Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2231/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3806/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassas iya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1,62 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdeh1 həmin torpaq sahəsini Cavabdeh3 və Bayramov Əbülfət Əziz oğlu arasında bağlanmış 07 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq 01 sentyabr 2015-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir.
3. İddiaçı Cavabdeh1 əridir.
4. İpoteka müqaviləsi bağlanarkən İddiaçı notarial qaydada təsdiq olunmuş 01 sentyabr 2015-ci il tarixli ərizə verərək, həyat yoldaşı Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1,62 ha torpaq sahəsinin Cavabdeh3-yə ipotekaya qoyulmasına etiraz etmədiyini göstərmişdir. Ərizə İddiaçı əvəzinə etibarnamə əsasında nümayəndəsi X1 tərəfindən imzalanmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3-nin iddiası qismən təmin edilmiş, Bayramov Əbülfət Əziz oğlundan kredit müqaviləsi üzrə borcun tutulması və tələbin bir sıra ipoteka predmetlərinə, o cümlədən Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1,62 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracda satılması, həmin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi və daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icra at
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 01 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh1 01 sentyabr 2015-ci il tarixdə bağladığı ipoteka müqaviləsindən iddiaçının xəbəri olmamış, o, bu barədə yalnız Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsini gördükdən sonra məlumat almışdır. Qanunvericiliyə əsasən ipoteka müqaviləsinin bağlanmasına ipoteka qoyanın həyat yoldaşı olaraq iddiaçının razılığı tələb olunmasına baxmayaraq, mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsinə dair notarial qaydad a təsdiq olunmuş razılıq ərizəsi olmamış, bununla mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur.
8. Quba Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(027)-870/2021 nömrəli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(027)-870/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddi anın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3806/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(027)-870/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanuni bağlanmış ipoteka müqaviləsinin etibarsızlığı üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan heç biri mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3806/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə prosessual hüquq normalarının pozulması ilə baxmış, iş üzrə xətşünaslıq ekspertizası keçirilməsinə dair vəsatəti təmin edilməmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Cavabdeh3 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, apelly asiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vic danlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlu matlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə ö z qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir.
24. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.
25. İddiaçı ipoteka müqaviləsini onun razılığı olmadan imzalanması əsası ilə mübahisələndirmişdir.
26. Halbuki, işin mübahisəsiz halına görə ipoteka müqaviləsi bağlanılarkən iddiaçının adından notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi verilmişdir.
27. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, həmin razılıq ərizəsində olan imzanın onun tərəfindən imzalanması məhkəmələr tərəfindən yoxlanılmamışdır.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsassız hesab edir.
29. Belə ki, razılıq ərizəsinin iddiaçı tərəfindən imzalanmasının yoxlanılması qeyrimümkündür. Yuxarıda qeyd olunduğu ki mi, həmin ərizə iddiaçı tərəfindən deyil, onun etibarnamə əsasında nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı isə nümayəndəyə verdiyi səlahiyyətləri hazırki iddia ilə mübahisələndirməmişdir.
30. Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
32. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3806/2021 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.