Məhkəmə qərarları › İş №2(102)-2229/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2229/2020

03.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2229/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X5 iştirakı ilə, iddiaçılar X6 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh 2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən Üçüncü şəxs İdarəsinə qarşı «vərəsəlik haqqında şəhadətnamələrin, vəsiyyətnamənin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 2(106)-3144/2019 saylı, 14 noyabr 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Qurbanov Tofiq Oğlan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-239/2019 saylı, 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hаkim M.A.İsayev) iddiaçılar X6 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh 2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən Üçüncü şəxs İdarəsinə qarşı «vərəsəlik haqqında şəhadətnamələrin, vəsiyyətnamənin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilərək, X2 adından miras əmlakın oğlu Cavabdeh1 vəsiyyət edilməsi barədə yazılmış 26 fevral 2003-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun əsasında Lənkəran rayon 1 say lı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 21 aprel 2018-ci il tarixli, 2V-274 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 21 aprel 2018-ci il tarixli 2V-275 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3144/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), T.X.Heydərov, F.N.Abbasov) Cavabdeh1 apelyasiya şikayəti təmin e dilməyərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-239/2019 saylı 07 iyun 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirlmədən saxlanılmışdır. İşin halları: İddiaçılar X19 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh 2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən Üçüncü şəxs İdarəsinə qarşı «vərəsəlik haqqında şəhadətnamələrin, vəsiyyətnamənin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına verilmiş 21 aprel 2018-ci il tarixli 2V-274 reyestr nömrəli və 21 aprel 2018-ci il tarixli 2V-275 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamələrin, 26 fevral 2003-cü il tarixli vəsiyyətnamənin və 08 may 2018-ci il tarixli ******* saylı çı xarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onların əmisidir. X1 08 may 1992-ci ildə anası X7 ilə rəsmi nikaha girməklə ailə qurmuş və yaşadıqları ünvan 1 ünvanına gəlin köçmüşdür. Birgə nikahlarından 1994-cü ildə Ramin və 1995-ci ildə İrfan adlı uşaqları olmuşdur. X30 Vaqif oğlu 20 oktyabr 2000-ci ildə vəfat etmişdir. Ataları vəfat etdikdən sonra hal-hazıra kimi anaları ilə birlikdə mərhum nənələri X8 məxsus evdə yaşayırlar. X18 nənələri ilə yaşadıqları müddətdən bu günə kimi qeyd edilən mənzilin təmirini və bütün xərclərini çəkmiş, əsaslı təmir işlərinə 2007-ci ildən başlamışdır. Nənələri vəfat edəndən sonra evin kommunal xərclərini anaları ödəməyə başlamış və kommunal xərclər anaları Rəksanənin adında n keçmişdir. Əmiləri olan Cavabdeh1 2002-ci ildən Rusiya Federasiyasına getmiş, nənələri vəfat edən vaxt gəlmiş və hüzurdən bir ay sonra yenə çıxıb getmişdir. Mərhum nənələrinin üç uşağı olmuş, onlardan Cavabdeh1 ailə qurmamış, X27 və qızı X9r. Cavabdeh1 2002-ci ildən mübahisəli mənzildə yaşamamış, qızı Kəmalə Abdullayeva ailə qurduqdan sonra 1997-ci ildən Rusiya Federasiyasına köçmüş, digər oğlu olan ataları 2000-ci ildə vəfat etmişdir. Mərhum nənələrinin yaşadığı mənzil 1994-cü ildə özəlləşdirilərək evə dair 2/1249 saylı qeydiyyat vəsiqəsi verilmiş və tam pay hüququ əldə etmişdir. Yaşadıqları müddət ərzində nənələrinə anaları Rəksanə baxmış və onun bütün işlərini, qulluğunu, lazımı digər ehtiyaclarını həll etmişdir. Lakin 2018-ci ilin iyun ayında əmiləri Rəhman Abdullayev evə gələrək onl arı evdən qovalayaraq bildirmişdir ki, ev onundur, daha onlar burada yaşaya bilməzlər. Həmin evdə onların böyüməsi və mərhum atasının həmin evdən onlara çatası paya onların vərəsəlik hüquqları olduğunu deyəndə, Rəhman bildirmişdir ki, evi vəsiyyətnamə ilə adına keçirmiş və onların bu evdə heç bir payı olmadığından çıxmalıdırlar. Bu söhbətdən sonra notariat kontoruna gedərək məsələni araşdıranda məlum olmuşdur ki, əmiləri Cavabdeh1 mərhum nənələrinin adından guya 2003-cü ildə yazılmış vəsiyyətnaməni notariat kontoruna təqdim edərək, tam pay hüququ ilə qeyd edilən mənzili adına rəsmiləşdirmişdir. Halbuki, nənəsi heç vaxt Cavabdeh1 vəsiyyətnamə verməzdi. Rəhman vəsiyyətnaməni saxta yolla əldə edərək, notarusa təqdim etmişdir. Eyni zamanda Lənkəran 1 saylı Notariat Kontoru qeyd edilən iş üzrə vərəsəlik işi açarkən mərhum nənələrinin vərəsələri barədə arayış tələb etmiş, həmin arayışlarda onların adları olmasına baxmayaraq, onları vərəsəlik işinə çağırmamış, mərhum nənələrindən qalmış əmlak 1/2 pay Cavabdeh1 və 1/2 pay digər vərəsə olan Kəmalə Abdullayevaya ayırmış, Kəmalə Abdullayeva da Rusiyadan ərizə göndərərək ona çatası paydan imtina etmişdir. Bununla da, notarius heç olmasa vərəsəlik qaydasında işə baxılarkən onları dəvət etməli idi. Lakin notariat kontoru qanunsuzluq edərək onları vərəsəliyə çağırmamışdır. Bundan əlavə vəsiyyətnamə ilə tanış olarkən məlum olmuşdur ki, həmin vəsiyyətnamə latın qrafikası ilə yazılmışdır. Nənələri yaşlı, savadsız adam olmuş, latın qrafikası ilə yazıb oxumağı ümumiyyətlə bilməmişdir. Bu da bir daha təsdiq edir ki, vəsiyyətnamə saxtadır. Bu sə bəbdən də hazırki iddia əizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Qurbanov Tofiq Oğlan oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları na, iddia müddətinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Lənkəran rayon 01 saylı Dövlət Notariat Kontoru məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən Üçüncü şəxs İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiy ası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçılar X6 və İddiaçı2 vəkili X5 izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 may 2009-cu il tarixli, AZ-İ № 359636 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 20 may 2009-cu il tarixdə ölmüşdür. İşdə olan Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 dekabr 2000-ci il tarixli, AZ-İ № 068173 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 20 oktyabr 2000-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Lənkəran şəhəri nikah evi tərəfindən verilmiş 19 fevral 1994-cü il tarixli, XVİİ-JQ № 312747 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 20 yanvar 1994-cü il tarixdə doğulmuşdur, atası X15r. İş materiallarında olan Lənkəran şəhər nikah evi tərəfindən verilmiş 14 iyun 1995-ci il tarixli, XİX-JQ № 275849 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 30 may 1995-ci il tarixdə doğulmuşd ur, atası X15r. İş materiallarına əlavə edilmiş Rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən 02 avqust 1994-cü il tarixdə verilmiş 2/1249 saylı Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, T.İsmayılov küçəsi 6/6 saylı yaşayış evi X3 mülkiyyətindədir. İş materiallarında olan Lənkəran rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 26 fevral 2003-cü il tarixdə təsdiq edilmiş 2v-15 reyestr nömrəli vəsiyyətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin vəsiyyətnamə aşağıdakı məzmunda təsdiq edilmişdir: «Mən Lənkəran şəhəri, T.İsmayılov küçəsi, 6/6 saylı evdə yaşayan X14 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verirəm: harada yerləşməsindən və nədən ibarət olmasından ölən gündə mənə məxsus olan bütün əmlakımı Cavabd eh1 vəsiyyət edirəm”. İşdə olan Lənkəran rayon 1 saylı Notariat Kontoru tərəfindən 21 aprel 2018-ci il tarixdə verilmiş 2v-274 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 26 fevral 2003cü il tarixli, 2v-15 nömrəli vəsiyyətnaməyə əsasən 20 may 2009-cu il tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh1 ünvan 2 ünvanındakı miras əmlakdan ½ hissədə pay almalıdır. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat kontoru tərəfindən 21 aprel 2018-ci il tarixdə verilmiş 2v-275 reystr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 20 may 2009-cu il tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh1 ünvan 2 ünvanındakı miras əmlakdan ½ hissədə pay almalıdır. İş material larına əlavə edilmiş Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın müvafiq qaydada təsiq olunmuş surətindən görünür ki, X. ünvanında yerləşən 6 saylı evin 6 saylı mənzili X13 adına 08 may 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Beyləqan rayon MİH-nin Mənzil İstismar Sahəsinin 21 fevral 2018-ci il tarixli və 15 may 2018-ci il tarixli 38 saylı arayışlarından görünür ki, X14 20 may 2009-cu il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri H.Əliyev (T.İsmayıov) prospekti ev 6 mənzil 6 olmuş və aşağıdakı ailə üzvüləri ilə birlikdə yaşamışdır: oğlu X23, oğlu X28-vəfat edib, gəlini X10, nəvəsi X21 və nəvəsi X22. İşdə olan Əli Bayramlı şəhər VVAQ şöbəsi tərəfindən 24 noyabr 1969-cu il tarixdə verilmiş AZ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 19 noyabr 1969-cu il tarixdə anadan olmuşdur, anası X11r. İş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 15 mart 2019-cu il tarixli 5109 saylı ekspert rəyindən aşağıdakılar müəyyən olunur; 1.1 Ekspertizaya təqdim olunmuş, X3 adından tərtib edilmiş 26 fevral 2003-cü il tarixli vəsiyyətnmamənin mətni ilə həmin vəsiyyətnamənin sonunda “imza» yazısı eyni şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim olunmuş, mülki işin 80-ci vərəqəsində olan X3 şəxsiyyət vəsiqəsi ilə bağlı Lənkəran ŞRPŞ-nın məlumat sistemindən çıxarışın kserosurətində fotoşəkilin altında əks olunan imza ilə X2 adından olan 26 fevral 2003-cü il tarixli vəsiyyətnamədə «imza» yazısı qarşısındakı imzalar(2 ədəd) eyni şəxs tərəfindən icra olunmuşdur. 1.3 Ekspertizaya təqdim olunmuş, X3 adından olan 26 fevral 2003-cü il tarixli vəsiyyətnmamənin sonundakı «imza» yazısı qarşısındakı imzalar (2 ədəd) və «Abdullayeva E.Q» yazıları, mülki işin 11-ci vərəqəsində olan Lənkəran Notariat Kontroruna ünvanladığı 10 oktyabr 2007-ci il tarixli ərizənin kserosurətində “Абдулова Есмира Губад гызы” yazılarında əks olunan imza, 158 nömrəli reystr jurnalının 1-2-ci vərəqələrində «X16» yazıları qarşısında «Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları» qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim olunmuş, X3 adından olan 26 fevral 2003-cü il tarixli vəsiyyətnmamənin mətni, həmin vəsiyyətnamədəki “imza» sözü və vəsiyyətnamənin sonundakı «Abdullayeva E.Q.» yazıları müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

3. Dövlət məhkəmə eksp ertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddəsinə əsasən bildirilir ki, 2(049)-4755/2018 nömrəli mülki işin 11-ci vərəqəsində olan X3 Lənkəran Notariat Kontoruna ünvanladığı 10 oktyabr 2007-ci il tarixli ərizənin kserosurətində “Абдулова Есмира Губад гызы” yazıları, 26 fevral 2003-cü il tarixli vəsiyyətnamədə yazılar, həmçinin ”Abdullayeva E.A” yazıları tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, həmin yazıları öz aralarında eyni və ya müxtəlif şəxslər tərəfindən icra olub-olunmaması haqqında rəy vermək mümkün deyildir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Lənkəran şəhəri, T.İsmayılov(hazırki H.Əliyev prospekti) küçəsində yerləşən 6/6 saylı fərdi yaşayış evi 1994-cü ildən miras qoyan X3 mülkiyyətində olmuş və onun 1963-cü il təvəllüdlü X20, 1964-cü il təvəllüdlü X17 və 1969-cu il təvəllüdlü Cavabdeh1 adlı 3 övladı anadan olmuşdur. X12 08 may 1992-ci ildə iddiaçıların anası X7 ilə ailə qurmuş və mübahisəli evdə yaşamışlar, həmin evdə 1994-cü ildə Ramin, 1995-ci ildə isə İrfan adlı uşaqları olmuşdur. Miras qoyanın qızı Kəmalə Abdullayeva ailə quraraq 1997-ci ildən Rusiya Federasiyasına köçmüşdür. Cavabdeh 2002-ci ildən Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. İddiaçıların atası olmaqla miras qoyanın oğlu Rüfət Abdullayev 2000-ci ildə, miras qoyan Esmirə Abdullayeva isə 2009-cu ildə ölmüşlər. Miras qoyan X16 26 fevral 2003-cü il tarixdə vəsiyyətnamə yazdıraraq ona məxsus harada yerləşməsində və nədən ibarət olmasından ölən gündə ona məxsus olan bütün əmlakını oğlu iş üzrə Cavabdeh1 vəs iyyət etmişdir. 21 aprel 2018-ci il tarixdə Cavabdeh1 həmin vəsiyyətnaməni Cavabdeh 2 təqdim edərək 2v-274 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən, 26 fevral 2003-cü il tarixli, 2v-15 nömrəli vəsiyyətnaməyə əsasən 20 may 2009-cu il tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh1 ünvan 6 ünvanındakı miras əmlakdan ½ hissədə, 21 aprel 2018-ci il tarixli 2v-275 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin miras əmlakdan ½ hissədə pay almışdır. Qeyd edilən şəhadətnamələr əsasında miras əmlaka dair adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən tam mülkiyyət hüququ barədə çıxarış almışdır. 2018-ci ilin i yun ayında cavabdeh iddiaçılara mübahisəli mənzili vəsiyyətnamə ilə adına keçirdiyini bildirərək mənzili tərk etmələrini tələb etmişdir. Bu söhbətdən sonra iddiaçılar Notariat Kontoruna gedərək məsələni araşdıraraq müəyyən etmişlər ki, cavabdeh iddiaçıların mərhum nənəsinin adından 2003-cü ildə yazılmış vəsiyyətnaməni Notariat Kontoruna təqdim edərək, qeyd edilən mənzili adına rəsmiləşdirmişdir. Məhz bu barədə məlumatı əldə edəndən sonra həmin vəsiyyətnamənin etibarsız saylması üçün məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. -1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasın da və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. -1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. -1180.1-ci maddəsinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. -1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. İş materiallarından görünür ki, notariat qaydasında təsdiq edilmiş 26 fevral 2003-cü il tarixli vəsiyyətnamə mirasqoyan X16 tərəfindən tərtib edilməmiş, vəsiyyətna mənin mətni vəsiyyət edənin sözlərindən notarius tərəfindən texniki vasitələrdən istifadə edilməklə tərtib olunmamış, şahidlərin yanında imzalanmamışdır. Bunu birinci instansiya məhkəməsi tərəfindən istənilərək mülki işin materiallarına əlavə edilmiş notariat işi təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. -1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. -1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi 21 fevral 2003-cü il tarixli vəsiyyətnamənin, 21 aprel 2018-ci il tarixli, 2V-274 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni, 21 aprel 2018-ci il tarixli, 2V-275 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməklə onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə iddia müddətinin əsassız olaraq tətbiq edilməməsi ilə əlaqədar dəilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıların mirasqoyanın ölümündən sonra onun adına vəsiyyətnam ə qoyduğunu bilmələrinə dair məhkəmələrə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2.-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçılar vəsiyyətnamənin mövcudluğundan yalnız cavabdeh tərəfindən mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2018-ci il tarixdə çıxarış alaraq onlardan evdən çıxmalarını tələb edən zaman xəbərdar olmuşlar və müəyyən araşdırmalar apardıqdan sonra 04 oktyabr 2018-ci ildə məhkəmədə iddia qaldırmışlar. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti üzrə iddia müddətini tətbiq etməməkdə də, haqlı o lmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və müddətin tətbiq edilməsinə dair işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3144/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar