Məhkəmə qərarları › İş №2(102)-2261/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2261/2024

23.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2261/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızına və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli, 2(103)1927/2024 saylı qətnaməsindən cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızının verdiyi kassasiya şikayəti üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Əlimərdan Topçubaşov küçəsi, dalan 8-də yerləşən 2 saylı ev üzərində hər birinin 1/3 hissədə paylı mülkiyyət hüquqları olmaqla X16, X29 və X30 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. X38 (X14) 26 may 1989-cu il tarixdə ölmüşdür.

3. İddiaçı, Dadaşova (Xəlilova) Sevil Abdul qızı, X9 və X17 mərhum X30 övladları, X21 isə nəvəsidir.

4. İddiaçı 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, 30 saylı notariat ofisinə müraciət edərək, miras qoyanın özündən başqa vərəsəsinin bacısı Dadaşova (Xəlilova) Sevil Abdul qızının olduğunu bildirərək, miras əmlakda payının müəyyən edilməsini xahiş etmiş və 23 dekabr 2021-ci il tarixli, 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun a nasından qalan miras əmlakda ½ hissədə payı tanınmışdır. 5. 27 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, dalan 8, ev 2 (bundan sonra– mübahisəli fərdi yaşayış evi) üzərində X10 1/3 hissədə, Cavabdeh 1/3 hissədə, İddiaçı 1/3 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X5 1/6 hissədə payı açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X12 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan evin miras qoyana məxsus 1/6 açıq qalan hissəsi nə mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı anadan olandan mübahisəli evdə yaşamış, 05 oktyabr 1976-cı il tarixdə nikaha daxil olsa da, 1985-ci ildə uşaqları ilə birlikdə anasına məxsus həmin evə qayıtmış, anası, atası və oğlanları ilə birlikdə orada yaşamışdır. 27 may 1989-cu il tarixdə anası, 20 iyul 1989-cu il tarixdə isə atası vəfat etdikdən sonra iddiaçı miras qalan evdə tək yaşamış, evin kommunal xərclərini və bütün təmir işlərini etmişdir. Mərhum anasından miras qalan evin 1/3 hissəsi ilə bağlı notariusa müraciət etmiş, 23 dekabr 2021-ci il tarixdə miras əmlakdan 1/2 hissədə pay almaq üçün vərəsəlik şəhadətnaməsi almış, əmlakın qalan 1/2 hissəsi açıq qalmışdır. Vərəsə kimi miras əmlaka sahiblik və idarə etmiş, miras əmlakla bağlı bütün kommunal xidmətlər üçün haqları vərəsəlik açıldıqdan sonra ödəmişdir. Mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirası tamamilə qəbul etmişdir. Ondan başqa anasından qalan mirası qəbul edən olmamışdır.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 cavabdehlər İddiaçı, X29, Bakı şəhəri, 30 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evin 1/3 hissəsinin 1/2 hissəsinə (1/6 hissəsinə) iddiaçının adına 23 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ ha qqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mübahisəli evin miras qalmış 1/3 hissəsinə onun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin atası X2 İmam Verdi qızının birinci nikahdan olan övladı olmuşdur. Nənəsi həmin evdə olan 1/3 hissədə payını 23 yanvar 1987-ci il tarixdə oğluna – üçüncü şəxsin atasına vəsiyyət etmişdir. Nənəsi 26 may 1989-cu il tarixdə ölmüş, onun ölümündən sonra atası mübahisəli evdə yaşamaqla mirası faktiki qəbul etmiş və sonradan həmin evi yaşaması üçün oğlu Gəncəliyə vermişdir. Gəncəli 1990-cı ildən 2000-ci ilədək həmin evdə yaşamışdır. Sonradan rəhmətə getmişdir. Hazırkı iş üzrə iddiaçı olan bibisi ailə qurması ilə əlaqədar hələ nənəsinin ölümündən daha əvvəl evdən köçüb getmişdir. Sonradan evi olmadığı üçün müvəqqəti olaraq onun göstərilən evdə yaşamasına atası tərəfindən müvəqqəti icazə verilmişdir. Göründüyü kimi, atası vəsiyyət üzrə vərəsə olmuş və o, mübahisəli evdə faktiki yaşamaqla, habelə ev üzərində sərəncamverici səlahiyyəti həyata keçirərək, oğlu Gəncəlini, sonradan bacısı və iş üzrə iddiaçını həmin evə köçürmüşdür. Bununla da, mirasa faktiki sahibliyi həyata keçirərək mirası faktiki qəbul etmişdir. Göstərilən vəsiyyətnamə notariusa məlum olduğu halda, notarius həmin vəsiyyətnaməni n otariat işinə əlavə etmiş, lakin mirasın vəsiyyət olunmasına və qanunun tələbinə görə belə halda qanun üzrə vərəsəlik deyil, vəsiyyət üzrə vərəsəlik həyata keçirilməli olduğu halda, notarius buna əhəmiyyət verməmiş, miras əmlakı kütləsinə daxil olan evin 1/3 hissəsinin 1/2 hissəsinə (1/6 hissəsinə) iddiaçının adına 23 dekabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnamə əsasında göstərilən evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə iddiaçının adına qeydiyyat aparılmışdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(006)3625/2022 saylı qətnaməsi ilə (hakim A.Q.İbadzadə) İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 8-ci dalanda yerləşən, 2 saylı evin mərhum X7 məxsus 1/6 açıq qalan hissəsinin İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddiasının rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən iş materiallarında olan sənədlərə və şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi miras qoyanın mülkiyyətində olmuş, miras qoyan həmin evdə ailəsi, o cümlədən qızı iddiaçı (nikaha daxil olanadək) ilə birgə yaşamışdır. Miras qoyan 26 may 1989-cu il tarixdə, onun əri və iddiaçının atası X32 19 iyul 1989-cu il tarixdə öldükdən sonra həmin evdə iddiaçı yaşamış və hazırda da həmin evdə yaşayır, evə dair kommunal ödənişləri həyata keçirmişdir.

12. Beləliklə, miras qoyanın birinci növbə vərəsəsi olan iddiaçı onun ölümündən sonra mübahisəli evdə yaşamaq la evi faktiki olaraq qəbul edib istifadəsində saxlamış və hazırda da mirası idarə etməkdə davam edir. Nəticədə onun mübahisəli evdə olan miras qoyanın açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququ yaranmışdır.

13. Eyni zamanda, iddiaçının mirası faktiki qəbul etməsi Bakı şəhəri, 14 saylı notariat ofisi tərəfindən açılmış V-57/2021 nömrəli vərəsəlik işində də müəyyən edilmiş, həmin əsasla iddiaçıya 23 dekabr 2021-ci il tarixli, 2V-92 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

14. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin istinad etdiyi vəsiyyətnamə 23 yanvar 1989-cu il tarixdə verilmiş, X18 isə 28 mart 1991-ci il tarixdə ölmüşdür. Anası öldükdən sonra, yəni mirasın açıldığı gündən X18 tərəfin dən mirasın vəsiyyətnamə üzrə qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət edilməsi, eyni zamanda mirasın faktiki qəbul edilməsinə dair iş materiallarında mötəbər sübut yoxdur, habelə bu barədə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hətta, X18 tərəfindən vəsiyyətnamə üzrə miras qəbul edilmiş sayılsa belə, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən vərəsəliyin açıldığı 28 mart 1991-ci il tarixdən mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməsinə, habelə onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, X18 tərəfindən miras, mirasın qəbuluna dair hərəkətlərin hər iki formasında qəbul edilmədiyindən, onun miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ tanına bilməz, həmçinin vəsiyyətnamə iddiaçının adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının adına verilmiş xx.xx.2021ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs şəhadətnamənin ləğv edilməsi üçün əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir.

17. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin həmin hissələri şəhadətnamənin ləğv edilməsinə və vərəsəlik hüququnun tanınmasına əsaslanmaqla onlardan asılı olduqlarından və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz.

18. Birinci instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528, 552-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1243.2, 1243.3, 1246, 1252, 1255-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəmə sinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mülki Məcəllənin 1243cümaddəsinin tələbinə müvafiq olaraq mirası müəyyən olunmuş müddətdə və qaydada qəbul etmədiyindən və eləcə də Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirası qəbul etmə müddətinin ötürülməsinin üzürlü səbələrdən baş verməsini sübuta yetirə bilməməklə, məhkəmə tərəfindən İddiaçı iddiası əsassız sayılmalı və rədd edilməli idi. Bundan başqa iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ondan ibarətdir ki, məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X17 olmaqla Cavabdeh qarşı verilən iddia tələbini tamamilə əsassız olmasını nəzərə almamışdır, məhkəmə qətnamə qəbul etməklə digər vərəsə olan onun hüquqlarını pozmuşdur.

21. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X21 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(006)3625/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd, müstəqil tələbin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nənəsi Məryəm İmamverdi qızı 26 may 1989-cu il tarixdə ölmüşdür. Nənəsinin ölümüdən sonra atası X18 Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdə yaşamaqla mirası faktiki qəbul etmiş və sonradan həmin evi yaşaması üçün oğlu Gəncəliyə v ermişdir. Gəncəli 1990-cı ildən 2000-ci ilədək həmin evdə yaşamışdır. Sonradan rəhmətə getmişdir. Hazırkı iş üzrə iddiaçı olan bibisi İddiaçı ailə qurması ilə əlaqədar hələ nənəsi Məryəm İmamverdi qızının ölməsindən zaman etibarı ilə daha əvvəl Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdən köçüb getmişdir. Sonradan evi olmadığı üçün müvəqqəti olaraq onun göstərilən evdə yaşamasına atası İ.Quliyev tərəfindən müvəqqəti icazə verilmişdir. Bununla da atası İ.Quliyev mirası vəsiyyət üzrə vərəsəlik hüququ əsasında qəbul etmiş və miras əmlakı üzərində sərəncamverici səlahiyyəti həyata keçirmişdir. Göründüyü kimi, istər İddiaçı və istərsə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 tərəfində məhkəməyə eyni növlü sübutlar təqdim edilmiş, lakin məhkəmə əsassı z olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 təqdim etməməsinə dair fikir ifadə etmişdir. Dgər tərəfdən, iddianın predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və X17 da izahatlarında mirası İddiaçı deyil, müstəqil tələb irəli sürən üçüncü şəxs R.Quliyevin qəbul etmələrini göstərmişlər. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı qarşılıqlı münasibətlər aydınlaşdırılmamışdır. Belə ki, iddianın predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və X17 İddiaçı doğma bacıları olduğu halda, mirası onun deyil, doğma qardaşı olmayan İ.Quliyevin oğlu müstəqil tələb irəli sürən üçüncü şəxs R.Quliyevin qəbul etmələrini göstərmişlər. Məhkəmə tərəfindən qətnamədə şərh olunan mübahisə predmeti barəsində müstəqil tələb irəli s ürən üçüncü şəxs X1 təqdim etməməsinə dair iş üçün əhəmiyyəti olan göstərilən hal sübüt olunmur.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-2028/2023 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi) F.V.Abdıyev və F.H.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, 8-ci dalanda yerləşən 2 saylı fərdi yaşayış evi X5 mülkiyyətində olmuş, X14 həmin evdə ailəsi, o cümlədən iddiaçı (nikaha daxil olanadək) ilə birgə yaşamışdır. X14 26 may 1989-cu il tarixdə, onun əri və iddiaçının atası X32 19 iyul 1989-cu il tarixdə öldükdən sonra həmin e vdə iddiaçı yaşamış və hazırda da həmin evdə yaşayır, evə dair kommunal ödənişləri həyata keçirir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, miras 1989-cu ildə açıldığından, məhkəmə düzgün olaraq hazırkı mübahisəyə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş və 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, birinci növbə vərəsə kimi onun anası X14 1989-cu ildə vəfat etdikdən sonra həmin evdə yaşamaqla, mirası faktiki olaraq qəbul edib istifadəsində saxlamış və mirası idarə etməkdə davam etmişdir ki, nəticədə onun mübahisəli evdə olan X3 açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququ yaranmışdır.

27. Eyni zamanda iddiaçının mirası faktiki qəbul etməsi Bakı şəhəri 1 4 saylı notariat ofisi tərəfindən açılmış V-57/2021 nömrəli vərəsəlik işində də müəyyən edilmiş, həmin əsasla iddiaçıya 23 dekabr 2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Buna görə də, apellyasiya kollegiyası İddiaçı iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəsini əsaslı hesab etmişdir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbinin əsası kimi X14 tərəfindən mübahisəli evin X13 vəsiyyət edilməsinə dair 23 yanvar 1987-ci il tarixli vəsiyyətnamə olduğuna görə mübahisələndiril ən Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinin qanunsuz olmasına istinad etmişdir.

29. Vəsiyyətnamə 23 yanvar 1987-ci il tarixdə verilmiş, X18 isə 28 mart 1991-ci il tarixdə vəfat etmişdir. Anası öldükdən sonra, yəni mirasın açıldığı gündən X18 tərəfindən mirasın vəsiyyətnamə üzrə qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət edilməsi, eyni zamanda mirasın faktiki qəbul edilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X18 tərəfindən vəsiyyətnamə üzrə miras qəbul edilmiş sayılsa belə, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən vərəsəliyin açıldığı 28 mart 1991-ci il tarixdən mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət et məsinə, habelə onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

31. Qeyd olunanlara əsasən, apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, X18 tərəfindən miras, mirasın qəbuluna dair hərəkətlərin hər iki formasında qəbul edilmədiyindən onun miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ tanına bilməz, həmçinin vəsiyyətnamə iddiaçının adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

32. İddiaçının adına verilmiş 23 dekabr 2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda müstəqil tələb i rəli sürən üçüncü şəxs şəhadətnamənin ləğv edilməsi üçün əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-2028/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 1159.1, 1243, 1255, 1256-cı, Mülki Prosessual Məcəllənin 81, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, miras qoyandan qalan miras əmlakının açıq saxlanılan ½ his sə cavabdehin payıdır. Kassator miras qoyanın övladı olmaqla birinci növbədə vərəsədir, 1979-cu ildən qeyd olunan evdə qeydiyyatdadır, orada yaşamaqla miras əmlakı qəbul etmişdir. Eyni zamanda, mübahisəli ev üzərində 22 oktyabr 2021-ci il tarixli çıxarışa əsasən cavabdehin 1/3 paya malik olması ilə miras əmlaka sahiblik etmə və miras əmlakı qəbul etmə faktı şübhəsizdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Lakin məhkəmələr iş materiallarında olan sübutlara, şahid ifadələrinə (şahidlər: X23 və X33) düzgün qiymət verməməklə, cavabdehin anasının vəfatından sonra notarius tərəfindən açıq saxlanılan 1/6 payın qəbul edilməsi faktı nəzərə alınmamaqla, mübahisəli fərdi yaşayış evi üzərində 22 oktyabr 2021-ci il tarixli çıxarışa əsasən cavabdehin 1/3 paya malik olm ası ilə miras əmlaka sahiblik etmə və miras əmlakı qəbul etmə faktı şübhəsiz olduğu halda onun miras payının iddiaçı tərəfindən qəbul edilməsi qənaətinə gəlməklə cavabdehin qanunla qorunan hüquq və mənafelərini pozmuş, nəticədə düzgün olmayan məhkəmə aktları qəbul edilmiş, ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-25/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi), Əhliman Xıdırov və Elşanə Vəliyeva) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)2028/2023 saylı qətnaməsi İddiaçı iddiasının təmin edilən hissəsində ləğv edilmiş, mül ki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, miras qoyan X38 (X14) 26 may 1989-cu ildə vəfat etməklə, miras həmin tarixdə açıldığından, hazırki mübahisəyə 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. İddianı təmin edən rayon məhkəməsi və qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi həmin Məcəllənin 552-ci maddəsinə istinad etsələr də, faktiki olaraq qətnamələrin i iddiaçının mirası qəbul etməsi ilə əsaslandırmışlar. Halbuki, iddiaçının mirası qəbul etməsi mübahisə predmetini təşkil etməmiş, cavabdeh buna qarşı dəlillər irəli sürməmiş və iddiaçının vərəsəlik hüququ 30 saylı notariat ofisi tərəfindən verilən 23 dekabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə də təsdiq olunmuşdur.

37. Hazırda mübahisələndirilən hal iddiaçının mirasdan payını qəbul etdikdən sonra miras kütləsinin ½ hissədə açıq saxlanılan payın (mübahisəli mənzilin 1/6 hissəsinin) cavabdeh tərəfindən qəbul edilib-edilməməsidir ki, nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmamış, qətnamələrdə təqdim olunan sübutlara istinad edilməklə, mübahisəli olan bu hala mübahisəli hüquq münasibətləri y aranan dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq hüquqi qiymət verilməmişdir.

38. Nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya və kassasiya şikayətlərinin dəlilləri anasına vərəsə olması və mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etməsi ilə əsaslandırılmışdır. Bu zaman qeyd olunmalıdır ki, mübahisələndirilən mənzil 1/3 hissədə miras qoyanın mülkiyyətində olmaqla yanaşı, 1/3 hissədə payla məhz Cavabdeh mülkiyyətindədir. Belə olan halda, cavabdehin anasından qalan miras payını faktiki qəbul etməsi, onun öz mülkiyyətində olan payına mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqəli şəkildə yoxlanıla bilər ki, bu istiqamətdə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparması müəyyən olunmamışdır.

39. Məhkə mə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 392.2-ci maddələrinin tələbləri pozularaq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

40. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 528, 532 və 552-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1927/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən, məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8 dekar 2022-ci il tarixli, 2(006)-3625/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etməsinin müəyyən edilməsi üçün sübut etmə yükü məhz cavabdehin üzərinə düşmüşür. Lakin şahid ifadələri ilə cavabdehin mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etməsi müəyyən edilməmiş, həmçin in cavabdeh tərəfindən bu barədə hər hansı sübut təqdim edilməmişdir.

44. Digər tərəfdən mübahisələndirilən mənzil 1/6 hissədə miras qoyanın mülkiyyətində olmaqla yanaşı, 1/3 hissədə payla məhz cavabdehin mülkiyyətində olması, onun tərəfindən miras kütləsinin 1/6 hissədə açıq saxlanılan payın (mübahisəli mənzilin 1/6 hissəsinin) qəbul edilməsi anlamına gəlmir, çünki cavabdeh rəsmi üsulla, mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməmiş, eləcə də qeyri-rəsmi üsulla, yəni miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə (məs. kommunal, vergi ödəmələri, yaxşılaşdırma və s.) mirasın açıq saxlanılan payını qəbul etməsi müəyyən edilməmişdir.

45. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə əsasən, cavabdehin anasından qalan miras payını faktiki qəbul etməsi, onun öz mülkiyyətində olan payına mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqəli şəkildə yoxlayaraq qeyd etmişdir ki, cavabdeh mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq miras əmlakın açıq saxlanılan payını qəbul etməmişdir.

46. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin sənədlər əsasında 1/3 hissədə mülkiyyət payının olması göstərilsə də, faktiki real vəziyyətdə mövcud olması sübut olunmamışdır. Tərəflərin izahatlarından da aydın ounur ki, ananın mülkiyyətində olmuş əvvəlki 1/3, hazırkı mübahisələndirilən 1/6 hissə 2 otaqdan ibarət olmaqla orada ananın vəfatından sonra faktiki olaraq yaşayan iddiaçı olmuşdurdır.

47. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi şahid ifas inə qiymət verərək qeyd etmişdir ki, onun iş materiallarında olan imzaladığı aktın məzmununda cavabdehin həmin ünvanda yaşamadığını təsdiq etdiyi halda, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində onun hərdən gəlib getməsi, cavabdehin mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz və birinci instansiya məhkəməsi haqlı olaraq bu şahid ifadəsini sübut kimi qiymətləndirməmişdir.

48. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi - X14 1989-cu ildə öldükdən sonra birinci növbə vərəsə olan iddiaçı evdə yaşamaqla evi faktiki olaraq qəbul edib istifadəsində saxlaması və hazırda da mirası idarə etməkdə davam etməsi, nəticədə onun mübahisəli evdə olan X5 açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququnun yaranması barədə düzgün nəticəyə gəlmişdir.

49. Apelly asiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 528, 532 və 552-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

50. Cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızı (Vəkil4) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 532 və 552-ci maddələrinin, habelə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu və Mülki Prosessual M əcəllənin 81, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmələr iş materiallarında olan sübutlara, şahid ifadələrinə (şahidlər: X23 və X33) düzgün qiymət verməməklə, cavabdehin anasının vəfatından sonra notarius tərəfindən açıq saxlanılan 1/6 payın qəbul edilməsi faktı nəzərə alınmamaqla, mübahisəli fərdi yaşayış evi üzərində 22 oktyabr 2021-ci il tarixli çıxarışa əsasən cavabdehin 1/3 paya malik olması ilə miras əmlaka sahiblik etmə və miras əmlakı qəbul etmə faktı şübhəsiz olduğu halda onun miras payının iddiaçı tərəfindən qəbul edilməsi qənaətinə gəlməklə cavabdehin qanunla qorunan hüquq və mənafelərini pozmuş, nəticədə düzgün olmayan məhkəmə aktları qəbul edilmiş, ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmişdir. Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri

52. İddiaçının kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

53. Maddə 13. ( hissə İ) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

54. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ib arətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

55. Maddı 29. (hissə Vİİ). Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsi:

56. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

57. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

58. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onları n vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

59. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmə k üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

70. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən edib sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normalarının təfsirində səhvə yol verib.

71. Belə ki, işin mübahisə o lunmayan hallarına görə, Bakı şəhəri, Topçubaşov küçəsi, 8-ci dalanda yerləşən 2-saylı ev hər birinin payı 1/3 hissədə olmaqla X16, Dadaşova (Xəlilova) Sevil Abdul qızı və X24 paylı mülkiyyətlərində olub. 26 may 1989-cu il tarixdə X5 ölməsi ilə ondan miras qalmış 1/3 hissəyə vərəsəlik açılıb. 23 oktyabr 2021-ci il tarixdə iddiaçı ərizə ilə notariat ofisinə müraciət edərək, özündən başqa bacısı Dadaşova (Xəlilova) Sevil Abdul qızının da vərəsə olduğunu göstərməklə anası X3 miras qalmış sözügedən evin 1/3 hissəsinə dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş edib. 23 dekabr 2023-cü il tarixdə notariat ofisi tərəfindən miras əmlakın 1/6 hissəsinə dair iddiaçının adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib, digər 1/6 hissə isə açıq saxlanılıb. Bundan sonra mülkiyyət hüququ üzrə sözügedən evin 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi X11, 1/6 hissəsi İddiaçı adlarına qeydə alınıb, evin 1/6 hssə isə X8 adına açıq saxlanılıb və bu barədə onların adlarına 22 oktyabr 2021-ci il; 03 dekabr 2021-ci il və 27 dekabr 2021-ci il tarixli çıxarışlar verilib.

72. Hazırda iddiaçı, mərhum anası X8 adına açıq saxlanılan 1/6 hissəyə də sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini göstərib, həmin miras payın da onun tərəfindən qəbul edildiyini iddia edir.

73. Cavabdeh isə mərhum anası X6 miras qalmış evin 1/3 hissəsindən iddiaçının artıq 1/6 hissədə pay aldığını, mirasın qalan 1/6 hissənin onun üçün açıq saxlanıldığını, məhz onun həmin paya vərəsəlik hüququnun olduğunu, bundan başqa sözügedən evin 1/3 hissəsinə qanuni əsaslarla mülkiyyət hüququ əldə etməklə uzun illər sahiblik etdiyini göstərib, iddiaya etiraz edir.

74. Apellyasiya instansiyası məhkəməsi gəldiyini, cavabdehin mirası nə rəsmi, nə də qeyri-rəsmi üsulla qəbul etməməməsi, onun mirası qəbul etməsi ilə bağlı işdə heç bir sübutun olmaması, habelə mübahisəli evin 1/3 hissədə cavabdehin paylı mülkiyyətində olması onun mirasın açıq saxlanılan 1/6 hissəsini qəbul etməsi anlamına gəlməməsi ilə əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

75. Belə ki, əvvəla işin mübahisə olunmayan digər hallarına görə, sözügedən evin 3/1 hissəsi 14 sentyabr 1978-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin xüsusi mülkiyyətindədir və o, həmin 1/3 hissəyə uzun illərdir ki, sahiblik edir. Yəni, işdən görünür ki, cav abdeh 1979-cu ildən qeydiyyatda olmaqla, evin 1/3 hissəsini idarə edir, habelə mülkiyyətində olan hissənin torpaq, əmlak vergisini, kommunal, məişət tullantıları, qaz, elektrik xidmətlərinə görə xərcləri ödəyir.

76. Həmçinin bu xidmətlərin göstərilməsi üçün cavabdeh müvafiq qurumlarla müqavilələr bağlayıb, başqa sözlə qeyd olunan evin saxlanılmasında və idarə olunmasında yaxından iştirak edib. Qeyd olunan hallar işə əlavə edilmiş ödəniş qəbzlərilə də təsdiq olunur.

77. Belə olan halda, cavabdehin öz mülkiyyətində olan 1/3 hissəyə sahibliyi həyata keçirməsi, həmin 1/3 hissənin faydalı təbii xassələrini hasil etməklə ondan istifadə etməsi, onun açıq-aşkar anası X6 miras qalmış 1/6 hissəyə də sahiblik etməsi və həmin 1/6 hissəni idarə etməyə faktik başalaması və bununla da miras qəbul etməsi anlamına gəlməyə əsas verir. Çünki, tərəflərin anası X5 26 may 1989-cu il tarixdə ölməsi ilə sözügedən evdən ona çatan 1/3 paya vərəsəlik açılıb. Bundan sonra, iddiaçı notariat ofisinə müraciət edərək 1/3 miras paydan ona çatan 1/6 payı əldə edib, cavabdehə çatan qalan 1/6 pay isə açıq saxlanılıb.

78. Hazırda iddiaçı qalan 1/6 paya da yiyələnmək istəyir. Halbuki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 532-ci maddəsinin mənasına görə, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar birinci növbəli vərəsələr hesab olunurlar.

79. Eyni zamanda həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıl dığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

80. Nəzərə alınmalıdır ki, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur.

81. Hüquq ədəbiyyatında mirasın qəbulunun formal və qeyri-formal üsulları fərqləndirilir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

82. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

83. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olur.

84. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.

85. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sözügedən normaların təfsirində səhvə yol verərək, mübahisəli 1/6 miras payın yerləşdiyi evin 1/3 hissədə cavabdehin mülkiyyətində olmasını, 1979-cu ildən onun qeydiyyatda olmaqla həmin evə sahiblik etməsini, mirasa vərəsəlik açıldıqdan sonra da orada yaşamasını, hətta iddiaçının özünün də notariat ofisinə verdiyi ərizəsində cavabdehi vərəsə kimi göstərməsini və iddiaçının mirasdan öz payını artıq almasını və sair halları nəzərə almayıb.

86. Ona görə də kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdehin sözügedən evdə mülkiyyət payının olması və 14 sentyabr 1978-ci il tarixdən fasiləsiz və etirazsız olaraq həmin evdə yaşaması, onun mirası qəbul etdiyini şəksiz nümayiş etdirir və onun mirası faktiki qəbul etməsi nəticəsinə gəlməyə əsas verir.

87. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə, iddiaçının mirası qəbul etməsi ümumiyyətlə mübahisə predmeti olmayıb və cavabdeh ona qarşı hər hansı dəlillər irəli sürməyib. Əksinə, iddiaçının mirasa vərəsəlik hüququ notariat ofisi tərəfindən verilən 23 dekabr 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə təsdiq olunub. Lakin, bütün bunlara baxmayaraq işə baxan məhkəmələr iddiaçının “mirasın onun tərəfindən qəbul edilmiş hesab edilməsi” barədə tələbini məhkəmə baxışının predmetinə çe virmişlər. Halbuki, miras əmlak iddiaçı tərəfindən artıq qəbul edildiyindən, hazırkı iddianın təmin edilməsinə zərurət olmamışdır. Cavabdeh isə miras payı, öz mülkiyyətində olan paya mülkiyyət hüququnu həyata keçirməklə artıq qəbul etmişdir.

88. Azərbaycan Respublikası MPM-in 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya dig ər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

89. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

90. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qə rar qəbul olunmaqla, iddia rədd olunmalıdır.

91. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızının kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli, 2(103)1927/2024 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul olunsun. İddiaçı cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızına və digərlərinə qarşı “X3 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 8-ci dalanda yerləşən, 2 saylı evin 1/6 hissəsinin onun tərəfindən qəbul edilməsi” barədə iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar