Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2237/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit məbləğinin ilkin ödənişlə ödənilməsi barədə ilkin, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 QSC və qarşılıqlı iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit məbləğinin ilkin ödənişlə ödənilməsi barədə ilkin iddiası rədd edilmiş, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia tələbi tələbi qismən təmin edilmiş, 29.01.2014-cü-cı il tarixli kredit razılaşması üzrə əsas borc üzrə 19 845,53 ABŞ dolları, faiz borcu üzrə 2873,94 ABŞ dolları, cərimə bor cu üzrə 500 ABŞ dolları məbləğində pul, 15.08.2014-cü il tarixli kredit razılaşması üzrə 17 480, 13 ABŞ dolları, faiz borcu üzrə 3841,81 ABŞ dolları, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, hər iki kredit razılaşması üzrə 45 041,41 ABŞ dolları (qırx beş min qırx bir ABŞ dolları 41 sent) məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) və 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının cavabdehlər İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Salyan rayonu, Arbatan kəndi, fərdi yaşa yış evi və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 70 000 (yetmiş min) manat dəyərində qiymətləndirilməsi və açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predtmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ ümumi qaydada cavabdehlər İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək şəkildə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər A.Hüseynov və İ.Xəlilov) Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi qi smən- iddianın Cavabdeh4 qarşı təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 QSC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli q ətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh Səmədiv Valeh Məmmədağa oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarş ı kredit məbləğinin ilkin ödənişlə ödənilməsi və s. tələblərinə dair iddia verərək, 2014-cü il 29 yanvarda Salyan rayonu Access bank filialından götürdüyü 24.000 manat kreditin milli pulla hesablayıb verərək dolllarla sənədləşməsini nəzərə alaraq, ödədiyi 10.000 manat pulun ödədiyi borcdan silinərək əlavə qalxan dolların məzənnəsinin silinərək ilk götürdüyü tarixdə olan məzənnə ilə ödənilməsinə, yəni 78 manat 60 qəpiklə hesablanmasını və əlavə borcların silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair qarşılıqlı iddia verərək, cavabdehlər İddiaçı, Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Cavabde h1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22R000007036 saylı kredit razılaşması üzrə 19824.25 ABŞ Dolları məbləğində kredit borcu, 3621.23 ABŞ Dolları məbləğində faiz borcu və 6776.37 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla; 22R000010952 saylı kredit razılaşması üzrə 17578.78 ABŞ Dolları məbləğində kredit borcu, 3930.15 ABŞ Dolları məbləğində faiz borcu və 5565.25 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla; ümumilikdə hər iki kredit razılaşması cəmi 57296 (əlli yeddi min iki yüz doxsan altı)ABŞ dolları 3 sent pulun məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Salyan rayonu, Arbatan kəndi, fərd i yaşayış evinə və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və 57296 (əlli yeddi min iki yüz doxsan altı)ABŞ dolları 3 sent məbləğində borcun, məhkəmədə iddia qaldırması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun İddiaçı, Cavabdeh3, X1 və Cavabdeh2 ümumi qaydada tutulması; Salyan rayonu, Arbatan kəndi, fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı həmin evdən çıxarılmasına, fərdi yaş ayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 QSC-nin kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh X2 aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, qarşılıqlı iddia üzrə Cavabdeh3 kassasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 QSC arasında bağlanmış 24.01.2014-cü il tarixli kredit xətti müqaviləsin ə əsasən bank tərəfindən kredit alana 120 (yüz iyirmi) ay müddətinə 200 000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tarixdə İddiaçı ilə Cavabdeh1 QSC arasında bağlanmış 29.01.2014-cü-cı il tarixli kredit razılaşması əsasında bank tərəfindən kredit alana 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 32 000 (otuz iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ilə Cavabdeh1 QSC arasında bağlanmış 15.08.2014-cü il tarixli kredit razılaşması əsasında kredir alan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.91% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20 000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh1 QSC ilə X4 ara sında bağlanmış 15.08.2014-cü il tarixli zaminlik müqaviləsinə,Cavabdeh1 QSC ilə Cavabdeh3 arasında bağlanmış 24.01.2014-cü il tarixli zaminlik müqaviləsinə, Cavabdeh1 QSC ilə Salahova llhamə Məmmədağa qızı arasında bağlanmış 24.01.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən sonuncular zamin olaraq, Kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasına görə kredit alanla birgə məsuliyyəti üzərinə götürmüşlər. Bundan başqa Cavabdeh1 QSC ilə İddiaçı, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 24.01.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Salyan rayonu, Arbatan kəndi, fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi Cavabdeh1 QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyy ən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və x idmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəli klərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd edilən maddələrin tələblərinə və işin hallarına əsasən apellyasiya instansiyası məhkəməsi borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi hissəsində iş üzrə qanuni və əsaslı qətnamə qəbul etsə də, zaminlərdən X1a aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi və X1lə iddiaçı arasında bağlanmış zaminli k müqaviləsinə xitam verilməsi hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissələrdə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni həmin hissələrdə onunla əsaslandırmışdır ki, 24.01,2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bağlanmış 15.08.2014-cü il tarixli kredit razılaşması müqaviləsi üzrə kredit 36 ay müddətinə verilmişdir. Verilmiş kreditin müddətinin (müqavilə müddətinin bitmə tarixi15.08.2017-ci il tarix) sonradan 1 il 6 aya, yəni 18.02.2019-cu il tarixədək uzadılması öhdəliyin dəyişdirilməsini ehtiva edir və bu dəyişdirmə zamin Cavabdeh4 məsuliyyətinin artmasına və onun üçün əlv erişsiz nəticələrə səbəb olur. Belə ki, yeni şərtlərə əsasən müqavilə üzrə 1 il 6 ay müddətinə ödənilməli faiz öhdəliyinin yekun həcmi xeyli dərəcədə artmış olur. Digər tərəfdən zamin X1in razılığı olmadan əsas öhdəliyin müddətinin artırılması zaminliyə xitam verilməsi ilə bağlı Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş müddətlərin zaminin ziyanına uzanmasına səbəb olur. Baxılan iş üzrə 16.03.2015-ci il tarixdə zamin Cavabdeh4 razılığı olmadan əsas müqavilə üzrə öhdəliklər dəyişdirildiyindən və bu dəyişdirilmə həmin zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən Cavabdeh4 zaminliyinə xitam verilməlidir. Məhkəmə kollegiyası, aşağıda göstərilən əsaslara görə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, MM-in 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 470.2-ci maddəsinə görə, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. MM-in 477.0.1-ci maddəsinə görə,... zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir”. X1 24.01.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin təminatı olaraq iddiaçı ilə zaminlik müqaviləsini bağlayarkən öhdəliyin hansı müddətdə və hansı həcmdə meydana çıxa biləcəyi barədə məlumatlı olmuşdur. Nəticə etibarı ilə 15.08.2014-cü il tarixli kredit razılaşması üzrə verilən kreditin məbləği və həmin kreditin qaytarılma müddəti kredit xətti müqaviləsi çərçivəsində (müddət və məbləğ baxımından) baş verdiyindən həmin razılaşmanın bağlanmasına zamin X1in razılığının alınması tələb olunmurdu. Çünki bu dəyişikliklər müddət və məbləğ baxımından zamin X1ə münasibətdə 24.01.2014-cü il tarixli kredit xətti müqaviləsi ilə müəyyən edilmiş məsuliyyətin artmasına və onun üçün digər əlverişsiz nəticələrin əmələ gəlməsinə səbəb olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, verilmiş kreditə görə 15.08.2014-cü il tarixli kredit razılaşmasında konkret faiz məbləğinin müəyyən edilməsi nəticəsində zamin X1in məsuliyyətinin qismən artması zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, 24.01.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinə görə zaminlik müqaviləsi bağlayan X1ə məlum idi ki, bu xətt müqaviləsinin əsasında verilən kredit bank tərəfindən faizlə verilir. Çünki q eyd edilən kredit xətti müqaviləsində gələcəkdə veriləcək kreditin konkret müddəti, konkret məbləği o cümlədən konkret məbləği göstərilməsə də kreditin faizlə verildiyi göstərilmişdir. Yəni qeyd edilənlər onu təsbit edir ki, zamin X1 zaminlik müqaviləsinin mühüm şərtləri barədə məlumatlı olmaqla həmin müqaviləni imzalamışdı. Belə olan halda müqavilənin digər mühüm (kreditin müddəti və məbləği) şərtləri kimi, X1in faiz məbləğinə münasibətdə də məsuliyyəti yaranmışdı. Lakin bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, kredit xətti müqaviləsində bu məbləğ konkret ifadə olunmadığından X1in faiz məbləğinə dair məsuliyyəti hər bir şəxs üçün açıq olan və bəyan edilən Mərkəzi Bankın müəyyən etdiyi illik uçot dərəcəsi həcmində olmalı idi. Ona görə də işin göstərilən halları yeni apellyasiya ba xışında nəzərə alınmaqla araşdırılmalı, 15.08.2014-cü il tarixli kredit razılaşması üzrə müəyyən edilmiş faiz məbləğinin Mərkəzi Bankın müəyyən etdiyi üçot dərəcəsindən artıq olub-olmadığı müəyyən edilməli və həmin hala münasibətdə faizlərə dair hissədə zamin X1in məsuliyyətinin artıb-artmamasına qiymət verilməli, məsuliyyəti artdığı halda Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsindən artıq faiz məbləğinə münasibətdə iddia rədd edilməlidir. Çünki MM-in 477.0.1-ci maddəsinin məqsədi ondan ibarətdir ki, zamin, təminat verdiyi öhdəlikdə onun iradəsinə əleyhinə baş verən ağırlaşdırıcı dəyişikliklərə qarşı qorunsun. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi X1ə aid hissədə maddi və prossesual hüquq normalarının pozuntusu ilə çıxar ılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsi cavabdeh X2 aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qarşılıqlı iddia üzrə Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2237/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2237/2019
15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver