Məhkəmə qərarları › İş №2(102)-2271/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2271/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2271/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2357/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(060)-16970/2016 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər İddiaçı, X2 və X3 qarşı kredit müqaviləsinın ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış xx xxxx 2015-ci il tarixli, 07/5612/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, X4, X5 və İddiaçı müştərək qaydada 34132,55 ABŞ dolları əsas borc, 7241,44 ABŞ dolları faiz borcu, cəmi 41373,99 ABŞ dollarının ödəniləcək günə manat ilə məzənnəsi hesablanm aqla və dövlət rüsumu kimi ödənilmiş 31 manatın tutularaq “xxxx” ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdeh X2 mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, 2 mərtəbəli binada yerləşən 285,44 kvadrat metr ümumi, 66,72 kvadrat metr yaşayış, 218 kvadrat metr yardımçı sahədən ibarət 5 otaqlı bağ evinə yönəldilməsi, həmin bağ evinin hərracda ilkin satış qiymətinin 144500 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş pul məbləğinin cavabdehlər X4, X5 və İddiaçı “xxxx” ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satışından artıq qalan məbləğin X2 qaytarılması, bağ evinin açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması qət ed ilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2(105)-1074/2017 saylı qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli bağ evinin açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-1153/2018 saylı qətnaməsi ilə, İddiaçı “xxxx” ASC-yə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinin ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. Sumqa yıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-185/2019 saylı qətnaməsi ilə İddiaçı “xxxx” ASC-yə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Y-399 saylı, xx xxxxxx 2018-ci il tarixli “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hərracın nəticələri haqqında yekun protokoluna əsasən X2 məxsus Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kvadrat metr olan bağ evinin hərracda ilkin satış qiyməti 144500 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15 faiz və 43.7-ci maddəsinə əsasən 25 faiz enmiş, əmlakın satılmış son qiyməti 92119 manat müəyyən edilmiş və həmin ev “xxxx ” ASC tərəfindən alınmışdır. xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, X2 məxsus Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kvadrat metr olan bağ evini hərracda 92119 manata “xxxx” ASC almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə “xxxx” açıq səhmdar cəmiyyətinin adına xx xxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “X1 Mərkəzi” MMC-yə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kvadrat metr olan bağ evinə dair xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları barədə Y-399 nömrəli protokolun etibarsız hesab olunması, “xxxx” ASC adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1074/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən 2018-ci ildə ipotekaya qoyulmuş ona məxsus bağ evinə dair hərrac keçirilmişdir. Ke çirilən hərrac haqqında heç bir məlumatları olmamışdır. Bu barədə nə bank, nə də hərrac mərkəzi onları xəbərdar etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə ona məlum olmuşdur ki, ipoteka ilə yüklənmiş əmlak xx xxxxxx 2018-ci il tarixdə satılaraq “xxxx” ASC-nin mülkiyyətinə verilmişdir. Belə ki, qiymətləndirilmə obyektiv aparılmadığı kimi, hərrac da obyektiv aparılmamışdır. “xxxx” ASC ilə onun arasında bağlanmış 07/5612/OBK saylı, 11,07.2015-ci il tarixli müqavilədə əmlak 144500 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Lakin qiymətləndirmə 144500 manatla həyata keçirmişdir. Hərracın keçirilməsi barədə cavabdehlər tərəfindən ona və ailəsinə məlumat verilməmiş və keçirilən heç bir hərracda iştirak etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1253/2020 saylı qətn aməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kvadrat metrolan bağ evinin mülkiyyətçisi X4 olmuş, ipoteka predmeti olan həmin bağ evinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə açıq hərracda ilkin satış qiyməti müəyyən edilməklə hərraca çıxarılmışdır. İddiaçını tələbinin əsası kimi istinad etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolle giyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Gülnarən Tağızadə) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı hərracın keçirilməsi barədə ona və ailəsinə məlumat verilmədiyini göstərmiş, iddia tələbini də bununla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kvadrat metr olan bağ evinin açıq hərracda satılması barədə “Market” qəzetində elan verilmiş, hə rracın keçirilməsi barədə X4, X5 və İddiaçı bildirişlər göndərilmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məh kəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiy a şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabddehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəm ə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.2 Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hə rracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiya sı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəl illəri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2357/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar