Məhkəmə qərarları › İş №2(102)-2234/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2234/2022

23.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2234/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2234/2022 Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi Bakı şəhəri, 23 may 2022-ci il 23.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8867/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27 fevral 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixədək ödəmək şərtilə 24.000 manat məbləğində borc pul vermiş, Cavabdeh tərəfindən ünvan ünvanlanmış 14 iyul 2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2018-ci il tarixli, 3M-313 reyestr nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək İddiaçı borc verilmiş 24.000 manat pul məbləği borclu tərəfindən tam ödənilmiş və bununla bağlı kredit müqaviləsinin ləğv edilməsi xahiş olunmuşdur. Eyni tarixdə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə görə, cavadeh iddiaçıya 10 gün müddətinə qaytarmaq şərti ilə 25.000 manat borc vermişdir. Pul notariusun depozit hes abına köçürülmüş və iddiaçı tərəfindən kassa məxaric orderinə imza olunmaqla alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə məxsus “Ət məhsulları istehsalı müəssisəsində” 2015-ci il tarixdən 2020-ci ilin aprel ayınadək qeyrirəsmi, 14 aprel 2020-ci il tarixdən 2020-ci ilin iyul ayınadək isə rəsmi sürücü ekspeditor vəzifəsində işləmişdir. Müəssisənin rəhbərinin ona bildirdiyinə görə 2020-ci il in aprel ayında iddiaçı rəsmi olaraq ştata qəbul olunmuşdur. Buna baxmayaraq, onunla müəssisə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. “Ət məhsulları istehsalı müəssisəsi”nin iş qaydasına əsasən müəssisənin ət məhsulları işçiyə qaimə ilə verilirdi və həmin məhsullar müvafiq marketlərə daşınırdı və hər ayın axırında o, satılan malların ödənişini müəssisənin mühasibinə çatdırırdı. Onlar həmin müəssisədə qeyri-rəsmi işlədiklərindən müəssisənin rəhbəri onlarla özlərinin etibar etdiyi şəxslər arasında kredit (borc) müqaviləsi bağlayırdı. Belə ki, iddiaçıya münasibətdə kredit müqaviləsi ilk dəfə xx.xx.2018-ci il tarixdə müəssisə rəhbərinin qardaşı iş üzrə cavabdeh ilə bağlanılmışdır. Qeyd olunan kredit müqaviləsi tərəflər arasında 1 il müddətinə 24 min manat olmaqla bağlanılmışdır. Həmin il qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə həmin kredit müqaviləsi müqabilində ona marketlərə daşınması və satılması üçün 24.000 manatlıq ət məhsulu vermişdir. Qeyd olunan məsələnin bir daha təsdiqləmək üçün tərəflər arasında xx.xx.2018ci tarixdə 3M-313 reyestr nömrəsi ilə saylı Notariat ofisində rəsmiləşmiş kredit müqaviləsinin 6-cı bəndinə əsasən borc verən bu müqavilə üzrə öhdəliyin icrasının hissəhissə hər ay 2000 manat olmaqla qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq edəcəyi göstərilmişdir. Qeyd olunan kredit müqaviləsi 1 il müddətində olmasına baxmayaraq həmin müqavilə üzrə öhdəliklər xx.xx.2020-ci ildə icra edilmişdir. Belə ki, ona müəssisə tərəfindən verilən malların ödənişini etdiyindən onunla xx.xx.2018-ci il tarixdə bağlanılmış kredit müqaviləsi cava bdeh tərəfindən ləğv edilmişdir. Belə olduğu halda müəssisənin rəhbəri cavabdeh ona 25 min manatlıq yenidən ət məhsullarının veriləcəyini bildirdi. O, müəssisədə işini davam etdirmək üçün cavabdehlə yenidən notariusda kredit müqaviləsi imzalamaq məcburiyyətində oldu. Cavabdeh onunla xx.xx.2020-ci il tarixdə yenidən 9 saylı notarius ofisinə gələrək, əvvəl bağlanılmış kredit müqaviləsində qeyd olunmuş öhdəliklər icra olunduğundan həmin müqavilənin ləğv olunması barədə ərizə yazmış və həmin tarixdə tərəflər arasında yenidən, bu dəfə 25 min manat məbləğində, kredit müqaviləsi rəsmiləşmişdir. Cavabdeh keçən dəfədən fərqli olaraq nəzərdə tutulan pul məbləğini ona notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. O, qeyd olunan notariusda kredit müqaviləsi üzrə olan 25.000 manatı kass adan alan kimi cavabdeh həmin məbləği və onda qalan kredit müqaviləsini ondan almışdır. Onlar müəssisənin inzibati binasına gəlmiş və cavabdeh onun işdən çıxmağı barədə yazılma tarixi göstərilmədən ərizə almış və onun həmin andan işə bir daha gəlməməyini bildirmişdir. Belə olduğu halda o, adı çəkilən notariusa gələrək onunla bağlanılmış kredit müqavilələrinin və əvvəlki kredit müqaviləsinin ləğv olunması ilə əlaqədar ərizələrin surətlərini çətinliklə də olsa almağa nail olmuşdur. O, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış kredit (borc) müqaviləsi ilə əsaslı tanış olarkən, onun krediti xx.xx.2020-ci il tarixinədək cavabdehə qaytarmağını, yəni krediti aldığı tarixdən başlayaraq, 10 gündən sonra ödəməyinin qeyd olunduğunu görüb. “Ət məhsulları istehsalı müəssisəsi”ni işlədən şə xs, qardaşı ilə əlbir olaraq, onu aldatmışlar. Bu cür münasibətlər həmin müəssisədə işləyən digər işçilərlə də olmuşdur və hazırda olmaqdadır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim X2) iddiaçı X1 Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 390, 425, 337, 339-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 9.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov, A.Ə.İsgəndərov, İ.Ə.Kərimli) İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2021 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin l əğv edilməsi, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşamayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə (Mülki Məcəllə maddə 340.2) uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi bu iddianı təmin etməli idi.

12. Belə ki, qanunun mənasına görə yalan əqd bağlayan tərəflərdən hər ikisi bağladıqları əqd barədə razılığa gəlir, hər iki tərəfin qarşılıqlı razılığına əsasən heç bir hüquqi nəticəyə səbəb olmay an başqa əqdi pərdələmək, görünüş məqsədi daşıyan müqavilə bağlanır, hər iki tərəf də belə müqavilə bağlandığını dərk edir və buna uyğun hərəkət edir. Hazırki iş üzrə tərəflər arasında (işdən o da bəlli olur ki, ət məhsullarının faktiki istehsalı ilə əslində cavabdeh özü məşğul olur) yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olduğuna dəlalət edir.

13. Belə ki, cavabdeh bilavasitə etiraf etməsə də iş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan, təqdim edilmiş sübutlardan, cavabdehin izahatlarından aydın olur ki, iddiaçı ilə cavabdehin qardaşı arasında əmək münasibətləri olmuş, iddiaçı cavabdehin qardaşının işçisi olmuş, sonuncuya məxsus “Ət məhsulları istehsalı müəssisəsində” işləmiş və ət məhsullarını paylamalı olmuş, m əhz götürdüyü ət məhsullarının təminatı olaraq da cavabdehin təkidi ilə aralarında əhəmiyyətsiz kredit müqaviləsi rəsmiləşdirmişlər. Məhz bu münasibətlərin yaranması, davam etməsi və təminatı üçün cavabdeh kredit müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi kredit münasibətləri olmamışdırsa, yəni cavabdeh qeyd olunan kredit müqaviləsinə görə iddiaçıya hər hansı bir məbləğdə pul verməmişdirsə və vermək niyyəti olmamışdırsa, bu əqd etibarlı hesab edilə bilməz. Çünki, tərəflər aralarında yaranan münasibətləri rəsmiləşdirmək və davam etdirmək üçün iradələrinə və hüquqa uyğun, qanuna zidd olmayan başqa əqdlər də bağlaya bilərdilər.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əqdin başqa əqdi pərdələ mək məqsədi ilə bağlanması yoxdursa yalan əqddən söhbət gedə bilməz. Çünki, yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2-cimaddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi tərəflər arasında yaranmış münasibətlərin xarakteri sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd əmək müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki, həmin maddə əmək münasibətlərinə deyil, mülki münasibətlərə tətbiq edilir. Eyni zamanda tərəflərin bağladığı bu yalan kredit müqaviləsində əmək müqavil əsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından bu qaydaların tətbiqi istisna edilir.

15. Bundan başqa məhkəmə qeyd etmişdir ki, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırki işdə tərəflər arasında olan kredit müqaviləsinin yalan, əhəmiyyətsiz, puç əqd olduğunu açıq-aşkar görə-görə, eləcə də tərəflər arasında olmuş həqiqi münasibətlər üzrə də iddiaçının cavabdehə hansısa bir məbləğdə borcu olduğu və ya sonuncuya hansısa formada zərər vurmasının təsdiq olunmadığını bilə-bilə bu m üqaviləni etibarlı hesab edib cavabdehin gələcəkdə iddiaçıya qarşı bu kredit müqaviləsi üzrə olacaq iddiasını təmin etmək mümkün deyildir c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 16.Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4066/2021 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov, V.T.Həsənov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1686/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin y enidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə tərəflər arasında olan borc müqaviləsinin cavabdehin qardaşına məxsus ət məhsullarının satışı məqsədi ilə onunla iddiaçı arasında yaranmış münasibətləri pərdələmək məqsədi ilə bağlanması qənaətinə gələrkən işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmiş, nəticədə maddi hüquq normasını hazırki mübahisəyə düzgün tətbiq etməyərək iş üzrə səhv nəticəyə gəlmişdir.

19. Belə ki, iş üzrə tərəflər arasında bağlanmış borc müqaviləsinin iddiaçı ilə cavabdehin qardaşına məxsus ət məhsullarının satışı məqsədi ilə bağlı münasibətlər çərçivəsində bağlanması iddiaçının göstərdiklərindən başqa hə r hansı bir sübutla təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsinin iclasında izahat verən cavabdeh isə iddiaçıya borc lazım olduğunu, iddiaçının dayısını tanıdığı üçün ona borc verdiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının göstərdikləri ilə razılaşamayaraq iddia tələbində qeyd edilən halları qəbul etməmişdir. İddiaçı tərəflər arasında əvvələrdə malın satılması ilə bağlı belə müqavilələr bağlanmasını və malın pulunu tam verdiyindən onun ərizəsi əsasında həmin müqavilələrin ləğv edildiyini bildirmişdir. Lakin həmin ərizələrdə də, iddiaçı cavabdehə olan borcunu tam ödədiyindən aralarında bağlanmış kredit müqavilələrinin ləğv edilməsini göstərmişdir.

20. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin əslində cavabdehin qardaşına məxsus ət məhsulları sexindən idd iaçıya satılması üçün verilmiş malın satışı ilə əlaqədar yaranmış münasibətlərin pərədlənməsi müəyyən edilmir.

21. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)8867/2021 saylı qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.1, 339, 340.2-ci maddələrinin tələblərini nəzərə alıb, İddiaçı apellyasiya şikayətinin cavabdehlə aralarında bağlanmış həmin müqavilənin onun cavabehin qardaşına məxsus ət məhsullarının satışı müəssində qeyri-rəsmi əmək fəaliyyətinə davam etməsi üçün müəsisədən satmaq üçün qəbul etdiyi malların qarşılığınd a, yəni həmin mallara görə pulun qaytarılmasının təminatı kimi bağlanması barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir.

25. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçıya borc pul lazım olduğunu, iddiaçının dayısını tanıdığı üçün ona borc pul verdiyini göstərmişdir. Göründüyü kimi cavabdeh iddiaçının göstərdikləri ilə razılaşmayaraq iddia tələbində qeyd edilən halları qəbul etməmişdir. İddiaçı tərəflər arasında əvvələrdə malın satılması ilə bağlı belə müqavilələr bağlanılmasını və malın pulunu tam verdiyindən onun ərizəsi əsasında həmin müqaviləni n ləğv edildiyini bildirmişdir. Lakin, həmin ərizələrdə də, iddiaçı cavabdehə olan borcunu tam ödədiyindən aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini göstərmişdir.

26. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin əslində cavabdehin qardaşına məxsus ət məhsulları sexindən iddiaçıya satılması üçün verilmiş malın satışı ilə əlaqədar yaranmış münasibətlərin pərdələnməsi müəyyən edilmir.

27. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yuxarıda qeyd edilmiş maddi-hüquq normalarının tələblərinə əsasən qanuna uyğun bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilmir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şi kayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış borc müqaviləsinin iddiaçı ilə cavabdehin qardaşına məxsus ət məhsullarının satışı məqsədi ilə bağlı münasibətlər çərçivəsində bağlanılması iddiaçının göstərdiklərindən başqa hər hansı bir sübutla təsdiq edilmədiyini bildirmişdir. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. İş materiallarında olan Cavabdeh ilə həmin şirkətdə işləyən digər şəxslərlə müxtəlif vaxtlarda bağlanılan kredit müqavilələrindən göründüyü kimi cavabdeh həmin (yad olan) şəxslərə müxtəlif məbləğlərdə borc pul vermişdir və bunu Notariat ofisində rəsmiləşdirmişdi r. İlkin apellyasiya baxışı zamanı cavabdeh həmin şəxslərin qardaşının idarə etdiyi şirkətdə işlədiklərini bildirmiş və həmin ifadə protokolda qeyd olunmuşdur. Qeyd olunan hal cavabdehin təkidi ilə həmin işçilərlə bağladığı kredit müqavilələrinin iddiaçının və digər işçilərin götürdükləri ət məhsullarının təminatı olaraq bağlanması kimi qəbul olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müvafiq müəssisədə qeyri-qanuni işləyən digər işçilərlə bağlanılmış kredit müqavilələrinə heç bir münasibət bildirməmişdir. Halbuki, həmin hal cavabdehin bu iş üzrə əsl məqsədini izah edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz vermiş, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Prossesual məsələlər

31. Məhkəmə icraa tı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

32. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.4. etibarsız əqd onun et ibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

36. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

37. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 418.1 Maddi və prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

46. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

48. Kassasiya instansiyası məhkəməsi müst əsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 51 Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Nəzərə alınmalıdır ki, hər hansı qüsur səbəbindən qanunun birbaşa göstərişinə əsasən etibarsız olan əqdlər əhəmiyyətsiz əqdlərdir və belə əqdlər məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdi r. Etibarsız əqdlər onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur (maddə 337.2-337.4).

53. Notarial qaydada bağlanmış borc müqaviləsinin borcun verilməsi məqsədilə deyil, başqa öhdəliyi təmin etmək üçün bağlanmış yalan əqd hesab edilməsi və əqd bağlanan zaman iradə ifadəsinin qüsurlu olması nəticəsinə gəlmək üçün iddiaçı tərəfindən məhkəməyə tutarlı sübutlar təqdim edilməlidir. Lakin iddiaçı iddia ərizəsində göstərdikləri faktları birbaşa təsdiq edən hər hansı sübutu birinci və apellyasiya məhkəmlərinə təqdim etməmişdir.

54. Tərəflər arasında kredit müqaviləsinin notariat orqanında bağlanması, məbləğin depozitə qoyulması və məbləğin məhz cavabdeh tərəfindən depozitdən götürülməsi aşkar olduğu və həmin faktları təkzib edən mötəbər sübutların olmama sı halında müqavilənin puç əqd adlandırması barədə iddiaçının iddiası əsaslı hesab edilə bilməz.

55. Məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya məhkəməsi bu məsələ ilə bağlı kassasiya məhkəməsinin iş üzrə qərarında əks olunmuş hüquqi mövqelərini də nəzərə almış və MPM-nin 420-ci maddəsinin tələblərin tam riayət etmişdir.

56. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərə fli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)8867/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar