Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2238/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X4 qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1267/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehin keçmiş qayınatasıdır. Belə ki, X6, iddiaçının oğlu Azad Mirzəyevlə xx.xx.2016-cı ildə nikaha daxil olmuş, nikahları xx.xx.2018-ci il tarixdə məhkəmənin qətnaməsi əsasında pozulmuşdur.
2. Mübahisəli Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzili “Radioquraşdırma” X3 İttifaqı Komitəsinin xx.xx.1998ci il tarixli 42 saylı və xx.xx.2009-cu il tarixli 93 saylı protokoluna əsasən iş yeri üzrə növbəlilik əsasında İddiaçı ayrılmışdır. Bu qərara uyğun olaraq, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 57 nömrəli sərəncamı ilə həmin mənzilə İddiaçı daimi yaşayış hüququ verilmiş, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsin dən mənzilə dair qeydiyyat vəsiqəsinin verilməsi xahiş edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 ünvan 1 ünvanda yerləşən, 80 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. Həmin iş üzrə İddiaçı apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4552/2019 saylı, 11 iyun 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2175/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı, X5, X14, X11 və X12 mübahisəli mənzilə köçürülmüşdür.
5. Bakı İnzib ati Məhkəməsinin 2-1(112)-2377/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Sözügedən qərar icra olunmuş, mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən 5000 manat kompensasiya ödənilməsi müqabilində cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda sadalanan hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzili iddiaçının şəriksiz mülkiyyətindədir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsi qəbul edilərkən və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin qətnaməni qüvvədə saxlayarkən, məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1ci Mənzil Məcəlləsinin 68-ci maddələrinə istinad edərək bu nəticəyə gəlmişdir ki, X1 tərəfindən yaşayış sahəsinə köçürüldüyündən onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh mənzilə köçdükdən sonra iddiaçı ailə üzvləri ilə mənzildən çıxmağa məcbur olmuş, hazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşamağa məcburdur. Yəni mülkiyyətçi olmayan şəxs faktiki mülkiyyətçi hüquqlarından istifadə edir, qanuni mülkiyyətçi isə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir.
9. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilində yaşamışdır, buna görə də həmin mənzildən istifadə hüququ var. Bundan əlavə, X15 ilə birgə nikah dövründə kreditlə avtomobil götürmüşlər, krediti hələ də o ödəyir, lakin avtomobil X10 istifadəsindədir. Bundan başqa, təklif edilən kompensasiya məbləği də azdır. 10. "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilin xx.xx.2022-ci il tarixə olan bir otaqlı mənzilin aylıq icarə dəyəri 170 manat, üçotaqlı mənzilin aylıq icarə dəyəri 250 manat təşkil edir.
11. Məhkəmə iclası zamanı məhkəmə tərəfindən cavabdehə ödəniləcək kompensasiya məbləğinin 6120 manat məbləğində müəyyən edilməsi təklif edilmiş, iddiaçı isə bu məbləğlə razılaşmışdır.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(011)4213/2022 nöm rəli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilərək, cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən istifadə hüququna 6120 (altı min yüz iyirmi) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiya 6120 manat məbləğində müəyyən edilməlidir. Çünki kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssisin rəyinə görə həmin mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı bir otaq üçün 170 manat, üç otaq üçün 250 manat təşkil edir. Məhkəmə cavabdehin 2018-ci ildən mübahisəli mənzildə tək yaşadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kompensasiya məbləği müəyyən edildiyindən cavabdehə üç il müddət daxilində oxşar şəraiti olan bir otaqlı mənzilin aylıq kirayə haqqı yəni, 170 manat (170 manat x 36 ay =6120 manat) əsas götürülməlidir. Bunun əksinə olaraq kompensasiya məbləğinin cavabdehin iddia etdiyi kimi üç otaqlı mənzilin kirayə haqqı əsasında müəyyən edilməsi və ya bu əsasla iddianın rədd edilməsi, cavabdehin mənzilə dair hüquqlarının müdafiəsi məqsədilə mənzilin mülkiyyətçisinin konstitusion hüququ olan mülkiyyət hüququnun tənasübsüz şəkildə məhdudlaşdırılması ilə nəticələnəcək. Odur ki, iddia təmin edilərək cavabdeh X2 İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəs i, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzildən istifadə hüququna 6120 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir.
14. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə və onun nümayəndəsi ilə te lefonla əlaqə yaradaraq, mənzildən istifadə hüququna xitam verilməsi müqabilində 10000 (on min) manat kompensasiya təklif etmişdir. Bu faktı iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında etiraf etmiş, lakin həmin təklifin qüvvədə olmadığını, bu təklifin iddiaçının deyil, məhz öz adından irəli sürüldüyünü bildirmişdir. Buna baxmayaraq, işə baxan məhkəmə iddia tələbinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh həmin mənzilə iddiaçının razılığı ilə köçmüş, əşyalarını da razılıq əsasında mənzilə yerləşdirmiş və hazırda da həmin mənzildə yaşayır. Odur ki, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilə bilməz. İşə baxan məhkəmə iddiaçının əvvəlcədən həmin mənzilin mülkiyyətçisi olmadığını, iddia verməzdən əvvəl cavabdehə 10000 manat təklif etdiyini müəyyən e tsə də, işin müəyyən olunan bu faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. İşə baxan məhkəmə işin obyektiv araşdırılmasına şərait yaratmamış, mübahisəli mənzillə oxşar şəraiti olan mənzilin orta aylıq kirayə haqqının müəyyən olunması üçün təkrar qiymətləndirmə keçirilməsi barədə cavabdeh tərəfin vəsatətini təmin etməmişdir. İşə baxan məhkəmə iddiaçının iddia tələbini təmin edərkən onun əvvəldən həmin mənzilin mülkiyyətçisi olmadığını, cavabdehin mənzildən isifadə hüququnun yarandığı vaxt mənzilin dövlət mülkiyyətində olduğunu, cavabdehin həmin mənzilə istifadə hüququnun məhkəmə aktı ilə müəyyən olunduğunu nəzərə almamışdır. Bu isə qətnamənin ape llyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385-ci maddəsinə əsasən iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddiaçı cavabdehin həmin mənzilə köçüb yaşamağa başladığı vaxt həmin mənzil üzərində mülkiyyət hüquqlarının olmasını sübut etməmişdir. Beləliklə, iddiaçının mülkiyyət hüquqlarının pozulması sübut edilməmişdir. İşə baxan məhkəmə təklif edilən kompensasiya məbləğinin iddiaçının ilk olaraq təklif etdiyi kompensasiya məbləği ilə uyğun olmamasını nəzərə almamışdır. Təklif edilən məbləğlə məhkəməyə qədər təklif edilmiş və etiraf olunan məbləğ arasında ciddi uyğunsuzluq var. Məhkəmənin gəldiyi nəticə ilə işin bu faktiki halı arasında uyğunsuzlu q var.
18. Apellyasiya instansiyası məhkəməsində iddiaçı apelyasiya şikayətinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sözügedən mənzilə köçürülsələr də, cavabdeh onları mənzildən istifadə etməyə qoymamış, onların qanunla qorunan hüquqlarını kobud şəkildə pozmaqda davam etmiş, onlar bir mənzildə yaşamağın qeyri-mümkün olduğunu görüb, mənzili tərk etmək müqabilində həmin ərazidə oxşar şəraitli bir otaqlı mənzildə yaşamaq üçün 3 illik kirayə haqqı ona 5000 manat məbləğində kompensasiya təklif etmiş, lakin cavabdeh təklif olunmuş məbləğlə razılaşmayaraq, yalnız 10.000 manat məbləğində kompensasiya verilməsi müqabilində razılaşacağını bildirmişdir.
19. Məhkəmə iclasında isə iddiaçı apellyasiya şikayə tinin dəlillərinə etiraz edərək bildirmişdir ki, kompensasiya olaraq 8000 manatı çətinliklə də olsa ödəyə bilər. Maddi imkanı ancaq buna imkan verir. Hissə-hissə 4-5 ay ərzində 8000 manat ödəyə bilər. Bundan artıq ödəməyə razılaşmır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(103)-1267/2023 saylı qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi istifadə hüququna “6120 (altı min yüz iyirmi) manat kompensasiya ödənilməklə xitam verilməsi” hissəsində dəyişdirilmiş, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən istifadə hüququna 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən iddiaçının istifadəsində olan mənzilə köçürülmüşdür. İddiaçı daha sonra mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi, mənzil iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçmişdir. Mülkiyyətçi iddia qaldıraraq istifadə hüququna kompensasiya müqabilində xitam verilməsini xahiş etmişdir. Mülkiyyətçi hazırda 8000 manat kompensasiya verilməsinə razıdır.
22. Məhkəmə kollegiyası mübahisə predmeti olan mənzilin 3 otaqdan ibarət olmasını, həmin mənzilə mülkiyyətçi ilə birlikdə 5 nəfər şəxsin köçürülməsini nəzərə alaraq hesab edib ki, 8000 manat kompensasiya müqabilində cavabdehin istifadə hüququna xi tam verilməsi mümkündür. Belə ki, işdə olan rəylə müəyyən olunur ki, 1 otaq üçün icarə haqqı 170 manat, 3 otaq üçün 250 manat müəyyən edilir. Nə qədər ki, hazırda cavabdehin yaşadığı mənzilə ondan əlavə 5 nəfər şəxs də köçürülmüş və cavabdeh tək yaşayır, yəni onunla yaşayan başqa ailə üzvü yoxdur, (8000:36=222) 222 manat aylıq kirayə haqqının müəyyən edilməsini məhkəmə kollegiyası ədalətli hesab etmişdir.
23. Məhkəmə kollegiyası qeyd edib ki, müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı kollegiya "xxxx" MMC-nin qiymətləndirmə rəyini mötəbər sübut kimi qiymətdirmişdir. Belə ki, rəydən göründüyü kimi İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilin xx.xx.2022-ci il tarixə o lan bir otaqlı mənzilin aylıq icarə dəyəri 170 (bir yüz yetmiş) manat, üçotaqlı mənzilin aylıq icarə dəyəri 250 (iki yüz əlli) manat təşkil edir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 220.6, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqə li şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apelyasiya şikayəti ilə oxşar məzmunda tərtib edilərək belə əsaslandırılıb ki, işə baxan məhkəmə iddiaçının əvvəlcədən həmin mənzilin mülkiyyətçisi olmadığını, iddia verməzdən əvvəl cavabdehə 10000 manat təklif etdiyini müəyyən etsə də, işin müəyyən olunan bu faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.
27. İşə baxan məhkəmə işin obyektiv araşdırılmasına şərait yaratmamış, mübahisəli mənzillə oxşar şəraiti olan mənzilin orta aylıq kirayə haqq ının müəyyən olunması üçün təkrar qiymətləndirmə keçirilməsi barədə cavabdeh tərəfin vəsatətini təmin etməmişdir.
28. İddiaçı yaşamağa başqa mənzilinin olduğunu bildirsə də, bu həqiqətə uyğun deyil. Çünki iddiaçının və ailə üzvlərinin Bakı şəhərinin Hövsan qəsəbəsində başqa evi vardır. Cavabdehin isə yaşamağa başqa mənzili yoxdur və mübahisəli mənzil onun yaşadığı yeganə mənzildir. Bundan əlavə, cavabdehin həmin mənzil üzərində istifadə hüququ məhkəmə qətnaməsi əsasında yarandığından, bu hüquqa kompensasiya verilməklə xitam verilməsi əsassızdır.
29. Kassator məhkəmə tərəfindən MPM-in 9 və 14-cü maddəsinin tələblərinin pozulmasına istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublik asının Konstitusiyası
31. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29, İ və İİ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xita m verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı
34. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək h üququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı
35. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyə t hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.
36. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməs i mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılm alıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, işin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunmuş halları bu qərarın 1 - 6-cı paraqraflarında qeyd olunub.
48. Tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir. Bu iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir və işə baxmış məhkəmələr də mübahisənin həllinə bu hüq uq normasını tətbiq etmişdir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
49. Apellyasiya instansiyası məhkəməsi də işin hallarına bu normanın dispozisiya şərtləri əsasında qiymət vermişdir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.
51. Həmin qərarlardan biri olan «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ko nstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
52. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzl əşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
53. Eyni zamanda bir cəhəti nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır.
54. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunm asa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəra itə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir.
56. Apelyasiya instansiyası məhkəməsi də iddia tələbini bu əsaslar üzrə yoxlamış, iddiaçının təklif etdiyi 8000 manat məbləğdə kompensasiyanın cavabdehə davamlı surətdə başqa yerdə əvvəlki evdə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi barədə gəlinən nəticə kifayət qədər əsaslandırılmışdır.
57. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
58. Kassatorun “istifadə hüququ məhkəmə qətnaməsi əsasında yarandığından, bu hüquqa kompensasiya verilməklə xitam verilməsi əsassızdır” dəlili qətnamənin ləğvinə əsas vermir. Çünki Mülki Məcəllənin 14-cü maddəsində mülki hüquqların müxtəlif yaranma əsasları müəyyən olunmasına baxmayaraq, Mülki Məcəllənin 6.1.1-ci maddəsində mülki hüquq subyektlərinin bərabərliyi, mülki qanunvericiliyin prinsiplərindən biri kimi təsbit olunub.
59. Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etməsi üçün mülkiyyətçiyə hüququn yaranma əsaslarından asılı olan hər hansı məhdudiyyət qoyulmayıb. Başqa sözlə, mülkiyyətçi onun yaşayış sahəsindən başqasının məhkəmə qərarı əsasında müəyyən olunmuş istifadə hüququna, kompensasiya vermə yolu ilə xitam verilməsini tələb edə bilər.
60. Kassatorun “məhkəmə iddia veriləndən əvvəl iddiaçının ona 10000 manat təklif etdiyini müəyyən etsə də, işin müəyyən olunan bu faktiki hallarına düzgün hüquqi qiymət ver məmişdir” dəlili də qətnamənin ləğvinə əsas vermir.
61. Belə ki, kompensasiya verilməsi ilə istifadə hüququna xitam verilməsi barədə iddia vermək mülkiyyətçiyə aid hüquq olduğuna görə, təklif olunan kompensasiya məbləğini müəyyən etməkdə iddiaçı sərbəstdir. Mülkiyyətçi qarşı tərəflə razılığa gəlmək üçün təklif etdiyi məbləği azaltmaq və ya artırmaq hüququna malikdir.
62. Lakin iddiaçının bu mövqeyindən asılı olmayaraq, hər bir halda kompensasiyanın yetərli miqdarını yuxarıda qeyd olunan meyarlar əsasında məhkəmə müəyyən edir.
63. Məhkəmə tərəfindən mübahisəli mənzillə oxşar şəraiti olan mənzilin orta aylıq kirayə haqqının müəyyən olunması üçün təkrar qiymətləndirmə keçirilməsi barədə cavabdeh tərəfin vəsatətinin təmin olunmaması barədə dəlillə bağlı məhkəmə kollegiyası bildirir ki, əvvəla cavabdeh tərəfin birinci instansiya məhkəməsində təkrar qiymətləndirmə keçirilməsi barədə vəsatəti olmamış, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında özünün müstəqil şəkildə rəy əldə edib təqdim etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi vəsatəti rədd edərək bildirmişdir ki, mülki iş iyul ayından məhkəmənin icraatında olub, bu barədə cavabdeh xx.xx.2022-ci il tarixdə məlumatlandırılıb, 2 dəfə hazırlıq iclası keçirilib və üçüncüsü baxış iclasıdır. Tərəflərə dəlil və sübutların təqdim olunması üçün kifayət qədər şərait yaradılıb.
64. Buna baxmayaraq məhkəmə iclası təxirə salınaraq xx.xx.2022-ci il tarixə təyin olunmuş və həmin müddətdə də cavabdeh kirayə qiymətlərinə dair hər hansı sübut təqdim etməmişdir. MPM-nin 372.2-ci maddəsi nə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1267/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.