Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2231/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, yüklülükdən azad olunma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*7)-186/2*24 nömrəli iş üzrə 2* fevral 2*24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2*24-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qayd asında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh2 BOKT ASC ( bundan sonra – BOKT) arasında bağlanmış 3 sentyabr 2*15-ci il tarixli, **93/15 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi BOKT ilə ipoteka qoyan (iş üzrə iddiaçı) arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən *,3922 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.
2. Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2*17-ci il tarixli, 2(*33)-574/2*17 nömrəli qətnaməsi ilə İddiaçı cəmi 6531,15 ABŞ dolları məbləğində kredit borcunun tutulub Finex Kredit BOKT ASC-nə ödənilməsi, həmin kredit borcunun İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayo nu Aşağı Tala kəndində yerləşən *,3922 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 8.*** manat müəyyən edilməsi qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2*18-ci il tarixli, 2(1*7)-128/2*18 saylı qətnaməsi ilə İddiaçı Murtuz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2*17-ci il tarixli qətnaməsi ipoteka predmeti olan torpaq sahəsinin hərracda ilk satış qiymətinin 8.*** manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən *,3922 ha torpaq sahəsinin ilkin satış qiyməti 35.*** manat müəyyən edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2*18-ci il tarixli, 2(1*7)-128/2*18 saylı qətnaməsi 9 may 2*18-ci il tarixdə icraya yönəldilmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin icra sənədi üzrə 15 may 2*18-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
5. Həmin Şöbə tərəfindən “X1” MMC-yə ünvanlanmış 12.*9.2*18-ci il tarixli məktubdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən *,3922 ha torpaq sahəsinin ilk qiyməti 35.*** manat olmaqla satışının təşkil edilməsi xahiş olunmuşdur. 6. “X1” MMC-nin 12 dekabr 2*18-ci il tarixli, 167/1 saylı “Hərrac təşkilatının hərracın yekunları barədə protokolundan” görünür ki, Şəki Apellyasiya Məhkəməsinin *9 may 2*18-ci il tarixli icra vərəqəsinin və Zaqatala rayon i cra və probasiya şöbəsinin 12 sentyabr 2*18-ci il tarixli məktubunun icrasına əsasən ipoteka predmeti İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən *,3922 ha torpaq üzrə hərrac təşkil olunmuşdur. İlkin hərrac qiyməti 35.*** manat olan həmin torpaq sahəsi “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiymətə, yəni 22.312,5* manata Cavabdeh2 BOKT ASC əldə etmişdir. 7. “X1” MMC ilə alıcı Cavabdeh2 BOKT ASC arasında 12 dekabr 2*18-ci il tarixdə bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, hərracın nəticələri barədə yekun protokola əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən *,3922 ha torpaq sahəsi hərracın təşkilatçısı “X1” MMC tərəfindən 22.312,5* manata tələbkar alıcı Cavabdeh2 BOKT ASC-yə satılmışdır.
8. Reyestr xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin *9 yanvar 2*23-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən *,39 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi 3622*13946 qeydiyyat nömrəsi ilə 25 avqust 2*22-ci il tarixində mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT ASC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2 BOKT ASC (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın yekunları barədə 167/1 saylı, 12.12.2*18-ci il tarixli protokolun və bununla əlaqədar satıcı “X1” MMC və Cavabdeh2 BOKT ASC tərəfindən imzalanmış 12.12.2*18-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu sənədlər əsasında Reyestr Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat və çıxarışın ləğv edilməsi, tərəflər arasında bağlanmış *3.*9.2*15-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin xeyrinə yüklü edilmiş, ona məxsus *,39 ha torpaq sahəsi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə girov olaraq qoyduğu *,39 ha torpaq sahəsi 12.12.2*18-ci il tarixdə hərraca çıxarılaraq kredit təşkilatının balansına keçirilmişdir. Onun hərracdan və əmlakın alınmasından xəbəri olmamışdır. Bundan başqa kredit təşkilatı əmlakı 22.312 manata alıbsa demək borc bağlanmalı, artıq vəsait ipoteka qoyana qaytarılmalıdır. Burada isə tam əksinə olaraq 14.*6.2*22ci ilə kimi kredit təşkilatı faizlər hesablamaqla ondan ağıla sığmaz məbləğlər tələb etmişdir. Bununla da cavabdehlər tərəfindən Konstitusiya ilə qorunan hüquqlarının kobud şəkildə pozulması açıq aşkar görünür. Araşdırma apararkən məlum olmuşdur ki, 12.*9.2*18-ci il tarixli məhkəmə qətnaməsi Zaqatala rayon icra və probasiya şöbəsi tərəfindən icraya yönəldilərək “X1” MMC-yə torpağın hərrac vasitəsilə satılmasına dair məktub ünvanlanmışdır. Hərrac təşkilatı 12.12.2*18-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı protokol tərtib etmiş və həmin tarixdə də cavabdehlə əmlakın alğı-satqısı barədə müqavilə imzalamışlar. Lakin keçirilən bütün hərrac prosedurları qanun poz untuları ilə müşayiət olunmuşdur. Belə ki, ipoteka qoyan olaraq ona hərracla bağlı heç bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Hərrac təşkilatının “Kaspi” qəzetində verdiyi elan isə Zaqatala rayon sakinlərinin, o cümlədən onun hərracdan xəbərdar olmasını imkansız etmişdir. İpoteka haqqında qanunun 43cü maddəsinin tələbləri tamamilə pozulmuş, hərracı udmuş cavabdeh alış qiymətini qanunla müəyyən olunmuş müddətdə ödəməmişdir. Digər tərəfdən 43-cü maddəyə görə ipotekaya saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Ona görə də ipotekaya xitam verilməli və torpaq sahəsi yüklülükdən azad olunmalıdır.
11. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(*33)-17*/2*23 nöm rəli iş üzrə qəbul etdiyi 25 sentyabr 2*23-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia qismən təmin edilərək, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən *,3922 ha torpaq sahəsi ilə bağlı hərrac təşkilatçısı, cavabdeh “X1” MMC ilə alıcı Cavabdeh2 BOKT ASC arasında imzalanmış hərracın yekunları barədə 167/1 saylı, 12.12.2*18-ci il tarixli protokol və bununla əlaqədar satıcı “X1” MMC ilə alıcı Cavabdeh2 BOKT ASC arasında imzalanmış 12.12.2*18-ci il tarixli hərracın yekunları haqqında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu sənədlər əsasında Reyestr xidmətində reyestrində 25 avqust 2*22-ci il tarixində mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və çıxarışın ləğv edilməsi, iddia tələbinin tərəflər arasında bağlanmış *3.*9.2*15-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 BOKT ASC-nin xeyrinə yüklü edilmiş, iddiaçıya məxsus *,3922 ha torpaq sahəsi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi hissəsində təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək qənaətini onunla əsaslandırmışdır ki, iddiaçıya hərracın keçirilməsi barədə bildirişlər göndərilməmişdir. Kimliyi bəlli olmayan şəxsin bildirişləri qəbul etdiyinə dair xəbərnamələri imzalanması isə bildirişlərin iddiaçıya göndərilməsi olaraq dəyərləndirilə bilməz.Bundan başqa, qanunun tələbinə görə hərracın təşkilatçısı hər hərrac üzrə onun keçirilməsinə dair iki dəfə elan dərc etməli, eləcə də ipoteka saxlayana və ipoteka qoyan a bildiriş göndərməlidir.Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 3* təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın təşkilatçısı isə hər hərrac üzrə yalnız bir elan və bildiriş göndərmişdir. Eyni zamanda elanın verilməsi və bildirişin göndərilməsi hərracın keçirilməsinə ən geci 3* təqvim günü qalmış edilməli olsa da, 19 noyabr 2*18-ci il tarixli hərracın keçirilməsinə dair elanın verilməsi və bildirişin göndərilməsi üzrə hərəkətlər 2 noyabr 2*18-ci il tarixdə hərracın keçirilməsinə 17 gün qalmış edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəfin dəlillərinin əksinə olaraq, Zaqatala rayon İcra və probasiya şöbəsinin könüllü icra üçün iddiaçıya 1* gün müddət verməsi bu barədə ona bildiriş ünvanlaması, hərracın təşkilatçısı olan “X1” MMC-nin torpaq sahəsinin acıq hərrac vasitəsilə satılacağına dair iddiaçını məlumatlandırmaq öhdəliyindən azad etməmiş və o, istənilən halda iddiaçını məlumatlandırmağa borclu olmuşdur. İddiaçıya hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsi nəticəsində, onun hərracın nəticələri üzrə mübahisəli protokol imzalananadək, yəni onun Cavabdeh2 BOKT ASC tərəfindən əldə olunmasına qədər Cavabdeh2 BOKT ASC-nin əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququ pozulmuşdur. Bundan başqa, Cavabdeh2 BOKT ASC ipoteka saxlayan olaraq yalnız tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olmasına baxmayaraq, alış qiymətinin tələbinin məbləği həcmindən artıq hissəsini 12 dekabr 2*18-ci il tarixli, 167/1 saylı “Hərrac təşkilatının hərracın yekunları barədə protokolu”nun tərtib olunduğu və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin bağlandığı vaxtdan uzun müddət sonra 2*22-ci ilin sentyabr ayında ödəmişdir. İddiaçı bunun mübahisəli protokolun sonradan əvvəlki tarixə tərtib olunması ilə əsaslandırsa da, bu barədə sübut təqdim etməmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. İddiaçıya restrukturizasiya və kompensasiya ilə bağlı 2*19-cu ilin fevral ayında sərəncam verilmişdir. Cavabdeh BOKT ASC-nin nümayəndəsi iddiaçıya restrukturizasiya və kompensasiya ilə bağlı sərəncamın səhv olması əsası ilə iddiaya etirazetmişdir. Məhkəmə cavabdehin bu barədə bildirdikləri üzrə onu qeyd etmişdir ki, həmin hərəkətlərin səhvən qaynaqlanıbqaynaqlanmamasından asılı olmayaraq edilməsi, iddiaçıda əmlakının hərracdan satılmadığı fikrini formalaşdırması şübhəsizdir. Məhkəmə iddiaçıya hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsini, ona restrukturizasiya və kompensasiya ilə bağlı 2*19-cu ilin fevral ayında sərəncam verilməsi, alış qiymətinin tələbin məbləği həcmindən artıq hissəsinin 2*22-ci ilin sentyabr ayında ödənilməsini, torpaq sahəsinin BOKT ASC-in hər hansı tələbi və etiraz olmadan iddiaçının sahibliyində qalmaqda davam etməsini, vergilərinin onun tərəfindən ödənilməsini nəzərə alaraq, hərracın keçirilməsinin ona Mərkəzi Bankın verdiyi cavabdan bəlli olduğuna dair iddiaçının bildirdiklərini işin hallarına uyğun saymış və iddia müddətinin iddiaçı tərəfindən keçirilmədiyi nəticəsinə gəlmişdir. Cavabdeh2 BOKT ASC iddiaçının torpağın satışından əldə edilmiş pul vəsaitinin tələbin ödənilməsindən artıq qalan hissəsini qəbul etməsi, ona ödənilməli olan kompensasiyanın isə cəmi 1641 USD təşkil edə biləcəyi əsası ilə iddiaya etiraz etmişdir. İddiaçı cavabdehin bu dəlili üzrə onu qeyd etmişdir ki, 2*22-ci ilin sentyabr ayında ödənilən vəsaitin təyinatı ona bəlli olmadığından, eləcə də Cavabdeh2 ASC ona restrukturizasiya və kompensasiya ilə bağlı 2*19-cu ilin fevral ayında sərəncam verdiyindən, 2*22-ci ilin iyul ayına qədər borcun qaytarılması tələbi ilə bağlı müxtəlif əsası olmayan rəqəmlər təqdim etdiyindən hər hansı hərracın keçirilə biləcəyini ümumiyyətlə ağlına belə gətirməmiş, həmin vəsaitin Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında dollarla götürdüyü kre ditə görə ödənilən kompensasiya olduğunu düşünmüş, bu barədə ona yalnız pulu qəbul etdikdən sonra, Mərkəzi Bankın verdiyi cavabdan bəlli olmuşdur. Məhkəmə ödənilmiş pul vəsaitinin təyinatı barədə iddiaçıya məlumat verilmədiyini, eyni zamanda iddiaçının kompensasiyanın miqdarının müəyyən edilməsində xüsusi biliyinin olmadığını nəzərə alaraq, iddiaçının pul vəsaitini qəbul edərkən onun təyinatından xəbərsiz olmasına dair bildirdiklərini işin hallarına uyğun saymışdır. Məhkəmə, onu da qeyd etmişdir ki, ipoteka predmetinin hərracı qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyinə görə hüquqi nəticələrlə, o cümlədən BOKT ASC-nin torpaq sahəsini təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə əldə etməməsi və ya dəyərini ödəməməsi halında ipotekaya xitam veril məsi üçün əsaslar yaranmamışdır.
14. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “İpoteka haqqında” Qanunun 42.1, 42.6, 43.1, 43.2, 43.3, 43.5, 43.8-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 416.1, 416.2, 337.1, 337.2, 337.4, 337.5-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1, 76.2, 88, 89, 1*6.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tərəflər arasında bağlanmış *3.*9.2*15-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 BOKT ASC-nin xeyrinə yüklü edilmiş, iddiaçıya məxsus torpaq sahəsi üzrə ipotekaya xitam verilməsi və ipoteka p redmetinin ipoteka yüklülükdən azad edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 8 sentyabr 2*22-ci il tarixdə İddiaçı ünvanlanmış məktubundan görünür ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən iddiaçının xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə cəmi 2798,39 manat (1646,11 ABŞ dolları) məbləğində kompensasiya hesablanmışdır. Kredit təşkilatı tərəfindən təqdim edilmiş məlumata əsasən həmin kompensasiya məbləği və artıq ödənilmiş 96,37 manat məbləğindəki vəsait *1.*9.2*22-ci il tarixində İddiaçı "x xxx" ASC-də olan hesabına geri qaytarılmışdır. Kredit təşkilatı ilə aralarında rəsmiləşdirilmiş kredit müqaviləsindən irəli gələn öhdəliklər tam yerinə yetirilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edilmiş və Şəki Apelyasiya Məhkəməsinin 22.*2.2*18- ci il tarixli, 2(1*7)-128/2*18 saylı qətnaməsi üzrə məcburi icra tədbirləri həyata keçirilmişdir. Sözügedən kreditin təminatı qismində çıxış edən daşınmaz əmlak 22.312,5 manat məbləğində kredit təşkilatının balansına alınmışdır. Qalıq borc əmlakın satışından əldə olunan vəsait hesabına tam həcmdə bağlanmış və yerdə qalan 8471,11 manat 18.*8.2*22- ci il tarixində İddiaçı bankda olan hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Problemli kreditlərin kompensasiya vərəqindən görünür ki, İddiaçı 2812,75 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. Fərmanın icrası onu göstərir ki, “İpoteka haqqında Azərbaycan Respublikası” Qanununun 48.1-ci maddəsinin tətbiq edilməsinə hüquqi əsas yaratmışdır. Göründüyü kimi cavabdeh BOKT nəinki hərracların keçirilməsi ilə bağlı qanunları pozmaqla torpağı əldə edib, eyni zamanda Fərmanının tələblərini icra etməmişdir. BOKT ipoteka predmetini “Problemli kreditlərin kompensasiya” ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28.*2.2*19-cu il tarixli sərəncamının icrasından sonra balansına götürmüşdür. Həmin tarixdə isə artıq əsas öhdəlik üzrə borc olmadığından ipotekaya xitam verilməli idi. Bundan başqa BOKT “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. BOKT 3 il 8 ay sonra ipoteka predmetini əldə etmişdir.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2*.*2.2*24-cü il tarixli, 2(1*7)-186/2*24 saylı qətnaməsi ilə (hakimlər G.Cavadova (məruzəçi), E.Hüseynov və V.Məlikov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, e-2(*33)-17*/2*23 saylı qətnaməsi apellyasiya baxışının predmetinə aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb qeyd etmişdir ki,iddiaçının kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxsləri n problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2*19-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanının (bundan sonra Fərman) təsir dairəsinə düşdüyünə görə ona müvafiq kompensasiya ödənildiyini, bununla da onun BOKT-un qarşısında olan kredit öhdəliyinə xitam verildiyi, kredit öhdəliyinə xitam verilməsi ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, sözügedən kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsi və bununla bağlı iddiaçıya kompensasiyanın ödənilməsi onu deməyə əsas vermir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyinə xitam verilmişdir. Belə ki, Fərmanda, onun qəbul edilməsində məqsədin baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər mə sələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin BOKT “İpoteka haqqında” Qanununun 43.8-ci maddəsinin tələbininin pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, 43.8-ci maddədə göstərilən 3* günlük müddət məsələsi həll edilmir, çünki hərracın nəticələri etibarsız sayılıb və ilkin vəziyyət bərpa olunub. Bu halda ipoteka predmetinin 3 il 8 ay sonra əldə edilməsi məsələsi artıq aktual deyil. İpotekanın xitam verilməsi üçün isə 48.1-ci maddədə göstərilən şərtlərdən biri yerinə yetirilməlidir.
20. Məhkəmə rayon məhkəməsinin qətnaməsini nəzərə alaraq apellyasiya şikayətinin bu hissəsini təmin etməyib. Yəni, 43.8-ci maddənin pozuntusu kimi təqdim olunan dəlil qüvvədən düşmüş hesab olunur, çünki ilkin vəziyyət bərpa edilib və hərr ac nəticələri etibarsız sayılıb.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 48-ci bəndinə, MPM-nin 14.2, 77.1, 88, 217.1, 384.*.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tərəflər arasında bağlanmış *3.*9.2*15-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 BOKT ASC-nin xeyrinə yüklü edilmiş, iddiaçıya məxsus *.3922 ha torpaq sahəsi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülükdən azad edilməsi hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş e tmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Mərkəzi Bankın *8.*9.2*22-ci il tarixdə iddiaçıya ünvanlanmış məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən iddiaçının xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə cəmi 2798,39 manat (1646,11 ABŞ dolları) məbləğində kompensasiya hesablanmışdır. Kredit təşkilatı tərəfindən təqdim edilmiş məlumata əsasən həmin kompensasiya məbləği və artıq ödənilmiş 96,37 manat məbləğindəki vəsait *1.*9.2*22-ci il tarixində İddiaçı "xxxx" ASC-də olan hesabına geri qaytarılmışdır. Kredit təşkilatı ilə aralarında rəsmiləşdirilmiş k redit müqaviləsindən irəli gələn öhdəliklər tam yerinə yetirilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 22.*2.2*18-ci il tarixli qətnaməsi üzrə məcburi icra tədbirləri həyata keçirilmişdir. Sözügedən kreditin təminatı qismində çıxış edən daşınmaz əmlak 22.312,5 manat məbləğində kredit təşkilatının balansına alınmışdır. Qalıq borc əmlakın satışından əldə olunan vəsait hesabına tam həcmdə bağlanmış və yerdə qalan 8471,11 manat 18.*8.2*22-ci il tarixdə İddiaçı bankda olan hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiya vərəqindən görünür ki, İddiaçı 2812,75 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. Fərmanın icrası onu göstərir ki, “İpoteka haqqında Azərbaycan Respublikası” Qanununun 48.1-ci m addəsinin tətbiq edilməsinə hüquqi əsas yaratmışdır. Göründüyü kimi cavabdeh BOKT nəinki hərracların keçirilməsi ilə bağlı qanunları pozmaqla torpağı əldə edib, eyni zamanda Fərmanının tələblərini icra etməmişdir. BOKT ipoteka predmetini “Problemli kreditlərin kompensasiya” ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28.*2.2*19-cu il tarixli sərəncamının icrasından sonra balansına götürmüşdür. Həmin tarixdə isə artıq əsas öhdəlik üzrə borc olmadığından ipotekaya xitam verilməli idi. Bundan başqa BOKT “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. BOKT 3 il 8 ay sonra ipotek a predmetini əldə etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
27. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənas üb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 48.1.2. Tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqdaipotekaya xitam verilir.
29. Maddə 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya ba xışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsin in hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, işə əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı Zaqatala rayon İcra və probasiya şöbəsinin 12 sentyabr 2*18-ci il tarixli sifarişinə əsasən “X1” MMC tərəfindən mübahisə predmeti olan ipoteka predmetinin hərracdan satılması proseduruna başlanılmış, ipoteka predmetinin ilkin satış qiyməti 35.*** manat olmaqla 25 oktyabr 2*18-ci il tarixdə ilk hərrac keçirilmiş, lakin hərrac baş tutmamışdır. Bu səbəbdən də ipoteka predmetinin ilkin satış qiyməti 29.75* manat müəyyən edilməklə 19 noyabr 2*18-ci il tarixə təkrar hərrac təyin edilmiş, təkrar hərrac da baş tutmamışdır. Təkrar hərrac da baş tutmadığından 12 dekabr 2*18-ci il tarixdə hərrac təşkilatı və ipoteka saxlayan (BOKT) 167/1 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmas ına dair protokol və “Hərracın yekunları üzrəəmlakın alqı-satqısı barədə” müqavilə imzalamışlar və BOKT ipoteka predmeti olan torpaq sahəsini 22.312,5* manata əldə etmişdir. Sözügedən daşınmaz əşya 25 avqust 2*22-ci il tarixdə dövlət reyestrində mülkiyyət hüququ ilə BOKT-un adına qeydə alınmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən kredit müqaviləsi üzrə kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2*19-cu il tarixli, 551 saylı fərmanının təsiri altına düşməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, sözügedən fərmanın qəbul edilməsində məqsəd baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditlər üzrə onların üzləşdiyi maliyyə itkisini qa rşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Restrukturizasiyanın özü əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Bu məqsədlə Fərmanın ayrıayrı bəndlərində qeyd olunmuşdur ki, ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir (Fərmanın 2-ci bəndi). Fərmanla banklara həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablan mış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlərin görülməsi tövsiyə olunmuşdur (Fərmanın 3.2, 6.3-cü bəndləri).
41. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi üçün ipotekaya xitam verilməsinə dair iddiaçının dəlilini araşdıraraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 48.1-ci bəndində ipotekaya xitam verilməsinin əsasları kimi ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin m əhv olması; habelə bu Qanunla nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur.
42. Göründüyü kimi hazırki işdə qeyd olunan normanın dispozitiv şərtlərinə uyğun gələn hallar müəyyən olunmur və iddia tələbinin mübahisələndirilən hissədə təmin edilməsi üçün əsaslar yoxdur.
43. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2* fevral 2*24-cü il tarixli, 2(1*7)-186/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.