Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2260/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): alqı-satqı müqaviləsi (daşınmaz əşyaların alqı-satqısı), əqdin etibarsızlığı (əqdin və ya onun bir hissəsinin məcburi hüquq qaydalarına zidd olunması), əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaka dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-723/2021 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020ci il tarixli 2(067)-1927/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, cavabdeh İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 16, mənzil 4-dən məcburi qaydada çıxarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh2 cavabdeh İddia çı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddianın təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6642/2021 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-723/2021 nömrəli qətnaməsindən cavabdeh İddiaçı prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilməyərək qərardad dəyişdirilmədən saxlanılmışdır.
3. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1950/2021 saylı xx.xx.2021-ci tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edilərək işə əlavə edilmiş Xudat şəhəri, Konserv Zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzilinin Cavabdeh1 adına qeydə alınması üçün əsas olan sənədlərdən görünür ki, Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda 11 may 2005-ci ildə təsdiq edilərək 4Ə/5-847 sayla reyestrdə qeydə alınmış müqavilə əsasında X1 şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzili 12 500 000 manata Cavabdeh1 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Xudat şəhəri, Konserv zavod qəsəbəsi 16 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüq uqu üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1350/2022 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1950/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********56-05101- 093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,0 kv.metr olan mənzil tam mü lkiyyət hüququ üzrə Cavabdeh1 Şamur oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Notariat işinin təsdiq olunmuş surətlərindən görünür ki, AN-İ № seriyalı ******* nömrəli 23 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Samur oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,0 kv.metr olan mənzili 5400 manata Cavabdeh2 satmışdır.
7. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 24 nömrəli məktubunda göstərilmişdir ki, Xaçmaz rayonu Aşağı-Oba kəndində qeydiyyatda olan Cavabdeh1 və Xudat şəhəri K.Zavod qəsəbəsi bina 16 mənzil 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 hal-hazırda Xudat şə həri 28 May küçəsi ev 20 ünvanında birlikdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisində 23 iyul 2020-ci ildə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır, belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 1564/2018 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə qazanılmış əmlak bölgüsünə dair Cavabdeh1 ona qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldıraraq Xaçmaz rayonu, Aşağı-oba kəndi ərazisində yerləşən 0,18 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, üç otaqlı, 49,10 kv.metr yaşayış və 42,60 kv.metr köməkçi sahədən ibarət yaşayış evindən və Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin ümumi sahəsi 28,0 kv.metr olan 4 saylı mənzildən payların müəyyən edilməsi və naturada bölünməsini tələb etmişdir. Məhkəmənin gedişində cavabdeh iddia tələbinin həcmini azaldaraq, Xaçmaz rayonu, Aşağı-oba kəndi ərazisində yerləşən 0,18 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, üç otaqlı, 49,10 kv.metr yaşayış və 42,60 kv.metr köməkçi sahədən ibarət yaşayış evindən paylarının müəyyən edilməsi və naturada bölünməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-76/2020 sayl ı qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin vaxt o cavabdehin digər mənzili böldürməməsini övladları Zaurun ailəsi ilə birlikdə həmin mənzildə yaşaması ilə əlaqədar atdığı addım kimi qəbul etmişdir. Lakin boşanmadan dərhal sonra cavabdeh hazırda mübahisə predmeti olan evə - Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin ümumi sahəsi 28,0 kv.metr olan 4 saylı mənzilə dair çıxarış almış və həmin mənzili 23 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə əsasında faktiki nikahda yaşadığı arvadı Cavabdeh2 güya satmışdır. Bu fakt barədə məlumatı o polisə müraciət etdikdən sonra bilmiş və məhkəmədə «alqı-satqı müqaviləsinin ləğvi» barədə iddia qaldırmışdır. Həmin iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tələb edilmiş sənədlərə görə Xudat şə həri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzilinin cavabdehin adına qeydə alınması üçün əsas olan sənəd Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda 11 may 2005-ci ildə təsdiq edilərək 4Ə/5- 847 sayla reyestrdə qeydə alınmış müqavilə olmuşdur ki, bu müqavilədən də Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzilin 12.500.000 manata cavabdeh tərəfindən alındığı qeyd olunur, həmin vaxt isə onlar rəsmi nikahda olmuşlar. Həmin alqı-satqı müqaviləsi əsasında Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Artıq bu hal ona dəlalət edir ki, bu mənzilə dair alqı-satqı mü qaviləsi tərəfi kimi yalnız Cavabdeh1 deyil, o da tərəf kimi çıxış etməli idi, yalnız onun razılığı əsasında bu mənzilə dair alqı-satqı müqaviləsi bağlanılmalı idi. Bu əsaslar baxımından o iddia tələbində yanlışlığa yol vermiş və alqı-satqı müqaviləsinin ləğvi barədə iddia irəli sürmüşdür və məhkəmə instansiyaları da iddia tələblərini təmin etməmişlər. Onun kassasiya şikayəti əsasında işə baxan AR Ali Məhkəməsi MK-sı xx.xx.202022-ci il tarixli 2(102)-1350/2022 saylı Qərarında vurğulamışdır ki, onun «alqısatqı müqaviləsinin ləğv olunması» barədə iddiasının təmin edilməməsi ona eyni əsaslarla “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” barədə iddia qaldırmasına mane olmur və belə bir iddia qaldırmaq onun hüququdur
10. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1413/2 023 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbinin qismən təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Ofisində 23 iyul 2020-ci ildə Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 50 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. 11.
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 Cavabdeh2 satdığı mənzilin birgə nikah dövründə əldə olunmasını və həmin daşınmaz əmlakda keçmiş arvadı İddiaçı da payının olmasını şüurlu surətdə dərk etmiş və keçmiş arvadı İddiaçı sözügedən mənzildə olan payından məhrum etmək üçün mənzili dəyərindən çox aşağı qiymətə digər cavabdehə satmışdır. Məhkəmə xüsusilə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1lə İddiaçı arasında olan nikahın pozulmasından sonra Cavabdeh2 satılsa da, Cavabdeh1 həmin mənzil birgə nikah dövründə əldə olunmasını və həmin mənzildə keçmiş arvadı İddiaçı payının olmasını şüurlu surətdə dərk etmişdir. Bundan başqa, iddia ərizəsindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən əlavə, Cavabdeh2 adına verilmiş çıxarışın da ləğv edilməsini xahiş etmişdir. Lakin iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlansa da, Cavabdeh2 öz adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala b ilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 19-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.1 və 33.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.2, 152.8, 157.8, 225.1, 225.6, 337.1, 337.2, 337.3, 337.4, 340, 425.1 və 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verib Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(067)-1413/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın “çıxarışın ləğv edilməsi” hissəsində icraata xitam verilməsinə dair qərardad, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsin də isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın qismən edilməsinə dair qətnamə qəbul edərək kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə göstərilən halları düzgün qiymətləndirməmiş və yanlış nəticəyə gəlmişdir. Belə ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə cavabdehlər arasında ünvan 3-ə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmısını xahiş etmişdir. Qeyd edilməlidir ki, eyni iddiaçı eyni cavabdehlərə qarşı eyni dəlillər və əsaslarla eyni müqavilənin və çıxarışın ləğv edilm əsi tələbi ilə daha əvvəl də məhkəməyə müraciət etmiş və həmin iş üzrə iddia tələbi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)165/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) təmin edilməmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri isə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın xx.xx.2021-ci iltarixli, 2(105)-1950/2021 saylı qətnaməsi ilə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 1350/2022 saylı qərarı ilə təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)- 1950/2021 saylı qətnaməsini əsaslandırarkən öz hüquqi mövqeyini bu şəkildə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dö vlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzili Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda 11 may 2005ci ildə təsdiq edilərək 4Ə/5-847 sayla reyestrdə qeydə alınmış müqavilə əsasında qeydə alınmışdır. Göründüyü kimi, Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylıevin 4 saylı mənzili qanuni əsasla Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onu da qeyd etmək lazımdır ki, məhkəmə öz qətnaməsini qəbul edərkən iddiaçı tərəfindən irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi” tələbini qanunvericilikdə təsbit edilmiş hallara uyğun əsaslandırılmadığını və məhkəməyə, Mülki Məcəllənin “əqdin etibarsızlığı” ilə bağlı tələblərinə uyğun şəkildə, əqdin etibarsız hesab edilməsi üçün hər hansı sübut təqdim edilmədiyini nəzərə almamış, nəticədə yanlış qərar qəbul etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1927/2020 saylı qətnaməsi ilə İddiaçı, həmin məhkəmənin 2(067)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə X4, X3 (2 azyaşlı övladı X8 və X9 ilə birlikdə) mübahisəli Xudat şəhəri, Konserv zavodu qəsəbəsi, ev 16, mənzil 4 ünvanından məcburi qaydada çıxarılması qət edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisə predmeti olan müqavilə və çıxarışın aid olduğu ünvan 3 ünvanı üzrə hər hansı mülkiyyət və ya digər hüququ mövcud deyildir. Odur ki, alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlandığından onun etibarsız hesab edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1413/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməlidir.
15. İddiaçı məhkəməyə təkrarən, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” iddiası ilə irəli sürdüyü tələbi və onu əsaslandırdığı halları eyni iddiaçının eyni cavabdehlərə qarşı eyni mübahisə predmeti üzrə əvvəl irəli sürdüyü iddia tələbi və onu əsaslandırdığı hallarla müqayisə etsək açıq şəkildə görərik ki, hər iki iddianın tələbi və onun əsaslandırıldığı hallar eyniyyət təşkil edir. Sadəcə olaraq, iddiaçı, əvvəlki müraciətindən fərqli olaraq, ikinci müraciətində “alqı-satqı müqaviləsinin ləğv i”sözlərini “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” sözləri ilə dəyişdirmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi ilə müraciət etmiş olsa da, həmin müraciəti əsaslandırdığı hallar mahiyyət etibarilə barəsində yekun məhkəmə qərarının qüvvəyə mindiyi əvvəlki iddia tələbinin (alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsinə dair) əsaslandırıldığı hallarla eynidir. Eyni zamanda, məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçının iddia tələbinin “çıxarışın ləğv edilməsi” ilə bağlı hissəsi onun tərəfindən verilmiş əvvəlki iddia ilə birə-bir eynidir. Odur ki, məhkəmə iş üzrə icraata həmin hissədə xitam verilməsinə dair qərardad qəbul etməli olduğu halda (AR MPM-nin 152.2.2-ci və 261cim addələrinin tələblərinə uyğun olaraq) işi icraata almış və mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Göründüyü kimi, hakim İddiaçı iddia ərizəsini icraata qəbul edərkən onun tərəfindən eyni cavabdehlərə qarşı, eyni predmet barəsində eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin (qərarı) olmasını nəzərə almamış, bununla da AR MPM-nin 153.2.2-ci maddəsinin kobud pozuntusunu həyata keçirmişdir. Onu da qeyd etmək lazımdır ki, məhkəmə öz qətnaməsini qəbul edərkən iddiaçının irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi” tələbini qanunvericilikdə təsbit edilmiş hallara müvafiq əsaslandırmadığını və buna uyğun hər hansı sübut irəli sürmədiyini nəzərə almamış, sadəcə məhkəmə iclasında iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında faktiki nikah münasibətlərinin mövcud olmasına və alqı-satqı müqaviləsinin onlar arasında formal əsaslarla bağlanmasına dair şifahi mülahizələrinə mötəbər sübut kimi qiymət verərək qərar qəbul etmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir.
15. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) 2(105)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, İddiaçı apellyantın keçmiş arvadı olaraq birgə nikah dövründə əldə edilmiş Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavo du qəsəbəsi, ev 16 ünvanında yerləşən 4 nömrəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. İddiaçı hazırkı iddiadan əvvəl qeyd olunan müqavilənin ləğvi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş qətnamə ilə İddiaçı mübahisələndirilən müqavilənin tərəfi olmadığından iddiası təmin edilməmişdir.
17. İddiaçı əvvəllər müqavilənin ləğvi ilə bağlı iddia qaldırması onun həmin müqavilənin etibarsızlığına dair iddianın qaldırmaq imkanını istisna etmir. Belə ki, iş materiallarında olan qətnamələrdən görünür ki, İddiaçı müqavilənin ləğvi ilə bağlı iddiası iddiaçının subyektiv hüququ olmadığından rədd edilmiş, müqavilənin etibarlılığına hüquqi qiymət verilməmişdir.
18. Apellyasiy a instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair qanuni qüvvəyə minmiş qətnamələrin mövcudluğu hazırkı mübahisələndirilən müqavilənin etibarsızlığına dair iddiasına baxılmasına mane ola bilməz.
19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 54-56-cı bəndlərində qeyd olunmuşdur ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hü quqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbə rliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
20. Yuxarıda qeyd olunanlara əsaslanaraq, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nə qədər ki tərəf lər arasında olan əvvəlki məhkəmə çəkişmələri zamanı əqdin etibarsız sayılması barədə tələb irəli sürülməmişdir və 23 iyul 2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarlılığı məhkəmə tərəfindən yoxlanılmamışdır, iddiaçı hazırkı iddianı qaldıra bilər.
21. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.1980-ci il tarixində Cavabdeh1 ilə İddiaçı arasında rəsmi nikahları qeydə alınmışdır. Onların nikahları xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Cavabdeh1 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılaraq Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin ümumi sahəsi 28,0 kv.metr olan 4 saylı mənzil birgə nikah dövründə əldə edilmişdir. Sonradan Cavabdeh1 xx.xx.2020-ci il tarixdə İddiaçı razılığı olmadan birlikdə yaşadığı Cavabdeh2 ilə alqı-satqı müqavilə si bağlayaraq, mübahisəli mənzili özgəninkiləşdirmişdir.
22. Belə ki, əmlakın birgə mülkiyyət sayılması üçün onun nikah zamanı birgə gəlirlər hesabına əldə olunması mütləqdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
24. Göründüyü kimi qanunverici birgə nikah döv ründə əldə edilmiş daşınmaz əmlaka dair əqdin bağlanmasını həmin daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı ilə şərtləndirmişdir. Həmin şərtə əməl edilməməsi əqdin etibarsız hesab edilməsinə gətirib çıxarır Odur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.6-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsi 32 və 33.1-ci, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan id dialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
26. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə) eyni məzmunlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-327/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd edilməsinə dair qərar elan edilməsini və iddianın “çıxarışın ləğv edilməsi” hissəsində icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini qəbul edərkən iddiaçı tərəfindən irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi” tələbini qanunvericilikdə təsbit edilmiş hallara uyğun əsaslandırılmadığını və məhkəməyə, Mülki Məcəllənin “əqdin etibarsızlığı” ilə bağlı tələblərinə uyğun şəkildə, əqdin etibarsız hesab edilməsi üçün hər hansı sübut təqdim edilmədiyini nəzərə almamış, nəticədə yanlış qərar qəbul etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(067)-1927/2020 saylı qətnaməsi ilə İddiaçı, həmin məhkəmənin 2(067)- 776/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə X5, X3 (2 azyaşlı övladı HacıyevNicat Zaur oğlu və X9 ilə birlikdə) mübahisəli Xudat şəhəri, Konserv zavodu qəsəbəsi, ev 16, mənzil 4 ünvanından məcburi qaydada çıxarılması qət edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisə predmeti olan müqavilə və çıxarışın aid olduğu ünvan 3 ünvanı üzrə hər hansı mülkiyyət və ya digər hüququ mövcud deyildir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlandığı ndan onun etibarsız hesab edilməsinə dair Xaçmaz rayon Məhkəməsinin 2(067)- 1413/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməlidir.
28. Eyni iddiaçı eyni cavabdehlərə qarşı eyni dəlillər və əsaslarla eyni müqavilənin və çıxarışın ləğv edilməsi tələbi ilə daha əvvəl də məhkəməyə müraciət etmiş və həmin iş üzrə iddia tələbi Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-165/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) təmin edilməmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri isə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın xx.xx.2021-ciil tarixli, 2(105)-1950/2021 saylı qətnaməsi ilə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci iltarixli, 2(102)-1350/2022 saylı qərarı ilə təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. İddiaçı məhkəməyə təkrar müraciətini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin adıçəkilən qərarında iddiaçının “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” barədə iddia qaldırmasına mane olmaması qeyd edilmişdir. Lakin, İddiaçı məhkəməyə təkrarən, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” iddiası ilə irəli sürdüyü tələbi və onu əsaslandırdığı halları eyni iddiaçının eyni cavabdehlərə qarşı eyni mübahisə predmeti üzrə əvvəl irəli sürdüyü iddia tələbi və onu əsaslandırdığı hallarla müqayisə etsək açıq şəkildə görərik ki, hər iki iddianın tələbi və onun əsaslandırıldığı hallar eyniyyət təşkil edir. Sadəcə olaraq, iddiaçı, əvvəli müraciətindən fərqli olaraq, ikinci müraciət ində “alqı-satqı müqaviləsinin ləğvi” sözlərini “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” sözləri ilə dəyişdirmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi ilə müraciət etmiş olsa da, həmin müraciəti əsaslandırdığı hallar mahiyyət etibarilə barəsində yekun məhkəmə qərarının qüvvəyə mindiyi əvvəlki iddia tələbinin (alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsinə dair) əsaslandırıldığı hallarla eynidir. Eyni zamanda, məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçının iddia tələbinin “çıxarışın ləğv edilməsi” ilə bağlı hissəsi onun tərəfindən verilmiş əvvəlki iddia ilə birə-bir eynidir. Odur ki, məhkəmə iş üzrə icraata həmin hissədə xitam verilməsinə dair qərardad qəbul etməli olduğu ha lda (AR MPM-nin 152.2.2-ci və 261-ci maddələrinin tələblərinə uyğun olaraq) işi icraata almış və mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Göründüyü kimi, hakim İddiaçı iddia ərizəsini icraata qəbul edərkən onun tərəfindən eyni cavabdehlərə qarşı, eyni predmet barəsində eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin (qərarı) olmasını nəzərə almamış, bununla da AR MPM-in 153.2.2-ci maddəsinin kobud pozuntusunu həyata keçirmişdir. Onu da qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsini qəbul edərkən iddiaçının irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi” tələbini qanunvericilikdə təsbit edilmiş hallara müvafiq əsaslandırmadığını və buna uyğun hər hansı sübut irəli sürmədiyini nəzərə almamış, sadəcə məhkəmə iclasında iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında faktiki nikah münasibətlərinin mövcud olmasına və alqı-satqı müqaviləsinin onlar arasında formal əsaslarla bağlanmasına dair şifahi mülahizələrinə mötəbər sübut kimi qiymət verərək qərar qəbul etmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi isə yuxarıda göstərilən bariz qanun pozuntularını nəzərə almamış, bu pozuntulara göz yumaraq birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsinin qüvvədə saxlanmasına dair qərar qəbul etmişdir.
29. Kassasiya şikayətləri əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 421.1, 421.2, Azərbaycan Respublikasının MPM-in 88, 153.2.2, 261.0.2ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mül ki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
32. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallar a da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikasının Ailə Məcəlləsi
33. Maddə
32. Ər-arvadın birgə mülkiyyəti (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, m addi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
34. Maddə 33.1. Ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadı
35. Bənd 54-56. Əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfi ndən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Ma ddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:... 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qə tnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəlləni n 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsininmövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin iddiaçı məhkəməyə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi ilə müraciət etmiş olsa da, həmin müraciəti əsaslandırdığı hallar mahiyyət etibarilə barəsində yekun məhkəmə qərarının qüvvəyə mindiyi əvvəlki iddia tələbinin (alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsinə dair) əsaslandırıldığı hallarla eyni olduğu, eyni zamanda, məhkəmənin qərar qəbul edərkən iddiaçının iddia tələbinin “çıxarışın ləğv edilməsi” ilə bağlı hissəsi onun tərəfindən verilmiş əvvəlki iddia ilə birə-bir eyni olduğunu nəzərə almadığı, odur ki, məhkəmə iş üzrə icraata həmin hissədə xitam verilməsinə dair qərardad qəbul etməli olduğu halda (AR MPM-nin 152.2.2-ci və 261-ci maddələrinin tələblərinə u yğun olaraq) işi icraata aldığı və mahiyyəti üzrə baxaraq qətnamə qəbul etdiyi, hakimin İddiaçı iddia ərizəsini icraata qəbul edərkən onun tərəfindən eyni cavabdehlərə qarşı, eyni predmet barəsində eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin (qərarı) olmasını nəzərə almadığı, bununla da Azərbaycan Respublikasının MPM-in 153.2.2-ci maddəsinin kobud pozuntusunu həyata keçirdiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, əvvəlki iş üzrə çıxarışın ləğvi tələbinin əsası kimi alqı -staqı müqaviləsinin ləğvi göstərilmişdisə, hazırki iş üzrə çıxarışın ləğvi iddiasının əsasında alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi dayanır.Yəni fərqli əsaslarla eyni tələb irəli sürülmüşdür ki, bu halda da Azərbaycan Respublikasının MPM-in 153.2.2-ci maddəsinin(iddia əriz əsini qəbul etməkdən imtina) və ya 261.0.2-ci maddəsinin (iş üzrə icraata xitam verilməsi) tətbiqi üçün əsaslar olmamışdır.Yəni, məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə iş üzrə icraata xitam verməzkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaratdığından və onların dəlillərinə hüquqi qiymət verdiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli 2(105)-327/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.