Məhkəmə qərarları › İş №2(102)-2224/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2224/2022

05.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2224/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3501/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıl arı müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh ASC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hesablanmış borcun qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03725 ha torpaq sahəsi və onun üzərində olan 322,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən 13.586,30 manat məbləğində borcun hesablanmasının qanunsuz və əsassız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək qanunsuz hesablanmış 13.586,30 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsi və onun üzərindəki əmlak onun tərəfindən satın alındıqdan sonra, həmin sahə su ilə təmin edilməmiş, cavabdeh isə bu barədə malumatlı olmuşdur. Lakin sonradan məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə (və ya torpaq sahəsinə) sudan istfadəyə görə əvvəlki tarixlərə 13.586,30 manat məbləğində borc hesablanmışdır. Borc qanunsuz və heç bir əsas olmadan hesablanmışdır. Çünki, cavabdeh yalnız sayğac göstəricilərinə əsasən borc hesablaya bilər. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən əmlak yalnız su ilə təhciz edildiyi halda ona məxsus olan dövrdən sonrakı müddətə borc hesablana bilərdi. Sumqayıt Şəhər Məhkəməsinin ( bundan sonra – birinci instansiya məhkəməsi) 10 avqust 2020-ci il tarixli 2(060)-4374/2020 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddia tələbi təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,03725 ha torpaq sahəsi və onun üzərində olan 322,6 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinə əsassız hesablanmış 13.586,30 manat borcun abunə hesabından silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hesablanan borcun silinməsi ilə bağlı iddialara baxarkən əvvəlcə qeyd olunan borcun yaranma əsasları, həmin borcun hansı müddətləri əhatə etdiyi müəyyən edilməlidir. İşin hallarından göründüyü kimi, göstərilən qeyri-yaşayış sahəsinə su sayğacının hansı vaxtda quraşıdırılması, onun çıxarılması və çıxarılmasına səbəb olan hallar qeyrimüəyy ən olaraq qalır. Məhkəmə araşdırması zamanı verilən suallara cavab olaraq cavabdehin nümayəndəsi su sayğacının 2008-ci ildə quraşdırılması lakin quraşdırılma aktının olmadığını bildirmişdir. Həmçinin əməkdaş tərəfindən qurğuya baxış keçirildiyi zaman aktın tərtib edilib edilməməsi ilə bağlı cavabdeh təşkilat tərəfindən heç bir məlumat aşkarlanmadığı bildirildi. Həmçinin sözügedən baxışı həyata keçirən fakturalama qrupunun nəzarətçisinin səlahiyyətli olması ilə bağlı da iş əmri verilməli olmasına baxmayaraq, qeyd edilən iş əmri də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.3-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. Şərh olunan müddəadan göründüyü kimi, səlahiyyətli əməkdaşlar tərədindən qeyriəhali istehlakçılarının istismarında olan su qurğularına 6 ayda ən az bir dəfə olmaqla baxış keçirilməsi cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulmasına baxmayaraq, göstərilən müddətlərdə (2008-2020-ci illər ərzində) baxış keçirilməsi məhkəmədə öz təsdiqini tapmadı. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi su ölçən cihaza baxış keçirilməsi və sayğacın müəyyən edilməməsi, həmçinin hər ərazidə sudan istifadə edilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunsa da, cavabdehin nümayəndəsi tərəfindən heç bir sənəd (akt) təqdim edilməmişdir. O, cümlədən iddiaçı tərəfə heç bir aktın bir nüsxəsi verilməmişdir. Halbuki qanunun tələbinə görə texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. Göründüyü kimi cavabdeh tərəfindən borcun yaranma əsaslarını təsdiq edən heç bir sübut-akt məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 2.1.3-cü bəndi, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30cu maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 14.2, 77.1, 119, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev- sədrlik edən və məruzəçi, Gülnar Tağızadə, Lətifə Məmmədova) 22.12.2021-ci il tarixli, 2(105)-3501/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(060)-4374/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ha zırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Cavabdeh ASC (vəkili X1 oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi, kasasiya şikayətinin verilməsi üçün ödənilmiş 65.78 manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehin xeyrinə ödəni lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 23.05.2020-ci il tarixində “Sumqayıt Sukanal” İdarəsinin fakturalama qrupunun nəzarətçisi qeyri-yaşayış sahəsinə baxış keçirən zaman 11.12.2008-ci il tarixdə quraşdırılmış su sayğacının çıxardılaraq sudan istifadə edilməsi faktını aşkarlamışdır. Bundan sonra iddiaçıya hesabat verilməyən aylar üzrə normativ qaydada Qaydaların tələbinə əsasən borunun en kəsiyinə uyğun olaraq 2021-ci ilin aprel ayınadək sərfiyyat hesablanmışdır. Sayğac olmadan normativ qaydada aparılan hesabat nəticəsində iddiaçının cavabdehə 13586.30 manat borcu yaranmışdır. Məhkəmə prosesinin gedişatında iddiaçının həmin obyektin 26.09.2019-cu il tarixdən mülkiyyətçısınin olması müəyyən edilmiş və bunun əsasında borc üzrə dəq iqləşdirmə aparılaraq borc məbləği 3762 manata qədər azaldılmışdır. Hesabat 2020cilin may ayından başlayaraq 2021-ci ilin aprel ayınadək olan 11 ay üzrə d=20 mm-lik borunun en kəsiyinə əsasən Qaydaların 4 nömrəli cədvəlinə uyğun olaraq aparılmışdır. 1.14m3(d=20) x 5 saat x 30 gün =171m3 171m3 x 11 ay = 1881m3 1881m3 x 2 manat = 3762 manat Borcun azaldılması barədə hesabat cədvəli məhkəməyə təqdim edilmişdir. Qanunun və Qaydaların tələbindən göründüyü kimi sayğac olmayan qeyri-yaşayış sahəsində göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri hesablama yolu ilə müəyyən edilir. Buna baxmayaraq məhkəmə tərəfindən göstərilən normativ hüquqi aktların tələbləri nəzərə alınmadan, borc əsassız olaraq silinmişdir. Bununlada məhkəmə tərəfindən maddi hüquq normaları pozulmaqla qətnamə q əbul edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallard a məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. M addə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.4. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 417.2. Kasasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, işə mahiyyəti üzrə baxmış hər iki instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından aydın olur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası 26.09.2019-cu ildən İddiaçı mülkiyyətindədir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən də tələbini onunla əsaslandırmışdır ki, silinməsini tələb etdiyi borc onun qeyriyaşayış sahəsinə mülkiyyət hüququnu əldə etdiyi zamandan əvvəlki dövrə hesablanmış borcdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də həmin sahəyə 2008-ci ildən sayğac quraşdırılmasını, həmin zaman abonentin Ə.Behbudov olmasını bildirmiş, lakin sayğacın quraşdırılmasını təsdiq edən aktını, 2008-ci ildən sonra əraziyə baxış keçirilməsi barədə hər hansı digər sənədi məhkəməyə təqdim edə bilmədiklərini vurğulamışdır. Birinci instansiya məhkəməs i göstərilən qeyri-yaşayış sahəsinə su sayğacının hansı vaxtda quraşıdırılması, onun çıxarılması və çıxarılmasına səbəb olan halların qeyrimüəyyən olaraq qalmasını və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Yəni birinci instansiya məhkəməsi də borcun iddiaçının mülkiyyət hüququ əldə etdiyi zamandan əvvəldən yaranmasını qəbul edərək iddia tələbini təmin etmişdir. Çünki iddiaçının tələbinin əsasını mülkiyyət hüququnu əldə etdiyi zamandan əvvəlki tarixlərə olan borcunun silinməsi təşkil etmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası da birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq apelyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Lakin işə mahiyyəti üzrə baxmış aşağı instansiya məhkəmələrinin heç biri nəzərə almamışdır ki, silinməsi tələb edilən borc məbləği iddiaçının özünün də göstərdiklərinə əsasən onun mülkiyyət hüququnun əldə edildiyi zamandan əvvəlki tarixlərlə bağlıdır. Belə olan halda ilkin olaraq iddiaçının həmin borcun silinməsini tələb etməklə bağlı subyektiv hüququnun olub-olmaması araşdırılmalı və qiymət verilməli olduğu halda, heç bir instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və bu barədə hər hansı dəyərləndirmə aparmamışdır. Yuxarıda adıçəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun vurğulamış olduğu hüquqi mövqedən də aydın olduğu kimi, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Hazırki mübahisədən də görünür ki, iddiaçı özünün mülkiyyət hüququnun yaranmasından əvvəlki tarixə hesablanmış borcun silinməsini tələb etmək barədə hərəkətinə hüquqi ixtiyarı olmamışdır. Belə ki, hər bir şəxs yalnız öz hərəkət və ya hərəkətsizliyi ilə bağlı hüquq (ixtiyar) və vəzifə daşımaq qabiliyyətinə malik olur. Əgər şəxs hüquqi ixtiyara malik deyildirsə o, digər şəxslərdən də nəyisə tələb etmək hüququna malik olmur. Hüquqi ixtiyar olmadığı halda isə hər hansı hüququn pozuntusu meydana çıxmır ki, müdafiə hüququ yaranmış olsun. Göründüyü kimi, Plenum qərarında sadalanmış subyektiv hüququnun əsasını təşkil edən elementlərin heç biri hazırki iddiaçıya münasibətdə mövcud olmamışdır. Belə olan halda isə iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməzdi. Beləli klə, kasasiya yoxlaması nəticəsində müəyyən edilir ki, iddia tələbi təmin edilməklə maddi hüquq normasının tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, kasasiya kollegiyası kasasiya şikayətinin “ödənilmiş 65.78 manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehin xeyrinə tutulması” barədə xahişinə münasibətdə qeyd edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyin dən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməli, kasasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından (səh 110) isə görünür ki, cavabdeh tərəfindən 65.78 manat deyil, 65.38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də kasasiya şikayətinin verilməsi üçün ödənilmiş 65.38 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 418-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3501/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməsin. Cavabdeh ASC tərəfindən kasasiya şikayətinin verilməsi üçün ödənilmiş 65.38 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ASC-nin hesabına ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar