Məhkəmə qərarları › İş №2(102)-2250/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2250/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2250/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit və ipoteka müqaviləsindən yaranan öhdəliklər, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borc məbləğinin tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-291/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Şabran filialı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 27 noyabr 2013-cü il tarixdə 14/2013 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24 %-lə, 15.000 manat məbləğində kredit verilmişdir. 2. 27 noyabr 2013-cü il tarixdə kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus Şabran rayonu Şahnəzərli kəndində yerləşən 0.8441 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. 3. 24 sentyabr 2019-cu il t arixdə cavabdeh kredit borcunun ödənilməsi barədə İddiaçı QSC BOKT-un Xaçmaz filialı (bundan sonra – iddiaçı) tərəfindən xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12225.69 manat əsas borcun, 7327.22 manat faiz borcunun, cəmi 19552.91 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus Şabran rayonu Şahnəzərli kəndində yerləşən 0.8441 ha torpaq sahəsinə yönəldilməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 19552.91 manat borcun və 148.66 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına i stinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə qeyd edilən kredit və ipoteka müqavilələri bağlanmışdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş və həmin Fərmanın icrası ilə bağlı borclu Cavabdeh 12225.69 manat əsas borcu, 7327.22 manat faiz borcu, cəmi 19552.91 manat problemli kredit borcu da 17 aprel 2018-ci il tarixli S-FK-SHB-155 saylı təhvil-təslim aktına əsasən iddiaçının Xaçmaz filialının idarəetməsinə təhvil verilmişdir. "xxxx" ASC-nin Şabran filialından iddiaçının Xaçmaz filialına təhvil verilmiş 17 aprel 2 018-ci il tarixli S-FK-SHB-155 saylı təhvil-təslim aktından da göründüyü kimi cavabdehin cəmi 19552.91 manat kredit borcu ödənilməmişdir. Cavabdehə dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır.

6. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 oktyabr 2022-ci il tarixli, 2(031)-797/2022 saylı qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə müddəti 27 noyabr 2016-cı il tarixd ə bitmişdir. Lakin iddiaçı tərəf bu müddət ərzində məhkəməyə müraciət etməmiş, iddia tələbi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən müddəti ötürdükdən sonra, yəni 27 iyul 2022ci ildə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 4.1, 372, 373.2, 373.3, 375, 385.1, 425.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 77.3, 78.1, 88, 106.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şi kayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kredit borcunu qaytarmamaqla, buna hər cürə mane olmaqla, öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, onu icra etməmişdir. Cavabdeh tərəf müqavilənin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 9, 88, 185.2- ci və 185.4-cü maddəsinin tələbləri pozulmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-291/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Belə olan halda iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, birinci instansiya məhkəməsi iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə düzgün nəticəyə gəlmişdir.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 375.2-ci maddələri, MPM-in 385-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iddia müddətinin tətbiqi ilə ba ğlı hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin xitamı cavabdeh tərəfindən borcun tam ödənilməsi ilə şərtləndirilmişdir. Cavabdeh tərəf müqavilənin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Apellyasiya instansiya məhkəməsi işi obyektiv və hərtərəfli araşdırmadan birinci instansiya məhkəməsinin yol verdiyi səhvləri təkrarlayaraq maddi və prosessual hüq uq normalarını pozmaqla qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin kassasiya şikayətində istinad etdiyi dəlillərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışd ır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Apellyasiya instaniyası məhkəməsi iddiaçının dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə müddəti 27 noyabr 2016-cı il tarixdə bitmişdir. İddiaçı iddia tələbi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən müddəti ötürdükdən sonra, yəni 27 iyul 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Cavabdehin ərizəsi əsasında müddət tətbiq edilərək iddia rədd olunmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbi q olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-291/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar