Məhkəmə qərarları › İş №2(102)-2234/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2234/2019

03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2234/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 03 aprel 2019-cu il iş № 2(102)-2234/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili PS, 3-cü şəxsin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə, (sədrlik edən hakim A.Mirzəzadə, 2(004)-5696/2017 saylı)Bakı şəhəri, ÜNVANndə inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 102,4 kv. metrdən ibarət olan 3 otaqlı mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin “X38” MMC-yə həvalə edilməsi və həmin mənzilə iddiaçı tərəfindən sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və mənzilin Cavabdeh-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakimlər İ.Şirinov, T.Səmədov və E.Kazımov, iş No 2(103)-3152/2018 saylı mülki iş) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 t ərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5696/17 saylı 03 noyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC ilə 27 iyul 2010-cu il tarixində bağladığı müqavilədən imtina etməklə, həmin müqavilə üzrə mənzilə görə ödədiyi məbləğin ona dəymiş ziyanla birlikdə cavabdehdən alınması və ya həmin müqavilə üzrə öhdəliyinin icra edilməsi, yəni müqavilədə nəzərdə tutulmuş ölçülər daxilində ona başqa mənzilin verilməsi tələbinə dair "xxxx" MMC-yə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci il tar ixli qərarı ilə (sədrlik edən hakimlər A.Kalbalıyev, V.İbayev və Ə.Əliyev, 2(102)-5432/18 saylı mülki iş) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən, məruzəçi), İ.Xəlilov və İ.Kərimli, 2(103)-11260/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5696/2017 saylı 03 noyabr 2017cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh “X38” MMC-yə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilərək müqavilədə nəzərdə tutulmuş mənzilin faktiki sahiblik və istifadəyə verilməsi” tələb inə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilən Bakı şəhəri, ÜNVAN 1-də yerləşən hündürmərtəbəli binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 102,4 kv.m. olan 3 otaqlı mənzili aralarında bağlanmış müqaviləyə əsasən onun sahibliyinə və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, eləcə də mənzildə təmir işlərinə başlanmasına şərait yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin mənzildə sahiblik hüququnun həyata keçirilməsinə cavabdeh və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və evinin cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılm ışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili PS kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh mə hkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mənzilə sahiblik və istifadə hüququ əldə etdikdən sonra 08.09.2010-cu il tarixli müqavilə əsasında “X38” MMC ÜNVANndə inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 102.4 kv.metrdən ibarət olan 3 otaqlı 19 saylı mənzili 51200 ABŞ dolları müqabilində X6 verməyi öhdəsinə götürmüş, həmin tarixdə X6 mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmiş, onun “X38” MMC-yə borcunun olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən İddiaçı və “X38” MMC arasında mübahisəli mənzilə dair bağlanmış 27.07.2010-cu il tarixli müqaviləyə əsaslanaraq belə qənaətə gəlmişdir ki, mənzil İddiaçı verilmişdir. Ona görə də, “X38” MMC öz mülkiyyətində olmayan mənzilin alqı-satqısı ilə bağlı 08.09.2010-cu il tarixdə X13 ilə müqavilə b ağlaya bilməzdi. Beləliklə, İddiaçı mənzili daha öncə əldə etdiyindən onunla bağlanmış müqavilə etibarlıdır. Məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425.1 və 452.1-ci maddələrini tətbiq etməklə iddianı qismən təmin etmişdir. Apellyasiya Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, 15 dekabr 2009-cu il tarixli 180 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, ÜNVAN 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 102,4 kv.m. olan 19 saylı 3 otaqlı mənzili X2 verməyi, o, isə həmin mənzilin dəyəri kimi 40960 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin müvafıq maliyyə arayışından görünür ki, Ə.İbrahimov tərəfindən mənzilin dəyəri MMC-yə tam ödənilmişdir. X3 tərəfindən cavabdeh şirkətə ünvanlanmış 08.09.2010-cu il tarixli ərizədən görünür ki, o, ona məxsus Bakı şəhəri, ÜNVAN 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 102,4 kv.m. olan 19 saylı 3 otaqlı mənzilin X4 adına rəsmiləşdirilməsini xahiş etmişdir. 27 iyul 2010-cu il tarixli 184 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, ÜNVAN 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 102,4 kv.m. olan 3 otaqlı mənzili İddiaçı verməyi, o, isə həmin mənzilin dəyəri kimi 61440 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin müvafıq maliyyə arayışına əsasən İ ddiaçı tərəfındən mənzilin dəyəri MMC-yə tam ödənilmişdir. 08 sentyabr 2010-cu il tarixli 185 saylı müqavilə ilə "xxxx" MMC Bakı şəhəri, ÜNVAN 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 102,4 kv.m. olan 3 otaqlı mənzili X6 verməyi, o, isə həmin mənzilin dəyəri kimi 51200 ABŞ dolları MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 01 iyun 2013-cü il tarixli 19 saylı müqaviləyə əsasən isə "xxxx" MMC Bakı şəhəri, ÜNVAN 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 102,4 kv.m. olan 3 otaqlı mənzili X18 verməyi, o isə həmin mənzilin dəyəri kimi 40000 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin müvafıq maliyyə arayışına əsasən AƏ tərəfindən mənzilin dəyəri MMC-yə tam ödənilmişdir və onun heç bir borcu yoxdur. X13 tərəfindən cavabdeh şirkətə yazılmış ərizədən görünü r ki, o, şirkətə müqavilənin əslini təqdim edərək, onunla şirkət arasında mübahisəli mənzilə dair bağlanmış müqaviləyə xitam verilməsini və mənzilə dair rəsmiləşmənin X19 adına aparılmasını xahiş etmişdir. 27 saylı notariat kontoru tərəfındən təsdiq edilmiş digər ərizədən görünür ki, X5 həyat yoldaşı X10 cavabdeh şirkətə müraciət edərək, X6 məxsus Bakı şəhəri, ÜNVAN 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 102,4 kv.m. olan 19 saylı 3 otaqlı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, cavabdeh tərəfindən verilmiş arayışlardan görünür ki, Bakı şəhəri, ÜNVAN 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 102,4 kv.m. olan 19 saylı 3 otaqlı mənzilə dair 15.12.2009-cu il tarixdə X3 ilə 180 saylı müqavilə bağlanmış, sonradan 08.09.2010-cu il tarixin də həmin mənzil onun razılığı əsasında X4 adına rəsmiləşdirilmiş, mənzil hazırda X24 məxsusdur və ona mənzildə təmir aparmağa icazə verilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı oğlunun mənzili daha öncə əldə etməsinə əsaslanmış və nəticədə iddianın təmin olunması qənaətinə gəlmişdir. Halbuki yuxarıda qeyd olunanlardan müəyyən olunduğu kimi, mübahisəli mənzilə dair ilkin olaraq "xxxx" MMC ilə X3 arasında 15 dekabr 2009-cu il tarixində müqavilə bağlanmış, bundan sonra onun istəyi və razılığı ilə həmin mənzilə dair müqavilə 08 sentyabr 2010-cu il tarixində X14 ilə bağlanmış, daha sonra isə 01 iyun 2013-cü il tarixində onun istəyi və razılığı ilə (həyat yoldaşının razılığı da alınmaqla) mənzilə dair X29 ilə müqavilə bağlanaraq, mənzil ona təhvil verilmişdir. Bununla da müəyyən olunmuşdur ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 mübahisəli mənzili X14 vasitəsilə ilkin alan şəxsdən-X1 almış, mübahisəli mənzilə dair cavabdeh şirkətlə mənzili ilkin alan şəxs X3 arasında 15.12.2009-cu il tarixli müqavilə qüvvədə ola-ola və bunu bilə-bilə cavabdeh "xxxx" MMC həmin mənzilə dair 27 iyul 2010-cu il tarixində iddiaçı ilə müqavilə bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 01.12.2018-ci il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh-nin qeydiyyat qovluğuna əsasən 23.10.2007-ci il tarixdən bugünədək Cəmiyyətin qanuni təmsilçisi X15r. Sözügedən İdarə tərəfindən məhkəməyə ünvanlanmış 13.12.2018-ci il tarixli məktubda isə göstərilmişdi ki, Cavabdeh-nin təsisçisi 06.04.2007-ci il tarixdən 04.02.2008-ci il tarixədək X20, 04.02.2008-ci il tarixdən 24.11.2008-ci il tarixədək X20, X25, X16, 24.11.2008-ci il tarixdən 14.01.2009-cu il tarixədək X20, X25, X16, X30, 14.01.2008-ci il tarixdən 14.09.2010-cu il tar ixədək X20, X25, X16, X11, X7, X12, 14.09.2010-cu il tarixdən 15.10.2010-cu il tarixədək X20, X25, X11, X7, 15.10.2010-cu il tarixdən 16.03.2017-ci il tarixədək X20, X25, X17, X7, 16.03.2017-ci il tarixdən bugünədək X20, X25, X8, X7 olmuşdur. Məhkəmə kollegiyası 23.10.2007-ci il tarixdən bugünədək Cəmiyyətin yeganə qanuni təmsilçisinin X21 olmasını və təsisçilərinin isə qeyd edilən tarixlərə müvafiq olaraq dəyişdiyini nəzərə alaraq hesab etmişdir ki, həmin şəxslər Cavabdeh-nin adından müvafiq sənədlərə imza edərkən səlahiyyətli olmuşlar. Hazırkı iş üzrə mübahisələndirilən sənədlərdə olan möhür izinin mötəbərliyi öz təsdiqini tapdığından sözügedən, yəni ilkin olaraq Əİla bağlanmış müqavilədə olan möhürün “X38” MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilmişdir. Yaranmış və ziyyətdə isə sənədlərdəki imzanın həmin vaxt səlahiyyətli olmuş şəxs tərəfindən icra edilmədiyi halda belə, onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, bu hal belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təmsilçisi sözügedən müqaviləni bəyənmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcə yini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Məhkəmə kollegiyası, həmçinin onu da nəzərə almışdır ki, birinci instansiya məhkəməsinin 31.10.2017-ci il tarixdə keçirilən iclasında MMC-nin nümayəndəsi izahatında iddianı qəbul etməsini göstərsə də, həmin iddianı qəbul etmə digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul et mir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 mübahisəli mənzili X13 vasitəsilə ilkin alan şəxsdən-X1 almış, mübahisəli mənzilə dair cavabdeh şirkətlə mənzili ilkin alan şəxs X3 arasında 15.12.2009-cu il tarixdə bağlanmış müqavilə qüvvədə ola-ola və bunu bilə-bilə Cavabdeh həmin mənzilə dair 27 iyul 2010cu il tarixində iddiaçı ilə müqavilə bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxs ə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar