Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2260/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-11575/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 2(006)-2537/2019 saylı xx xxx 2019-cu il tarixli qətn aməsi ilə iddia ərizəsi təmin edilərək iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh «xxxx» ASC-dən 1400 manat tutularaq İddiaçı1, 1500 manat tutularaq İddiaçı2, 1400 manat tutularaq İddiaçı3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 11575/2019 saylı xx xxxxxxxx 2019-cu il tari xli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçıların iddia tələblərinin cəmi 43xx xxxxxxx 2000 manat dan çoxdur. Cavabdehə münasibətdə iddianın qiyməti 4300 manat təşkil etydiyindən apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytarmaqda düzgün nəticəyə gəlməmişdir. Tərəflərin izahatları: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilən və 2018-ci il yanvarın 1-dən qüvvəyə minən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianınqiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən normaya istinad edərək hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11575/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti, kassasiya vermək hüququ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsində nəzərdə tutulmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh «xxxx» Açıq S əhmdar Cəmiyyətinin vəkili X1 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iş üzrə birgə iddiçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələblərini eyni cavabdeh «xxxx» ASC-yə qarşı yönəltmişlər. Hər üç iddiaçının iddia tələblərinin cəmi 4300 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə birgə iddiaçıların bir iddia tələbi mövcuddur və iddianın ümumi qiyməti 2000 manatdan çoxdur. Cavabdehə münasibətdə iddianın qiyməti 4300 manat təş kil etdiyindən apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytarmaqda düzgün nəticəyə gəlməmiş, Mülki Prosessual Məcəllənin qeyd edilən normanın tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-11575/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2260/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2260/2020
25.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver