Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2270/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2270/21 (Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi) Bakı şəhəri, 08 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2851/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş ka sasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikintinin sökülməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X3 istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində inşa olunmuş Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş m əhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Qusar rayonu, Bədirqala kəndi ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X3 balans və istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək yəzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 32 metr məsafədə fərdi yaşayış evi və 30 metr məsafədə daş hasar inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Belə ki, sözügedən tikili tikinti aparmaq üçün lazımi icazələr alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də cavabdeh tərəfindən i nşa edilmiş tikili sökülməlidir. Cavabdehə məxsus təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. “Qaz İxrac” İdarəsi X4 Kəmərləri Sahəsi tərəfindən cavabdehə inşa olunan tikintinin adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyanın mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 fevral 2019cu il tarixli, 2(029)-258/2019 saylı qərardadı ilə (hakim Rafiq Kazımov) məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparıl ması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 mart 2020ci il tarixli 2942 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş 10x13 metr ölçüdə olan fərdi yaşayış evinin 159 mm-lik 12.5-25 MP təzyiqli Qusar QPS qaz kəməri qolu magistral qaz kəmərindən 39 metr aralıda yerləşdiyini nəzərə alaraq həmin fərdi yaşayış evi qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilinə yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 2(029)-52/2020 saylı, xxx-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddianın rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 100 manat ekspertiza xərcinin iddiaçı “Qaz İxrac” İdarəsindən və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsində Cavabdeh lazımi icazələr olmadan şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla Qusar rayonunun Bədirqala kəndi ərazisindən keçən diametri 159 mm olan yüksək təzyiqli “Qusar QPS qolu” magistral qaz kəmərinin təhlükəsizlik zonasında qanunsuz olaraq yaşayış evi tikməsini və həmin evin özbaşın a tikinti olmasına görə tikilinin iddiaçı təşkilatın tələbinə əsasən sökülməsi üçün əsasların olmasını göstərsə də, məhkəmə iddiaçı təşkilatın bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, Cavabdeh tərəfindən Qusar rayonunun Bədirqala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evi o vaxt özbaşına tikili sayıla və həmin tikili iddiaçı təşkilatın tələbi üzrə o vaxt sökülə bilər ki, həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Məhkəmə iclası zamanı sübuta yetirilmişdir ki, Qusar rayon Bədirqala bələdiyyəsinin 07 dekabr 2005-ci il tarixli 12-9 saylı qərarına əsasən Qusar rayonunun Bədirqala kəndi ərazisindən Cavabdeh mülk iyyətinə yaşayış evinin tikintisi məqsədi ilə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində inşa etdiyi yaşayış evi özbaşına tikinti sayılmadığından, yəni evin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla ona verildiyindən, eləcə də yaşayış evinin tikintisi məqsədi ilə verilmiş torpaq sahəsində inşa edildiyindən iddiaçı təşkilatın ona qarşı yaşayış evinin sökülməsi barədə iddiası qanuni və əsaslı sayıla bilməz. Cavabdeh 0.10 ha həyətyanı torpaq sahəsi və yaşayış evinin onun şəksiz mülkiyyətində olması onun həmin torpaq və yaşayış sahəsi üzərindəki mülkiyyətçi hüquqlarının müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsip lərinin, mülki qanunvericiliyin prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı “Qaz İxrac” İdarəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) xxx il tarixli, 2(105)-2851/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Qusar Rayon Məhkəməsinin 2(029)-52/2020 saylı, xxx-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilən qanun norması müvafiq icra hakimiyyəti orqanlarının və ya maraql ı tərəfin müraciəti üzrə tikilmiş bina və qurğuların sökülməsinin əsası kimi 3 halı nəzərdə tutmuşdur: -bina və qurğuların tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilməsi; -bina və qurğuların buna lazımi icazələr almadan tikilməsi; -bina və qurğuların şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi. Mülki işin materiallarından görünür ki, hazırkı iş üzrə sökülməsi tələb olunan fərdi yaşayış evi Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi ona Qusar rayon Bədirqala bələdiyyəsinin 07 dekabr 2005-ci il tarixli 12-9 saylı qərarına əsasən ayrılmışdır və tikililərin mövcud olduğu torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətində olmaqla yaşayış evinin tikintisi məqsədi ilə ayrılmışdır. Bu hallar, sökülməsi tələb o lunan fərdi yaşayış evinin tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində, lazımi icazə alınmaqla tikilməsini və bu zaman şəhərsalma və tikinti normaları və qaydalarının pozulmamasını, başqa sözlə, mübahisələndirilən tikililərin sökülməsi üçün əsasların olmamasını təsdiq edir. İddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsində Cavabdeh lazımi icazələr olmadan şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X3 balans və istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək yəzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq yaşayış evi tikməsini və həmin evin və hasarın özbaşına tikinti olmasına görə tikilinin iddiaçı təşkilatın tələbinə əsasən sökülməsi üçün əsasların olmasını göstərsə də, bu barəd ə başqa bir sübut təqdim edə bilməmiş, “Qusar” QPS-nin faktiki surətdə harada tikilməsi və həmin əmlakın yerləşdiyi torpaq sahəsi barədə mövcud hüquqmüəyyənedici sənədlər işə əlavə olunmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı “Qaz İxrac” İdarəsi (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməyərək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Apelyasiya instansiyası məhkəməsinin hazırki mülki mübahisəyə münasibətdə hüquqi mövqeyi əsasl ı sayıla bilməz. Çünki, iddia tələbi cavabdehin inşa etdiyi tikili üzərində onun mülkiyyət hüququ əldə edibetməməsi ilə bilavasitə bağlı deyildir. İddia tələbinin əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"-nın tələbləri pozulmaqla, qaz kəmərinin mühafizə zonasında inşa edilməsi təşkil edir. Əgər həmin tikili qaz kəmərinin mühafizə zonasından kənarda inşa edilmiş olsaydı, bu halda həmin tikilinin sökülməsi barədə iddia irəli sürülməsinə ehtiyac olmazdı. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikilinin qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə və həmin tiki linin iddiaçının qaz kəmərindən təhlükəsiz istifadəsinə maneə yaratmasına isə əhəmiyyət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli. 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahəsi ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Həmin qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonası daxilindədir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 25 mart 2020-ci il tarixli 2942 saylı rəyində qeyd edilmişdir ki, Qusar rayonu, Bədirqala kəndi ərazisində yerləşən cavabdeh - Cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi həmin ərazidən keçən “Qaz İxrac" İdarəsi Siyəzən Magistral X3 istismarında olan 1 59 mm diametri "Qusar QPS qolu" yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonası daxilindədir. Bu hal həmin tikilidən istifadə edən şəxslərin həyatına ciddi təhlükə yaradır. Lakin, işə baxan apelyasiya instansiyası məhkəməsi həmin təhlükəni nəzərə almır. Eyni zamanda, apelyasiya məhkəməsi qərarında qeyd edilən ekspert rəyinə münasibət bildirməyib. “Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi, apelyasiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmayıb və sonda düzgün olmayan qətnamə çıxarılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “Qaz İxrac” İdarəsinin vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegi yasının xxx il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, JN-388F KOD 30106028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Bədirqala bələdiyyəsinin 07 dekabr 2005-ci il tarixli 12-9 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə Qusar rayonu, Bədirqala kəndi ərazisindən 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsində şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı kimi göstərilmişdir ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, pr insiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, bələdiyyələr tərəfindən tikinti məqsədilə torpaq sahəsi ayrılarkən onların vəzifələri adıçəkilən Məcəllədə müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsində Məcəllədə istifadə edilən anlayışlara aydınlıq vermişdir ki, həmin maddənin 3.0.1-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzi mlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyət; 3.0.2-ci maddəsinə əsasən isə məskunlaşma sistemi – insanların sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından təşkili başa düşülür. Buradan da aydın olur ki, torpaq sahəsi ayrılarkən şəhərsalma fəaliyyəti və məskunlaşma sistemi nəzərə alınmalı, bu tələblərə uyğun torpaq sahəsinin ayrılması barədə sərəncam verilməlidir. Həmin tələblər nəzərə alınmadıqda isə artıq şəhərsalma və tikinti normalarının pozuntusu baş verir ki, bu pozuntu nəticəsində tikilmiş tikinti özbaşına tikinti hesab edilir. Həmçinin həmin Məcəllənin 7-ci maddəsind ə şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri göstərilmişdir ki, həmin prinsiplərə də təhlükəsizliyin təmin edilməsi və ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi də daxil edilmişdir. Göründüyü kimi, hazırda söküntüsü tələb edilən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş cavabdehə məxsus tikinti də şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərinin pozuntusu ilə tikilmişdir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır. İşdən də göründüyü kimi, tikinti obyekti qaz kəmərinin mühafizə zonasında inşa edilməklə yanğın təhlükəsizliyi baxımından etibarlılığı nəzərə alınmamışdır. Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"-nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. İş materiallarında isə bu cür razılaşma müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən normanın tələbindən də aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr qətnamə qəbul edərkən işin həqiqi halları ilə qətnaməni əsaslandırmalıdırlar. Lakin işə mahiyyəti üzrə baxmış məhkəmələr işin həqiqi hallarını, yəni sökülməsi tələb edilən tikintinin şəhərsalma və tikinti normalarına uyğun tikilib-tikilmədiyini, tikintinin tikilməsi üçün ayrılacaq torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılıb-razılaşdırılmamasını araşdırmamışdır. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və apelyasiya şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Kasasiya kollegiy ası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsas dır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.11.2020-ci il tarixli, 2(105)-2851/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2851/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelya siya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.