Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2270/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)****/2019 nömrəli qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy rayon Məhkəməsinin (hakim S.Mayılov) xx.xx.2019-cu il tarixli, 2(045)V1/2019 nömrəli qiyabi qətnaməsi ilə iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh tərəfindən F ərazisində inşa edilmiş mağazanın cavabdehin öz vəsaiti hesabına sökülərək diametri 219 mm-lik yüksək təzyiqli Z magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması, Cavabdeh ekspert xərci üzrə 100 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Goranboy rayon Məhkəməsinin (hakim S.Mayılov) xx.xx.2019-cu il tarixli, 2(045)V1/2019 nömrəli qərardadı ilə Goranboy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(045)-V1/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. İddiaçının razılığı ilə Cavabdeh əsl cavabdeh olaraq X7 ilə əvəz edilmişdir. Goranboy rayon Məhkəməsinin (hakim S.Mayılov) xx.xx.2019-cu il tarixli, 2(045)V1/2019 nömrəli qətnaməsi ilə iddiaçı “Qaz İxrac” İdarəsinin cavabdeh X6 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməsi, iddiaçı “Qaz İxrac” İdarəsindən ekspert xərci üzrə 100 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Muradov, ŞƏliyeva, Ə.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(104)-****/2019 nömrəli qətnaməsi ilə iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Goranboy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(045)-V1/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı “Qaz İxrac” İdarəsi iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən F ərazisində inşa edilmiş mağazanın cavabdehin öz vəsaiti hesabına sökülərək diametri 219 mm-lik yüksək təzyiqli Zmagistral qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “Qaz İxrac” İdarəsinin vəkili XV1 oğlu kasasiya şikayətini onunla əsas landırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin hazırki mülki mübahisəyə münasibətdə hüquqi mövqeyi əsaslı sayıla bilməz. Çünki iddiaçı təşkilatın tələbi cavabdehin inşa etdiyi mağaza üzərində mülkiyyət hüququ əldə edib-etməməsi ilə bilavasitə bağlı deyildir. İddia tələbinin əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın tələbləri pozulmaqla qaz kəmərinin mühafizə zonasında inşa edilməsi təşkil edir. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə və həmin tikilinin iddiaçının qaz kəmərindən təhlükəsiz istifadəsinə maneə yarsatmasına isə əhəmiyyət verməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına yol verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də həmin ərazidə tikinti işlərinin parılması yolverilməzdir. Cavabdeh tərəfindən inşa edilmiş mağaza lazımi icazə alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surtədə pozmaqla özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından həmin tikililər özbaşına tikili hesab edilməli və cavabdehin hesabına sökülməlidir. Apelyasiya instansiyası məhkəməsi isə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)****/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “Qaz İxrac” İdarəsinin vəkili XV1 oğlu və cavabdeh X7 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkə məyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Goranboy rayon dövlət notariat kontorunda reyestrdə 4ə-2-204 nömrəli qeyd edilmiş xx xxxxxx 20V1-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, N, S ərazisində 0.01351 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,4 kv.m olan qeyri-yaş ayış binasını X1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxx 20V1-ci il tarixli MA seriya ******* nömrəli çıxarışın surətindən görünür ki, N kəndi Sərazisində 0,01351 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,4 kv.m olan qeyri-yaşayış binası X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının V16 nömrəli vərəqində qeydiyyata alımışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 20508 nömrəli rəydən görünür ki, S ərazisində Cavabdeh istifadəsində olan mağaza tikilisi ilə “Qaz İxrac” İdarəsinin magistral qaz kəmərləri sahəsinin balansında və istismarında olan 219-mm diametirli R magistral qaz kəmərinin Zilə arasındakı olan 3 məsafə V1 metr olduğundan, həmi n mağazanın göstərilən qaz kəmərinin 50 metirlik mühafizə zonasına düşdüyü müəyyən olunmuş, Goranboy rayonu Goran qəsəbəsi ərazisində Cavabdeh istifadəsində olan mağaza tikilisi ilə “Qaz İxrac” İdarəsinin maqestral qaz kəmərləri sahəsinin balansında və istismarında olan 219-mm diametirli Ağdaş magistral qaz kəmərinin G ilə arasındakı olan məsafə V1 metr olduğu nəzərə alınaraq Cavabdeh istifadəsində olan mağaza tikilisinin magistral qaz kəmərinin üzərində inşa edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bil ər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1. maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olm aq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.1. maddəsinə görə, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Apelyasiya kollegiyası qeyd etmişdir ki, mübahisəli qeyr-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkət inin “Qaz İxrac” İdarəsinin balansında olan diametri 219 mm-lik yüksək təzyiqli Z magistral qaz kəmərinin mühafizə zonasında əvvəlki sahib tərəfindən inşa edilmişdir, lakin Y həmin əmlakı 20V1-ci ildə alqı-satqı yolu ilə vicdanlı əldə edən olmuş və həmin əmlaka hüquqları dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddia tələbi təmin edilə bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Araşdırma zamanı maddi və prosessual hüquq normalarının tələblərinin po zulması müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, şəhadətnamənin həqiqiliyi prezumpsiyası qüvvədədir və nə qədər ki, cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən sənəd ləğv edilməyib, cavabdehi həmin sənəddən irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Odur ki, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Qaz İxrac” İdarəsi tərəfi ndən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2270/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2270/2020
09.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver