Məhkəmə qərarları › İş №2(102)-2239/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2239/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2239/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 fevral 2*23-cü il tarixli, 2(1*3)-124*/2*23 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Alıcı İddiaçı satıcı "xxxx" MMM ilə 16.*5.2*21-ci il tarixli alğı-satqı müqaviləsi bağlayaraq, tünd göy metal rəngli, 2*21-ci il buraxılışlı «Cavabdeh2 X5 xDrive25d (M-Paket)» markalı avtomobili 73.*** avroya almışdır. Müqavilənin 5-ci bəndinə əsasən satıcı alıcıya təhvil verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 2**.*** km. (hər hansı birinin tez başa çatmasından asılı olmayaraq) yürüşünə təminat vermişdir. Razılaşmaya əsasən zəmanət müddəti malın alıcıya təhvil verdiyi gündən hesablanır. 2. 16.*5.2*21-ci ildə müqavilədə göstərilən avtomobil iddiaçıya təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir.

3. Alıcı İddiaçı 2*22-ci ilin yanvar ayında avtomobildə qüsur aşkarlamış və bununla bağlı qarantiya müddəti çərçivəsində Cavabdeh1 MMM-yə müraciət etmiş, qarantiya şərtləri çərçivəsində avtomobilin motor hissəsi yenisi ilə əvəz olunmuş və avtomobildə olan nöqsan aradan qaldırılmışdır. Bir müddət sonra avtomobildə yenidən nasazlıq yaranmış, iddiaçı həmin gün yenə də Cavabdeh1 MMM-yə müraciət etmiş və cavabdeh tərəfindən yenidən yaranmış nasazlıq aradan qaldırılmışdır.

4. Bundan sonra Cavabdeh1 MMM tərəfindən iddiaçıya potensial müştəri tapılaraq iddiaçıya təklif edilmiş, 2*22-ci ilin aprel ayında mübahisəli avtomobil 73*** ABŞ dollarına avtomobilin yeni alıcısına satılmışdır. 5. 19.*4.2*22-ci ildə Cavabdeh1 MMM tərəfindən iddiaçıya yeni «Cavabdeh2 X5 xDrive25d markalı avtomobil 74*** avroya təklif edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 26579,5 manat (15635 USD) maddi ziyanın, əlavə xərclədiyi 3*** manat pulun - cəmi 29579,5* manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16.*5.2*21-ci il tarixli 195A saylı alğısatqı müqaviləsinə əsasən cavabdeh «İmprotex» Motors» MMC-dən «Cavabdeh2 X5 XDRİVE25D (M PAKET)» markalı tünd göy rəngdə avtomobili nağd olaraq 15*68* manat (15*68* x 1,7=88635,29 USD) ödəyərək almışdır. 2*22-ci ilin yanvar ayında yolda hərəkət halında ikən avtomobil sönmüşdür. Cavabdehə zəng edərək problemi bildirmişdir. Cavabdeh avtomobili evakuatora qoyaraq gəti rməsini bildirmişdir. İddiaçı da avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. 8 gündən artıq müddət ərzində avtomobilsiz qalması azmış kimi dəfələrlə zəng etməsinə baxmayaraq cavabdehdən heç bir məlumat əldə edə bilməmişdir. Daha sonra cavabdeh tərəfindən avtomobilin motor hissəsində zavod qüsuru çıxdığı üçün motorun dəyişdirilməli olduğu iddiaçıya bildirilmişdir. Razı olmadığı üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını şifahi olaraq tələb etmişdir. Motordakı qüsurla bağlı yazılı məlumat verilməsini tələb etməsinə baxmayaraq, iddiaçıya heç bir məlumat verilməmişdir. Nəticədə çarəsiz qaldığı üçün motorun və qüsurlu çıxan digər detalların yeniləri ilə əvəz olunması ilə razılaşm aq məcburiyyətində qalmışdır. Təxminən bir aydan sonra gələn yeni motor və digər detallar avtomobilə yığıldıqdan sonra avtomobil iddiaçıya təhvil verilən gün avtomobili idarə etdiyi anda avtomobildən qeyri-adi bir səs gəldiyini eşitmiş və avtomobili saxlamış və ön hissəsinə yaxınlaşdığı anda maşından qeyri-adi iy gəldiyini hiss etmişdir. Daha sonra avtomobildən tüstü duman çıxdığını görmüşdür. Yenidən eyni gün avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. Artıq cavabdehə və maşına etibarı itdiyi üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmişdir. Uzun danışıqlardan sonra «may ayında sizin maşını sataq, may ayının sonunda gələcək avtomobillərdən sizə eyni marka modelə ai d yeni avtomobil verək» deyilmişdir. İddiaçı başqa çıxış yolu qalmadığı üçün yenidən razılaşmışdır. Lakin avtomobil satıldıqdan sonra iddiaçıya avtomobili 73*** dollara satıldığı bildirildi. Halbuki iddiaçı o avtomobil üçün 88635,29 USD ödəmişdir. 15635 USD ziyan dəymiş olmasına baxmayaraq, hələ bu azmış kimi ona yeni maşının verilməsi üçün iddiaçıdan 69** avro əlavə pul tələb edilmişdir. Yəni, yeni avtomobil almasına baxmayaraq həm avtomobilsiz qalmış, bir neçə ay içərisində 15635 USD-dən çox ziyan dəymiş, hələ üstəlik yeni avtomobil verilməsi üçündə 69** avro pul tələb edilmişdir. Qeyd olunan maşına kuza qoruması üçün şəffaf plyonka ilə bağlı tərəfindən 3*** manat əlavə vəsait xərcləmişdir. Bununla bağlı müxtəlif vaxtlarda cavabdehlə danışıqlar aparmasına baxmayaraq bir nəticə əldə edə bilmədiyi üçün Almaniya ofisinə şikayət ərizəsi ünvanlamışdır. Lakin buna baxmayaraq onlardan da iddiaçını qane edəcək heç bir cavab gəlməmişdir.

8. Cavabdeh1 MMM-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək izahatında göstərmişdir ki, iddiaçının tələbinin faktiki və hüquqi əsası yoxdur. Belə ki, iddiaçının ərizəsində də qeyd etdiyi kimi, o, avtomobili təhvil aldıqdan 8 ay müddət keçdikdən və avtomobili təxminən 2*.*** km. istismar etdikdən sonra mühərrik hissəsində problemlər yaranmışdır. Göründüyü kimi, alğı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra iddiaçıya lazımi keyfiyyətli mal verilmiş və həmin malda xeyli müddət heç bir nöqsan yaranmamışdır. Yalnız 2*22-ci ilin yanvar ayında avtomobildə nasazlıq yaranmış və iddiaçı müəssis əyə onun zəmanət şərtləri daxilində təmir edilməsi üçün müraciət etmiş və avtomobilin nasazlıq yaranmış hissələri tam original hissələrlə əvəz edilmişdir. Həmçinin avtomobildə nasazlıq yarandıqdan sonra onun nasazlıq yaranmış hissələrinin original hissələrlə əvəz edilməsi müddətində müştərinin müvəqqəti istifadə etməsi üçün o, əvəzsiz olaraq nəqliyyat vasitəsi ilə (Toyota Camry markalı) təmin edilmişdir. Avtomobildə nasazlıq aradan qaldırıldıqdan sonra 26.*3.2*22-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Bundan sonra avtomobildə nasazlıqların aradan qaldırılması zamanı yol verdikləri kiçik nöqsan səbəbindən yaranmış aradan qaldırılması asan olan çətinlik yaranması barədə iddiaçı tərəfindən onlara müraciət olunmuşdur. Məlum olmuşdur ki, avtomobildə yeni təmin olunmuş hissələrin izolyasiya materialları qopardılmamış və istilik nəticəsində buxarlanmaya məruz qalmışdır. Bununla əlaqədar iddiaçının müraciəti ilə birlikdə dərhal həmin çətinlik aradan qaldırılaraq iddiaçıya təhvil verilmişdir. Bundan sonra, iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Həmçinin o, avtomobil satıldıqdan sonra müəssisədən yeni avtomobil almaq barədə niyyətini də çatdırmışdır. Tərəflərindən iddiaçıya potensial müştəri tapılaraq təklif edilmiş və 2*22-ci ilin aprel ayında onlar arasında razılaşma əldə olunaraq, iddiaçı ilə onun avtomobilinin müştərisi arasında avtomobilin alğı-satqısı baş tutmuşdur. Hazırda yeni müştəri ilə zəmanət şərtləri davam edir və avtomobildə həmin tarixdən etibarən 6 aya yaxın müddət ərzində heç bir qüsur yaranmamışdır. İddiaçı öz avtomob ilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir. İddiaçıya tərəflərindən heç bir halda həmin avtomobilin yenisi ilə əvəzlənməsi, avtomobilin müəssisəsinə geri satılması yaxud qaytarılması və ya ona aşağı qiymətə yeni avtomobil verilməsi ilə bağlı heç bir vəd verilməmişdir. Göründüyü kimi, iddiaçı müəssisələrdən aldığı avtomobildə yaranmış nasazlıqlar tam olaraq aradan qaldırılmış və onun qüsur yaranmış hissələri tam original hissələrlə əvəz edilmişdir. Bu isə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun və Mülki Məcəlləsinin müvafiq müddəalarına tam olaraq uyğun icra edilmişdir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 587.2-c i maddəsinin şərtləri o halda tətbiq edilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş olsun. Bu halda isə Mülki Məcəllənin 587.1-ci maddəsi tətbiq olunur ki, həmin maddənin şərtlərinə əsasən alıcı öz seçimi (iradəsi) ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi arasında seçim edə bilər. İddiaçı isə öz iradəsi ilə əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması seçimini etmişdir. Cavabdeh tərəfindən maldakı qüsurlar original ehtiyat hissələrlə əvəz edilməklə tam aradan qaldırılmışdır. İddiaçının avtomobilin ilkin alışına görə ödəmiş olduğu vəsaitlə öz iradəsi nəticəsində özünün mülkiyyətind ə olan avtomobili satdığı məbləğin arasında yaranmış fərqi ona dəymiş ziyan kimi qələmə vermək və ödənilməsini cavabdehdən tələb etmək iddiası əsassızdır və qanunsuzdur. İddiaçının ərizəsində iddia etdiyi 3*** manat məbləğində şəffaf «plyonka» üçün xərclədiyi məbləğin onların müəssisəsinə heç bir aidiyyəti olmamışdır. Bu tamamilə sözügedən avtomobili iddiaçıdan alan üçüncü şəxslə iddiaçı arasında alqı-satqı şərtlərinə aid məsələdir. Həmçinin maşın iddiaçıya satıldıqdan sonra iddiaçı hansısa onlara məlum olmayan səbəblərdən və onlara məlumat vermədən, qarantiyaya zidd olmasını bilə-bilə maşının şüşələrini dəyişdirmişdir. Onlar bundan yola çıxaraq qarantiyanı ləğv etmə səlahiyyətinə sahib olsalar da, bunu etməmiş və müştəri məmnuniyyətini ön plana alaraq bunu görməzdən gəlmişlər.

9. Bakı şəh əri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(**6)-4*92/2*22 saylı, 14 noyabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi təmin olunmamış və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, iddiaçı ilə alğı-satqı müqaviləsi «Cavabdeh2» Şirkətinin rəsmi nümayəndəsi Cavabdeh1 MMC ilə bağlanmışdır və məsuliyyəti həmin şirkət daşıyır. Bu səbəbdən cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır.

11. Məhkəmə iddia tələbinin 26.579,5 manat (15.635 ABŞ dolları) məbləğində maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, iddiaç ı ilə onun avtomobilin yeni müştərisi arasında razılaşma könüllü surətdə əldə olunmuş, iddiaçı könüllü qiymətini razılaşdırılaraq, alğı-satqı müqaviləsi bağlamışdır (bunun əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir).

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı avtomobil üçün dəymiş ziyanın 15.635 ABŞ dolları təşkil etməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının avtomobilin dəyəri arasındakı 26.579,5 manat (15.635 ABŞ dolları) fərqi istəməsi bugünkü gün ağlabatan deyildir. Avtomobil ona zərər dəyməsi və qüsurlarının olması nəticəsində satılmış olsa da, həmin qeyd olunan aradakı fərq avtomobilin ümumi bazar qiyməti əmsalının göstəricisinə uyğundur, çünki avtomobil satış vaxtından təxmi ni 1 ilə yaxın müddət iddiaçının istifadəsində olmuş və həmin müddət ərzində avtomobil 2*.*** km yaxın istifadə olunmuşdur. Avtomobilin 88.635,29 ABŞ dollarına alınıb 73.*** ABŞ dollara satılması, yəni aradakı fərqin 15.635 ABŞ dolları olması ağlabatan məbləğdir. İddiaçının yeni avtomobil alıb, istifadə edib və istifadə müddətində avtomobilin bazar dəyərinin orta hesabla 15-2*% aşağı düşməsi kəskin fərq yaratmır. Həmçinin iddiaçı avtomobildə yaranmış nasazlıqlara görə onunla Cavabdeh1 MMM arasında bağlanmış 16.*5.2*21-ci il tarixli, 195A nömrəli alğı-satqı müqaviləsini mübahisələndirməmişdir. İddiaçı mülkiyyətində olan avtomobilin qiyməti ilə razılaşmış, avtomaşının yeni alıcısı ilə müstəqil şəkildə alğı-satqı müqaviləsi bağlayaraq maşını satmışdır və satdıqdan sonra aradakı fərqi Cavabdeh 1 MMM-dən tələb etməsi əsassızdır. İddiaçı cavabdeh tərəfindən onun avtomobilin satılmasını və yeni avtomobil ilə əvəz edilməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə də təqdim edə bilməmişdir.

14. Məhkəmə iddia tələbinin avtomobilə əlavə xərclədiyi 3*** manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, qeyd olunan 3*** manatlıq avtomobilə üst örtüyünün çəkilməsi üçün xərclənən vəsait iddiaçının könüllü davranışı əsasında həyata keçirilmiş və avtomobilini satarkən də sonuncu satıcı ilə bu barədə razılaşma əldə etməli idi.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 587.2, 624.1, 1*96, 1*97, 1115-ci, “İstehlakçıların Hüquqlarının müdafiəsi haqqınd a” Azərbaycan Respublikasının Qanununun 4, 7-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 89.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən də avtomobili iddiaçı öz istəyi ilə satdığını bir anlıq ehtimal etsə belə, istehlakçı “Cavabdeh2” aldığını, mühərrikində istehsal qüsuru olduğunu təmirdən sonra yenidən tüstülədiyini və bu səbəblə avtomobilin 23*** manat daha ucuz qiymətə satıldığını normal qəbul edib satıcı və istehsalçının heç bir məsuliyyətinin olmadığı nəticəsini çıxartmaq sadə məntiqə sığmadığı kimi, vicdan daşıyan heç bir insanın da qəbul etməyəcəyi bir nəticədir. Maraqlıdır ki, birinci instansiya məhkəməsi bu halı normal qəbul etmişdir. Bu faktın özü belə, sözügedən qətnamənin ləğvi üçün əsas olub, məhkəmənin maddi hüquq normaları düzgün tətbiq etmədiyini aşkar göstərməkdədir. Bütün bu faktları normal qəbul edən birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməmiş və əsas olaraq bildirmişdir ki, iddiaçı öz istəyi ilə avtomobili satmışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*3)-124*/2*23 nömrəli, 7 fevral 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) İddia çı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-4*92/2*22 saylı, 14 noyabr 2*22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. Ancaq iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

20. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdı r. İddiaçının mülkiyyətində olmuş avtomobili cavabdehdən aldığı qiymətdən fərqli, yəni aşağı qiymətə üçüncü şəxsə alqı-satqı müqaviləsi əsasında satması ona həqiqətən də cavabdeh tərəfindən zərər vurulduğu qənaətinə gəlmək üçün əsas vermir. Çünki, bu faktla cavabdeh tərəfin hərəkətləri yaxud hərəkətsizliyi arasında birbaşa səbəbli əlaqə mövcud deyildir.

21. Avtomobilin şikayətdə göstərilən, yəni alış qiymətindən 23*** manat aşağı qiymətə satılması nəticəsində iddiaçıya zərər dəyməsi də inandırıcı və ağlabatan deyildir. Çünki, həmin avtomobil 8 aya yaxın iddiaçı tərəfindən istismar olunub 2**** km. həddində məsafə qət etmişdir. Bu cür vəziyyətdə avtomobil bazarında olan avtomobilin alqı-satqısı ilə bağlı mövcud münasibətlər, mübahisə predmeti olmuş avtomobilin istismar müddəti və qət etdiyi məsafə və s. hallar nəzərə alınmaqla qiymət fərqinin olması labüd idi. Buna görə də iddiaçı da avtomobilin üçüncü şəxsə aldığı qiymətdən aşağı qiymətə satılması nəticəsində ona zərər dəydiyini düşünməklə yaxud zənn etməklə haqlı olmamışdır. Əlbətdə ki, ağlabatan mühakimə də heç bir halda avtomobilin qeyd olunan müddətdə istismar olunduqdan sonra ilk dəfə alındığı qiymətə satılmasının mümkün olmasını istisna edir. Ona görə də iddiaçının deliktə görə məsuliyyət daşımalı olduğunu ehtimal etdiyi cavabdehə qarşı bu cür iddia irəli sürməsi yanlış olmuşdur.

22. İddiaçı mübahisə predmeti olmuş avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edib hazırki iddianı irəli sürməkdə də haqlı olmamışdır. Çünki, qeyd olunan normalara əsasən iddianın əsaslı olması ndan o zaman söhbət gedə bilərdi ki, həmin avtomobil iddia irəli sürülən zaman iddiaçının mülkiyyətində və istifadəsində olmuş osun.

23. İddiaçı mübahisə predmeti olmuş avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edərək hazırki iddianı irəli sürməkdə həm də ona görə haqlı olmamışdır ki, iddianın faktiki əsası kimi göstərdiyi hallarla bağlı artıq həmin normaların verdiyi imkandan faydalanmışdır. Başqa sözlə avtomobil mülkiyyətində və istifadəsində olan zaman onda yaranmış qüsurla bağlı Mülki Məcəllənin 587.1.2 və 624.1.3-cü maddələrindən nəzərdə tutulmuş əsasla, yəni öz seçimi ilə avtomobildə yaranmış qüsurların ağalabatan müddətdə və ya təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh də zəmanət müdd əti ərzində baş verdiyinə görə həmin qüsuru tam yeni orijinal detallarla aradan qaldırmış, faktiki olaraq əlavə xərc çəkmişdir. Hətta cavabdeh tərəf qüsurun aradan qaldırıldığı dövrdə biznes etikasına uyğun olaraq iddiaçını müvəqqəti avtomobillə təmin etdiklərini də göstərir, iddiaçı isə bu faktın həqiqi olduğunu təkzib etmir. Deməli, iddiaçı həmin qüsurların aradan qaldırılması üçün hər hansı bir xərc çəkmədiyi üçün Mülki Məcəllənin 587.1.3 və 624.1.4-cü maddələrində nəzərdə tutulmuş əsasla da hansısa xərcin əvəzinin ödənilməsini tələb edə bilməzdi.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 587.2.1, 624.1, 1*96, 1*97-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 7-ci, Azərbaycan Respublikasının Mülki Pr ossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılıb ki, avtomobildə 2-ci dəfə qüsur aşkar edildikdən sonra satıcıya və avtomobilə etibarı itən iddiaçı yuxarıda şərh edilən normalara müvafiq olaraq haqlı olaraq avtomobilə görə ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmiş, uzun danışıqlardan sonra cavabdeh tərəf avtomobilin yenisi ilə əvəz edilməsini iddiaçıya təklif etmiş, bununla belə yeni avtomobili qüsurlu avtomobili satdıqları halda gətirərək iddiaçıya təhvil verəcəklərini bildirmişdir. Başqa çıx ış yolu qalmayan iddiaçı təkliflə razılaşmalı olmuşdur. Bununla belə, avtomobili ucuz satdıqlarını bildirən cavabdeh yeni avtomobilin verilməsi üçün iddiaçıdan əsassız olaraq əlavə ödənişlər tələb etmiş (15635 USD + 69** avro), qanunvericilik normalarının tələblərini pozmuşdur. Tərəflər arasında pərakəndə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin müqavilə ilə cavabdeh tərəfindən iddiaçıya lazımi keyfiyyətli olmayan avtomobil satılmış, iddiaçı 1-ci dəfə avtomobildəki qüsurların əvəzsiz qaydada aradan qaldırılmasını tələb etmiş, cavabdeh tərəfindən qüsurların aradan qaldırıldığı bildirilməklə avtomobil iddiaçıya təhvil verilsə də, onda yenidən qüsur ortaya çıxmış, satıcıya və avtomobilə etibarı itən iddiaçı isə haqlı olaraq avtomobilə görə ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmişdir. Həmin tələb müqabilində qüsurlu avtomobilin lazımi keyfiyyətlisi ilə əvəz edilməsini (dəyişdirilməsini) qəbul edən cavabdeh iddiaçının həmin tələbini də avtomobilin ucuz satılmasını əsas gətirərək təmin etməmişdir. Beləliklə, cavabdehin alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi (malın keyfiyyətinə dair tələbləri pozmaqla icra etməsi) nəticəsində iddiaçıya zərər vurmuşdur ki, iddiaçı həmin zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Çünki o, nə lazımi keyfiyyətli olan yeni avtomobillə təmin edilmiş, nə də ki, avtomobilə görə ödədiyi pul tam olaraq ona qaytarılmamışdır.

27. Mübahisə predmeti olan avtomobildə aşkar olunmuş hər iki qüsur avtomobilin zəmanət müddəti ərzində, istismar müddətindən hələ bir il keçmədən aşkar olunmuşdur. Belə olan halda Mülki Məcəllənin 624-cü maddəsində qeyd edilən seçimlərdən hər hansı birinin yerinə yetirilməsi sözsüz ki, satıcının öhdəliyi olmuşdur. Bununla belə, cavabdeh mülki qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərin icrasından açıq-aşkar boyun qaçırmış, qüsurlu malı yenisi ilə əvəz etməli olduğu halda, bunu dərhal etməmiş, avtomobilin yenisi ilə əvəz edilməsini onun satılmasından sonra həyata keçirəcəyinə iddiaçını inandırmış, avtomobilin satılmasından sonra isə həmin öhdəliyin icrasından ümumiyyətlə boyun qaçırmışdır. Bütün bunlara baxmayaraq, işə məhkəmədə baxılarkən cavabdeh “sanki iddiaçının sözügedən avtomobilin satılmasını ona tapşırması və ya satılmasına köməklik göstərməsini xahiş etməsi” arqumentinə istinadən müdafiə olunmağa başlamışdır. İş ə baxan məhkəmələr isə açıq-aşkar absurd olan bu dəlili inandırıcı hesab edərək iddiaçının istehlakçı hüquqlarının pozulmasına gətirib çıxaran məhkəmə qətnamələri çıxartmışlar. Halbuki, ağla və məntiqə uyğun deyildir ki, iddiaçı külli miqdarda avtomobil alsın, üzərindən bir müddət keçəndən sonra isə onu zərərinə olsa belə satılması üçün yenidən satıcıya təhvil vermiş olsun. Məgər aldığı avtomobili satmaq qərarına gələn şəxs onu özü normal qiymətə sata bilmir ki, bu işi əvvəlki satıcıya həvalə etsin? Bu cür halın çox cüzi də olsa, baş verə bilmə ehtimalı bəlkə də qəbul edilə bilər. Lakin hazırkı işin halları baxımından bu cür qənaətə gəlmək ümumiyyətlə mümkünsüzdür. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi alıcı avtomobili aldıqdan sonra onda 2 ayrı halda qüsur çıxmışdır. İdd iaçının cavabdehə müraciətləri də məhz bu qüsurlarla əlaqədar olub. Həmin qüsurlara görə satıcının cavabdehlik daşıdığı da işin mübahisəsiz halıdır. Cavabdeh bunu təkzib etməmişdir, o, bu halı qəbul edir, sadəcə bildirir ki, məsuliyyət daşıdığı həmin qüsurları əvəzsiz olaraq aradan qaldırmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçının qüsurlu olan avtomobilin satılmasında ona köməklik göstərməsini satıcıdan xahiş etməsi mümkün deyildir, işin həqiqi faktiki hallarına uyğun gəlmir. Göründüyü kimi, Cavabdeh1 MMC-nin təqsirli hərəkəti və satıcı olaraq malda yaranmış qüsura dair öhdəliklərindən boyun qaçırması iddiaçının istehlakçı hüquqlarının pozulmasına və şəxsə zərər vurulmasına gətirib çıxarmışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. İşin hallarından göründüyü kimi, avtomobildə 2-ci dəfə qüsur aşkar edildikdən sonra satıcıya və avtomobilə etibarı itən iddiaçı haqlı olaraq avtomobilə görə ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmiş, uzun danışıqlardan sonra cavabdeh tərəf avtomobilin yenisi ilə əvəz edilməsini iddiaçıya təklif etmiş, bununla belə yeni avtomobili qüsurlu avtomobili satdıqları halda gətirərək iddiaçıya təhvil verəcəklərini bildirmişdir. Başqa çıxış yolu qalmayan iddiaçı təkliflə razılaşmalı olmuşdur. Mülki qanunvericiliyə daxil olan heç bir normada ədalətsiz şəkildə malda qüsur aşkar olunduğu və qüsurlu malın yenisi ilə əvəz edildiyi zaman malın istismar həcminə mütənasib şəkildə dəyərinin azalmalı oluğu qeyd olunmamışdır. Həmçinin sözügedən avtomobildə aşkar olunan qüsurlar istismar yox, istehsal qüsuru olmuşdur.

28. Həmçinin qeyd edilmi şdir ki, Cavabdeh1 MMM ilə “Cavabdeh2” Şirkəti arasında ticarət nümayəndəliyi münasibətləri mövcuddur və sözügedən mübahisə üzrə cavabdeh qismində “Cavabdeh2” Şirkətinin cəlb edilməsi tamamilə doğrudur. Belə ki, Cavabdeh1 MMM-nin “Cavabdeh2” Şirkətinin rəsmi nümayəndəsi olması həmin şirkətin sözügedən işdə tərəf olmasını istisna edə bilməz. Sözügedən maddədən də göründüyü kimi, Cavabdeh1 MMM “Cavabdeh2” Şirkəti adından fəaliyyət göstərir, belə olan halda “Cavabdeh2” Şirkəti tərəf olaraq sözügedən məhkəmə işinə cəlb edilməlidir. Həmçinin işin hallarından da göründüyü kimi, avtomobildə aşkar olunan zavod qüsuru səbəbindən yeni motor məhz “Cavabdeh2” Şirkətinin özü tərəfindən göndərilmişdir. Belə olan halda həmin şirkətin subyektiv cavabdehlik daşımadığını iddia etmək tamamilə gülüncdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanm a və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Maddə 587.2.1. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf e tmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.

36. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (maddə 624.1.1); alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2); malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3.); malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (maddə 624.1.4). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

37. Maddə 7(1) İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

38. Maddə

4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 fevral 2*23-cü il tarixli qətnaməsi qismən – Cavabdeh1 MMM-dən 26579,5 manat (15635 USD) pulun tutulmasına aid hissədə ləğv edilməli, iş həmin hissəd ə yenidən baxılması üçün göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə məhkəmə qətnamə çıxararkən tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməldir.

51. İşin mübahisəsiz qəbul olunan halı kimi məhkəmələr müəyyən etmişdir ki, iddiaçı cavabdehlə bağlanmış 16.*5.2*21-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 73.*** avroya avtomobil almış və satıcı alıcıya təhvil verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 2**.*** km. yürüşə təminat vermişdir. Tərəflər zəmanət müddətinin malın alıcıya təhvil verdiyi gündən hesablanması barədə şərtləşiblər. Zəmanət müddəti başa çatm amış – 2*22-ci ilin yanvar ayında avtomobilin mühərrikində qüsur yarandığına görə avtomobilin istismarı mümkün olmamış, satıcı qüsurun aradan qaldırılması üçün avtomobili satıcıya vermi, satıcı tərəfindən qüsur aradan qaldırlmaqla 16.*5.2*21-ci ildə mübahisəli avtomobil iddiaçıya təhvil vermiş və bu barədə akt tərtib edilmişdir. Bundan sonra yenə də avtomobildə qüsur yaranmışdır.

52. İşin bu vəziyyətində iddiaçının alıcı olaraq Mülki Məcəllənin 587.2.1 və 587.2.2-ci maddələrinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yaranır.

53. Çünki əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması (aradan qaldırı la bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcıya öz seçimi ilə bu tələblərdən birini irəli sürmək ixtiyarı verir.

54. İddiaçı da iddia ərizəsində tələbini bu normaya istinadən əsaslandırmışdır.

55. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehdən 3*** manat pulun tutulmasına aid hissədə düzgün nəticəyə gəlmişdir. Çünki iddia tələbinin bu hissədə əsaslılığı barədə heç bir sübut rəqdim olunmamışdır.

56. Məhkəmə qalan hissədə iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə onun avtomobilin yeni müştərisi arasında razılaşma könüllü sur ətdə əldə olunmuş, iddiaçı könüllü qiymətini razılaşdırılaraq, alğı-satqı müqaviləsi bağlamışdır (bunun əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir).

57. Məhkəmə kollegiyası qeyd edir ki, bu nəticə, avtomobilin satılmasına səbəb olan şəraitin iddiaçı tərəfindən verilən izahın nəzərə alınmaması ilə gəlinmiş nəticədir. Çünki işin halları avtomobilin satılması təşəbbüsünün iddiaçı tərəfindən irəli sürüldüyü barədə nəticəyə gəlməyə əsas vermir. İddiaçı qeyd etmişdir ki, “avtomobildə ikinci dəfə qüsur aşkar edildikdən sonra eyni model avtomobilin verilməsini və ya ödəmiş olduğu pulun qaytarılmasını tələb etmiş, lakin cavabdeh avtomobili satmağı və may ayının sonunda gətiriləcək avtomobillərdən eyni markalı və modelli yeni avtomobil verməyi təklif etmiş, bu razılıq əsasında avt omobil satılmışdır”.

58. Cavabdeh tərəfin bununla bağlı izahı ondan ibarətdir ki, “iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Həmçinin o, avtomobil satıldıqdan sonra müəssisədən yeni avtomobil almaq barədə niyyətini də çatdırmışdır. Tərəflərindən iddiaçıya potensial müştəri tapılaraq təklif edilmiş və 2*22-ci ilin aprel ayında onlar arasında razılaşma əldə olunaraq, iddiaçı ilə onun avtomobilinin müştərisi arasında avtomobilin alğı-satqısı baş tutmuşdur. Hazırda yeni müştəri ilə zəmanət şərtləri davam edir və avtomobildə həmin tarixdən etibarən 6 aya yaxın müddət ərzində heç bir qüsur yaranmamışdır. İddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir” səh. 57-58). 59. “iddiaçı art ıq həmin avtomobili istəmədiyini və onu satmaq üçün kömək etməyimizi xahiş etmişdir. Biz də maşını salona qoyub satılmasına kömək göstərmişik. Maşın iddiaçının nümayəndəsinin iştirakı ilə üçüncü şəxsə özgəninkiləşdirilmişdir” (səh. 66).

60. Cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsində də iddiaçının avtomobildən imtina etdiyini təsdiq edərək bildirmişdir ki, “Bizə bildiribdir ki, maşını istəmir. Biz də demişik ki, əgər istəmirsə, endirimli yeni maşın təklif edək, bildirib ki, bəs bu maşını neynəyək, biz yenə də bildirmişik ki, maşını bizim salona qoy, yüksək qiymətə satma ehtimalımız daha yüksəkdir. Qarşı tərəf də razılaşıbdır. Əgər bizə əvvəldən bildirsəydi ki, yeni maşın almayacaq, onda biz də deyərdik ki, maşını götür apar, biz niyə maşını satırıq” (səh. 141).

61. Göründüy ü kimi, iddiaçının avtomobildən imtina etməsi faktı cavabdeh tərəfin izahatı ilə də təsdiq olunur. Eyni zamanda avtomobilin məhz cavabdeh tərəfindən satış salonuna qoyulması, müştəri tapılması və satılması da sübut olunur.

62. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaş ı yoxlanılmalı və qiymətləndirilməlidir.

63. Sübutların qiymətləndirilməsi işin halları ilə əlaqəli şəkildə, məntiqi mühakimə əsasında təhlil edilmə yolu ilə həyata keçirilir və ağlabatan nəticəni ehtiva edir. İddiaçının Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən seçimi üzrə hərəkət edərək, alğı-satqı müqaviləsinin icrasından imtina edib əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməsi və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ olduğu halda, bu real hüquqdan istifadə etməyib, özü üçün açıq-aşkar ziyanla nəticələnən yolu seçib avtomobili satmaq üçün cavabdehə müraciət etməsinə ağlabatanlıq baxımından qiymət verilməmişdir.

64. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşımış və əlavə olaraq qeyd etmişdir ki, “maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olmuş avtomobili cavabdehdən aldığı qiymətdən fərqli, yəni aşağı qiymətə üçüncü şəxsə alqı-satqı müqaviləsi əsasında satması ona həqiqətən də cavabdeh tərəfindən zərər vurulduğu qənaətinə gəlmək üçün əsas vermir. Çünki, bu faktla cavabdeh tərəfin hərəkətləri yaxud hərəkətsizliyi arasında birbaşa səbəbli əlaqə mövcud deyildir”.

65. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən tələb etdiyi 26579 manat vəsaiti maddi ziyan kimi tələb etməsinə baxmayaraq, həmin vəsaiti əşya üçün ödədiyi pul məbləğinin ona qaytarılmayan (kəsir) hissəsi kimi izah edir. Həmçinin iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 587.2-ci maddəsinə istinad edir. Bu halda, iddia tələbinin məhz zərərin ödənilməsi tələbi kimi qəbul edilməsi formal yanaşmadır.

66. Qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

67. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasit ə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

68. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

69. Bu baxımdan, verilmiş iddia tələbinin maddi ziyanla bağlı dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalıdır.

70. İddia tələbi məhz Mülki Məcəllənin 587.2.1-ci maddəsinə əsasən həll olunmalıdır. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçının avtomobildən imtina etməsi cavabdehin özü tərəfindən də təsdiq olunur. Bununla da tərəflər arasında alıcının müqavilənin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılması üzrə münasibətlər yaranıb. Bu halda nəyə görə avtomobilin satılması, avtomobilinin satılması təklifinin kim tərəfindən verilməsi, əgər iddiaçının avtomobili satmaq qərarı olmuşsa nəyə görə özünün deyil, cavabdehin satması, onların danışıqlarının məzmunu müəyyən edilməli idi. Çünki avtomobil tərələrin məhz 587.2.1-ci maddəsi ilə yaranan danışıqlar əsnasında (müstəvisində) satılıb.

71. Apelyasiya instansiyası məhkəməsinin “avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edib hazırki iddianı irəli sürməkdə də haqlı olmamışdır. Çünki, qeyd olunan normalara əsasən iddianın əsaslı olmasından o zaman söhbət gedə bilərdi ki, həmin avtomobil iddia irəli sürülən zaman iddiaçının mülkiyyətində və istifadəsində olmuş osun” dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bu nəticəyə gələndən əvvəl avtomobilin satılması ilə bağlı tərəflərin əsil niyyətlərini, avtomobilin başqa şəxsə satılmasının Mülki Məcəllənin 587.2-ci maddəsi üzrə tərəflərin razılaşmasının tərkib hissəsi olub-olmamasını müəyyən etməli idi (çünki iddiaçının dəlilinə görə cavabdeh əvvəl maşının satılmasını və sonradan ona avtomobil veriləcəyi barədə razılığa gəldiklərini bildirmişdir). Bu halın araşdırılması həm də ona görə zəruri idi ki, cavabdehin özü də bildirmişdir ki, iddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir (səh. 57-58). Cavabdehin bu izahatından görünür ki, avtomobilin cavabdehə məxsus salonda qoyulub satılması barədə razılıq, sadə cə avtomobilin satılıb əldə olunan pulun iddiaçıya verilməsi ilə bitmirdi.

72. Göründüyü kimi məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

1. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2**8-ci il 3* dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2**9-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2**9-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2*15-ci il 11 fevral tarixli və s. Qərarları).

2. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin 26579,5 manat (15635 USD) pulun tutulması hissəsində işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

4. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tət biq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

5. Lakin qətnamə iddianın cavabdeh «Cavabdeh2» Şirkətinə qarşı rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddianın bu hissəsində məhkəmənin əsaslandırmasına görə cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, iddiaçı ilə alğı-satqı müqaviləsi «Cavabdeh2» Şirkətinin rəsmi nümayəndəsi Cavabdeh1 MMC ilə bağlanmışdır və məsuliyyəti həmin şirkət daşıyır. Bu səbəbdən cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə subyek tiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır.

6. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 fevral 2*23-cü il tarixli, 2(1*3)124*/2*23 nömrəli qətnaməsi qismən – Cavabdeh1 MMM-yə qarşı 26579,5 manat (15635 USD) tələbinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar