikinti işlərini dayandırdığını, bütün bunların nəticəsi olaraq xin bu iddia ilə məhkəməyə müraciət etdiyini bildirmiş, eyni zamanda onunla bağlanmış 23 yanvar 2018-ci il tarixli mənzilin alqı-satqısı ilə bağlı müqaviləni və həmin tarixli maliyyə arayışını məhkəmə kollegiyasına təqdim etmişdir. Cavabdeh Ülvü Əlizadə məhkəmə iclaslarında şəxsən iştirak etməsə də, ape llyasiya şikayətində və nümayəndəsi Vəkil1 məhkəmə iclaslarında iddianı qəbul etməyərək, müqaviləni şəxsən, heç bir vasitəçi olmadan imzalandığını və mənzilin dəyərini ödəyərək maliyyə arayışı, müqavilə və maliyyə arayışının iddiaçı tərəfindən verilməsinin iddiaçının özü tərəfindən etiraf edildiyini, kassa mədaxil orderini MTK-dan tələb etməməsinin savadsızlığından irəli gəldiyini göstərmişdir. Şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində 2018-ci ilin əvvəlindən təqribən 3 ay ərzində İddiaçı-nın satış müdiri vəzifəsində işlədiyini, əsas işinin tikilmiş mənzillərə müştəri tapmaq olduğunu, orada işlədiyi vaxt ərzində MTK-nın direktoru xin şəriki Cavabdeh2 ilə tanış olduğunu, Əkbərin tikintinin iç işlərini gördüyünü, onun xlə hansı qaydada hesablaşma apardığından məlumatı olmadığını, Ülvi adlı şəxsi tanımadığını və ona hər hansı bir mənzilin satılmasından məlumatı olmadığını, bütün rəsmiləşmə işlərini xin özünün apardığını, xin imzası və möhürü ilə təsdiq olunmuş sənədləri icra etdiyini bildirmişdir. Digər şahid X1 verdiyi ifadəsində İddiaçı-da 2018-ci ilin əvvəlindən qısa müddət ərzində mühasib işlədiyini, həmin vaxt MTK-nın direktorunun X7, onun şərikinin isə Cavabdeh2 olduğunu bildiyini, vətəndaşlara layihə təqdim edildiyini, onlar bəyəndikləri mənzillərlə bağlı direktorun özü ilə müqavilə bağladıqlarını və mənzilin pulunu da direktora verdiklərini, mənzil alan adamları o cümlədən Ülvi adlı şəxsi tanımadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istər iddiaçının, istərsə də, cavabdehlərin izahatları, həmçinin şahid ifadələr i arasında olan uyğunsuzluqlar üzrə tam və hərtərəfli araşdırma aparmamış, Ülvi adlı şəxsin ümumiyyətlə bu işlərdən xəbəri olmaması, heç vaxt mənzil almaq üçün Zaqatala şəhərinə gəlməməsinə istinad etdiyi halda, İddiaçı ilə Cavabdeh3 arasında 27 mart 2018-ci il tarixdə müqavilədəki «sifarişçi» qrafasında olan imzanın sonuncuya məxsus olub-olmamasını və ya kim tərəfindən icra edilməsini aydınlaşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəf lərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünün iddiada bəyan etdiklərinə görə, Cavabdeh3 mənzil satılması barədə 27.03.2018-ci il tarixli “Tikinti haqqında fərdi müqavilə” və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı iddiaçı tərəfindən tərtib edilib. İddia tələbində iddiaçı həmin müqavilənin səlahiyyətsiz şəxs tərəfindən tərtib edilməsinə görə və ya tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyinə görə etibarsızlığını mübahisələndirmir. Əksinə həmin müqavilə üzrə pul ödənilməsi öhdəliyinin sifarişçi tərəfindən icra edilmədiyinə görə müqavilənin ləğvini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mənzilinin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderinin Ca vabdeh3 tərəfindən təqdim edilməməsinə görə mənzilin dəyərinin ödənilməməsi qənaətinə gəlməsi oxşar mübahisələr üzrə yaranmış məhkəmə təcrübəsinə ziddir. Əvvəla ona görə ki, bu kateqoriyadan olan işlərə baxılarkən maliyyə arayışı ödənişin həyata keçirilməsini təsdiqedən sənəd kimi qəbul edilir. İkincisi, nağd pul vəsaitlərinin qəbul edilməsi barədə ciddi hesabat sənədi olan kassa mədaxil orderinin vətəndaşa təqdim edilməsi İddiaçı-nın vəzifəsidir və mühasibatlığın aparılması qaydaları pozulmaqla müvafiq kassa mədaxil orderinin verilməməsi pul vəsaitini ödəyən şəxsin ziyanına şərh edilə bilməz. Üçüncüsü, İddiaçı-ya müqavilə üzrə müəyyən edilən məbləğ tam ödənilmədən maliyyə arayışının verilməsi barədə iddiaçının izahatı inandırıcı olmamaqla bərabər, iddiaçının istinad etdiyi şəxslərin şahid ifadələri ilə təsdiq edilmir, həmçinin Cavabdeh2 bir neçə mənzilin onun tərəfindən görülmüş işlərin dəyəri müqabilində verilməsi barədə izahatı ilə uzlaşmır. İddiaçı bu halı belə əsaslandırır ki, 01mart 2018-ci il tarixdə 05 nömrəli əmrə əsasən xəstəliyi ilə əlaqədar MTK-in direktoru vəzifəsini müvəqqəti, bir aylıq MTK-ın mühəndisi x2ə həvalə etməklə və ona hazır kompüterdə çap olunmuş Cavabdeh3 aid olan iddiaçı tərəfindən vaxtından əvvəl imzalanmış müqavilə və maliyyə arayışı vermiş, daha sonra baş mühasib və satış müdirinə göstəriş vermişdir ki, Cavabdeh3 mənzilin tam şəklində kassaya pul keçirdikdən sonra ona maliyyə arayışı təqdim olunsun. Lakin iddiaçı müalicədə olduğu vaxt satış müdiri müqaviləni və maliyyə arayışını vasitəçi olan Cavabdeh2 təqdim etmişlər. Cavabdeh2 isə izahatında isə ona 4 nəfər şəxsin, o cümlədən özünün, Müşviqin, Mirvarinin və hazırki iş üzrə cavabdeh olan Ülvinin adına mənzillərin alqı-satqısı ilə bağlı müqavilələr bağlanıldığını və hər bir mənzillə bağlı mənzilin dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilməsini «İddiaçı” MTK-nın direktoru X7 ilə Zaqatala şəhərində mənzil tikintisi işinə başladığını, 24 ədəd tikiləcək mənzilin 12 ədədinin ona verilməsi barədə razılığa gəlindiyini, heç bir rəsmiləşmə aparılmadığına baxmayaraq öz vəsaiti hesabına tikinti işlərinə başlamasını, tikintinin ilkin işləri görüldükdən sonra xlə rəsmi müqavilə bağlamaq istəməsinə baxmayaraq sonuncunun bundan imtina etdiyini, ona görə də, o da tikinti işlərini dayandırdığını, bütün bunların nəticəsi olaraq xin bu iddia ilə məhkəməyə müraciət etdiyini göstərm işdir. Şahidlər isə ifadələrində Ülvi adlı şəxsi tanımamaqlarına baxmayaraq MTK-nın direktoru xin şəriki Cavabdeh2 ilə tanış olduğunu, Əkbərin tikintinin iç işlərini görməsini, bütün rəsmiləşmə işlərini xin özünün apardığını, vətəndaşlara layihə təqdim edildiyini, onlar bəyəndikləri mənzillərlə bağlı direktorun özü ilə müqavilə bağladıqlarını və mənzilin pulunu da direktora verdiklərini göstərmişlər. Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə za manı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sü butların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilə və maliyyə arayışı ünvanlandığı tarixdə yəni 27.03.2018-ci il tarixdə icraçı direktor öz hesabına məzuniyyətdə olduğu halda müqavilə bağlamaq səlahiyyəti olmamasına dair nəticəsi də qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, 01.03.2018-ci il tarixdən 01.04.2018-ci il tarixədək icraçı direktor öz hesabına məzuniyyətdə olmasına dair əmr olsa da, iddiaçının özünün et iraf etdiyinə görə özü tərəfindən hazır kompüterdə çap olunmuş Cavabdeh3 aid olan iddiaçı tərəfindən vaxtından əvvəl imzalanmış müqavilə və maliyyə arayışı hazırlanmış və MTK-ın mühəndisi x2ə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçının vəzifəli şəxslərinin əmələrində bir sıra cinayət əməllərinin mövcud olmasına dair xüsusi qərardad qəbul edilməsinə baxmayaraq, həmin MTK-nın icraçı direktorun özünün rəsmi işdə olmadığı tarixdə hüquqmüəyyənedici müqaviləni və maliyyə arayışını imzalamasının, mübahisə yarandığı təqdirdə isə həmin haldan, yəni rəsmi işdə olmamasından sui-istifadə edərək imzaladığı müqavilənin ləğvinə dair tələb irəli sürməsinə hüquqi qiymət verilməmişdir. Kollegiya daha bir mühüm və diqqətəlayiq halı da qeyd etməyi zə ruri sayır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə aralarında olan razılaşmaya əsasən Cavabdeh2 gördüyü işlərin əvəzində heç bir əlavə pul ödənişi etmədən özünün və üç nəfər tanışının, o cümlədən Cavabdeh3 adına mənzilin alqı-satqısı ilə bağlı müqavilələr bağlaması, həmin mənzillərin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı əldə etməsi, həmin sənədləri əldə etdikdən sonra isə xlə Əkbərin aralarında olan şifahi razılaşma pozulması və xin hazırki iddia ilə məhkəməyə müraciət etməsini, X7 ilə Cavabdeh3 arasında heç bir alqı-satqı müqaviləsi bağlanmaması, sonuncu tərəfindən də alqı-satqı ilə bağlı mənzilin dəyəri olan pul ödənişi edilməməsini müəyyən etdiyi halda, X4 imzaladığı sifarişçi Cavabdeh2 ilə olan 23 yanvar 2018-ci il tarixli İddiaçı-ın Çoxmənzilli yaşayış binasın ın Tikinti haqqında fərdi müqaviləni, eləcə də, sonuncunun izahatında göstərdiyi digər Müşviqin, Mirvari adlı şəxslərin adına olan müqavilələrin qanuniliyini mübahisələndirməməsinə diqqət yetirilməmişdir. Belə ki, Cavabdeh2 izahatından göründüyü kimi, özünün Müşviqin, Mirvarinin və hazırki iş üzrə cavabdeh olan Ülvinin adına mənzillərin alqı-satqısı ilə bağlı müqavilələr onun təşəbbüsü ilə bağlanmış və bu və hər bir mənzillə bağlı mənzilin dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilsə də, faktiki olaraq bu müqavilələrə görə pul ödənilməmiş, mənzillərin əvəzinə tikinti işləri aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razı laşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, et ibarlıdır. - 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Bu baxımdan, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilədə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Hazırki işdə də iddiaçı Cavabdeh3 adına rəsmiləşdirilmiş 27.03.2018-ci il tarixdə bağlanmış müqavilənin və tarixli maliyyə arayışında əksini tapmış məlumatları mübahisələndirir və məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etsə də, iddiaçının buna dair mötəbər və tutarlı sübutlar təqdim etməməsinə düzgün hüquqi qiymət verməmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nətic ə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Həmçinin, kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Ko nstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılm alıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli 2(107)2481/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2224/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2224/2020
01.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver