Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-224/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istinad divarının sökülməsi, söküntü materiallarının həyətdən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “istinad divarının sökülməsi, söküntü materiallarının həyətdən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5235/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar döngəsi, 0,0897 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1017,4 kv.m. olan 40 saylı (Yeni ünvan: ünvan 1 67) fərdi yaşayış evi və torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh (ev (xx.xx.2018-ci il tarixdən)) və X2 (torpaq sahəsi) adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şə hər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında “Ağır texnika ilə ağacların məhv edilməsi” barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş müraciətini İddiaçı iştirakı ilə əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 22 ədəd müxtəlif cinsli, müxtəlif diametrli meyvə ağacının məhv edildiyi və 2 ədəd meyvə ağacının zədələndiyi aşkar edilmişdir. Araşdırma müddətində ağacların qanunsuz olaraq məhv edilməsinə təqsirkar şəxs və ya şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır. Təbiətə dəymiş ziyan hesablanmış, yaşıllıqların qanunsuz kəsilməsində təqsirkar olan şəxs və ya şəxslərin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur.
3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, şikayətlə bağlı xx.xx.2018-ci il tarixində İddiaçı və Bələdiyyə nümayəndəsinin iştirakı ilə əməkdaşları tərəfindən əraziyə təkrar baxış keçirilmiş, ərazidə mövcud olan yaşıllıqları qeydiyyata alınaraq müvafiq qaydada sənədləşdirilmişdir. Lakin 8 ədəd Aylan ağacının məhv olunması və əvvəlki aktda öz əksini tapmaması barədə verdiyi məlumatla bağlı bildirirlər ki, İddiaçı dediyinə görə həmin ağaclar istinad divarının tikintisi zamanı məhv olmuş və ağacların kökləri torpaq altında qalmış dır. Ona görə də bu məlumatın dəqiqliyini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı əlavə olaraq müvafiq təhqiqat aparılması üçün Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Sözügedən ərazidə mövcud olan yaşıllıqların mühafizəsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Səbail rayon İcra Hakimiyyətinə və Səbail rayon Badamdar qəsəbə Bələdiyyəsinə məktubla müraciət olunmuşdur.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı “Abdulqadir adlı şəxs tərəfindən 23 ədəd meyvə ağacının məhv edilməsi ilə əlaqədar” müraciəti araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, eyni məzmunlu şikayət ilə bağlı 2018-ci il 07 iyun tarixində İddiaçı iştirakı ilə ərazidə araşdırma aparılmışdır. Belə ki, 2018ci il 11 iyun tarixində Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları X1, X3 və X7 və Badamdar bələdiyyəsinin yerli ekologiya məsələləri üzrə daimi komissiyanın üzvü X4 tərəfindən İddiaçı ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilmişdir. Baxış zamanı 3 ədəd diametri 12 sm olan heyva, 6 ədəd diametri 8 sm olan nar, 3 ədəd diametri 12 sm olan albalı, 3 ədəd diametri 12 sm olan alma, 2 ədəd diametri 12 sm olan ərik, 3 ədəd diametri 12 sm olan əncir, 2 ədəd fındıq kolu ağacının, ümumilikdə isə 22 ədəd ağacın köküstə yaş halda məhv edildiyi, bundan başqa 1 ədəd alça və 1 ədəd əzgil ağacının zədələndiyi müəyyən edilmişdir. Araşdırma müddətində ağacların qanunsuz olaraq məhv edilməsində təqsir kar olan şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır. Faktla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na uyğun olaraq 14.880 manat məbləğində ziyan hesablanmış və təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə 2018-ci il 14 iyun tarixli 26/1453 nömrəli və 2019-cu il 24 iyul tarixli 26/1938 nömrəli məktubla Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Lakin Səbail rayon Polis İdarəsindən işin son icra vəziyyəti və nəticəsi barədə müraciət edənə heç bir məlumat verilməmişdir. Təkrar İddiaçı müraciətinin araşdırılması zamanı sözügedən məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinə müraciət etdikdə məlum olmuşd ur ki, iş üzrə cinayət işinin başlanılması 2018-ci il 14 avqust tarixində rədd edilmişdir. Qərarda işin rədd edilməsinə səbəb kimi qeyd edilən ərazinin xüsusi mülkiyyətdə olduğu, araşdırma materiallarının yetərli olmadığı göstərilmişdir.
5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Nazirliyin “Qaynar xətt” məlumat xidmətinə xx.xx.2020-ci il tarixdə “Əfqanıstan vətəndaşı Abdulkadir adlı şəxs vətəndaşın şəxsi mülkiyyətində yerləşən 5-6 ədəd Ayland ağacını qanunsuz şəkildə kəsib və öz ərazisində yandırıb” məzmunlu daxil olmuş müraciət məktubu tərəflərdən şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı İddiaçı yazılı izahat verərək, özünə aid torpaq sahəsində olan 5 ədəd ayland ağacının tanımadıqları şəxslər tərəfindən kəsilərək məhv edildiyini, bununla bağlı olaraq təqsirkar şəxslərin müəyyənləşdirilərək barələrində tədbir görülməsini xahiş etmişdir. Araşdırma ilə əlaqədar Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi, ev 49 ünvanına baxış keçirilən zaman sözügedən ünvanda köküstə yaş 5 ədəd ayland ağacının kəsilərək məhv edildiyi və nəticədə təbiətə 1380 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Araşdırma müddətində ağacların kim və ya kimlər tərəfindən məhv edildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq tərəflərdən akt tərtib olunmuş, sözügedən ərazidə yaşıllıqların məhv edilməsi nəticəsində təbiyətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından təqs irkar olan şəxs və ya şəxsləri müəyyən edərək barələrində qanunamüvafiq tədbir görülməsi üçün Səbail rayon Polis İdarəsinə rəsmi məktubla müraciət olunmuşdur.
6. Səbail rayon Məhkəməsi tərəfindən (2(009)-94/2021 saylı mülki iş, hakim Mədinə Bağırova) təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2736 nömrəli ekspert rəyinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyai Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli **********58 saylı mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsinin **********57 Reyestr nömrəli çıxarışla X5 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, bir hissəsinin isə təqdim ed ilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur.
7. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən tərtib edilmiş (Səbail rayon Məhkəməsinin 2(009)- 94/2021 saylı mülki iş, hakim Mədinə Bağırova) mütəxəssis rəyinin surətindən görünür ki, mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsi **********57 reyestr nömrəli çıxarışla X5 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. **********27-10302 Reyestri nömrəli çıxarışın yerləşmə koordinatları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasar sorğuya cavab olaraq təqdim edilən koordinatlar daxilində yerləşə n torpaq sahəsindən kənarda yerləşir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar X5 və Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmin əmlaklara dəmirbeton konstruksiyalı istinad divarı çəkməsinə mane olmamaq vəzifəsinin İddiaçı üzərinə qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126,14 manatın cavabdeh İddiaçı tutularaq AR ƏMDK-nın Yanında Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh İddiaçı tu tularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfinlənverilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2(004)-94/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4826/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1820/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikas ı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Nazirliyin “Qaynar xətt” məlumat xidmətinə “Badamdar qəsəbəsi Badamdar şossesində Əfqanıstan vətəndaşı Abdulkadir adlı şəxs 3 ədəd ağac kəsdirib” məzmunlu daxil olmuş müraciət məktubu tərəflərdən şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı İddiaçı yazılı izahat verərək əfqanıstanlı X16 adlı şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində istinad divarının qəzalı vəziyyətə düşməsi səbəbindən öz ərazisində bir neçə ağacın məhvolma təhlükəsində olduğunu və həmin istinad divarının sökülməsində aidiyyəti qurumların iştirakının təmin olunmasında köməklik göstərilməsini xahiş etm işdir. Həmçinin həmin şəxs tərəfindən yaradılan çətinliklərlə əlaqədar olaraq öz ərazisində də bir neçə ağacın köküstə quruyaraq inkişafdan dayandığını bildirmişdir. Tərəflərdən keçirilən baxış zamanı ərazidə olan istinad divarının qəzalı vəziyyətdə olması, həmçinin şikayətçi İddiaçı təqdim etdiyi video materiallara əsasən X16 adlı şəxsin fərdi yaşayış evinin həyətində bir neçə ağacın məhv edildiyi müşahidə olunmuşdur. Məlumat üçün bildirirlər ki, “Tikinti obyektlərinin sökülməsi Qaydaları” Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır ki, bu qaydaların həyata keçirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə daxildir. Həmçinin Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı qərarına ə sasən fərdi həyətyanı sahə kimi çıxarış əsasında xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinə münasibətdə ərazidəki yaşıllıqların mühafizəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət nəzarəti həyata keçirilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı istinad divarının sökülməsi, söküntü materiallarının həyətdən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ona məxsus torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması, 2018-ci ildən başlayaraq torpaq sahəsinin zəbt edilməsinə görə vurulan zərərə görə 5000 manat, ağacların məhv edilməsinə görə 14.880 manat və 1.380 manat, mənəvi zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat, dövlət rüsumu üçün ödədiyi 176 manat və vəkil xidmətlərinə görə ödədiyi 2500 manat, cəmi 30.936 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, Bağlar küçəsində yerləşən 49 saylı ev ona məxsusdur. Ailə üzvləri ilə bu evdə yaşayır. Cavabdehlə qonşudurlar. Lakin cavabdeh qonşuluq hüququna hörmət etmir, ona zərər vurmaqda davam edir. Cavabdehin həyəti sürüşkən ərazidə yerləşdiyindən, torpaqla doldurub həyətini genişləndirmişdir. Genişləndirdiyi həyətin torpaq sahəsi onun həyətinə tökülməsin deyə onun razılığı olmadan və tikinti norma və qaydalarına əməl etmədən ona məxsus sa hədən 2018-ci ilin aprel ayından başlayaraq istinad divarı tikmişdir. İstinad divarını inşa etmək üçün onun həyətinə traktor gətirərək istinad divarının inşası üçün zəmin hazırlatmışdır ki, nəticədə ona məxsus torpaq sahəsini zəbt etməklə ağacları basıb əzmişdir. Ağaclara vurulan ziyan 14.880+1.380=16.260 manat, torpağının zəbt edilməsi ilə əlaqədar 5000 manat, mənəvi ziyana görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat ona zərər vurmuşdur. Cavabdeh qanunsuz əməlini keçirmək üçün Səbail rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, qanunsuz olaraq törətdiyi əməlinə hüquqi don geyindirməyə çalışmışdır. Səbail rayon Məhkəməsi onun etirazlarına məhəl qoymayaraq Cavabdehin iddiası təmin etmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Kassasiya qüvvədə saxlamışdır. Cavabdehin qanunsuz tikinti aparması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 0079 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız məhkəmə proseslərinə cəlb edilmişdir, qanunsuz əməllərin qarşısını almaq üçün dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Keçirdiyi gərginliklər nəticəsində sağlamlığına 2000 manat zərər zərər dəyib. Cavabdehin onun iradlarına məhəl qoymaması mənəvi sarsıntılar keçirməsinə səbəb olub ki, nəticədə 5000 manat zərər dəyib
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim Şahin Abdullayev) e-2(009)-302/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş 52 metr uzunluğunda istinad divarı Cavabdeh vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması, Cavabdeh müəyyən edilmiş 3 ay müddət ərzində qətnaməni icra etməsə, İddiaçı cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməsinin haqlı hesab edilməsi, Cavabdeh İddiaçı xeyrinə vəkilin göstərdiyi yardıma görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 1100 (bir min yüz) manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən inşa edilən özbaşına tikilinin – istinad divarının, onun hüquqlarına xələl gətirdiyi üçün hesab etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. Belə bir hüququn mövcudluğu həmçinin tərəflər arasında hazırki mübahisə predmeti olan istinad divarı ilə bağlı yaranmış mübahisə ilə əlaqədar məhkəmə araşdırması zamanı qəbul edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur.
14. Birinci inst ansiya məhkəməsi müəyyən etmişdir ki, X8 və Cavabdeh İddiaçı qarşı törədilən maneənin aradan qaldırılması vəzifəsinin qoyulması tələbi barədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-94/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçılara məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahə qonşuluqda yerləşdir. Həmin ərazinin relyefi yamac tiplidir, iddiaçılara məxsus torpaq sahəsi yamacın yuxarı hissəsində, cavabdehin istifadəsində olan torpaq sahəsi isə aşağı hissədə yerləşir. İddiaçılara məxsus torpaq sahəsinin üst qatı tökmə torpaq sahəsindən ibarət olduğundan orada torpaq sürüşməsi təhlükəsi vardır və bu məqsədlə həmin torpaq sahəsində bərkitmə işlərinin aparılması zəruriliyi mövcuddur. Həmçinin müəyyən edilmişdir ki, bu məqsədlə inşa edilməli olan istinad divarının bir hissəsi iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə düşsə də, digər hissəsi həmin sahədən kənarda, yəni cavabdehin istifadəsində olan əraziyə düşür. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi artıq inşa edilmiş, lakin həmin divarın bəzi hissələri cavabdehin istifadəsində olan torpaq sahəsinə tərəf əyilərək uçma təhlükəsi yaranmışdır. Nəhayət, araşdırılan sübutlarla müəyyən edilmişdir ki, iddi açıların tikmək istədikləri istinad divarının inşa edilməsi üçün səlahiyyətli dövlət orqanları tərəfindən zəruri icazələr alınmamış, həmin tikilinin layihəsi bu orqanlar tərəfindən təsdiq edilməmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi onların mülkiyyətində olan torpaq sahəsinə düşsə də, qalan tikinti işləri cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi torpaq sahəsində aparılmalıdır. Həmçinin istinad divarının tikilməsi yalnız cavabdehin istifadəsinə olan torpaq sahəsinə daxil olmaqla mümkündür. Lakin müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının tikintisinə səlahiyətli dövlət orqanları tərəfindən icazə verilməmiş, əksinə həmin tikintinin dayandırılması qə rara alınmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, iddia edilən istinad divarının uçma təhlükəsi mövcud olduğundan cavabdehin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Məhkəmə məhkəmə aktlarının preyudisiallığı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə nəzər salmasını vacib hesab edir.
15. Məhkəmə iddia tələbinin nümayəndəyə göstərilmiş yardıma görə 2500 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edib ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını, iddia tələbinin qismən təmin edilməsini nəzə rə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 1000 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş dövlət rüsumunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2 və 180.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli, Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli, Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli, Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli və Van de Huk Niderlanda qarş ı işi üzrə 19 aprel 1994-cü il tarixli, Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” xx.xx.2008-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarlarına maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən iddiaçı apellya siya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız məhkəmə proseslərinə cəlb edilmiş, qanunsuz əməllərin qarşısını almaq üçün dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Keçirdiyi gərginliklər nəticəsində sağlamlığına 2000 manat zərər dəyib. Cavabdehin onun iradlarına məhəl qoymaması mənəvi sarsıntılar keçirməyimə səbəb olub ki, nəticədə 5000 manat zərər dəyib. Hazırkı iddianın əsaslı olması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, cavabdehin qanunsuz tikili aparması Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il t arixli,2(103)-1820/2022 tarixli qətnaməsi və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 0079 nömrəli qərarı və həmin iş üzrə tikinti texniki ekspertizasının 10/2736 saylı,xx.xx.2020-ci il tarixli rəyi ilə təstiq olunmuşdur. Göstərilənlər işin mübahisəsiz halıdır. Vurulmuş zərərin miqdarına gəldikdə isə qeyd olunmalıdır ki, zərərin məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əmlaka vurulan zərərin məbləği Azərbaycan Respublikası Ekalogiya və Təbbi Sərvətlər Nazirliyinin 51M-213-09 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə təsdiq olunub. Sağlamlığa vurulan zərərlə və mənəvi ziyanla bağlı qeyd olunmalıdır ki, Artıq 5-ci ildir ki, İddiaçı davamlı olaraq FHN-nə, Bakı ŞİH-nə, Səbail RİH-nə və digər orqanlara çoxsaylı şik ayətlər etmək məcburiyyətində qalmışdır. Bütün bu davamlı şikayətlərə kifayət qədər vaxt və əsəb sərf olunub. Bunlar azımış kimi cavabdeh qonşular İddiaçı əsassız məhkəmə mübahisələrinə cəlb etmişlər. Məhkəmə istinad divarı hissəsinin sökülməsi hissəsini qəbul etdiyi halda aparılmış qanunsuz tikili nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməməsi barədə gəldiyi nəticə ziddiyyətlidir. Məhkəmə demək istəyib ki, cavabdeh iddiaçının həyətində qanunsuz tikinti işlərinə görə cavabdehlik daşısada ona vurulmuş zərərə görə cavabdehlik daşımır. Hər iki hərəkət nəticəsində ziyan dəyib. Madi və mənəvi zərər qanunsuz tikinti nəticəsində törəyib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, cavabdeh iddianı subyektiv huququn pozulmamasına görə qəbul etmir. Başqa sözlə cavabdeh belə hesab edir ki, qanun suz tikintinin aparılması və bunun nəticəsində iddiaçıya ziyan vurulsada iddiaçı bunu mübahisələndirə bilməz. Yaranmış vəziyyətdə iddianın təmin olunmayan hissəsi qanunsuzdur. İddianın hüquqi yardıma görə 1000 manat məbləğində, yəni qalan 1500 manat hissəsinin təmin edilməməsi də qanunsuzdur. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün iddia tələbinin mürəkkəb olmadığı və ümumilikdə iddianın qismən təmin edildiyini əsas göstərib. Məhkəmənin qənaətinə görə iddia tam təmin ediləcəyi təqdirdə hüquqi yardıma görə 2500 manat əsaslı hesab edilə bilərdi. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Əvvala ona görə ki, hüquqi yardım haqqında müqavilə müştəri ilə vəkil arasında bağlanır və müqavilənin şərtlərini vəkillə müştəri müəyyən edir. Ödənilən məbləğdən asılı olaraq vergi, sosial sığorta, icarə və sairə xərclər ödənilir. Məhkəmədə işə 4 ay ərzində baxılıb və hər ay üçün vəkil üzvülük haqqı ödəyir. Nəzərə alsaq ki, mübahisə 2018-ci ildən davam edir 2500 manat xidmət haqqının çox olması ilə razılaşmaq mümkün deyil. Məhkəmə gəldiyi nəticəni işin mürəkkəb iş olmaması ilə əsaslandırıb. Lakin mürəkkəb olmayan işə 4 ay ərzində baxaraq 5 məhkəmə iclası keçirilməsinin zəruriliyindən bəhs etməyib. Hüquqi xidmət müqaviləsinin yalnız müqavilənin tərəfləri mübahisələndirə bilərlər. Məhkəmənin mübahisə olmadığı halda hüquqi xidmət müqaviləsinə qiymət verməsi prosessual qanunvericiliyə zidd olduğu kimi Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinə(müqavilə azadlığı) də ziddir. Bu məsələdə məhkəmənin fəlsəfəsi yumuşaq desək anlaşılan deyil. Mənəvi ziyan və sağlamlığa vurulan ziyanla bağlı da qətna mə əsaslandırılmayıb. İşin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən qanunsuzluğa məruz qalıb, 2018-ci ildən başlayan mübahisə başa çatmayıb. İddiaçı dəfələrlə müvafiq orqanlara şikayət etmək məcburiyyətində qalıb. Bu da işin mübahisəsiz halıdır. Məhkəmənin məntiqinə görə baş verən qanunsuzluq nəticəsində İddiaçı fərəh hissi keçirmişdir. Mənəvi iztirabın təzahir forması yoxdur. Olmayan formanın məhkəməyə təqdim olunması da mümkün deyil. Mənəvi iztirabın təzahür formaları məhkəməyə məlum olmadığı üçün həmin formaları sadalaya bilməmişdir.
19. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsas landırılmışdır ki, iddia tələbinin məzmunundan belə görünür ki, tələb mülkiyyət hüququnun müdaıiəsi ilə əlaqədar irəli sürülüb. Hazırki vəziyyətdə iddiaçının sözü gedən istinad divarının inşa edildiyi torpaq sahəsinə dair heç bir hüququ yoxdur, torpaq sahəsi qanunsuz zəbt edilmişdir ki, bu da müvafiq ekspertiza rəyi və digər hallarla təsdiq olunur. Əksinə, iddiaçı mübahisə predmetinin yerləşdiyi torpaq sahəsini zəbt edərək qəsdən həmin sahəyə çirkab-tullantı sularını axıtması səbəbindən cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sürüşməsinə şərait yaradır. Belə olan halda məhkəmə iddiaçının belə tələblə çıxış etməyə subyektiv hüququnun olmamasını nəzərə almamışdır. Habelə, iş materiallarından, eləcədə məhkəmə qətnaməsindən görünür ki, sökülməsi cavbdehin üzərinə qoyulmuş 52 metr uzun luğunda olan istinad divarının hamısı cavabdeh tərəfindən inşa edilməyib və ona məxsus torpaq sahəsində yerləşmir və bir hissəsi digər qonşu tərəfindən inşa edilmişdir. Məhkəmə həmin faktı ətraflı araşdırmadan cavabdeh üzərinə qanunla daşımalı olmadığı vəzifəni qoymuşdur. İşə baxan məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Belə ki, sökülməsi vəzifəsi həvalə olunmuş 52 metr uzunluğunda istinad divarının hamısı cavabdeh tərəfindən inşa edilməmiş və iş materiallarından da göründüyü kimi həmin istinad divarının yalnız bir hissəsi cavabdeh tərəfindən inşa olunmuş və ona məxsus torpaq sahəsində yerləşir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5235/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsi ilə (Azad İmanov – sədrlik edən və məruzəçi, Məmm əd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsində yerləşən 49 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qonşuluqla yerləşdir.
23. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd edib ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, iddiaçı cavabdeh tərəfindən inşa edilən özbaşına tikilinin – istinad divarının, onun hüquqlarına xələl gətirdiyi üçün pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. Belə bir hüququn mövcudluğu həmçinin tərəflər arasında hazırki mübahisə predmeti olan istinad divarı ilə bağlı yaranmış mübahisə ilə əlaqədar məhkəmə araşdırması zamanı qəbul edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur.
24. Həmçinin kollegiya qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, X8 və Cavabdeh İddiaçı qarşı törədilən mane ənin aradan qaldırılması vəzifəsinin qoyulması tələbi barədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-94/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçılara məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qonşuluqda yerləşdir. Həmin ərazinin relyefi yamac tiplidir, iddiaçılara məxsus torpaq sahəsi yamacın yuxarı hissəsində, cavabdehin istifadəsində olan torpaq sahəsi isə aşağı hissədə yerləşir. İddiaçılara məxsus torpaq sahəsinin üst qatı tökmə tor paq sahəsindən ibarət olduğundan orada torpaq sürüşməsi təhlükəsi vardır və bu məqsədlə həmin torpaq sahəsində bərkitmə işlərinin aparılması zəruriliyi mövcuddur. Həmçinin müəyyən edilmişdir ki, bu məqsədlə inşa edilməli olan istinad divarının bir hissəsi iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə düşsə də, digər hissəsi həmin sahədən kənarda, yəni cavabdehin istifadəsində olan əraziyə düşür. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi artıq inşa edilmiş, lakin həmin divarın bəzi hissələri cavabdehin istifadəsində olan torpaq sahəsinə tərəf əyilərək uçma təhlükəsi yaranmışdır. Nəhayət, araşdırılan sübutlarla müəyyən edilmişdir ki, iddiaçıların tikmək istədikləri istinad divarının inşa edilməsi üçün səlahiyyətli d övlət orqanları tərəfindən zəruri icazələr alınmamış, həmin tikilinin layihəsi bu orqanlar tərəfindən təsdiq edilməmişdir.
25. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi onların mülkiyyətində olan torpaq sahəsinə düşsə də, qalan tikinti işləri cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi torpaq sahəsində aparılmalıdır. Həmçinin istinad divarının tikilməsi yalnız cavabdehin istifadəsinə olan torpaq sahəsinə daxil olmaqla mümkündür. Lakin müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının tikintisinə səlahiyətli dövlət orqanları tərəfindən icazə verilməmiş, əksinə həmin tikintinin dayandırılması qərara alınmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, iddia edilən istinad divarının uçma təhlükəsi mövcud olduğundan cavabdehin həyatı və sağlamlığı üçün təhlükə yaradır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1820/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir.
27. Məhkəmə kollegiyası qeyd edib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən istinad divarının tikintisinə səlahiyətli dövlət orqanları tərəfindən icazə verilməməsi, əksinə həmin tikintinin dayandırılmasının qərara alınması, istinad divarının uçma təhlükəsi mövcud olduğundan cavabdehin həyatı və sağlamlığı üçün təhlükə yaradılması müəyyən edildiyindən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tə ləbi iddiaçıya məxsus torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
28. Məhkəmə kollegiyası iddia tələbinin 2018-ci ildən başlayaraq torpaq sahəsinin zəbt edilməsinə görə vurulan zərərə görə 5000 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb əsassız hesab edilməlidir.
29. Məhkəmə iddia tələbinin ağacların məhv edilməsinə görə 14880 manat və 1380 manat pulun tutulması hissəsi üzrə də haqlı olaraq hesab etmişdir ki, həmin hissədə də tələb əsaslı hesab edi lə bilməz.
30. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda 5 ədəd ayland ağacının kəsilərək məhv edildiyi nəticəsində 1380 manat, həmçinin 22 ədəd ağacın köküstə yaş halda məhv edildiyi, bundan başqa 1 ədəd alça və 1 ədəd əzgil ağacının zədələndiyi müəyyən edilmiş və nəticədə 14880 manat məbləğində ziyan dəymişdir. Lakin ağacların kim və ya kimlər tərəfindən məhv edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd qeyd edir ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edib ki, Cavabdeh tərəfindən i ddiaçının istifadəsində olan torpaq sahəsindəki ağacların məhv edilməsi öz təsdiqini tapmadığından, bununla da onun həmin tələb üzrə subyektiv cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilmədiyi üçün, iddia tələbi ağacların məhv edilməsinə görə pulun tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir.
32. Məhkəmə vurulmuş mənəvi ziyana görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat məbləğində pulun tutulması hissələri üzrə də haqlı olaraq hesab etmişdir ki, həmin hissələrdə tələb əsaslı hesab edilə bilməz.
33. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsa n Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
34. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 5.000 manat mənəvi ziyanın, 2.000 manat sağlamlığa vurulan zərərin tutulması hissələrində tələblər təmin edilməməlidir.
35. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 2500 manat məbləğində pulun tutulması hissəsi üzrə də düzgün nəticəyə gəlmişdir.
36. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. Məhkəmə iddia tələbinin nümayəndəyə göstərilmiş yardıma görə 2500 manat məbləğində xərcin tutulması hissəsi üzrə əsaslı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını, iddia tələbinin qismə n təmin edilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 1000 manat məbləğində pulun tutulması müəyyən edilməlidir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçüm apellyasiya instansiyasına qaytarılmasını xah iş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 390-cı maddəsinin tətbiq olunmamasını müzakirə edib qiymət verməyib. Hüquqi xidmət müqaviləsi mübahisə olunmur. Həmin müqaviləni mübahisələndirmək vəkilə və müştəriyə aiddir. Mübahisə olunmayan müqaviləni dəyişdirmək və ya ləğv etmək olmaz. Tərəflər arasında müqavilə bağlanıb və nəzərdə tutulan məbləğ ödənilib. Vəkil ödənilmiş məbləğə əsasən vergi və sosial ödənişlər edib. Məhkəmə vergilərin, sosial ödənişlərin və digər xərclərin məbləğini müəyyən edə bilmir. Faktiki olaraq hüquqi xidmət müqaviləsini dəyişdirib. Hansı ki,məhkəmənin buna hüququ çatmır.
41. Cavabdeh iddiaçıya ziyan vurmasını mübahisələndirmir və qeyd edir ki, iddiaçının tələb etmə hüququ(subyektiv hüququ) yox dur. Belə vəziyyətdə ziyanın cavabdeh tərəfindən yetirilməsinin sübut edilməməsi nəticəsinə gəlinməsi əsassızdır. Cavabdehin iddiaçının həyətində qanunsuz tikinti aparması qüvvədə olan məhkəmə qətnaməsi ilə sübut olunub. Vurulmuş ziyan qanunsuz tikintinin icrası ilə əlaqədardır. Belə vəziyyətdə ziyanın cavabdeh tərəfindən vurulmasının əlavə sübuta ehtiyacı yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə qanunsuz tikintinin nəticələrinin aradan qaldırılması öhdəliyini cavabdehimn üzərinə qoyub. Belə vəziyyətdə ziyanın cavabdeh tərəfindən sübut edilməməsi qənaətinə gəlinməsi kökündən yalnışdır, ziddiyətlidir. Mənəvi zərin təmin olunmaması barədə məhkəmənin gəldiyi nəticə qanunsuzdur. İddiaçı həyətində cavabdehin qanunsuz tikinti aparması məhkəmə qətnaməsi ilə sübut olunub və Bakı Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyası həmin qətnamənin2- (103)1820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin pereyudisal əhəmiyyət daşıdığını qəbul edib. Belə vəziyyətdə, yəni 2018-ci ildən başlayaraq İddiaçı qarşı qanunsuz hərəkətlərə yol verildiyi və bu qanunsuzluqlara qarşı İddiaçımübarəzə aparmaq zorunda qalması işin mübahisəsiz halıdır. Yaranmış vəziyyətdə İddiaçı mənəvi ziyana mə ruz qalmaması qənaətinə gəlinməsi qanuna zidd olduğu kimi eyni zamanda məntiqs olmaqla ədalətsizdir. Qanunsuzluğa məruzqalan şəxsin mənəvi iztirab keçirməməməsinin əlavə sübuta ehtiyacı yoxdur. Məhkəmə kollegiyası mənəvi iztirabın təzahür formasının mövcud olmadığını, yəni gözlə müşahidə edilə bilməməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qətnaməni qüvvədə saxlayarkən Mülki Məcəllənin 136.2 və 180.1 maddəsin ə istinad etmişdir. Lakin bu normaların işin mahiyyəti ilə əlaqəsindən bəhs etməmişdir. Həmin normaların mübahisənin həlli ilə əlaqədar nə yaxından, nə uzaqdan əlaqəsi yoxdur.
42. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.3 maddəsinin tələblərini pozaraq iddia tələbindən kənara çıxaraq iddia olunmayan məsələyə dair müddəanı qətnaməyə daxil etmiş və nəticədə qeyri müəyyənlik yaratmışdır. Cavabdehin 3 ay ərzində qətnaməni icra etməyəcəyi təqdirdə zəruri xərcləri almaqla divarın söküntüsünün və söküntü mataeriallarının daşınmasının cavabdehin hesabına edilməsi barədə müddəa qeyri-müəyyəndir ona görə ki, istinad divarının söküntüsünə və daşınmasına nə qədər vəsait tələb olunmasımüəyyən olunmayıb. Bu müddəanın qətnaməyə daxil edilməsi qəbul olunan qətnamənin icra olunmaması üçün zəmin yaradır, ə lavə məhkəmə mübahisəsinə səbəb olmaqla mübahisənin həll olunmasının qeyri-müəyyən vaxta uzadılmasına xidmət edir. Bir sözlə məhkəmə qəbul etdiyi qətnaməni əhəmiyyətsiz kağız parçasına çevirir və cavabdehin mənafeyinə xidmət edir. Apelyasiya instansiyası apelyasiya şikayətinin bu müddəasını, yəni Mülki ProsessualMəcəllənin 218.3 maddəsi tələblərinin pozulmasının müzakirə edib qiymətləndirməyib.
43. Apellyasiya instansiyası məhkəməsi MPM-in 362.6 və 372.7-ci maddəsinin tələblərinə əməl etməyərək apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 218.3 maddəsinin tələbini pozulması hissəsini ümumiyyətlə müzakirə etməyib. Hansı ki, məhkəmə kollegiyası Apelyasiya şikayətinin dəllilərini müzakirə edib qiymətləndirməyə borclu idi.
44. Məhkəmə kollegiyasının məhkəmə tərkibinə verilmiş etirazı ba xılmamış saxlaması və işə mahiyyəti üzrə baxması qanunsuzdur. Məhkəmə kollegiyası tamamilə əsaslı etirazı baxılmamış saxlayır, digərləri etirazı baxılması üçün məhkəmə sədrinə təqdim edir. Ali Məhkəmə Plenumunun etirazların baxılmamış saxlanılması barədə tövsiyyəsi qanuna ziddir. Görünən odur ki, məhkəmə kollegiyası qanuna zidd tövsiyyələrə daha meyillidirlər.
45. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfin apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 180.4, maddənin tələblərini pozmuşdur. Belə ki, qanunvericiliyə uyğunluğu mübahisəli olan tikili müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçı nə müvafiq icra hakimiyyəti orqanı deyil, nə də maraqlı tərəf deyil. Onun qanuna əsaslanan marağı mövcud deyil (bu məsələ kassasiya şikayətinin digər bəndlərində əsaslandırılmışdır).
47. Məhkəmə Mülki Məcəllənin 139.1 və 166.3-cü bu maddələrini tətbiq edərək iddianı təmin etməməli olduğu halda, etməmişdir. Belə ki, iddiaçının iddia etdiyi yerə sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyekt iv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini iddianın təmin edilməsi istiqamətində tətbiq etməməli olduğu halda, etmişdir. Qətnaməsinin 46 – cı maddəsində qeyd edilib ki, daha əvvəl qanuni qüvvə almış qətnamə ilə güya iddiaçıya subyektiv hüquq verilmişdir. Halbuki, BakıApellyasiya Məhkəməsinin həmin xx.xx.2022 – ci il tarixli qətnaməsilə Cavabdeh İddiaçı qarşı istinad divarı çəkmələrinə mane olmamaq vəzifəsinin İddiaçı üzərinə qoyulmasına dair iddiası onun subyektiv hüququnun olmasına görə yox, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli, 0079 nömrəli qərarı ilə inşa edilən istinad divarının tikintisinin dayandırılması qərarına əsasən təmin edilməmişdir. Həmin qətnamədə qonşu sahənin İddiaçı istifadəsində olması sırf faktiki hal kimi nəzərə alınmışdır. Çünki daşınmaz əmlaka hüquq qanunla müəyyən edilmiş əsasa malik olmalı və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmalıdır. İddiaçı isə bunların heç biri yoxdur və həmin qətnamədə də belə bir hüququn mövcudluğuna dair qanunla müəyyən edilmiş heç bir əsasa istinad edilməmişdir.
49. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılımamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir və məlumatı olmayıb. İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.
50. İddiaçının heç bir subyektiv hüququ olmadığı işin mübahisəsiz halı olmasına və məhkəmənin də bunu qəbul etməsinə baxmayaraq, məhkəmə iddia üzrə subyektiv hüquqa malik olmayan şəxsin iddiasının bir hissəsini qanun suz olaraq təmin etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
53. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik dir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
54. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 57. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məh kəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.[
60. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 61. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülk i işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə gö rə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə hər iki tərəf tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətlərinin dıəl illərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir:
71. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin məhkəmənin Mülki Prosessual Məcəllənin 218.3 maddəsinin tələblərini pozaraq iddia tələbindən kənara çıxaraq iddia olunmayan məsələyə dair müddəanı qətnaməyə daxil etdiyi və nəticədə qeyri müəyyənlik yaratdığı, cavabdehin 3 ay ərzində qətnaməni icra etməyəcəyi təqdirdə zəruri xərcləri almaqla divarın söküntüsünün və söküntü mataeriallarının daşınmasının cavabdehin hesabına edilməsi barədə müddəanın istinad divarının söküntüsünə və daşınmasına nə qədər vəsait tələb olunması müəyyən olunmadığına görə qeyri-müəyyən olduğu, bu müddəanın qətnaməyə daxil edilməsinin qəbul olunan qətnamənin icra olunmaması üçün zəmin yaratdığı, əlavə məhkəmə mübahisəsinə səbəb olmaqla mübahisənin həll o lunmasının qeyri-müəyyən vaxta uzadılmasına xidmət etdiyi, bir sözlə məhkəmənin qəbul etdiyi qətnaməni əhəmiyyətsiz kağız parçasına çevirdiyi və cavabdehin mənafeyinə xidmət etdiyi, apelyasiya instansiyası apelyasiya şikayətinin bu müddəasını, yəni Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi tələblərinin pozulmasının müzakirə edib qiymətləndirmədiyi barədə dəillləri ilə əlaqədar qeyd edir ki həmin dəlillər əsassızdır.Belə ki, göstərilən dəlillə əlaqədart olan müddəa birinci instansiya məhkəməsinin qətnaməsində qət edilmiş və apellyasiya instansiyası məhkəməsi də iddiaçı cavabdehin apelyasiya şikayətləri əsasında işə baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışıdr.Digər tərəfdən iddiaçı iddiasında Cavabdeh üzərinə ona məxsus torpaq sahəsində inşa etdiyi istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılmasını tələb etmiş, Azərbaycan Respublikasının MPM-in 223.1 və 223.2-ci maddələrinə əsasən də məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Kollegiya onu da qeyd edir ki, əgər iddiaçı tərəfindən divarın söküntüsü və söküntü mataeriallarının daşınması cavabdehin hesabına edilərsə bu hald a görülən işlərə sərf olunan vəsait məhkəmə qətnaməsinin icrası qaydasında müəyyənləşdiriləcəkdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
72. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin məhkəmə kollegiyası qətnaməni qüvvədə saxlayarkən Mülki Məcəllənin 136.2 və 180.1 maddəsinə istinad etdiyi, lakin bu normaların işin mahiyyəti ilə əlaqəsindən bəhs etmədiyi, həmin normaların mübahisənin həlli ilə əlaqədar nə yaxından, nə uzaqdan əlaqəsi olmadığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, həqiqətən də apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən qətnamənin “Tətbiq edilən hüquq” bölməsində düzgün olmayaraq Azərbaycan Respublikasının Mülki Məcə lləsinin 136-cı maddəsini də sadalamışdır.Lakin həmin maddəni tətbiq edərək və ya həmin maddənin dispozisiya şərtlərini nəzərə almaqla qətnamə qəbul etməsi müəyyən edilmir.Yəni həmin maddə apellyasiya məhkəməsinin gəldiyi nəticəyə təsir edə biləcək şəkildə tətbiq olunmayıb.Ona görə də kassasiya kollegiyası hesab edir ki, bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 180-ci maddəsinə istinadı isə sökülməsi tələb olunan divarın tikinti norma və qaydalarına uyğun olmamasının müəyyən edilməsi ilə əlaqədar düzgündür.
73. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyi və məlumatı olmadığı barədə dəlili ilə əlaqədar qeyd edir k i, həmin dəlil əsassızdır.Belə ki, iş materialları ilə məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və onun nümayəndəsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada xəbər verildiyi təsdiq olunur.O cümlədən, müvafiq məhkəmə bildirişi elektron imza ilə imzalanmaqla cavabdehin nümayəndəsinin elektron kabinetinə də yerləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, tərəflər 30 avqust 2023-cü il tarixdə saat 09:55-ə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmiş, apelyasiya instansiyası məhkəməsi protokol qaydasında qərardad qəbul etməklə Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinin tələbinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
74. Kassasiya şikayətilərində qeyd olunan digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və həmin sübutlara prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir, kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas təşkil etmir.
75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı və cavabdehin kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(103)-5235/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.