Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5585/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-689/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnam əsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı3, X3, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh1 arasında xx.xx.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1, X3, İddiaçı2, İddiaçı1 onlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1ndə yerləşən 1,69 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar.
2. Mübahisə alqı-satqı müqaviləsi üzrə alıcının pulun ödənilməsi ilə bağlı öhdəliyinin icrasına görə yaranıb.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)7092/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı3, X3, İddiaçı2 və İddiaçı1 Cavabdeh1 qarşı xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız h esab edilməsi barədə iddiası rədd edilmişdir. Həmin qərara əsasən müqavilə üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra “iddiaçılar”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (bundan sonra “cavabdeh”) ilə aralarında bağlanmış - ünvan 1ndə yerləşən 1,69 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinə dair cavabdehin adın a verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılaraq torpağın boş vəziyyətdə onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 və DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi iddia ərizəsi üzrə cavabdeh qismində qoyulublar.
6. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçılar mülkiyyətlərində olan ünvan 1ndə yerləşən 1,69 ha torpaq sahəsini cavabdehə 4.000 manata satmaq barədə razılaşsalar da, alqı-satqı zamanı cavabdeh onları aldatmış, onlara çatası 4.000 manatı verməmişdir. Bununla bağlı iddiaçılar torpağın satılmasında vasitəçi olan Göyçay rayon İHB-nın Potu kəndi üzrə nümayəndəsi Nizami Vəliyevə zəng edərək bildirmiş, az sonra sonuncu zəng edib, iddiaçıları əmin etmişdir ki, “Məqsədlə danışdı, 23 saat dan sonra sizin pulunuzu çatdıracaq, arxayınlıqla müqaviləni imzalayın”. Bundan sonra cavabdehə inanaraq 4.000 manatı almadıqları halda iddiaçılar xx.xx.2017-ci il tarixli müqaviləni imzalamışlar. Bu fakt tamamilə kənar şəxs olan Nizami Vəliyevin həm Göyçay rayon prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatı, həm də bu iddiadan əvvəl müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə birinci instansiya məhkəmə iclasında verdiyi şahid ifadəsi ilə təsdiqini tapmışdır. Hansı ki, həmin sübut növü sözügedən iddia tələbi üzrə bütün məhkəmə aktlarında mötəbər sübut növü kimi qeyd edilib.
7. Cavabdehin alqı-atqı zamanı iddiaçılara 4.000 manatı verməməsi onun özünün Göyçay rayon Prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatı ilə də təsdiqini tapıb. Şəki Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(107)3017/2018 saylı qətnaməsindən 6-cı səhifəsinin 4-cü abzasında şərh edilən sübut növündən görünür ki, "alqı-satqı olduqdan sonra Kamil Avdullayevin ona olan 2030 manat pulunu həmin torpaqla əvəz etdiyini, bu barədə razılaşdıqlarını, daha sonra torpağın sənədlərini götürüb evinə gəldiyini” göstərmişdir.
8. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 421, 423 və 567-ci maddələrinə istinad etmişlər.
9. Cavabdeh2 xüsusi notariusu birinci instansiya məhkəməsində göstərmişdir ki, müqavilə üzrə müəyyən edilmiş pul məbləği 5500 manatdan artıq olmadığı üçün müqavillədə göstərilən pul məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən iddiaçılar mülki yyətlərində olan torpaq sahəsinin tam dəyərini cavabdehdən almalarını, bununla bağlı mübahisənin olması barədə notarius olaraq ona məlumat verməmişlər.
10. İddiaçı1 Göyçay rayon prokurorluğuna müraciəti əsasında toplanmış HK-1-316 saylı rədd materialında Cavabdeh1 izahatında göstərib ki, o, İddiaçı3, İddiaçı2, İddiaçı1 ilə 2017-ci ilin mart ayında ünvan 1ndə yerləşən 1,69 ha torpaq sahəsinə dair alqı-satqı etmək üçün notariat kontoruna gəlib, həmin vaxt torpaq onun adına keçirilib, buna görə 800 manat xərci çıxıb. Alqı-satqı olduqdan sonra İddiaçı1 ona olan 2030 manat pulunu həmin torpaqla əvəz edib. Bu barədə razılaşdıqdan sonra torpağın sənədlərini götürüb evinə gəlib.
11. Göyçay Rayon Məhkəməsinin 2(046)-36/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, ca vabdehlə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış Göyçay rayonu, Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X6 ilə X4 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X2 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, Cavabdeh1 ünvan 1ndə yerləşən 1,69 ha torpaq sahəsindən ç ıxarılması qət edilmişdir. (hakim İbrahim Fəttahov)
12. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçılar notariat kontoruna müraciət edərək mülkiyyətlərində olan ünvan 1ndə yerləşən 1,69 ha torpaq sahəsini cavabdehə 4000 manata satmaq istədiklərini bildirmişlər. Tərəflər arasında ünvan 1ndə yerləşən 1,69 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh aldığı torpaq sahəsinin dəyərinin, yəni 4000 manat pulun 2030 manat hissəsini ona borclu olduqları pulla əvəzləşdirdiyini, qalan hisəssini isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra tərəflər arasında sözügedən torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı mübahisə yaranmış, iddiaçılar cavabdehə qarşı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləs inin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etsə də, Azərbaycan Respublikasının Mülki Kollegiyası 2(102)-7092/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmiş, həmin qərarda qeyd edilmişdir ki, hazırki əqd üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola bilər. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişlər.
13. Birinci instansiya məhkəməsi həmçinin müəyyən edib ki, iddiaçılar Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə təklif ünvanlayaraq Göyçay rayon Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsini bildirmiş, 10 gün müddət ərzində təklifə münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaçılar tərəfindən ona ünvanlanmış təklifi xx.xx.2020-ci il tarixdə alsa da, 10 gün müddət ərzində təklifə qarşı münasibət bildirməmişdir.
14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına istinad edərək hesab etmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən cavabdeh torpaq sahəsinin dəyərini yəni, 4000 manat pulu sonunculara ödəməmiş, bununla da götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllən in 421.2, 421.3, 423.1 və 567-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi Göyçay rayon Prokurorluğunda toplanmış HK-1-316 saylı rədd materialı üzrə cavabdehin verdiyi izahatı təhrif etmiş, düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh məhkəmədə və prokurorluq orqanında bildirmişdir ki, həmin torpağa görə ödəniş tam şəkildə edilmişdir. Belə olmasaydı iddiaçılar adı çəkilən alqı-satqı müqaviləsinin bağlanmasına razı olmazdılar; - indiki halda isə məhkəmə verilmiş izahatları iddiaçının xeyrinə təhrif edərək müb ahisəyə düzgün hüquqi qiymət verməmişdir. İddiaçılarla cavabdeh arasında mübahisə, iddiaçıların cavabdehdən əlavə pul almaq, yəni əsassız varlanmaq xarakteri daşıyır.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-689/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində səhvən artıq yazılmış hazırki işə aidiyyəti olmayan “Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X6 ilə X4 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X2 adına verilmiş reyestr nömr əsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilsin” cümlələri çıxarılmaqla dəyişdirilmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdrilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin onun izahatlarını təhrif etməsi, düzgün qiymətləndirməməsi, torpağa görə pulu tam şəkildə ödəməsi, iddiaçıların məqsədinin ondan əlavə pul almaqla əsassız varlanmaq olması barədə dəlillərində münasibətdə qeyd etmişdir ki, apellyator birinci instansiya məhkəməsinin iclas protokoluna onun izahatlarının təhrif olunması barədə qeydlər verməmiş, mübahisəli alqı-satqı müqaviləsi üzrə torpağın pulunu ödəməsi ilə bağlı sübutları məhkəməy ə təqdim etməmiş və bununla da, iddiaçıların əsassız varlanmaq niyyətlərinin olmasını sübut edə bilməmişdir. Baxmayaraq ki, həmin hissədə sübut etmə yükü cavabdehin üzərinə düşür.
20. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, işin mübahisələndirilməyən hallarına əsasən iddiaçılar və cavabdeh arasında ünvan 1ndə yerləşən 1,69 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsi iddiaçılar tərəfindən 4.000 manata cavabdehə satılmış, 10 mart 2017-ci il tarixdə həmin torpaq sahəsinə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddaçılardan İddiaçı1 cavabdehin müqavilə dəyərini ödəmədiyini və müqavilə bağlamazdan əvvəl də həmin məbləği ödəmək niyyətinin olmadığını, onları aldadaraq əmlaklarını ələ keçirdiyini bildir ərək hüquq mühafizə orqanlarına müraciət etmişdir. İddiaçı1 müraciəti əsasında Göyçay rayon Prokurorluğunda araşdırılma aparılmış, cavabdeh izahat verərək İddiaçı1 ona 2.030 manat borcu olduğunu, həmin pulu torpaq sahəsi ilə əvəz etdiyini və onların bu barədə razılaşdıqlarını bildirmişdir.
21. Cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
22. Bununla belə, apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, qətnamənin nəticə hissəsində “Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X6 ilə X4 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”, “Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X2 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi” kimi iki artıq cümlə yazılmışdır ki, həmin hissə qətnamədən xaric edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14. 2, 77, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil və Nümayəndə Əiyusif oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti belə əsaslandırılıb: - məhkəmə Azərbaycan Respublikası Konstitusyasının 13, 29, 60-cı, Mülki Məcəllənin 152-ci, Avropa İnsan Hüquqları haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 88 və 217.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddia tələbinin əsaslandırıldığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da cavabdehin qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur; - bundan əlavə, cavabdeh məhkəmədə və prokurorluq orqanında bildirmişdir ki, həmin torpağa görə ödəniş tam şəkildə edilmişdir. Belə olmasaydı, iddiaçılar adıçəkilən alqı-satqı müqaviləsinin bağlanmasına razı olmazdılar. İndiki halda isə məhkəmə verilmiş izahatları iddiaçının xeyrinə təhrif edərək mübahisəyə düzgün hüquqi qiymət verməmişdir; - hazırki mübahisə iddiaçıların cavabdehdən əlavə pul almaq, yəni əsassız varlanmaq məqsədi daşıyır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı iddiaçılar ın etirazı daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə torpağın pulunu tam ödəməsi barədə məhkələrə sübit təqdim etməyib, bununla da iddiaçıların əsassız varlanmaq niyyətlərinin olmasını sbut edə bilməyib. Buna görə də kassasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə m əhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Kassasiya şikayətində cavabd eh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək, iddiada mübahisələndirilən əqd üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Belə ki, iddia tələbi müqavilənin ləğvi barədədir. İddiaçılar tələblərinin əsası kimi müavilə üzrə nəzərdə tutulmuş pulun onlara verilməməsinə istinad etmişlər.
33. İşin müəyyən edilmiş hallarına görə iddiaçıların qeyd edilən müqavilənin etibarsızlığı baradə iddiaları Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7092/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı rədd edilmişdir. Həmin qərara əsasən müqavilə üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola bilər.
34. Hazırki iş üzrə də müəyyən edilib ki, cavabdeh mübahisəli alqı-satqı müqaviləsi üzrə torpağın pulunu ödəməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmiş və bununla da, iddiaçıların əsassız varlanmaq niyyətlərinin olmasını sübut edə bilməmişdir. İddiaçılar müqavilənin ləğvi barədə cavadehə bildiriş göndərmiş, cavabdeh iddiaçılar tərəfindən ona ünvanlanmış təklifi xx.xx.2020-ci il tarixdə alsa da, 10 gün müddət ərzində təklifə qarşı münasibət bildirməmişdir.
35. Göründüyü kimi, işin müəyyən edilmiş hallları Mülki Məcəllənin hazırki işə tətbiq edilən 421.2, 421.3, 423.1 və 567-ci maddələrinə uyğun omuşdur.
36. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin əsaslandırıldığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halla – müqavilə üzrə pulun öənilməsi – bağlı hər hansı sübu təqdim etməmişdir ki, apellyas iya instansiyası məhkəməsi də həmin sübuta qiymət verməmiş olsun. Əksinə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, pulun ödənilməsini sübut etmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh mübahisəli alqı-satqı müqaviləsi üzrə torpağın pulunu ödəməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etməli idi. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin sübut etmə yükünün bölüşdürülməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olaraq düzgün olmuşdur.
39. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının araşdırılmasına yönələn dəlillərdir, həmin dəlillər işə baxan apellyasiya instansiyası məhkəməsi nin araşdırma predmeti olub və onlara qiymət verilməklə yuxarıda göstərilən nəticəyə gəlinib.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-689/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.