Məhkəmə qərarları › İş №2(102)-2264/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2264/2020

02.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2264/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(104)2484/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin (hakim İlqar Əliyev) xx xxxxxx 2019-cu il tarixli 2(015)180/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək xx2ndan Ağstafa rayonunun Dağ Kəsəm ən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kvadrat metr, köməkçi sahəsi 88,8 kvadrat metr, ümumi sahəsi 139,6 kvadrat metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-7xx xxxx 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin vərəsələr tərəfindən miras əmlak kimi qəbul edilmiş hesab edilməsi, 1/7 hissədə Cavabdeh, 1/7 hissədə İddiaçı, 1/7 hissədə X7, 1/7 hissədə X8 və 1/7 hissədə X9 vərəsəlik paylarının müəyyən edilməsi və onlara həmin paylara uyğun müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Ağstafa rayonunun Notariat Kontoruna həvalə edilməsi, xx2ndan Ağstafa rayon unun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kvadrat metr, köməkçi sahəsi 88,8 kvadrat metr, ümumi sahəsi 139,6 kvadrat metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-7xx xxxx 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin birinci dərəcəli vərəsələr X4 payına düşən 1/7 hissədə və X16 payına düşən 1/7 hissədə onların vərəsələri tərəfindən pay tələb edilmədiyindən açıq saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Azər Bayramov, Rəşad Mamedov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh in pelyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası xx2 2001-ci il aprelin 06-da, anası X17 isə 1997-ci il oktyabrın 27-də ölmüşlər. xx2ndan Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə tikilmiş, iki otaqlı, yaşayış sahəsi 50,8 kvadrat metr, köməkçi sahəsi 88,8 kvadrat metr, ümumi sahəsi 139,6 kvadrat metr olan yaşayış evi və Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-7xx xxxx 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsi miras olaraq qalmışdır. Atası ilə anasının rəsmi nikahınd an o, X18, X13, X21, Cavabdeh və X19 olmaqla 6 nəfər uşaqları olmuşdur. Bununla yanaşı atası qardaşı Natiqin qızı olan xx xxxxxx 1987-ci il təvəllüdlü X14 övladlığa götürmüşdür. Digər vərəsələrlə arasında miras əmlaklarla bağlı mübahisə yoxdur və mübahisə ancaq cavabdehlədir. Ondan mərhum atasına məxsus miras əmlakdan könüllü olaraq miras payını tələb etsə də, nəticəsiz qalmışdır. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası xx2ndan miras qalmış yaşayış evinin və torpaq sahəsinin miras əmlak kimi qəbul edilmiş hesab edilməsi, mirasın vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdi r. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tərəflərin iz ahatları: Cavabdeh vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və maraqlı şəxsin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, X3 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. xx2 2001-ci il aprelin 06-da, X11 isə 1997-ci il oktyabrın 27-də ölmüşlər. xx2ndan Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kvadrat metr, köməkçi sahəsi 88,8 kvadrat metr, ümumi sahəsi 139,6 kvadrat metr olan yaşayış evi və Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-7xx xxxx 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin miras olaraq qalmışdır. Onun ölümündən sonra onların İddiaçı (iş üzrə iddiaçı), X18, X13, X21, Cavabdeh (iş üzrə cavabdeh) və X19 ilə yanaşı xx2nun övladlığa götürdüyü xx xxxxxx 1987-ci il təvəllüdlü X5 ibarət 7 vərəsəsi qalmışdır. zzzz xx xxxxxxx 1990-cı ildə, Afik Salahov isə xx xxxxxx 2012-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq miras qalmış yaşayış evinin və torpaq sahəsinin miras əmlak kimi qəbul edilmiş hesab edilməsi, mirasın vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, miras qoyan xq 2001-ci ildə vəfat etdiyindən həmin dövrdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in217.2-ci m addəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüşşəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə uyğun olaraq, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinəəsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, ölənin uşaqları, miras qoya nın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə bərabər pay huquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinəəsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1301.1-ci və 1301.2-ci maddələrinə müvafiq olaraq, əgər vərəsəliyəçağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sadalanan normalardan göründüyü kimi mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal və qeyri-formal üsullar. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsini nəzərdə tutur. İş materiallarından iddiaçıların mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməsi görünmür. Qeyri-formal üsul isə, mirasın faktiki cəhətdən qəbul edilməsini nəzərdə tutur. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Miras əmlakı birinci dərəcəli vərəsələr idarə etməklə qəbul etmələri iş maateriallarnda olan sənədlərlə sübuta yetirilmişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və mahiyyəti etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq edilmədiyindən təmin edilməməli, birinci instansiya məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apelyasiya instansiyası məhkəməsi hər iki tərəfin məhkəmə iclasında, sübutlar təqdim etmək imkanını təmin etməklə onların təqdim etdikləri sübutlar əsasında işə baxaraq qətnamə qəbul etməyi əsaslı və qanuni hesab etmişdir Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiy a şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kasasiya şikayətində miras əmlakların mərhum atasının mülkiyyətində olmadığını, məhkəmənin bu məsələni araşdırmadığını qeyd etmişdir. Lakin iş materialları ilə cavabdeh şikayətinin bu dəlili öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2001-ci il tarixli 77 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən ümumi sahəsi 139,6 kvadrat metr olan mənzil həmin tarixdə xx2nun adına qeydə alınmışdır. İşdə olan torpağın mülkiyyət hüququna dair JN-7xx xxxx 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli 05 №-li qərarı ilə xx2na və X15 Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən 0,46 ha torpaq sahəsi verilmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(104)-2484/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar