Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2245/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2245/2023 (Açar sözlər: neft kəmərinin mühafizəsinə düşən tikilinin sökülməsi) Bakı şəhəri 03 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, iddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1524/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçiliksüdçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən Cavabdeh Məmmədiyə qızına fərdi mənzil tikintisi üçün 0.03 ha hesabı ilə 5-596 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır və X6 tərəfindən Cavabdeh 07 iyul 2021-ci il tarixli 297 saylı arayış və torpaq sahəsinin sxemi verilmişdir.
2. Cavabdeh torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 096 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamdan çıxarış əlavə edilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, torpa q sahəsi neft kəmərinin mühafizə zolağında yerləşdiyindən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində Cavabdeh hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir.
4. Abşeron İB-nin rəis müavini X5, NBKXS-nin rəisi X8 və istismar üzrə böyük mühəndisi X1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən, Cavabdeh məxsus torpaq sahəsi və 6x4 ölçüdə tikili Abşeron İB-nin istismarında olan BuzovnaRamana Dş250 yerüstü neft kəmərinin 1 km hissəsində kəmərdən 26.20 m təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 1.0-ci km-də, kəmərin mühafizə zonasında, kəmərdən 26,20 metr aralı məsafədə, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 5-596 ünvanında (koordinatlar: 39T 420986.31; 4482762.83, 39T 421002.62; 4482767.97, 39T 420996.24; 4482745.16, 39T 421007.98; 4482750.44, 39T 421004.27; 4482723.63, 39T 421016.82; 4482726.07) Cavabdeh tərəfindən inşa olunmuş 6x4 metr ölçüdə qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan BuzovnaRamana Dş 250 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən 26.20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5596 ərazisində Cavabdeh tərəfindən elə həmin ün vanda 6x4 metr ölçüdə qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən 26.20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-596 ərazisində Cavabdeh tərəfindən elə həmin ünvanda 6x4 metr ölçüdə qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və iddianın rədd olunmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, mübahisə predmeti olan əmlak ona məxsusdur. Həmin torpaq sahəsi X4 əmrinə əsasən ev tikintisi üçün ona ayrılmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 10/2888 nömrəli rəyində göstərilmişdir ki, ekspertə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Cavabdeh tərəfi ndən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi ünvandakı ərazidən İddiaçı İstismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri keçir və təzyiqi 24 atmosferdir. Həmin ünvandan keçən İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri ilə fərdi yaşayış evinin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafə 20 m, kəmərlə fərdi yaşayış evi arasında olan məsafə isə 27 m təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar və fərdi yaşayış evi, ərazidən keçən İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mmlik magistral neft kəmərinin mühafizə zonasında yerləşir.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməs inin 21 noyabr 2022-ci il tarixli, e-2(003)747/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 102 manat məbləğdə pulun iddiaçıdan tutulması qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmr ilə ona ayrılmış torpaq sahəsində tikili inşa edilmişdir. İdarənin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü i l tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən Cavabdeh Məmmədiyə qızına fərdi mənzil tikintisi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin tikilinin mühafizə zolağına düşdüyünə görə sökülməsini tələb edir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ilə yaxın müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır. Eyni zamanda cavabdehə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Pre zidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) əmri mövcud olmaqla hazırda qüvvədədir. Sözügedən əmrin qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də həmin əmrin hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir.
13. Məhkəmə hesab etmişdir ki, mübahisəli sahə fərdi ev inşa etmək üçün cavabdehə dövlət orqanı-müvafiq icra hakimiyyəti orqanının əmri əsasında ayrılmış, uzun illər bu qərar mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir. Cavabdeh həmin qərara güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır. Belə olan halda torpaq sahəsinin ayrılmasına əsas olmuş əmr mübahisələndirilməməklə qüvvədə olduğu halda orada əmrdə göstərilən qaydada təyinatı üzrə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi qanuni və əsaslı hesab edilə bilməməklə hazırkı iddia tələbi bu baxımından da təmin edilə bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx.xx.2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək,qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1524/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) Ba kı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(003)- 747/2022 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(003)747/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası tələbə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanunsuz tikili hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tiki lmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
19. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi ilə bağlı olmuş və müvafiq orqanın sərəncamına əsasən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
20. İddiaçı apellyasiya şikayətində ümumi olaraq tikilinin yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaratmağına əsaslansa da, buna münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, nə qədər ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanuni əsaslarla tikilmişdir, iddiaçı bu sadaladığı hallara istinad edə bilməz.
21. İddiaçı özü bu təhlükəsizliyi t əmin etməli idi, bunun üçün digər bütün imkanların tükəndiyi halda isə, Avropa İnsan Hüquqları Məhkəməsinin adıçəkilən qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq, cavabdehə müvafiq kompensasiya yaxud, ekvivalent təminat verməklə belə bir iddia qaldırıla bilərdi. Məhz bu hal üçün kompensasiyanın ödənilməsi ilə bağlı qanunvericilikdə konkret hər hansı bir müddəa olmasa da, bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında (“Əhmədova Azərbaycana qarşı”) göstərdiyi mövqeyə əsaslanmaqla şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatından irəli gəlir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həmin tikilini magistral neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa etmişdir. Həmin tikili magistral neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır, həmin tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Önəryıldız Türkiyəyə qarşı” (48939/99, §...,xx.xx.2002-ci il) işdə həmin Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüq uqu) işdə Avropa Məhkəməsi bir daha xatırladır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (digər qərarlarla yanaşı, bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara, Reports of Judgments and Decisions 1998-İİİ, s. 1403, b.36; Kalvelli və Çiqlio İtaliyaya qarşı, [GC], ərizə №32967/96, b.48, AİHM 2002-İ; Eriksson İtaliyaya qarşı, ərizə №37900/96, 26 oktyabr 1999; habelə Leri və başqaları Fransaya qarşı, ərizə №4 461/98, 16 yanvar 2001). (Həmin qərarın 63-cü bəndi) Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişikliklərlə bax: X7rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərara, Reports 1998-Vİİİ, s. 3159, b. 116). Həmçinin, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin” siyahısına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən halların heç birini nəzərə almamış, yalnız tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını əsas götürərək iddia tələbini təmin etməmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili magistral neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istisma rına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. İş üzrə gələcəkdə belə halların baş verməməsi, yəni Azərbaycan dövlətinin beynəlxalq öhdəliklərinin pozulmaması üçün bu iddia tələbləri irəli sürülmüşdür. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. M əhkəmələr iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır.
24. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3 və 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 22.2 və 46.1ci maddələrinə, “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə, “Texniki təhlükəsizlik h aqqında” Azərbaycan Respublikasını Qanununun 2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1,6.1 və 6.2-ci bəndlərinə, MPM-nin 6, 8, 9, 14.2, 88, 217.1,217.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada ic ra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
27. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir;
28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
29. Maddə
9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqlarıkənd təsərrüfatı təyinatlı torpaqlaryaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələri n və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;xüsusi qorunan ərazilərin torpaqları;meşə fondu torpaqları;su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.
30. Maddə
22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayəti nin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd oluna nları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1524/2023 nömrəli mülki iş üzrə 10 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.