Məhkəmə qərarları › İş №2(102)-2263/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2263/2024

28.06.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2263/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Göyçay rayon Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xıdırov Əhliman MEhman oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X1, Göyçay rayon D övlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-567/2023 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra- iddiaçılar) cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsi ilə bağlı X2 ilə Cavab deh1 arasında bağlanmış 27 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin və DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)-267/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin olunmuşdur. b) Apellyasiya isntansiya məhkəməsində icraat

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-500/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

5. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (məruzəçi), A.Abbasov və E.Şamayev) cavabdehin kassasiya şikayəti qismən təmin edilərə k, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-567/2023 saylı iş üzrə, xx.xx.2023-cü il tarixli (hakimlər Ə.Məcidov (məruzəçi), E.Mehdiyev və X.Abdullayev) qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-cü il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddianın rədd edilmişdir.

8. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

9. Ali Məhkəmənin Mülki kollegiyasının 2(1 02)-4965/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

10. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı şikayətini MPM-in 407.1-ci maddəsinə əsasən 3 saylı əlavədə müəyyən olunmuş forma ilə tərtib edilməmişdir.

11. İddiaçı1 yenidən məhkəməyə kassasiya şikayəti ilə müraciət etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-567/2023 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.

13. Daha sonra iddiaçı Sərvan Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən kassasiya şikayəti verilmə müddətinin bərpa olunması barədə qərardad qəbul edilməsini xahi ş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-567/2023 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən qətnamədən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

15. İddiaçı xx.xx.2024-cü il tarixli qərardaddan kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-567/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti 3 saylı Əlavədə müəyyən olunmuş formaya uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır.

17. İddiaçı təkrarən xx.xx.2024-cü il tarixli qərardaddan yenidən şikayət vermiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024 tarixli qərardad ı ilə həmin şikayət prosessual müddətin ötməsi əsası ilə geri qaytarılmışdır.

18. İddiaçı xx.xx.2024-cü il tarixli qərardaddan kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-567/2023 saylı iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-in 133.1, 135.1, 135.2, 135.6, 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı Sərvan Məmmədov kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması, müddətin bərpa olunmasına dair ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in 133.1-ci maddəsini tələblərini pozmuşdur. Belə ki, buraxılmış müddətin bərpa olunması barədə ərizədə müddətin ötürülməsinin ondan asılı olmayan səbəbdən yarandığını açıq-aydın bildirmişdir. Göstərilən səbəb isə üzrlü hesab edilən səbəbdir. Ona görə də hesab etmişlər ki, bu maddi hüquq normasının tələblərinə uyğun olaraq müddət bərpa olunmalı olduğu halda məhkəmə bunu etməmişdir.

23. İddiaçı kassasiya şikayətini MPM-in 128.2, 128.3, 130.1, 130.2, 132, 133.1, 402, 405, 48.1.7, 408.5-ci maddələri tətbiq olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz d axil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 25.Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

26. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

27. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

28. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

29. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

30. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

31. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müd dətində verilə bilər.

32. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğ v edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyası na şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

40. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MM-nin 405.0.2-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilməsi müəyyən olunur.

41. Bu normadan göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin axımı, qərardadın rəsmi qaydada verildiyi gündən başlanır və 10 gün davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

42. İşdən göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(107)-567/2023 saylı qərardadından İddiaçı1 (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən 03 mart 2024-cü il tarixdə verilmiş kassasiya şikayətinin geri qaytarılması, İddiaçı1 (vəkili həmçinin, nümayəndəsi Nümayəndə) bu qərarın rəsmi qaydada təqdim edilməsindən sonra 10 günlük müddət ərzində kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardad 19 mart 2024-cü il tarixdəcə İddiaçı1 vəkili həmçinin, nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmiş, beləliklə də qərardad 19 mart 2024-cü il tarixdəcə iddiaçıya və onun nümayəndəsi və vəkilinə rəsmi qaydada təqdim edilmişdir. Lakin İddiaçı1 (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən 10 günlük müddətə riayət edilməmiş və kassasiya şikayətini 02 aprel 2024-cü il tarixdə verməklə qanunvericilikdə qərardaddan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır.

43. İddiaçı X3 apellyasiya məhkəməsinə təqdim etdiyi prosessual müddətin bərpası haqqında ərizədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(107)-567/2023 saylı qərardadından kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də müddətin b uraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu təqdim etməmişdir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(107)-567/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar