Məhkəmə qərarları › İş №2(102)-2268/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2268/2023

07.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2268/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) 07.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-817/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 1 dekabr 2020-ci il tarixli yazılı razılaşmaya əsasən İddiaçı 1 dekabr 2020-ci il tarixdə birgə iş görmək üçün tanışı Cavabdeh1 400.000 ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31 avqust 2021-ci il tarixədək istifadə etmək üçün aldığını göstərmiş, aldığı 400.000 ABŞ dolları pulu göstərilən tarixdə Cavabdeh1 qaytaracağını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədlə Cavabdeh2 ilə əməkdaşlıq etmiş, sonuncu iddiaçıya əldə edilmiş qazancın yarı-yarıya bölüşdürülməsi şərti ilə 400.000 ABŞ dollarına yaxın sərmayə vermişdir. Mallar ölkəyə gələnə qədər və gəldikdən sonra malların satışından əldə edilmiş gəlir istisna olmaqla, hər ay Cavabdeh2 vaxtı-vaxtında ödəmələr həyata keçirmiş, nəticədə 102.000 ABŞ dolları geri qaytarmışdır. Həmçinin malların satışından əldə edilmiş 40.000 manat məbləğində maliyyə vəsaitinin yarı-yarıya bölünməsi şərti ilə razılığa gəlmələrinə baxmayaraq, təkidlə tələb etməsi nəticəsində həmin məbləği bütünlüklə Cavabdeh2 vermişdir. Ölkədə hökm sürən pandemiya şəraitindən qayn aqlı olaraq iddiaçı sahibkarlıq fəaliyyəti ilə əvvəlki kimi məşğul ola bilmədiyi üçün və qazancının az olması səbəbindən ödəmələrin edilməsində gecikmələr yaşamağa başlamış, Cavabdeh2 səbir etməsini, ona olan borcunu ən qısa zamanda geri qaytaracağını bildirməyinə baxmayaraq, sonuncu bunu başa düşmək istəməmiş və qalan borcun dərhal ona ödənilməsini tələb etmişdir. Məlum olmuşdur ki, Cavabdeh2 cavabdehdən 700.000 ABŞ dolları məbləğində faizə borc götürmüş, lakin borcunu ödəyə bilmədiyi üçün iddiaçının ona olan borcunu ödəməyi tələb etmişdir. İddiaçı Cavabdeh2 həmin faizlə heç bir əlaqəsinin olmadığını və yalnız aldığı pulu imkan düşdükcə geri qaytaracağını bildirmiş, lakin sonuncu aldığı pulları onun borcundan silməyərək, 102.000 ABŞ dolları məbləğinin iddiaçı tərəfindən ona verilməsini qə bul etməmişdir. Cavabdeh iddiaçının Cavabdeh2 borclu olduğunu və ödəyə bilmədiyini, bu səbəblə də Cavabdeh2 ona olan borcunu geri qaytara bilmədiyini öyrəndikdən sonra əlaqələrindən və maddi imkanından sui-istifadə edərək iddiaçını borcun geri qaytarılmaması adı altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırtdırmış, həmin İdarədə saxlanıldığı müddət ərzində idarənin əməkdaşları tərəfindən ona mənəvi iztirablar verilmiş, ailəsi və qohumları ilə bağlı çox iyrənc hədə və təhdidlər edilmiş, onun şərəf və ləyaqəti nalayiq ifadələrlə açıq və aydın şəkildə alçaldılmışdır. Ona qarşı edilmiş hərəkətlərə dözə bilmədiyi üçün cavabdehin istədiyi ilə razılaşmağa məcbur olmuş və məcburiyyət qarşısında sonuncu ilə 1 dekabr 2020-ci il tarixdə kredit müqaviləsini imzalamışdır. Həmin müqa vilənin təzyiq altında imzalanması və onun şəxsi iradəsinin həmin müqavilənin imzalanmasında heç bir rol oynamaması 18 gün sonra, yəni 19 dekabr 2020-ci il tarixdə bağlanmış mövcud olan əsl münasibətləri əks etdirən razılıq ərizəsi ilə təsdiqini tapmışdır. Belə ki, iddiaçı və cavabdeh arasında borc münasibətləri mövcud olsa idi, cavabdeh yenidən 400.000 ABŞ dollarına dair 19 dekabr 2020-ci il tarixli razılıq ərizəsini hazırlatdırıb ona imza atdırmazdı. Qeyd edilənlərdən aydın olmuşdur ki, iddiaçı və cavabdeh arasında öncədən heç bir borc münasibətləri olmamış, 1 dekabr 2020-ci il tarixli müqavilə iddiaçıya tətbiq edilmiş güclü hədə-qorxu təsiri altında imzalanmışdır.

4. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirmişdir. Cavabdeh iddiaçını əvvə lcədən tanımamışdır. Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli razılaşma ilə nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmaq üçün xx.xx.2019-cu il tarixədək 260.000 ABŞ dolları pul vermişdir. 400.000 ABŞ dolları isə əlbəəl vermişdir. Cavabdeh2 satışdan əldə etdiyi gəlirin 50%-ni cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Abasqulu başqasının obyektini öz salonu kimi təqdim etmişdir. Cavabdeh nəqliyyat vasitələrini onun adına keçirməyini istədikdə nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmadığı məlum olmuşdur. Bundan sonra Abasqulu iddiaçı ilə iş gördüyünü, onlara 1 milyon manat pul lazım olduğunu, iddiaçının xariclə yaxşı əlaqələri olduğunu demişdir. Beləliklə, üçlü görüş təyin olunmuşdur. Cavabdeh anbarı, oradakı malları görmüş, onların bu işlə məşğul o lduğunu bilirdi. Lakin cavabdeh 1 milyon deyil, 400.000 ABŞ dolları verə biləcəyini demişdir. xx.xx.2020-ci il tarixdə aralarında razılaşma imzalanmış, cavabdeh iddiaçıya borc vermiş, Babayev Anar isə zamin durmuşdur. Bu günədək iddiaçı barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət olunmamışdır. Abasquludan isə 2021-ci ilin yanvar ayında şikayət etmişdir. Razılaşma isə 2020-ci ilin iyul ayında olmuşdur, yəni 6 ay sonra şikayət etmişdir. Hətta Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə iddiaçını dəvət edəndə, cavabdeh ondan şikayəti olmadığını, onun 31 avqust 2021-ci il tarixədək borcu qaytaracağını, şikayətinin Abasquludan olduğunu demişdir. Bəhruzdan aldığı 400.000 ABŞ dollarını qaytarmadığı üçün indi şikayət olunmuşdur. Hazırda 800.000 ABŞ dolları borcu olmuş, 400.000 ABŞ dolları ana məbləğ, qalan isə gəlirlərdən olan paydır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1871/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdeh arasında 1 dekabr 2020-ci il tarixdə borc (kredit) müqaviləsi məcburetmə (zorakılıq və ya hədələmə) yolu ilə bağlanmışdır. Belə ki, 19 dekabr 2020-ci il tarixdə Cavabdeh2 tərəfindən cavabdehə təqdim edilmiş razılıq ərizəsində Cavabdeh2 cavabdehdən aldığı 700000 ABŞ dolları məbləğində pul vəsaitinin 400000 ABŞ dolları məbləğində hissə sini 1 dekabr 2020-ci il tarixdə iddiaçıya verdiyini göstərmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında borc öhdəliklərinin yaranması ilə əlaqədar hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh2 cavabdehdən aldığı pul vəsaitinin bir hissəsini iddiaçıya verməsi isə iddiaçının cavabdeh qarşısında hər hansı öhdəlik daşıması mənasını verməmiş, yaxud iddiaçıya cavabdehlə borc müqaviləsi bağlamaq vəzifəsi yaratmamışdır.

7. Məhkəmə qeyd etmişdir ki, digər tərəfdən cavabdehin nümayəndəsinin iddia tələbinə etirazında göstərdiyi kimi Cavabdeh2 cavabdehdən 2018-ci ili noyabr ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində iddiaçıya verməsini deməsinə, hətta 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda cavabdehin göstərilən xüsusatı bi ldiyini göstərməsinə, həmçinin cavabdehin əvvəllər iddiaçını tanımamasına baxmayaraq, cavabdehin iddiaçıya 400.000 ABŞ dolları məbləğində pul vəsaitini borc verməsi inandırıcı olmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mülki hüquq münasibətlərinə bir qayda olaraq, notariat qaydasında təsdiq olunmuş müqavilələr əsasında daxil olmuşdur. Qeyd olunan xüsusat işdə olan 3 aprel 2019-cu il tarixli müqavilə ilə də təsdiq olunmuşdur. Belə ki, cavabdeh 3 aprel 2019-cu il tarixdə 260.000 ABŞ dolları məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında Cavabdeh2 borc vermişdir. Belə olan halda cavabdehin həmin məbləğdən daha yüksək məbləğdə, yəni 400.000 ABŞ dolları məbləğində pul vəsaitini sadə yazılı əqd bağlamaqla borc verməsi ağlabatan olmamışdır.

9. Məhkəmə öz mö vqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 354-cü maddələrinə, “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Kontitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1535/2022 nömrəli mülki iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) cavabdeh tərə findən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması qət edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, lazımi araşdırma aparmamış, iddianın təmin edilməsi qənaətinə gələrkən əsaslandırma düzgün olmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 ilə iddiaçı arasında birgə iş görmək haqqında müqavilə və 1 dekabr 2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış birgə iş görmək üçün razılaşma şərtlərini təfsir edərək, hesab etmişdir ki, həmin razılaşma da müqavilədir. Birgə iş görmək haqqında müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da, həmin müqavilə analogiya üzrə tapşırıq müqaviləsinə uyğun olmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 400.000 ABŞ dolları müqabilində 2019-cu il tarixdə birgə iş görmək üçün bağlanılmış müqavilə, iddiaçı ilə cavabdeh arasında 1 dekabr 2020-ci il tarixdə bağlanmış 400.000 ABŞ dolları müqabilində birgə iş görməklə bağlı müqavilə ilə pərdələnmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə həqiqi müqavilə olmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə isə heç bir hüquqi nəticə yaratmamışdır.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2, cavabdeh və iddiaçı tərəfindən 19 dekabr 2020-ci il tarixdə imzalanmış razılıq ərizəsi ilə bir daha müəyyən olunmuşdur ki, 1 dekabr 2020-ci il tarixli müqavilə üzrə pul veri lməmiş, həmin 400.000 ABŞ dolları iddiaçı ilə Abbasqulu Nəsibov arasında bağlanmış müqavilə üzrə verilən pul olmuşdur. Abbasqulu Nəsibov iddiaçı tərəfindən ona ödənilməli olan pulun, iddiaçı tərəfindən birbaşa cavabdehə qaytarılmasına razı olduğunu bildirmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, 1 dekabr 2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla, etibarsızdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 324.5, 337, 340.2, 386.1, 389.1, 390.1, 404, 777.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş e tmişdir.

19. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4107/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddiaçının mübahisələndirdiyi əqdin yalan əqd olması nəticəsinə gəlsə də, həmin mövqeyini əsaslandırmamışdır. Hazırki işdə, iddiaçı tələbinin hüquqi əsası kimi müqaviləni məcburetmə nəticəsində bağlamasına istinad etmişdir. Yəni iddiaçı onun imzaladığı müqavilədə iradəsinin qüsurlu olmasını, ümumiyyətlə belə müqavilə imzalamaq niyyətində olmadığını göstərmişdir. Apellyasiya məhkəməsi isə müqavilənin həmin əsasla etibarsız hesab olunması üçün əsaslar müəyyən etməmiş, lakin əqdin tərəflərin başqa əqdi pərdələmək niyyəti ilə bağlandığı nəticəsinə gəlmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki qəbildən mübahisələrə baxarkən məhkəmələr yalan əqdlə etibarlı, lakin məzmunu düzgün ifadə olunmamış əqd arasında fərqi nəzərə almalıdırlar.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi mübahisələndirilən əqdin iddiaçı ilə üçüncü şəxs arasında olan borc münasibətlərinin pərdələməsini qeyd etsə də, belə pərdələmənin zərurətini müəyyən etməmişdir.

23. Məhkəmə kollegiyası qe yd etmişdir ki, iddiaçının üçüncü şəxs Cavabdeh2 olan pul öhdəliyini cavabdehə icra etmək vəzifəsini üzərinə götürməsini müəyyən etdiyi halda, apellyasiya məhkəməsi Cavabdeh2 tələb hüququnun bu qaydada cavabdehə keçməsinin qanunvericiliklə mümkün olmasına hüquqi qiymət verməmiş, mübahisələndirilən əqdin hər iki tərəflərin iradə ifadəsinə uyğun olmamasını əsaslandırmamış, mübahisəli müqaviləni Mülki Məcəllənin 324.5, 404 və 522.1-ci maddələrinin tətbiqini nəzərdən keçirməmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340.2, 386.1, 390.1, 404, 425, 522.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya instansiyası məhkəməsinin 2(10 3)-817/2023 nömrəli mülki iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2020-ci il tarixli razılaşmanı mübahisələndirsə də, sözügedən əqdi onun iradəsi əleyhinə, məcburetmə nəticəsində bağlamasını sübut edə bilməmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 337, 404, 425.1, 522.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesinin bütün mərhələlərində iddiaçı bildirmişdir ki, onunla cavabdeh arasında borc və ya hər hansı digər bir müqavilə münasibəti mövcud olmamışdır. Ümumiyyətlə, iddiaçı cavabdehi tanımamışdır. Müqavilə münasibətləri iddiaçı ilə üçüncü şəxs Cavabdeh2 arasında olmuş və iddiaçı özü də bu halı təsdiq etmişdir. Belə ki, iddia ərizəsində də qeyd olunduğu kimi, ticarət fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh2 Əliqayıb oğlu ilə əməkdaşlıq etmiş, Cavabdeh2 Əliqayıb oğlu ona əldə edilmiş qazancın yarı-yarıya bölüşd ürülməsi şərti ilə 400.000 ABŞ dollarına yaxın sərmayə vermişdir. Pul məbləği əldə olunduğu tarixdən etibarən vaxtlı-vaxtında ödəmələr həyata keçirən iddiaçı bu günədək 102000 ABŞ dolları və 400.00 manat borc məbləğini üçüncü şəxs Cavabdeh2 Əliqayıb oğluna ödəmişdir. Sonrada məlum olmuşdur ki, Cavabdeh2 Əliqayıb oğlu cavabdehdən 700000 ABŞ dolları məbləğində borc almış, həmin pul məbləğindən 400.000 ABŞ dollarını isə iddiaçıya vermişdir. Göründüyü kimi, cavabdeh ilə Cavabdeh2 Əliqayıb oğlu arasında mövcud olan borc münasibətinin iddiaçıya heç bir aidiyyətı olmamış və şəxsin borc öhdəliklərini yerinə yetirməməsi sözügedən münasibətdə iddiaçının borclu tərəf hesab olunması üçün əsas olmamışdır. Öhdəliyin üçüncü şəxsə ötürülməsi zamanı həmin şəxsin razılığı olmalıdır. Lakin həmin borc öhdəl iyinin iddiaçıya ötürülməsi üçün şəxsin razılığı olmamışdır. Müqavilənin əsas şərti olan tərəflərin qarşılıqlı iradə ifadəsi sözügedən müqavilədə mövcud olmamışdır. Lakin məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır.

30. Kassator qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli “kredit müqaviləsi”nin iddiaçı tərəfin həqiqi iradə ifadəsini özündə ehtiva etmədiyini xx.xx.2020-ci il tarixli razılıq ərizəsi təsdiq etmişdir. Çünki, 1 dekabr 2020-ci il tarixli müqavilədə borc alan olaraq iddiaçı, borc verən olaraq isə cavabdeh qeyd olunsa da, 19 dekabr 2020-ci il tarixli razılıq ərizəsi iddiaçının ümumiyyətlə digər şəxslər arasında mövcud olan borc münasibətinin tərəfi olmadığını sübut etmişdir. Göründüyü kimi, sözügedən iki sənəd bir-biri ilə ziddiyyət təşkil etmiş və iddiaçının cavabdeh qarşısında borc alan olmadığını təsdiq etmişdir. Eyni zamanda, məhkəmə prosesi zamanı qeyd olunduğu kimi, iddiaçı 1 dekabr 2020-ci il tarixli “kredit müqaviləsi”ni imzalamağa məcbur edilmişdir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin əsas səbəbi xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi deyil, etibarsızlığının təsdiq edilməsi olmuşdur. Çünki sözügedən müqavilə onsuz da etibarsız olmuşdur.

31. Kassator qeyd etmişdir ki, iddiaçı Cavabdeh2 Əliqayıb oğlundan borc aldığını və borcun məbləğinin də 400.000 ABŞ dolları olduğunu inkar etməmişdir. Tərəflər arasında mövcud olan borc öhdəliyi bu günədək öz qüvvəsini saxlamışdır. O cümlədən verilmiş 400.000 ABŞ dollarından 102.000 ABŞ dolları və 40.000 manat pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir. Lakin Cavabdeh2 Əliqayı b oğlu iddiaçı tərəfindən borc məbləğinin bir hissəsinin ödənildiyini inkar etmiş, iddiaçının ümumiyyətlə bu günədək heç bir ödəniş etmədiyini iddia etmişdir. Bu da mülki hüquq münasibətinin subyekti kimi Cavabdeh2 Əliqayıb oğlunun vicdanlılıq prinsipinə əməl etmədiyini göstərmişdir.

32. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 339, 404.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməl idir.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

37. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki d anışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicd anlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin mövcud olmuş və iddiaçı həmin müqavilənin etibarsızılığını tələb edir. İddiaçının əsas dəlilləri məhz borc müqaviləsinin iradəsi əleyhinə, məcburetmə təsiri altında bağlanması və yalan əqd olması ilə bağlıdır.

50. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən hər iki tərəfin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uyğun hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

51. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmə səlahiyyətləri çərçivəsində qeyd olunan məsələlərlə bağlı işin hallarını və işdə olan sübutları əlaqəli və tam qiymətləndirmiş və yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. İş üzrə apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır.

52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquq i faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

53. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

54. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-817/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar