Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2239/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli 2(103)5013/2018 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə və Cavabdeh1na qarşı ipoteka müqaviləsinin et ibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsi, döngə 16-da yerləşən 36 saylı evə dair Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 İKB ASCyə və qeyrilərinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər A.Abdullayeva, İ.Şirinov, M.Bağırova) 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədə n saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Əliyev, Q.Allahverdiyev və G.Quliyev) 15 fevral 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər V.Həsənov, C.Səfiyeva, N.Cəfərov) 2(103)-5013/2017 saylı mülki iş üzrə 30 may 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5013/2017 saylı mülki iş üzrə 30 may 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərardadı ilə İddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur. Onun adından tərtib olunmuş kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmadığına və dövlət rüsumu ödənilmədiyinə görə 29 yanvar 2018-ci il tarixli qərardadla geri qaytarılmışdır. İddiaçı 12 sentyabr 2018-ci il tarixdə kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər V.Həsənov, Ş.Məmmədova və N.Cəfərov) 04 dekabr 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04dekabr 2018-ci il tarixli qərardadı qərardadının ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qərardadı qanunsuz və əsassızdır. Qərardadda qeyd edilənlər həqiqəti əks etdirmir. İddiaçı ilə heç bir vəkil əlaqə saxlamamış, hər hansı kassasiya şikayəti də tərtib edilməmiş, məhkəmə qərardadı faktiki olaraq icrasız qalmışdır. Kassasiya şikayəti vermə müddətinin ötürülməsi İddiaçı qaynaqlanmadığından müddətin ötürülməsinin mənfi nəticələrinin (kassasiya şikayəti vermək hüququnun iti rilməsi) İddiaçı barəsində tətbiqi bir tərəfdən, məhkəmə təminatı hüququnun da pozuntusu halını təşkil edir, digər tərəfdən isə, Konstitusiyanın 61-ci maddəsi ilə təminat altına alınmış yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsirsiz edir. Çünki hüquqi yardım almaq hüququ olan şəxsin (konkret halda, iddiaçının) təqsiri olmadan kassasiya şikayətinin vaxtında verilməsi mümkün olmamışdırsa, İddiaçı kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilməsinin faydalı olduğunu demək imkansızdır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı, vəkili və nümayəndəsi Vəkil1kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdirlər. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 Nadirhüs eyn oğluna işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi 04.12.2018-ci il tarixli qərardadla cavabdehin kassasiya şikayətini qeyri-mümkün hesab edərək geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5013/2017 saylı mülki iş üzrə 30 may 2017-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi X4 tərəfindən 20.06.2017-ci il tarixdə rəsmi qaydada alınmışdır. İddiaçı qətnamənin surətinin rəsmi olaraq çatdırılmamasını mübahisələndirmir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətlər daxilində vermək imkanına malik olmuşdur. Hətta bununla bağlı məhkəmə şikayətinin verilməsində ona yardım etmişdir. Belə ki, məhz həmin müddətlər daxilində iddiaçı vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi onun vəkillə təmin olun ması barədə qərardad qəbul etmiş, onun adından kassasiya şikayəti tərtib olunmuş, vəkil tərəfindən imzalanmış, lakin iddiaçı hərəkətsizlik edərək kassasiya şikayətini imzalamamış, kassasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödəməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Qətnamənin surətinin iddiaçıya çatdırılmasından uzun müddət sonra müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müracət etməsinə baxmayaraq müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən heç bir sübuta istinad etmir. O yeganə dəlili kimi dövlət tərəfindən ayrılmış vəkilin kassasiya şikayətinin tərtib edilməsini uzatmasına istinad edir. Lakin o, vəkillə təmin olunmasına dair məhkəmə qərardadının icra edilməsini bilməsinə baxmayaraq müvafiq vəkil qurumuna müraciət edərək tərtib olunmuş kassasiya şikayətin i imzalamamış və dövlət rüsmunu ödəməmişdir. Əksinə işin halları ilə müəyyən olunur ki, müvafiq vəkil qurumu onun kassasiya şikayətini imzalaması üçün müvafiq hərəkətlər etməsinə baxmayaraq iddiaçı tərəfindən kassasiya şikayətini imzalamasını təmin etmək mümkün olmamışdır. Belə olan halda isə iddiaçının həmin dəlilinin əsassız olması müəyyən edilmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qayda da verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materillarından görünür ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 2 aylıq müddətin bitməsinə 1 həftə qalmış ona dövlət hesabına vəkil təyin edilməsi barədə ərizə vermiş, həmin ərizəyə 29.08.2017-ci il tarixdə baxılacağı barədə rəsmi bildirişi iddiaçının nümayəndəsi X.Yusubov 18.08.2017-ci il tarixdə almış, lakin məhkəmə iclasında iştirak etməmiş, 29.08.20178-ci il tarixli qərardadla İddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur. Lakin 12.01.2018-ci il tarixədək müvafiq kassasiya şikayəti məhkəməyə təqdim edilmədiyindən, məhkəmə tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 25.01.2018-ci il tarixli məktubundan aydın olur ki, məhkəmə qərardadına əsasən iddiaçıya 14 saylı hüquq məsləhətxanasının vəkili Vəkil2 vəkil təyin edilərək, bu barədə 13.09.2017-ci il tarixli order yazılmış və vəkil tərəfindən kassasiya şikayəti tərtib edilsə də, İddiaçı məsləhətxana ilə əlaqə saxlamamış, kassasiya şikayətini imzalamamış və müvafiq dövlət rüsumunu ödəməmişdir. Buna görə də, kassasiya şikayəti məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, Vəkil2 tərəfindən tərtib edilərək imzalanmış kassasiya şikayəti 26.01.2018-ci il tarixdə məhkəməyə təqdim edilmiş, lakin həmin kassasiya şikayəti iddiaçının özü və ya nümayəndəsi tərəfindən imzalanmadığından və dövlət rüsumu ödənilmədiyindən 29.01.2018-ci il tarixli qərardadla geri qaytarılmışdır. İşdən görünür ki, iddiaçı yalnız 12.09.2018-ci il tarixdə özünün müqavil ə bağladığı vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti və müddətin bərpası barədə ərizə vermiş və ərizəni onunla əsaslandırmışdır ki, vəkillə təmin olunması barədə qərardadın icrası və kassasiya şikayətinin tərtibi onun iradəsindən asılı olmayan səbəblərdən uzanmışdır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəs indən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, dövlət hesabına vəkil təyin edilməsini istəyən tərəfin uzun müddət bu ərizənin nəticəsi ilə uzun müddət maraqlanmaması, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində kassas iya şikayətinin tərtib edilərək verilməsinə səy göstərməməsi onun iradəsindən asılı olan məsələlər olub. İddiaçının ona dövlət hesabına vəkil təyin edilməsi barədə ərizə ilə müraciət etdikdən 1 il sonra başqa vəkillə müqavilə bağlayaraq, qətnamədən kassasiya şikayəti verməsi onu təsdiq edir ki, iddiaçı bunu 1 il əvvəl də, yəni şikayət vermə müddətini buraxmadan da edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilə r ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Lakin hazırki işin halları baxımından iddiaçının bildirdiyi əsaslar üzürlü səbəb kimi qəbul edilə bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçı kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətlər daxilində vermək imkanına malik olmuşdur. Hətta bununla bağlı məhkəmə şikayətinin verilməsində ona yardım etmiş, lakin o bu yardımdan istifadə etməyə səy göstərməmişdir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərə kətləri etmək hüququ keçmiş olur. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (MPM-in 133.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpa edilməsilə bağlı iddiaçının ərizəsinin təmin olunması mülki işdəki sənədlərin təhlili baxımından həmahənglik təşkil etmir və MPM-in 133-cü maddəsinin məzmunu və təyinatına cavab vermir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, qeyd edir ki, bu dəlillər iş materialları ilə təkzib edilir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. İddiaçı kassasiya şikayətinin vaxtında tərtib edilərək verilməməsinin vəkilin təqsirindən baş verdiyini iddia etsə də, kassasiya şikayətinin vaxtında vəkil tərəfindən tərtib edilib, müvafiq sənədlər əlavə edilməklə və imzalanmaqla məhkəməyə təqdim edilməsinə vəkil deyil, tərəf özü məsuliyyət daşıyır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli 2(103)-5013/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2239/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2239/2019
08.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver