Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2264/2023 04.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsnə qarşı “alqı-satqı müqaviləsinə dair sazişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızın dan və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(105)-266/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(067)-1247/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 0,1 ha torpaq sahəsinə dair 05 may 2017-ci il tarixli, 4Ə-998 reyestr nömrə ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair 16 dekabr 2021-ci il tarixli (3M-3 56 reyestr nömrəli) sazişin etibarsız hesab edilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(105)-266/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(067)-1247/2022 nömrəli qətnaməsi həmin cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və ko mmersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
5. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdeh kassasiya şikayətini prosessual müddətin ötürülməsi ilə vermişdir.
6. Belə ki, iş materiallarına əsasən Sumqayıt Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(105)-266/2022 nömrəli qətnaməsi Cavabdeh1 iştirakı ilə əlan olunmuş və qətnamə 10 fevral 2023-cü il tarixdə Cavabdeh1 “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kabinetinə yerləşdirilmişdir. Cavabdehin adından vəkili Vəkil2 tərtib etdiyi kassasiya şikayəti isə 13 aprel 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilmişdir.
7. Beləliklə, müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 10 fevral 2023-cü il tarixdə aldığı halda, kassasiya şikayətini MPM-in 405.0.1ci maddəsi ilə müəyyən olunmuş müddəti pozmaqla 13 aprel 2023-cü il tarixdə vermiş və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir.
8. Qeyd olunanlara əsasən, kassasiya şik ayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(105)-266/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.