Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2256/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və x3 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, mülkiyyət hüququnun ləğv edilməsi və mirasın faktiki qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə b axaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim-P.Hüseynov, iş №2(006)-1520/18) İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, mülkiyyət hüququnun ləğv edilməsi və mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, 2-ci Paralelnıy küçəsi 70 saylı evin Qəmbərov x6 aid hissəsi ilə əlaqədar Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorundan Cavabdeh1 verilmiş reyestrdə 2V01/15 nömrə ilə qeyd edilmiş 29 yanvar 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xüsusi mülkiyyət kimi aparılmış qeydiyyat ın ləğv edilməsi, Bakı şəhəri, 2-ci Paralelnıy küçəsi 70 saylı evin Qəmbərov x6 aid hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-1613/19) cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Rüstəmov-sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Nu rməmmədov, iş №2(102)-3531/2019) cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Kərimli, iş № 2(103)-10305/19) cavabdehin apelyasiya şikayəti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, mülkiyyət hüququnun ləğv edilməsi və mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, lakin Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Cəmilova -sədrlik edən və məruzəçi, İ.Kərimli və Ə.Bayramov, iş № 2(103)-10305/19) Bakı Apelyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 yanvar 2020-ci il tarixli qərardadının ləğv olunmasını və kassasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 2-ci Paral elnıy küçəsi 70 saylı (hazırkı Balababa Məcidov 72) mülkdə olmuş atası x1 1/5 payına Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdeh, bacısı Cavabdeh1 2V01/15 nömrə ilə reyestrdə qeydiyyata alınmaqla ona verilmiş 29 yanvar 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin paya dair onun Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınan mülkiyyət hüququnun ləğv edilməsi, x1 1/5 payının faktiki olaraq tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya in stansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmış və göstərilmişdir ki, məhkəmə onun 25.10.2019-cu il tarixdə qətnamənin surətini rəsmi almasını qeyd etmişdir. Məhkəmənin poçt vasitəsi ilə ona göndərdiyi qətnamə ona çatmamışdır. Buna görə də qızı və nümayəndəsi Nailə Dəmirova özü məhkəməyə gedərək 22.11.2019-cu il tarixdə qətnaməni şəxsən almışdır. Məhkəmə qərardadla kassasiya şikayətini geri qaytardıqdan sonra iş materialları ilə tanış olmuş və qətnamənin rəsmi göndərildiyi ona məlum olmuşdur. Qətnamə ona gəlməmiş və poçt qəbzindəki imza ona məxsus deyildir. Nümayəndəsi tərəfindən qətnamənin surətinin alındığı tarixdən hesablandıqda şikayət vermə müddəti 22.01.2020-ci ilədək olmuşdur. O, isə şikayətini 21.01.2020-ci ildə vermişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi rabitə orqanı vasitəsilə iddiaçının ünvanına göndərilərək, sonuncu tərəfindən həmin ünvanda xəbərnaməyə imza edilməklə 25.10.2019-cu il tarixdə qəbul edildiyindən həm in qətnamədən narazı qaldığı təqdirdə iddiaçının kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddətinin axımı da məhz həmin tarixdən hesablanır. Lakin hazırki işdə iddiaçı tərəfindən kassasiya şikayəti ən son olaraq məhkəməyə 26.12.2019-cu il tarixdə verilə bildiyi halda, iki aylıq prosessual müddət ötürülməklə 21.01.2020-ci il tarixdə daxil olmuş və həmin kassasiya şikayətinə prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir. Kollegiya hesab edir ki, apelyasiya məhkəməsi kassasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. - 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. - 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kassas iya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(103)-10305/2019 nömrəli qətnaməsi 11.10.2019-cu il tarixli məktubla tərəflərə göndərilmişdir. İş vərəqi 169 olan xəbərnamədən İddiaçı 25.10.2019-cu il tarixdə poçt qəbzinə imza etməklə həmin qətnamənin surətini qəbul etməsi görünür. Eyni zamanda iş materiallarında iddiaçının nümayəndəsi x4 qətnamənin surətini 22.11.2019-cu ildə almasına dair məhkəmə qəbzi mövcuddur (iş vərəqi 167) Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 21.01.2019-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İddiaçı kassasiya şikayətində göstəri r ki, məhkəmənin qətnaməsi 22 noyabr 2019-cu il tarixdən əvvəl ona çatdırılmamışdır. Poçt vasitəsi ilə göndərilmiş qətnamənin surəti ona şəxsən verilməmiş və xəbərnamədə olan imza ona məxsus deyildir. İş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli qətnamənin surətinin tərəflərə göndərilməsinə dair məktubdan görünür ki, həmin məktubda iddiaçının ünvanı ünvan 1 mənzil 8 A ünvanı olaraq göstərilmişdir. Lakin iddia ərizəsində və ondan sonrakı məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış bildiriş və məktublarda iddiaçının ünvanı Bakı şəhəri Balababa Məcidov 72 ünvanı kimi göstərilmişdir. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, apelyasiya məhkəməsi qətnamənin surətini iddiaçının yaşadığı ünvana deyil, məhz cavabdehin yaşadığı ünvana göndərmişdir Belə olan halda isə iddiaçının yaşamadığı ünvanda qətnamənin surətini rəsmi alması qənaətinə gəlmək mümkünsüzdür. Bununla yanaşı qeyd edilməlidir ki, prosessual qanunvericilik qətnamənin surətini şəxsən almış şəxsə təkrar məhkəmə aktının surətini verilməsi qaydasını müəyyən etmişdir. Qətnamənin surətini təkrar almaq istəyən şəxs müvafiq olaraq müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödəməlidir. Hazırkı halda isə məhkəmə həmin tələblərə əməl etmədən qətnamənin surətini iddiaçının nümayəndəsinə təqdim etmişdir. Digər tərəfdən iddiaçı qətnamənin surətini almasını özündə əks etdirən xəbərnamədəki imzanın ona məxsus olmadığını qeyd edərək bu dəlilinin aydınlaşdırılması üçün müvafiq xəttşünaslıq ekspertiza təyin olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qətnamənin surətinin nümayəndəsi tərəfindən alınmasınd an daha əvvəl şəxsən alması təsdiq olunmur. Belə olan halda isə kassasiya şikayəti verilərkən prosessual müddət buraxılması nəticəsinə gəlmək də mümkünsüzdür. Yuxarıdan göstərilənlərə istinad edilməklə aşkar olaraq müəyyən edilir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən şikayətin vaxtında verilib-verilməməsi məsələsi ətraflı araşdırılmamış, iddiaçının qətnamənin surətinin rəsmi olaraq şəxsən almaması, xəbərnamədəki imzanın ona məxsus olmaması ilə bağlı dəlillərinə və bunlarla bağlı iş materiallarında olan sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Talıbova x2 şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli 2(103)-10305/2019 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2256/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2256/2020
05.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver