Məhkəmə qərarları › İş №2(102)-2234/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2234/2023

12.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2234/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-121/2023 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsi onun mülkiyyətindədir.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının qonşularıdır. Onlara torpaq sahəsi Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 01 may 1999-cu il tarixli sərəncamı əsasında ayrılmış, lakin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

3. İddiaçının fikrincə, cavabdehlər yolun bir hissəsini hasarlayıb zəbt etməklə avtomobillərin sərbəst hərəkətinə mane olurlar.

4. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli XXX nömrəli rəyinə əsasən, ünvan 2 ünvanda mövcud olan yolun ərazisi dövlət mülkiyyətindədir. Həmin əraziyə dair hüquq müəyyənedici sənədlər təqdim edilmədiyindən yolun hansı hissəsi nin zəbt edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır. Halhazırda həmin yol ümumi istifadədədir. Qeyd olunan ünvanda yerləşən yolda baş verən daralma (yolun eni 5,5 metr) iddiaçının yoldan istifadəsinə maneçilik törətmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan ünvanda qanunsuz olaraq tikilmiş hasarın sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddianın əsaslarına görə, o, ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsi onun mülkiyyətindədir və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdehlərlə qonşudurlar. Yaşadığı dalan 1 ünvanda cavabdehlər yolu hasarlayaraq zəbt etmişlər. Həmin yolun təxminən 14 me tr hissəsi hasarlanmışdır. Nəticədə orada nəinki avtomobillərin hərəkəti üçün maneə yaranmış, avtomaşın gediş-gəlişi də problemə çevrilmişdir. Yol daralmış olduğundan avtomobillər sərbəst hərəkət edə bilmir. Bundan əlavə, qonşuların zəbt etdikləri dalan dövlətə məxsusdur. Onlar özbaşına dövlətə məxsus olan yolu zəbt edərək, öz mülkiyyətlərinə keçirmək istəyirlər. Bu səbəbdən hesab edir ki, cavabdehlər tərəfindən qanunsuz tikilmiş hasar sökülməlidir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-122/2119 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eyni olmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-121/2023 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşdən göründüyü kimi, iddiaçı mübahisələndirdiyi hasarın cavabdehlər tərəfindən onun mülkiyyətində deyil, dövlətin, yaxud bələdiyyənin mülkiyyətindəki ümumi gediş-gəliş yolu olan torpaq sahəsində inşa olunduğunu və ümumi yolu daraltdığını, nəqliyyat vasitələr inin sərbəst hərəkətinə mane olduğunu göstərmişdir. Buna baxmayaraq, məhkəmə fərqli istiqamətdə araşdırma apararaq qeyd etmişdir ki, iddiaçı mübahisəli hasarın tikildiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərlə qonşu olmaqla mübahisəli ünvanda yaşadığından və istifadəsində olan torpaq sahəsi qanuni əsaslarla ayrıldığından onun ümumi yoldan istifadə ilə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddiaçını narahat edən məsələ qonşuları, yəni cavabdehlər tərəfindən ümumi gediş-gəliş yolunun zəbt olunması, orada hasar çəkilməsi və bununla da nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradılmasından ibarətdir.

13. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə mühəndis-teniki ekspertizası təyin olunsa da, zəbt faktı və mübahisələndirilən hasarın tikinti norma və qaydalarına uyğun tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır.

14. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə aydınlaşdırılmalı olan əsas məsələlər aşağıdakılardan ibarətdir: 15. hasarın yerləşdiyi torpaq sahəsinin hüquqi statusu; 16. hasar çəkilərkən torpaq sahəsi zəbt olunmuşdurmu; 17. hasar ümumi gediş-gəlişə, eləcə də nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə törədirmi.

18. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilərkən bu məsələlərlə bağlı ekspert qarşısında suallar qoyulmadığından məhkəmə kollegiyası apellyasiya baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tarixli XXX saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında mövcud olan yolun ərazisi dövlət mülkiyyətindədir. Həmin əraziyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən yolun hansı hissəsinin zəbt edilib- edilməməsinin araşdırılması mümkün olmamışdır. Halhazırda həmin yol ümumi istifadədədir. Qeyd olunan ünvanda yerləşən yolda baş verən daralma (yolun eni 5,5 metr) İddiaçı yoldan istifadəsinə maneçilik törətmir.

19. Ekspert rəy verərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi XXXun tərtib etdiyi mütəxəssis rəyini əsas götürmüşdür.

20. Ekspert rəyindən göründüyü kimi, cavabdehlərin ümumi yolun bir hissəsini faktiki olaraq zəbt edib-etmədiklərini yenə də müəyyən etmək mümkün olmamışdır. Lakin müəyyən olunmuşdur ki, mübahisələndirilən yol dövlət mülkiyyətində olan sahədir və mövcud yoldan nəqliyyat vasitələrinin sərbəst hərəkətinə və iddiaçının istifadəsinə hər hansı maneçilik yoxdur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

21. Apellyasiya baxışı zamanı mübahisəli hasarın yerləşdiyi sahənin fotoşəkli tərəflərin iştirakı ilə tədqiq olunarkən tərəflərin verdiyi məlumatlara əsasən müəyyən olundu ki, mübahisəli hasarın yerləşdiyi sahənin mülkiyyətçisi X1r və o, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir (43-45). İddiaçı mərhum XXXin öldüyünü nəzərə alaraq və vərəsələrini müəyyən edə bilmədiyi üçün ona qar şı iddia qaldırmamışdır.”

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1, 66.2, 68, 111-ci, Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin dövlət mülkiyyəti olması 08 dekabr 2022-ci il tarixli ekspert rəyində öz təsdiqini tapmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən iddiaçının ərizəsinə 19 noyabr 2020-ci il tarixli cavab məktubunda da yerində baxış zamanı sözügedən ünvanda cavabdeh tərəfindən özünə məxsus torpaq sahəsini 150 kv.m. genişləndirməsi öz təsdiqini tapmışdır. 08 dekabr 2022-ci il tarixli ekspert rəyi natamam olmuş, ekspert rəyində hansı faktlara əsaslanaraq tikilmiş hasarın ümumi gediş-gəliş üçün məhdudiyyətlər yaratmadığı əsaslandırılmamışdır. Ekspert rəyinin natamam olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin rəyə əsaslanaraq qətnamə çıxarmışdır. Apellyasiya məhkəməsi iş üzrə keçirilən ekspertiza rəylərinə hüquqi qiymət verməmiş, yalnız ekspert xərclərinin kim tərəfindən ödənilməsi məsələsini araşdırmışdır. Halbuki, birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, cavabdehin inşa etdiyi tikililər qanunsuz inşa edilmişdir və tikinti işlərinin aparılması zama nı nə yerli icra hakimiyyəti orqanının, nə də qonşu kimi onun razılığı alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olm aq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 27. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifa də hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar y aşayış məntəqələrinin torpaqları hesab edilir;

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərini n, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir t ərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

37. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri işin hallarının sübut olunmaması və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icra at çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

38. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-121/2023 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar